Category: Maraqlı

  • Dietoloq şam yeməyi üçün ideal ərzaqları açıqladı

    Faydalı şam yeməyi həzm sisteminin mikroflorasına faydalı təsir göstərən bitki qidalarından ibarət olmalıdır.

    Bu barədə tanınmış rusiyalı dietoloq Elena Tay məlumat verib.

    Onun sözlərinə görə, tərkibi mikronutriyentlər, həzm olunan zülallar, pəhriz lifi və pektinlər olan humus (noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır) və ya digər paxlalı yeməklər ən yaxşısıdır.

    “Tərkibindəki liflər, yavaş karbohidratlar və zülallar sayəsində belə axşam yeməyindən sonra toxluq uzun müddət davam edir və həzm normallaşır”, – deyə mütəxəssis vurğulayıb.

    O, paxlalı bitkilər arasında ən faydalılar arasında noxud, mərci və lobyanı xüsusi vurğulayıb. Dietoloqun sözlərinə görə, adıçəkilən bitkilərin aşağı qlikemik indeksi çəkini qorumağa kömək edir.

  • Yaşlanmaya qarşı yeni dərman hazırlanıb

    İngiltərənin Lester Universitetində yaşlanmaya qarşı yeni nəsil dərman hazırlanıb.

    “Report” xəbər verir ki, “Scientific Reports” nəşrində dərc edilən yazıya görə bu dərman ilk dəfə olaraq insan orqanizminin yalnız qocalan hüceyrələrini sıradan çıxararaq adi hüceyrələrə təsir etmir: “Yaratdığımız yeni məhlulda qocalan hüceyrələr üçün zəhərli maddələr və anticisimlər var. Bu birləşmə bir növ “ağıllı bomba” kimi təsir edərək qocalan hüceyrələri ayıraraq məhv etmək, adi hüceyrələrə isə təsir etməmək iqtidarındadır”.

    Tədqiqat müəlliflərinə görə, yaxın vaxtlarda klinik sınaqları gözlənilən yeni dərmanın yaşlanmaya qarşı dərmanlar aləmində inqilab əmələ gətirəcəyi güman edilir.

  • Ağciyər xərçənginin qeyri-adi əlaməti açıqlandı

    Dabanda yaranan ağrılar ağciyər xərçənginin əlaməti ola bilər.

    Bunu britaniyalı həkimlər qeyd ediblər.

    Onlar ağciyərlərdəki törəmələrin tromblara səbəb olduğunu bildiriblər.

    Həkimlərin sözlərinə görə, dabandakı ağrılar iki həftə ərzində keçmədikdə mütləq peşəkarlara müraciət olunmalıdır. Bu zaman xəstənin ayaq nahiyəsilə yanaşı ağciyərləri də yoxlanışdan keçirilməlidir.

  • Səpgilərdən xilas olmağın yolları

    Gözəllik həmişə göz oxşayır. Ancaq əbədi nə var ki? O ki qaldı qadın gözəlliyi ola…

    Zaman keçdikcə, yaş üstünə yaş gəldikcə gözəllik də yavaş-yavaş solmağa başlayır, necə deyərlər, qara saça dən, bəyaz dəriyə qırış düşür. Amma cavanlığın da öz problemləri var. Məsələn üz səpgiləri.

    Təbii ki, üzdə səpgilərin yaranması gözəlliyə xələl gətirməklə yanaşı xanımlarda narahatlıq da yaradır. Əlbəttə ki, səpgilərin yaranma səbəblərini və ondan xilas olmağın yollarını öyrənmək heç də pis olmazdı.

    Üzdə olan civzə və aknelərin əmələ gəlməsi periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt qəflətən və gözlənilmədən yaranır. Axşam təmiz və hamar olan dəridə səhər çoxlu xırda səpgilər yarana bilər.

    Xırda səpgilərin əmələ gəlməsi bir sıra səbəblərlə əlaqədar ola bilər:

    – Mədə-bağırsaq sisteminin pozulması: qəbizlik, bağırsaqların atoniyası;

    – Allergiya: mövsümlə əlaqədar olaraq çiçək tozu, günəş şüaları, toz və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması;

    – Dəriyə qeyri-düzgün qulluq: kosmetik vasitələrin uzun müddət üzdə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiya;

    – Dəri parazitləri: demodeksin – dəri məsamələrində yaşayan gənənin aktivləşməsi;

    – Orqanizmdə baş verən hormonal dəyişikliklər: yeniyetməlik, hamiləlik, klimaks və cinsi həyatda uzunmüddətli fasilə;

    – Bəzi dərman preparatlarının qəbulu;

    – Bəzi qida növləri (ekzotik və sitrus meyvələri, moruq, yerkökü və s.), keyfiyyətsiz, həddən artıq şirin və yağlı qida qəbulu;

    – Dərinin infeksion xəstəlikləri;

    – Güclü stress.

    Səpgilərin üzün hansı hissəsində yayılmasından asılı olaraq səbəb haqqında mülahizə yürütmək olar.

    Alında, saç xəttinə yaxın – öd kisəsi və öd yollarının disfunksiyası, qəbizlik;

    Göz ətrafında, almacıq sümüyü üzərində – böyrək və böyrəküstü vəzin xəstəlikləri;

    Burunüstü nahiyədə – qaraciyərin disfunksiyası;

    Yanaq, sinə, kürək nahiyəsində – ağciyər xəstəlikləri;

    Burnun ucunda və qanadlarında – ürək-damar sisteminin xəstəlikləri;

    Dodaqətrafı və çiyin nahiyəsində – həzm sisteminin və yoğun bağırsağın disfunksiyası;

    Çənə və çənəaltı nahiyədə – hormonal sistemin, əsasən də cinsi hormonların disbalansı zamanı əmələ gəlir.

    MƏSLƏHƏTLƏR

    – Üzün isti suyla yuyulması ilk növbədə iltihabi proseslərin sorulmasını sürətləndirir, demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür.

    – Axşamlar üz yuyulduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silinir.

    – Gülümbahar, aptek çobanyastığı çiçəyi və dazıotu kimi bitki dəmləmələri ilə üzə islatma və buxar vannası edilir.

    – Müalicə zamanı qida rasionundan şirin, duzlu, yağlı qidalar tamamilə çıxarılır, meyvə-tərəvəz, göyərti kimi təbii məhsullar artırılır.

    – Bitkilərdən hazırlanmış təbii maskalardan istifadə edilir.

    – Mütəmadi olaraq təmiz havada gəzmək, müalicə müddətində dekorativ kosmetikadan istifadə etmək, skrab kimi dərini zədələyə biləcək vasitələrdən uzaq durmaq məsləhət görülür.

    RESEPTLƏR

    – 1 çay qaşığı tozağacı tumurcuğu 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılır, 20 dəqiqə ocaqdan kənarda dəmlənir, süzülür. Bir neçə qat tənzif isti dəmləmədə isladılır, üzə qoyularaq 10 dəqiqə saxlanır. Soyuyandan sonra tənzif dəyişdirilir.

    – Bağayarpağının bir neçə təzə yarpağı xırdalanıb əzilir, alınan kütlə təmiz yuyulmuş üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra yuyulur.

    – 1 xörək qaşığı quru dəvədabanı üzərinə 1 stəkan qaynar su tökülərək 30 dəqiqə dəmlənir. Alınan dəmləmə ilə üz hər gün bir-iki dəfə yuyulur.

    – 1 xörək qaşığı quru gəndalaş çiçəyi üzərinə 2 stəkan qaynar su tökülərək 20 dəqiqə dəmlənir, süzülür və üzə islatma qoyulur.

    – Teader çayı 2 filtr-bağlama 1 stəkan suda dəmlənir, gündə 2-3 dəfə daxilə qəbul edilir. Həmin dəmləmə ilə üz dərisi gündə 2 dəfə silinir.

    – 1 xörək qaşığı xırdalanmış gülümbahar çiçəyi 1 stəkan qaynar suda 1 saat dəmlənir, süzülür. Azacıq isidilərək 20 dəqiqə üzə islatma qoyulur və ya isti buxarla üzə vanna edilir.

    – 2 xörək qaşığı gülümbahar çiçəyi üzərinə 1/4 stəkan 40% spirt və 1/5 stəkan isti su əlavə olunur, tünd qabda qaranlıq yerdə 1 sutka dəmlənir. Sonra süzülür, üzərinə 3-4 ml qliserin, 5 qram bor turşusunun spirtdə 5% məhlulu əlavə olunaraq qarışdırılır. Alınan cövhərlə üz gün ərzində 2-3 dəfə silinir.

    – Gün ərzində iki dəfə üz dərisi səpgi əleyhinə Fitolosyonla silinir.

    – 2 çay qaşığı bal yarım çay qaşığı toz halına salınmış darçınla qarışdırılır, isti su hamamında yumuşaldılıb üzə çəkilir, 10 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.

    – 1 ədəd yumurta ağı köpük alınana qədər yaxşı çalınır, 1 çay qaşığı nişasta və 4 damcı çayağacı yağı əlavə edilib qarışdırılaraq üzə çəkilir. 10 dəqiqə saxladıqdan sonra yuyulur, sonra qidalandırıcı krem çəkilir.

    – Aloe yarpağı kəsilir, soyuq suyla yuyulur, sərin və qaranlıq yerdə 10 sutka saxlanır. Yarpağı kəsilməmişdən 1-2 həftə əvvəl bitki sulanmamalıdır. Sonra yarpaqlar xırdalanır, əzilir, üzərinə 1:5 nisbətində qaynadılmış soyuq su əlavə olunur. Qaynayan su hamamında 1 saat dəmlənir, ocaqdan götürülür, soyudularaq süzülür. Tünd şüşə qabda saxlanır. Gün ərzində 2 dəfə üz dərisi silinir.

  • Nəyə görə küləkli və soyuq havada baş ağrıyır?

    İnsanlar arasında belə bir inam var ki, soyuqdan baş ağrıyır. Soyuğa çıxdım başım boynum ağrıdı, başım soyqladı deyənlər çoxdur.

    Bəs bu mifdir, yoxsa həqiqətən də soyuğun təsirindən baş ağrıyır?

    Median.Az medicina.az-a istinadən bildirir ki, əslində soyuq və küləkli hava ancaq nadir və xroniki xəstəliklərdə, xüsusən baş beyin xəstəliyi olanlara təsir edə bilər.

    Əslində isə başda ağrılar çox az halda başın özündən qaynaqlanır. Çox zaman o, boyun şöbəsində arteriya və ya qığırdağın sıxılmasından, dəyişilməsindən baş verir.

    “Beynin meningial qişasının iltihabı, eləcə də burun və daxili qulaqda iltihabi xəstəliyi olan şəxslərdə soyuq və küləyin təsirindən ağrı yarana bilər. İltihab ocağında daim oksigen çatışmır, orda toxumaların nekrozu baş verir, ağrı
    reseptorları daha tez qıcıqlanır.

    Baş və üz dərisinə təsir edən soyuq kütlə bu nöqtələri, ocaqları qıcıqlandırır, temperatur dəyişikliyi xəstəyə pis təsir edir. Ağrı əzələ və sinirlərlə başa ötürülür.

    Buradan da el arasında belə deyim yaranıb ki, soyuq hava köhnə yaraları yada salır.

  • Mədədə qıcqırma hissinin yaranma səbəbləri açıqlandı

    Mədə qıcqırması heç də həmişə xəstəliklə bağlı deyil.

    Bu barədə rusiyalı qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejaya mədə qıcqırmasının səbəbləri barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, mədədə yanma hissi bəzən insanın çox yedikdən sonra sərt şəkildə əyilməsi, yaxud da yeməkdən sonra fiziki fəaliyyəti ilə bağlı ola bilər.

    Həkim həmçinin bildirib ki, narahatlıq hansısa ərzağa (süd, ət, pivə və sair) qarşı allergik reaksiya ilə də bağlı ola bilər. Həkimin sözlərinə görə, məhsulda orqanizm üçün allergik tərkib varsa, orqanizm aqressiv təsirdən xilas olmağa çalışacaq.

    “Məsələn, bananın tərkibində həddindən artıq kraxmal olur, bəzi insanlar onu yedikdən 20-30 dəqiqə sonra özünü narahat hiss edir, ağırlaşır. Acı, ədvalı yeməklərdən sonra isə, mədə qıcqırması ilə yanaşı bəzən hətta kəskin ağrı və spazm hiss edilə bilər”, – deyə qastroenteroloq izah edib.

    Həkim mədə qıcqırmasına qarşı həbləri qəbul etməyin əleyhinə omadığını bildirsə də, ondan çox istifadəni də tövsiyə etməyib.

    Brejneva onu da vurğulayıb ki, mədə qıcqırması mütəmadi baş verirsə, bu zaman mütləq həkimə müraciət edilməlidir, çünki bu, mədə, onikibarmaq bağırsaq, mədəaltı vəz problemlərindən və pankreatitin inkişafından xəbər verə verə bilər.

  • Dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətləri

    Dəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur – isti və soyuq yeməklərə, turşulara əlavə olunur.

    Lakin bir çox insanlar bilmir ki, dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərinə malikdir.

    Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir – burada efir yağları, vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium, dəmir, selen, fosfor və s.) var.

    Dəfnə orqanizmə antiseptik, iltihabəleyhinə, göbələkəleyhinə, sidik və tərqovucu təsir edir, şəkərin səviyyəsini və arterial təzyiqi aşağı salır, həzm prosesləri yaxşılaşdırır.

    Dəfnə yarpaqları orqanizmi artıq duzlardan təmizləyir. Bunun üçün dəmləmə istifadə olunur. Təxminən 20 dənə quru yarpağın üzərinə 2 stəkan qaynar su əlavə olunur (termosda dəmləmək daha yaxşıdır). Dəmləmə gün ərzində kiçik qurtumlarla içilir. Müalicə müddəti – 3 gün. 1 həftədən sonra müalicə kursu təkrar olunur.

    Stomatit və digər ağız boşluğu iltihabları zamanı dəfnə yarpağı çox yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağı sadəcə çeynəmək lazımdır. Daha sonra 1 saat ərzində heç nə yemək və içmək olmaz.

    Ayaqlarınız həddən artıq tərləyirsə, dəfnə yarpaqları ilə olan ayaq vannaları edin. Bunun üçün 20 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və vannaya əlavə olunur.

    Şəkərli diabet zamanı dəfnə yarpaqları dəmləməsi qanda şəkərin səviyyəsini aşağı salır.

    İltihabəleyhinə təsirinə malik olan dəfnə soyuqdəymə xəstəlikləri zamanı da dəmləmə şəklində istifadə oluna bilər. Bundan əlavə ailənin digər üzvlərini infeksiyadan qorumaq üçün aromatik dəfnə yağı aromalampaya damızdırın və ya dəfnə yarpaqları dəmləyib otaqlara buxar verin. Bu buxar havada olan mikrobları öldürür.

    Fitonsidlər və sinklə zəngin olan dəfnə yarpaqları immunitetə möhkəmləndirici təsir edir.

    Dəfnə yarpaqları ilə olan inhalyasiyalar haymorit zamanı uğurla istifadə olunur. Bunun üçün dəfnə yarpaqları dəmlənilir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.

    Dəfnə yarpağı dəmləməsi ishal zamanı uğurla istifadə oluna bilər.

    Dəfnə insanın sinir sisteminə çox müsbət təsir edir. Dəfnə ilə olan vannalar sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir.

    Dəfnə yarpaqları kosmetik məqsədi ilə də istifadə oluna bilər. Belə ki, iltihablaşmış, üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün belə vasitə düzəltmək olar: 10 dənə xırdalanmış quru dəfnə yarpağı götürülür, üzərinə 1 stəkan araq əlavə olunur və 1 gün saxlanılır. Daha sonra bu vasitə süzülür və dərinin iltihablaşmış sahələrinə çəkilir.

  • İllərin təzyiq xəstəsi 10 günə necə sağaldı – Cəmi bir metod

    Əgər hələ də yüksək təzyiqdən necə xilas olacağınızı bilmirsizsə, bu real təcrübə köməyinizə gələ bilər. Yüksək təzyiq gənc yaşlardan başlaya bilər və getdikcə çox vacib damarları zədələyir. Bədəndə qan dövranı pozulanda əsas orqanlar sıradan çıxır.

    Rusiyada 30 illik təzyiq xəstəsi dərman müalicəsi ilə belə təzyiqi sala bilmədiyindən sovet dövründəki həkimlərin ürək, böyrək xəstələri üçün təyin etdiyi duzsuz pəhriz, 7 və 10 nömrəli pəhrizlərə başlayır.

    “Təzyiqi müalicə etmək üçün möcüzə tablet yoxdur, dərman atsanız da təzyiq ram olmaya bilər. Xəstə nə qədər çox dərman qəbul edirsə, bir o qədər orqanizmin ömrünü qısaldır. Mən təzyiq dərmanı ilə yanaşı ürək-damarlar üçün tabletlər, sidikqovucular içirdim.

    Dəfələrlə həkim dieta da saxla desə də, konkret hansı dietadan söz getdiyini demir, mən də yeməyimdən qalmırdım.

    Son 1 ildə təzyiq dərmanım belə təzyiqi salmırdı, günlərlə başım gicəllənir, ürəkdə tutmalar olur, təcili yardım çağırır, belə yaşamaqdan bezmişdim.

    Mən duzsuz qidalanmağa keçdim. Rasiondan duzu çıxartdım.

    Buna öyrəşmək ilk günlər çox çətin idi, amma getdikcə toyuq da, ət də, salatlar da duzsuz da dadlı gəlirdi. Şorbaları quru və təzə göyərti, ədviyyatlarla dadlandırdım.

    Menyuya paxlalar, yarmalar daxil etdim.

    3 gündən sonra ilk təsiri hiss etdim: axşama kimi ayaqlarım şişmirdi, başımdakı ağrı və təzyiq itdi.

    İnsan zamanla yüksək təzyiqə elə uyğunlaşır ki, başında, gözündəki o təzyiqi hiss etmirsən, bədən birtəhər özünü tənzimləyir və adama elə gəlir ki, normal gəzir, oturur. Həmin vaxt isə təzyiqin 160, 180 ola bilər.

    İndi isə təzyiqim 140-dan yuxarı qalxmır, bir az yüksələn kimi dərhal hiss edirəm. Bu da o zaman baş verir ki, mən qonaq gedirəm, restoranda, kafedə yeyirəm, orqanizmə duz daxil olur.

    Bu qidalanma ilə bir ay sonra mən demək olar, çox dərmanlardan imtina etdim, cəmi bir təzyiq dərmanım qaldı.

    Bu dietaya keçəndən sonra bədəndə yüngüllük, enerji, güc artdı.

    Əgər siz də uzun illərin təzyiqindən və onun gətirdiyi fəsadlardan xilas olmaq istəyirsizsə, duzu ləğv edin. İnternetdən sovet dövrünün 7 və 10 nömrəli stol pəhrizini axtarıb riayət edin”. /medicina.az

  • Təbii yağı saxtadan seçmək üçün 3 sadə üsul – Video

    Ən çox istifadə olunan məhsullardan biri olan yağ kütləvi şəkildə saxtalaşdırılır.

    Belə süni yağın əsas hissəsini palma və ya kokos yağı, müxtəlif kimyəvi qatqılar təşkil edir. Təbii ki, belə yağ nəinki orqanizmə heç bir fayda vermir, əksinə sağlamlığa ziyan vurur.

    Bəzən belə saxta yağlar çox “ustalıqla” hazırlanır və xarici görünüşünə və qoxusuna görə onları təbii yağla səhv salmaq mümkündür. Bu halda ev şəraitində çox sadə testlərdən istifadə etməklə yağın saxta olub-olmadığını müəyyən edə bilərsiniz.

    Median.Az istinadla sizə 3 belə test təqdim edir:

    1. Stəkana qaynar su töküb suya yağın bir tikəsini salın. Təbii yağ bərabər şəkildə əriyin və suya qarışır. Süni yağ isə dərhal kiçik tikələrə ayırmağa başlayır.

    2. Yağı masanın üstündə saxlayın ki, ərisin. Təbii yağ bərabər şəkildə əriyir, həmcins sarı maye əmələ gəlir və xoş qoxu verir. Süni yağ isə əriyəndə içində kiçik dənəciklər olan suya oxşayan maye əmələ gəlir və bu maye spesifik, təbii yağa bənzəməyən qoxu verir.

    Həmçinin təbii yağ əriyəndə onun üzərində su damcıları əmələ gəlmir, marqarinin üzərinəd isə əmələ gəlir.

    3. Yağı buzxanada dondurun. Buzxanadan çıxmış yağ çox çətinliklə tikələrə bölünür və ovulur. Süni yağ isə asanlıqla tikələrə kəsilir.

    Saglamolun.az/

  • “Omoniya”nın kapitanı: “Qarabağ”la oyun vacibdir, amma kritik deyil

    Bizim üçün vacib oyundur. Amma sabahkı görüşü kritik adlandırmazdım. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik”.

    “Report”un məlumatına görə, bunu Kipr “Omoniya”sının kapitanı Xordi Qomes evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

    İspaniyalı yarımmüdafiəçi komandasına inandığını bildirib: “Əvvəlki iki mövsümdən sonra tələblər böyüyüb. Uğur qazandıqca, hədəflərin böyüməsi normaldır. Çempionatda cəmi 3 oyun keçirdikdən sonra qrup matçına çıxdıq. Futbolçulara inanıram”.

    Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.