Category: Maraqlı

  • İtburnunun heç yerdə rast gəlinməyən FAYDALARI: virusa, xərçəngə, infarkta son

    Daim qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlərə xoş xəbərimiz var.

    Median.Az lazımi miqdarda nizamlı olaraq istifadə edilməsi təqdirində təbii ağrıkəsici olan itburnunun bir çox yerdə rast gəlinməyən faydalarını təqdim edir.

    Həm meyvəsi, həm çayı, həm də yağı mətbəx və gözəllik masanızın vazkeçilməzi olacaq itburnu saçdan dırnağa qədər hər hüceyrənizin qayğısına qalacaq.

    Qış aylarında tənəffüs yolları xəstəliklərinin müalicəsində şəfa qaynağı olaraq istifadə olunan itburnu çayı təbiətdə öz-özünə yetişən zəhmətsiz bir bitkidir. Orta əsrlərdə infeksion xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan itburnu tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İtburnu həm də zəngin antioksidant qaynağıdır.

    Faydaları:

    Qırmızı və bənövşəyi meyvə və tərəvəzlər antioksidant baxımından ən zəngin bitkilər hesab olunur. İtburnu da bu sıraya daxildir. Bu potensialı sayəsində orqanizmdəki xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.

    Ürək və damar sisteminin sağlamlığını qoruyur. Damar sərtliyi, yüksək xolesterol və qan təzyiqinin artmasına ənəl olur və miokard infarktının qarşısını alır.

    Orqanizmdən toksin, infeksiya və iltihabların atılmasından sonra immun sistemini qüvvətləndirir.

    Mədə turşuluğunu balanslaşdırır.

    Qadınların xüsusi günlərində ağrıların azalmasına yardımçı olur.

    Bağırsaqların işinə yardım edərək qəbzliyin qarşısını alır.

    Sızanaq və qara nöqtə ləkələrinin müalicəsində istifadə edilir. Dərinin nəm balansını qoruyur.

    Oynaq ağrılarının təbii dərmanıdır.

    Yanlış qidalanma və zərərli vərdişlərdən sonra əmələ gələn iltihablanı bədəndən kənarlaşdırır.

    İtburnu çayı arıqladırmı?

    Həzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.

    İtburnu çayının hazırlanması

    1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.

    İtburnu yağının faydaları:

    Dərinin nəm balansını qoruyur, qırışları açır, hüceyrələri yeniləyir, Günəş ləkələrini sağaldır. Saç dərisində meydana gələn bakteriyaları azaldır. Kəpək və saç tökülməsi ilə mübarizə aparır.
    //milli.az

  • Kimlər bal yeməməlidir? – Həkim açıqladı

    Terapevt Marina Konstantinova balın müalicəvi xüsusiyyətləri haqqında ümumi fikirləri şərh edib.

    Həkimin sözlərinə görə, məhsulun faydalarını çox şişirtmək lazım deyil, o, dərmanı əvəz edə bilməz. Həkim təbii qida əlavəsi kimi balın düzgün istifadə edildiyi təqdirdə faydalı olduğunu bildirib. Beləliklə, Konstantinovanın izah etdiyi kimi, bal günün birinci yarısında müstəqil məhsul kimi istehlak edilməli və 40 dərəcədən yuxarı qızdırılmamalıdır.

    Gündəlik bal qəbulundan danışan həkim bildirib ki, hətta sağlam insanlar da 50-100 qramdan çox bal yeməməlidir.

    Mütəxəssis AiF-ə müsahibəsində qeyd edib ki, bal yüksək glisemik indeksə malikdir və tərkibindəki sürətli karbohidratların çoxluğuna görə mədəaltı vəzi və böyrəklərə yük yarada bilər. Konstantinova xəbərdarlıq edib ki, arı məhsullarına allergiyanız varsa, bal yeməməlisiniz. Mədə-bağırsaq traktının (ülseratif mədə-bağırsaq traktının, qastrit, pankreatit, siroz) və tənəffüs orqanlarının xəstəliklərindən, həmçinin bronxial astmadan əziyyət çəkənlər üçün istifadəsini məhdudlaşdırmaq məsləhətdir.
    //qaynarinfo.az

  • Kirayədə qalmaq adamı tez qocaldır?

    Kirayədə qalan insanların orqanizmi daha tez qocalır.

    Böyük Britaniya və Avstraliyadan olan alimlər aparılan araşdırmalardan sonra belə qənaətə gəlib.

    Onların tədqiqatlarının nəticələri “BMJ” elmi jurnalında dərc olunub.

    Tədqiqatda 1 420 nəfər iştirak edib – onların arasında həm kirayədə qalanlar, həm də artıq öz mənzillərini almış şəxslər var.

    Mütəxəssislər insanların sağlamlıq vəziyyətlərini, öz evlərində, yoxsa kirayədə qalmalarını, borclarının olub-olmaması, kirayə haqqının nə qədər olması, dövlət dəstəyi alıb-almamaları ilə bağlı suallar veriblər.

    Daha sonra iştirakçılardan DNT metilasiyasını (bioloji qocalmanın göstəricisi) təhlil etmək üçün qan nümunələri götürüblər.

    Alimlər qeyd ediblər ki, kirayənin yaratdığı stresə görə mülkləri icarəyə götürən insanlar öz evlərinə sahib olanlardan daha tez qocalır. Onlar, həmçinin işsizlərdən iki dəfə, siqaret çəkənlərdən 50% daha sürətli qocalırlar.

    Kirayəçilər kirayə pulunu ödəyə bilmədikdə, yaxud əlverişsiz evdə yaşadıqda bioloji qocalma daha da sürətlənib.

  • Badam və badam yağının faydalı xüsusiyyətləri

    “Püstə, badam, noğul, nabat, ləbləbi…”. Məşhur mahnılardan birində deyildiyi kimi, badam süfrələr yaraşığı, məclislər bəzəyidir.

    Onsuz bayram süfrəsini təsəvvür etmək çətindir. Qənnadı sənayesində şirin ləpəli badamdan istifadə etməklə müxtəlif şirniyyatlar hazırlanır. Lakin badam müalicə vasitəsi kimi tibdə də geniş istifadə olunur.

    Badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib əvəzolunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor, maqnezium çox miqdardadır. Acı badamın tərkibində amiqdalin qlikozidinin olması ləpəyə acı dad və özünəməxsus qoxu verir.

    Tərkibindəki külli miqdarda E vitamini orqanizmə güclü antioksidant təsir göstərir. Sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmdən xaric olmasını sürətləndirir, hüceyrələrin qocalması və dərinin qırışmasının qarşısını alır. E vitamini və Omeqa-3 orqanizmə asan sorulan formada olduğu üçün damarqoruyucu təsir göstərir, aterosklerotik düyünlərin əmələ gəlməsi və yaşla əlaqədar yaddaş zəifliyinin qarşısını alır.

    Tərkibində olan B1 vitamini-tiamin orqanizmi enerji ilə təmin edir, immun sistemi möhkəmləndirir, B2 vitamini-riboflavin hemoqlobin sintezində iştirak edən bir çox fermentlərin tərkibinə daxildir. B6 vitamini-piridoksin sinir sisteminin funksional fəaliyyətini yaxşılaşdırır, stresə qarşı dözümlüyü artırır, B9 vitamini-fol turşusu qanda ürək qan-damar xəstəliklərinin yaranmasına səbəb olan zərərli xolesterinin miqdarını azaldır, qaraciyərin işini yaxşılaşdırır.

    Qidalanma zamanı badamdan istifadə ediləndə orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur. Toxum qabığının tərkibində olan maddələr virus infeksiyasına yoluxmuş qadınların sağalmasını sürətləndirir.

    Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Badam qaraciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimulə edir.

    Badam yağı

    Badamı qiymətli edən həm də onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45 faiz, şirin badamda isə 62 faiz yağ olur və onu soyuq presləmə yolu ilə alanda öz mülicəvi xüsusiyyətlərini saxlayır. Əczaçılıqda dərialtı inyeksiyaların, məlhəm və şamların hazırlanmasında istifadə edilir. Acı badam yağının tərkibində olan amiqdalin qlikozidi və sianid turşusuna görə onu daxilə qəbul etmək olduqca təhlükəlidir və yalnız xaricə tətbiq edilir.

    Şirin badam yağı isə həm daxilə, həm də xaricə istifadə edilir. Qəbizlik, pnevmoniya, bronxial astma və otit zamanı daxilə qəbul edilən şirin badam yağının iltihabəleyhinə, bəlğəmgətirici, sakitləşdirici və yumşaldıcı təsirləri var. Yuxunu yaxşılaşdırır, zehni qabiliyyəti artır.

    Onunla masaj ediləndə asanlıqla sorulur, allergik reaksiya vermədən dərini nəmləndirir, qidalandırır və yenilənməsini sürətləndirir. Üz dərisi və kipriklərdən kosmetik vasitələrin silinməsi üçün ideal vasitədir. Badam yağı saç köklərini qidalandıraraq möhkəmləndirir, saçların elastikliyini və parlaqlığını artırır.

    Badamın istifadəsinə əks göstərişlər

    Yüksək kalorili olduğuna görə piylənmədən əziyyət çəkənlər menyuda badamı məhdudlaşdırmalıdır. Ürək-damar sisteminə birbaşa təsir göstərdiyinə görə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

    Tərkibində amiqdalin qlikozidi, benzaldehid və güclü zəhərləyici təsirə malik sianid turşusu acı badamın və ya yetişməmiş şirin badamın yeyilməsi zəhərlənməyə səbəb ola bilər. Böyüklərin 50, uşaqların 10 ədəd çiy acı badam yeməsi ölümcül doza ola bilər.

    Badam aktiv allergen ola bilər və ona qarşı allergiya zamanı tənəffüs çətinləşir, qaşınma, ağızın və qırtlağın selikli qişası ödemləşir.

    Badamın kosmetologiya istifadəsi

    Quru və həssas dəri üçün maska

    1 xörək qaşığı üyüdülmüş badam ləpəsi üzərinə sıyıq halına gələnə qədər xama əlavə edilərək qarışdırılır. Üz, boyun və sinə nahiyəsinə çəkilərək 30 dəqiqə saxlanandan sonra soyuq suyla yuyulur.

    Yağlı dəri üçün skrab

    5 ədəd xırdalanmış badam ləpəsi üzərinə 1 xörək qaşığı qəhvəüyüdəndə toz halına salınmış yulaf yarması və 1 ədəd çalınmış yumurta ağı əlavə edilərək qarışdırılır. Üz, boyun və sinənin təmiz dərisinə masaj edilərək çəkilir. 2-3 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.

    Herba Flora şirkətinin soyuq prasləmə üsulu ilə istehsal etdiyi Fitooil Badam yağı unikal tərkibini və müalicəvi xüsusiyyətlərini tam saxlayır.

    Mənbə: Herba Flora jurnalı

  • Hansı hallarda xurma yemək qadağandır?

    Çay süfrələrimizin ləzzətli təamlarından olan xurmanın çox sayda vitamin və minerallarla zəngin olması heç kəs üçün sirr deyil.

    Lakin buna baxmayaraq, bəzi şəxslərə ondan istifadə faydadan daha çox zərər verə bilər.

    Rusiyalı həkim Alyona Stepanova kimlərə və hansı hallarda xurmanın qadağan edildiyi barədə məlumat verib. O, xurmanın qlikemik indeksi yüksək olan məhsullar sırasına aid olduğunu bildirib.

    “İnsulin rezistentli şəkərli diabet xəstələrinin xurma ilə qidalanması arzuolunmazdır. Belə ki, bu, qanda qlükozanın miqdarını kəskin şəkildə artıra bilər. Həmçinin, tez-tez mədəsində köpmə olan şəxslərin də bu nemətdən istifadəsi tövsiyyə olunmur”, – deyə həkim izah edib.

    Stepanovanın sözlərinə görə, üzəri parıltılı olan xurmanı almaq məsləhət görülmür. Belə ki, bu halda olan məhsullar bir qayda olaraq, əlavə şirə və ya kükürdlü maye ilə emal edilir.

  • Siqaret çəkənlərin qənimi – xroniki obstruktiv ağ ciyər xəstəliyi

    Bu kifayət qədər yayılmış ağ ciyər xəstəliyidir. Xəstəliyin səbəbi ağ ciyərlərin uzun müddət ərzində zədələnməsidir (adətən siqaret çəkmək nəticəsində).

    Xroniki obstruktiv ağ ciyər xəstəliyi uzun müddət ərzində siqaret çəkən insanların əksər hissəsində müşahidə olunur. Lakin onların əksəriyyəti bundan bixəbər olur və orqanizmdə baş verən pozulmaları digər xəstəliklərlə əlaqələndirir.

    Xroniki obstruktiv ağ ciyər xəstəliyinin (XOAX) əsas simptomu nəfəsalmanın çətinləşməsidir.

    XOAX əksər hallarda 2 xəstəliyin birləşməsidir – xroniki bronxit və ağ ciyər emfizeması. Xroniki bronxit zamanı bronxlar iltihablaşır və daim çoxlu selik ifraz edir. Nəticədə bronxların divarları qalınlaşır və bu da həfəs yolların daralmasına səbəb olur (bu proses “obstruksiya” adlandırılır). Nəfəs yolların daralması nəticəsində nəfəsalma çətinləşir.

    Emfizema zamanı ağ ciyərin alveolları (ağ ciyərdə olan qovuqcuqlar – bu qovuqcuqlar vasitəsilə orqanizmdə qaz mübadiləsi baş verir). XOAX zamanı alveollar zədələnir və onların elastikliyi azalır. Nəticədə ağ ciyərlərin qaz mübadiləsini təmin edən sahəsi azalır, orqanizm daha az oksigen alır ki, bunun nəticəsində insanda təngnəfəslik inkişaf edir.

    Vaxt keçdikcə XOAX daha da inkişaf edir, dərinləşir və xəstənin vəziyyəti daha da ağırlaşır. Gecikmiş mərhələlərdə bu xəstəlik əlilliyə səbəb ola bilər. Ağ ciyərin zədələnməsi prosesini dayandırmaq mümkün deyil, bu proses inkişaf etməyə davam edəcək. Lakin alveolların dağılması prosesini ləngitmək və xəstənin vəziyyətini yüngülləşdirmək mümkündür.

    Yuxarıda qeyd etdiyimiz kimi, XOAX-in əsas səbəbi siqaret çəkməkdir. İllər ərzində siqaret tüstüsü nəfəs yolları qıcıqlandırır və alveolların zərif toxumasını dağıdır. Tək siqaret çəkmək deyil, siqaret çəkən insanların arasında olmaq da çox ziyanlıdır (buna passiv siqaret çəkmək deyilir).

    XOAX səbəb olan digər risk faktorları arasında:

    – uzun müddət ərzində kimyəvi maddələrin buxarının, tozun və s. ziyanlı maddələrin təsiri,

    – həyat boyu (xüsusilə uşaq yaşlarında) keçirilmiş ağır ağ ciyər xəstəlikləri və s.

    XOAX-in əsas simptomları:

    – uzunsürən öskürək

    – öskürək zamanı bəlğəmin xaric olunması

    – fiziki gərginliklər zamanı artan təngnəfəslik.

    Vaxt keçdikcə XOAX daha da inkişaf edir və təngnəfəslik hətta cuzi fziki gərginliklər zamanı əmələ gəlir. Xəstə hətta qida qəbul etdikdə, adi fiziki hərəkətlər etdikdə əziyyət çəkir. Belə xəstələr çəki itirir və fiziki cəhətdən zəifləyir.

    XOAX dövri olaraq kəskinləşə bilər və bu zaman xəstəliyin simptomları daha da artır və xəstənin vəziyyəti pisləşir. Belə kəskinləşmə zamanı hətta xəstənin həyatını təhlükə altına salan vəziyyətlər yarana bilər.

    Bu xəstəliyi pulmonoloq həkimi müalicə edir. XOAX-in ilk simptomlarında dərhal həkimə müraciət edin. Bu müalicənin daha effektli olmasını təmin edir.

    XOAX-in inkişafını ləngitmək üçün ilk növbədə siqaret çəkməkdən imtina etmək lazımdır. Bu ən vacib şərtdir.

    Həkim xəstəyə xüsusi müalicə təyin edir – bronxları genişləndirən preparatlar, bəlğəmgətiricilər, antibiotiklər, hormonal preparatlar (xəstəliyin kəskinləşməsində). Bu müalicə tədbirləri nəfəsalmanı asanlaşdırır, təngnəfəsliyi azaldır və ya aradan qaldırır, xəstənin həyat keyfiyyətini yüksəldir. Xəstə yaxşı qidalanmalı, bədən tərbiyəsi, tənəffüs gimnastikası ilə məşğul olmalıdır.

    Bu xəstəliyin əsas profilaktik tədbiri siqaret çəkməkdən imtina etməkdir.

  • Xərçəng riskini azaldan ədviyyatlar

    Rusiyalı dietoloq Tatyana Dik xərçəng riskini azaldan beş ədviyyatı qida rasionuna daxil etməyi tövsiyə edib.

    Onun sözlərinə görə, kəklikotu, oreqano (Adi qaraqınıq), darçın, adaçayı və sarıkökün tərkibində xərçəng əleyhinə təsir göstərən bir çox antioksidan var.

    “Bundan başqa, darçın qan şəkərini aşağı salır və ürək-damar xəstəlikləri riskini azaldır. Sarıkök öz növbəsində, arıqlamağa kömək edir və beyin funksiyasını yaxşılaşdırır”, – deyə mütəxəssis vurğulayıb.

    Həkim qeyd edib ki, adaçayı həzm pozğunluğuna kömək edir, kəklikotu soyuqdəymə zamanı, oreqano isə həzm sisteminin işinə müsbət təsir edir.

  • Səhər yeməyinin 7 faydası

    Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir.

    Səhər yeməyi orqanizmi “işə salır”, ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda 1 fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemir.

    Sizə səhər yeməyinin 7 faydasını təqdim edirik. Ola bilsin ki, bunları bildikdən sonra siz səhər yeməyinə daha ciddi baxacaqsınız.

    – Səhər yeməyi insanı gün ərzində ona lazım olan enerji ilə təmin edir.

    Həkimlər sübut edir ki, səhər yeməyi insanın iş qabiliyyətinin 30% artırır. Səhər yeməyi üçün ən uyğun vaxt – səhər saat 9-10 radələrində. Çalışın səhər yeməyindən 1 saat tez oyanasınız (iştaha daha gec “oyanır”). İştahanı “oyatmaq” üçün səhər yüngül gimnastika edin.

    – Səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır.

    İnsan ac olduqda onun qanında şəkərin səviyyəsi düşür. Bu da insanın əhval-ruhiyyəsinə mənfi təsir edir – insan əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır. Bu isə, təbii ki, insanın işinə təsir edir.

    Beləliklə, günorta belə vəziyyətdə olmaq istəmirsinizsə, səhər yeməyindən imtina etməyin.

    – Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.

    Amerika mütəxəssisləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.

    Həmçinin, həkimlərin fikirinə görə, səhər yeməyi üçün müxtəlif sıyıqlar (qarabaşaq, düyü, yulaf yarması və s.) uyğundur. Sıyıqlar insanı uzun müddət ərzində tox saxlayır. Kiçik salat porsiyası, 1 tikə bişmiş ət və ya toyuq da səhər yeməyi üçün çox yaxşı seçimdir.

    1 fincan çay və qəhvə içib evdən çıxan insanlara həkimlər xəbərdarlıq edir. Bu içkilər mədənin selikli qişasını qıcıqlandırır və bu da vaxt keçdikcə qastritin inkişafına səbəb ola bilər.

    – Səhər yeməyi diqqəti və yaddaşı yaxşılaşdırır.

    Səhər yeməyi insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir.

    Dietoloqların fikirinə görə, səhər yeməyi gündəlik qida rasionunun 25%-ni təşkil etməlidir (nahar – 40-50%, şam yeməyi – 25%).

    – Səhər yeməyi artıq çəkidən qoruyur.

    Aclıq zamanı insan orqanizmində müdafiə reaksiyası işə salınır – orqanizm daha çox kalori qəbul etməyə çalışır ki, onları ehtiyat üçün saxlasın.

    Beləliklə, əgər siz səhər yeməyindən imtina edirsinisə, siz nahar zamanı lazım olandan daha çox yeyəcəksiniz və bu da bədən çəkinizə mənfi təsir edəcək.

    – Səhər yeməyi arıqlamağa kömək edir.

    İngiltərə dietoloqların fikirinə görə, səhər və axşam sıyıq yeyən insan 1 ay ərzində 2 kq arıqlaya bilər.

    – Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.

    Düzgün səhər yeməyi insanı bir çox mədə-bağırsaq sistemi pozulmalar və xəstəliklərdən qoruya bilər.

    İlk növbədə bu qastrit və qəbizliyə aiddir. Səhər 1 stəkan təmiz su, 30 dəqiqə sonra isə sıyıq (xüsusilə yulaf yarması sıyığı) yeyən insan qəbizlikdən azad ola bilər.

  • Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi

    Rusiya Prezidenti Vladimir Putin uruqvaylı müğənni və aktrisa Nataliya Oreyroya Rusiya vətəndaşlığı verib.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, sənətçinin 9 yaşlı oğlu Merlin Ataualpa da Rusiya pasportu alıb.

    “Vəhşi mələk” serialının ulduzu Nataliya Oreyro Rusiya pasportu almaq arzusunu ilk dəfə 2019-cu ildə İvan Urqantın “Axşam Urqantı” verilişinə qonaq olarkən zarafat kimi dilə gətirib.

    O, Rusiya vətəndaşlığı üçün 2020-ci ilin yayında müraciət edib. Bundan sonra prodüser İosif Priqojin uruqvaylı aktrisanın niyə Rusiya pasportu almağa qərar verdiyini izah edib. Onun fikrincə, aktrisanı daha yumşaq vergitutmaları və rusların sentimentallığı cəlb edə bilər.

    Natalia Oreyro “Vəhşi mələk”, “Sən mənim həyatımsan”, “Tanqonun ritmində”, “Zəngin və məşhur” seriallarında rol alıb. Sənətçi dəfələrlə Rusiyaya bağlılığını, eləcə də rus dilini öyrəndiyini bəyan edib. Müğənni hitlərinin rusdilli versiyalarını ifa edir, həmçinin 2018-ci ildə Rusiyada keçirilən FIFA dünya kuboku üçün “United by Love” kompozisiyasını üç dildə (ingilis, ispan və rus) yazıb. 2020-ci ildə faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd etmək üçün Natalya Bulat Okudjavanın “Bizə bir qələbə lazımdır” (“Bizim onuncu desant batalyonumuz”) mahnısını ifa edib.

  • Antibiotiklərin zərərli olduğu vaxtlar açıqlandı

    Öskürək, viruslu bronxit və haymorit zamanı antibiotiklər əks göstərişdir.

    Bu dərmanlar nəzarətsiz alındıqda təsir göstərmir.

    Bu barədə məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

    “Boğazınız ağrıyır – sizə antibiotik olmaz, bronxitsiniz – antibiotiklərə ehtiyacınız yoxdur. Sadəcə gözləyin, öskürək əleyhinə dərmanlar qəbul edin. Baxın, bəlkə də infeksion (bronxit) deyil, çünki əksər hallarda infeksion olmur”, – deyə Myasnikov bildirib.

    Həkim antibiotiklərin haymorit zamanı da əks göstəriş olduğunu vurğuladı.

    “Streptokok angina zamanı temperaturunuz 40 dərəcədən yuxarı olarsa ürək xəstəliklərinin profilaktikası üçün, cinsi infeksiyalar zamanı, yaxud sizdə sətəlcəm olub (və ya var) və siz evdə müalicə alırsınızsa, xəstəxanadan kənarda antibiotik qəbul edə bilərsiniz”, – deyə həkim bildirib.

    Myasnikov antibiotiklərin bronxitin ilkin müalicəsi üçün uyğun olmadığını vurğulayıb.