Category: Maraqlı

  • Xroniki yorğunluq sindromu

    Alimlər xroniki yorğunluq sindromunu XXI əsr xəstəliyi hesab edirlər. 1988-ci ilə qədər belə nozologiya mövcud deyildi.XYS sivilizasiya xəstəliyi hesab olunur.
    Statistikaya görə dünya əhalisinin 17 milyonu bu sindromdan əziyyət çəkir.

    Xroniki yorğunluq sindromu (XYS) ən az altı ay davam edən və səhhəti tam izah edə bilməyən, həddən artıq yorğunluqla xarakterizə olunan mürəkkəb bir xəstəlikdir. Yorğunluq fiziki və ya zehni fəaliyyətlə pisləşir, lakin istirahətlə keçib getmir.

    Daha çox şikayətlər yuxu pozulması, yaddaş, diqqət və konsentrasiya ilə bağlı çətinliklər, yatmaqdan və ya oturub qalxan zaman artan başgicəllənmədən olur.Buna bəzən fiziki dözümsüzlük xəstəliyi də deyilir.

    Viral infeksiyalardan psixoloji stresə qədər bir çox nəzəriyyə ilə izah verilsə də, XYS-nun səbəbi bilinməz qalmaqdadır.Bəzi mütəxəssislər xroniki yorğunluq sindromunun bir çox amillərin birləşməsindən qaynaqlandığını düşünürlər.

    Xroniki yorğunluq sindromu diaqnozunu təsdiqləyən tək bir test də yoxdur.Bənzər simptomları olan digər sağlamlıq problemlərini istisna etmək üçün müxtəlif tibbi testlərə ehtiyac duyula bilir.

    XYS-nun simptoları insandan-insana dəyişə və əlamətlərin şiddəti gündəlik olaraq fərqli müşahidə oluna bilər. Səbəb aşağıdakılar ola bilər:
    -daimi sinir gərginliyi;
    -xroniki stess;
    -çox az və ya həddan atıq yuxu;
    -fiziki aktivlik olmadan oturaq həyat rejimi;
    – hormonal fonun dəyişməsi;
    -uzun müddət eyni qrup dərmanların qəbulu;
    -mədə-bağırsaq traktı problemləri;
    -virus xəstəlikləri.

    Həkimə nə zaman müraciət etməli?

    Xəstəlik əvvəlki fəaliyyətlə məşğul olmaq qabiliyyətinə ciddi təsir göstərərsə, şiddətli gedişlə şikayətlər artarsa, fiziki zehni və ya emosinal gərginlik nəticəsində vəziyyət daha da pisləşərsə, bunlar həkim məsləhətinə işarələr hesab olunur.
    Həddən artıq davamlı yorğunluq və bu vəziyyətin istirahətlə yaxşılaşmadığı halında da həkimə müraciət şərtdir.

    XYS diaqnostikası üçün infeksion( viral), hormonal sistemin testləri aparılmalıdır. XYS olan insanlar bəzən hipotalamus, hipofiz və qalxanabənzər vəzlə bağlı hormonların anormal səviyyələri ilə üzləşə bilirlər. Lakin bu anormallıqların sindrom üçün əhəmiyyəti tam aydınlaşmamışdır.
    Fiziki və emosional travma sindromun əlamətləri başlamazdan bir müddət əvvəl yaşana bilər. Bu fakt da həkimin nəzərənə çatdırılmalıdır.
    XYS hər yaşda baş verə bilər, lakin daha çox gənc və orta yaşlı insanlarda görülür.Qadınlara kişilərə nisbətən daha çox XYS diaqnozu qoyulur. Çünki qadınlar arasında bu səbəblə həkimə müraciət sayı çoxdur.

    XYS-nun fəsadları

    Həyat keyfiyyətinin aşağı enməsi
    İşsizliyin artması
    Sosial izolyasiya
    Depressiya

    Müalicə prinsipləri

    Ailə həkimi kompleks müayinələrin nəticələrinə görə nevroloq, endokrinoloq, kardioloqla və b. İlə məsləhətləşə bilər.
    Xroniki yorğunluq sindromunun müalicəsi simptomların aradan qaldırılmasına yönəlir.Ən zərərli əlamətlər ilk növbədə həll edilir. Məsələn, yuxu pozulması aradan qaldırılmalı, hormonal sistem pozğunluğu aşkar edilibsə, nizamlanmalı, depressiya əleyhinə tədbir görülməlidir.
    Sadalananlarla birlikdə XYS-li insanların çoxunda psixi sağlamlıq pozulmaları müşahidə edilir. Bunlar isə məsləhətçi-psixoterapevtsiz ötüşə bilməz.Psixoterapevt problemlərdən hər hansı birinin yorğunluğa səbəb olub- olmadığını müəyyən etməyə yardımçı olur.

    Amerika alimlırinin tədqiqatına görə XYS-lu insanların qidasına B vitaminləri, maqnezium və L-karnitnlə zəngin əlavələr etməkdə fayda vardır. Maqnezium və digər vitaminlər bədəndəki enerji istehsalını,demək olar ki, tənzimləyir.Londonun Queen Mary Universitetindən olan elm adamları isə xroniki yorğunluğun ən yaxşı çarəsini yüngül, mülayim yüklü idmanla məşğul olmaqda görürlər.Üç ay ərzində XYS diaqnozu qoyulan iki yüz könüllü izləndi. Dərman müalicəsi ilə bərabər, hər gün məşq edən insanlar olmayanlardan özlərini daha yaxşı hiss etdikləri müəyyən olundu.

    Yorğunluq sindromu olan insanların əksəriyyəti sağalır, baxmayaraq ki, bu, uzun müddət çəkə bilir və stresə həssaslığın artması ilə müşayət olunur. Buna görə də təkrarlanma riski var. Sağalmanı təmin etmək üçün xəstə uzun müddətli məzuniyyətdə olmalı və ya yükü azalmalıdır. Yorğun insan həkim məsləhəti ilə yanaşı istirahət məşqlərinə başlamalı, düzgün yuxu rejiminə riayət etməli, ailə-dost və sevdikləri ilə birgə vaxt keçirməlidir.Dərmanın XYS zamanı həmişə bir həll olmadığını , əsl stress səbəbini aradan qaldırmağa köməkçi olduğunu xatırlamaq da vacibdir.

  • Messi daha bir oyunu buraxacaq

    Fransa PSJ-sinin futbolçusu Lionel Messi zədə səbəbindən daha bir oyunu buraxacaq.

    Argentinalı hücumçu Liqa-1-in VIII turunda “Monpelye” ilə görüşdə də meydana çıxa bilməyəcək.

    Hətta 34 yaşlı forvard İngiltərənin “Mançester Siti” klubuna qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur matçında da oynamaya bilər. Futbolçunun durumu ilə bağlı növbəti açıqlama sabah veriləcək.

    Lionel Messi PSJ-nin Liqa-1-in VI turunda “Lion”a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib. Sol dizindən xəsarət alan təcrübəli oyunçu 76-cı dəqiqədə Əşrəf Hakimi ilə əvəzlənib. O, zədəli olduğu üçün ölkə çempionatında VII turun “Mets”lə oyununda da forma geyinməyəcək.

    Qeyd edək ki, PSJ sentyabrın 25-də “Monpelye”ni, 3 gün sonra isə “Mançester Siti”ni qəbul edəcək.

  • Necə bilək ki, kərə yağı təbiidir? – 10 ÜSUL

    Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir.

    Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?

    Milli.Az bildirir ki, kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.

    Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.

    Beləliklə, kərə yağının təbii olduğunu necə anlamaq olar?

    1. Məhsul seçərkən ilk öncə nəyə diqqət edirik? Əlbəttə ki, onun tərkibinə. Təbii kərə yağının tərkibini göstərən yazıda marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır: tam yağlı süd və qaymaq.

    2. Əgər paketin üzərində “yağ” sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir.

    3. İnək südündən hazırlanmış təbii yağı onun qiymətinə əsasən də anlamaq olar – bu, bütün digər əvəzedicilərdən bahadır.

    4. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. O, nə kəskin sarı olmalıdır, nə də kəskin ağ.

    5. Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır.

    6. Məhsulun istifadə müddətinə də diqqət etmək lazımdır. Çəki ilə satılan inək yağı 10 gündən artıq saxlanılmır. Əgər o metal bankadadırsa, onda 3 aydan artıq saxlanılmır. Əgər siz qablaşdırmada istehsalçının daha uzun müddətlər qeyd etdiyini görürsünüzsə, deməli, onun tərkibində konservantlar mövcuddur.

    7. Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir.

    8. Təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur.

    9. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.

    10. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Əsil, təbii kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.

  • Apple haker xidmətindən istifadə edibmiş

    Apple şirkəti müxtəlif üsullardan istifadə edərək öz məhsulları barəsində olan məlumat sızıntıları ilə mübarizə aparır. Bu yolda şirkət hətta hackerlərin xidmətlərindən də istifadə edir. Məlum olub ki, hackerlərdən biri Apple məhsulları barəsində olmuş məlumat sızıntıları barəsində şirkətə xəbər verib. Lakin indi həmin hacker özünü açığa çıxardıb. Səbəb isə çox sadədir. Beləliklə Apple şirkətinə məhsullar üzrə məlumat sızıntılarını vermiş şəxsin adı Andrey Shumeyko-dur. O, internetdə YRH04E və JVHResearch ləqəbləri ilə tanınır. 2020-ci ildə o, Apple şirkətinin təhlükəsizlik xidməti ilə əlaqə saxlayıb və şirkətə iOS 14 ilə bağlı olmuş məlumat sızıntısının ilkin mənbəsi barədə məlumat verib. Belə ki, məlumatda ona iOS 14 əməliyyat sisteminə sahib iPhone modelini göndərmiş şəxsin məlumatları əks olunmuşdu.

    1 il ərzində Andrey Shumenko adlı hacker Şençjendəki zavoddan oğurlanmış iPhone və digər məhsul prototipləri ilə əlaqəli olmuş şəxslərin adlarını şirkətə ötürürmüş. Lakin nəticədə Andrey Shumenko özünü açığa çıxardıb. Belə ki, Vice saytına müsahibə verən zaman o qeyd edib ki, Apple sadəcə olaraq ondan istifadə edib. Çünki o öz məlumatları nəticəsində şirkətdən heç bir maddi mükafat əldə etməyib. Halbu ki, o dəfələrlə şirkət əməkdaşları ilə yazışmalarında buna işarə edib. Bundan əlavə olaraq Andrey Shumeyko Apple şirkətinin həmin məlumatlardan necə istifadə etdiyini bilmir. Lakin qeyd edib ki, şirkətin Alamiyadakı əməkdaşı onunla əlaqə yaratdıqdan sonra işdən azad edilib. Apple ilə əlaqənin kəsilməsindən sonra Andrey şirkətə məxsus məlumatların internetdə satışını reallaşdırmağa cəhd göstərib.

  • Dərinin kosmetik salonda təmizlənmə üsulları

    Dərinin yumşaq və elastik qalması üçün dəridəki piy vəzilərinin böyük əhəmiyyəti vardır. Onlar tərəfindən hazırlanan piy maddəsi üzün dərisi boyu bərabər yayılaraq özünəməxsus qoruyucu təbəqə əmələ gətirir.

    Ancaq bəzi səbəblərdən (hormonal, maddələr mübadiləsinin yaşa uyğun dəyişiklikləri, dərinin özünün bəzi xüsusiyyətləri, dəriyə düzgün qulluq edilməməsi və s.) dəridəki vəzilər tərəfindən piyin ifraz edilməsi artaraq dəridə məsamələrin tutulmasına da səbəb ola bilər. Havanın təsiri altında piy tıxacı yaraşıqsız qara nöqtənin – kamedonun, bəzi hallarda isə dəri altından qalxan ağ nöqtənin – ağ civzənin əmələ gəlməsinə səbəb olur. Tutulmuş məsaməyə bakteriyalar daxil olduqda, həmin sahədə iltihablaşma prosesi başlayaraq irinli sızanaqların yaranmasına səbəb olur. Dəridə iltihabi proseslərin profilaktikası məqsədi ilə onu kamedon və ağ civzələrdən təmizləmək lazımdır. Bu problemləri həll etmək üçün kosmetik salonlarda aparılan xüsusi dəri təmizlənmə üsullarından istifadə etmək olar.

    Kosmetoloqların rəyinə görə dərinin kosmetik salonda təmizlənməsi bir çox qadınların hesab etdiyi kimi, heç də əlavə “israfçılıq” deyil, dərinin sağlam və təravətli saxlanması üçün vacib hesab edilən zərurətdir. Bu prosedura zamanı dəridə olan iltihabi elementlərin (kamedon, ağ civzələr) təmizlənməsindən savayı, dərinin qan dövranı və mübadilə prosesləri xeyli yaxşılaşır, tər və piy vəzilərinin fəaliyyəti normallaşır. Yaxşı təmizlənmiş dəri nəmliyi, oksigeni daha asanlıqla mənimsəyir. Bu təmizlənmədən sonra dəriyə çəkilən maska və kremlər dərinin təmizlənməsindən əvvəl istifadə olunduqlarından daha yaxşı effekt verir. (Təmizlənmədən əvvəl dəridəki məsamələr tutulmuş olunduğu üçün maskalarda və kremlərdə olan faydalı maddələr dəriyə daxil ola bilmir).

    Dərinin təmiz olması yaxşı makiyajın əsasıdır. Tonal krem və pudralar təmizlənmiş dəri üzərinə daha təbii və bərabər surətdə çəkilir.

    Beləliklə, dərinin kosmetik salon təmizlənməsi – üz dərisinin müxtəlif çirklərdən, xeyirli maddələrin dəriyə daxil olmasına mane olan ölmüş dəri hüceyrələrdən və piy tıxaclarından təmizlənməsindən ibarətdir. Kosmetik salonda aparılan bu prosedura istənilən dəri tipi (hətta quru) üçün vacib hesab edilir. Yadda saxlayın ki, bu proseduraların aparılmasına yaş həddi də, demək olar, yoxdur. Dərinin kosmetik salon təmizlənməsi yağlı dərilər üçün ay ərzində iki dəfə, normal və qarışıq tipli dərilər üçün ayda bir dəfə, quru dərilər üçün isə 2-3 ayda bir dəfə olmaqla aparılmalıdır. Təmizlənməsinin tezliyi hər bir fərdi halda kosmetoloq tərəfindən təyin edilir.

    Üz dərisinin təmizlənməsinə olan kosmetik əks göstərişlər aşağıdakılardır: çoxlu sayda irinli sızanaqlar; dərinin müxtəlif irinli xəstəlikləri (frunkullar); ekzema; herpes və s.

    Üz dərisinin salon təmizlənməsinin bir neçə təmizlənmə üsulları vardır. Dərinin təmizlənməsi üsulu dərinin vəziyyətindən asılı olaraq həkim-kosmetoloq tərəfindən seçilir. Dərinin salon təmizlənməsinin daha çox istifadə edilən bir neçə üsulunu nəzərdən keçirək.

    1. Dərinin əllə (manual) təmizlənməsi

    Bü, dərinin təmizlənməsində ən çox istifadə edilən çox sadə bir üsuldur. Bu zaman dərinin təmizlənməsi heç bir kosmetik aparatdan istifadə etməyərək yalnız əllərlə aparılır. Ona görə bu üsul daha travmatik və nisbətən ağrılı olur. Ancaq çoxlu sayda qüsurları olan (qara və ağ civzələr) problemli və yağlı dərilər üçün məhz bu üsul daha effektli hesab olunur. Üz dərisi zərif, nazik və çox quru olan hallarda isə kosmetoloqlar əllə təmizlənmədən istifadə edilməsini məsləhət görmürlər. Həkim-kosmetoloq dəri-sində çoxlu sayda irinli civzələri olanların dərisini də əllə təmizləməkdən imtina edərək, müştərisini əvvəl hökmən dəri həkiminə göndərir.

    Dərinin əllə təmizlənməsi ilkin olaraq buxar vannası, ilıq kompreslər, parafin maskalar, həmçinin xüsusi qızdırıcı gellərdən istifadə edilməsi ilə başlanır. Bundan sonra kosmetoloq diqqətlə bütün çirk ilə tutulan məsamələri təmizləyir, hər bir kamedon (qara civzə) və miliumların (ağ civzə) daxilindəki möhtəviyyatı çıxardır.

    Dərinin əllə təmizlənməsi başa çatdırıldıqdan sonra üzün dərisinə, onun vəziyyətindən asılı olaraq fərdi şəkildə seçilən maskalar sürtülür.

    2. Braşinq və ya brosaj

    Brosaj – aparata taxılaraq müxtəlif sürətlə fırlanan kiçik şotkalardan istifadə etməklə dərinin təmizlənmə üsuludur. Braşinq proseduranı yüngül pilinq effekti verir. Dəri hamar və parlaq şəkil alır, onun elastikliyi artır. Lakin bu prosedura zamanı dəri yalnız səthi olaraq təmizlənir və onun nəticəsi daha qısa bir müddət ərzində saxlanılır. Bu təmizləmə üsulu həmçinin, dərində yerləşən kamedon və miliumların təmizlənməsinə də imkan vermir. Buna görə də məsamələri xeyli dərəcədə çirklənmiş dərilər üçün bu üsuldan istifadə edilmir.

    3. Dərinin ultrasəslə təmizlənməsi

    Dərinin ultrasəslə təmizlənməsi – ultraqısa dalğalarla təsir etməklə dərinin qeyri-travmatik təmizlənməsi üsuludur. Dəri tonik və ya xüsusi gel ilə işləndikdən sonra xüsusi kosmetik aparat olan dalğa generatorunun təsirinə məruz qalır. Bu prosedura nəticəsində dəridəki məsamələr açıldıqdan sonra, onların daxilindən dəri səthinə qalxan çirklər xaric olunur. Ultrasəs təmizlənməsi həmçinin, dərini də hamarlaşdıraraq dəridəki qırış və çapıqların daha az nəzərə çarpmasına səbəb olur, dəridəki məsamələri daraldır, piy vəzilərindən piy ifraz edilməsini tənzimləyir. Ultrasəslə təmizləmə təravətini itirməyə başlamış dərinin cavanlığını qoruyub saxlamaq üçün ideal üsul hesab edilir.

    Ancaq bir daha yadda saxlamaq lazımdır ki, dərinin ultrasəslə təmizlənməsi çox çirklənmiş dərilərin kifayət qədər təmizlənməsinin öhdəsindən gələ bilməz. Bu halda həkim-kosmetoloq dərinin əlavə olaraq əllə təmizlənməsini də məsləhət görə bilər. Aşağıdakı hallarda dərinin ultrasəslə təmizlənməsi əks göstəriş hesab edilir: hamiləlik, bir sıra dəri xəstəlikləri (vitiliqo, dərinin xoşxassəli törəmələri və s.).

    4. Dərinin vakuumla təmizlənməsi (vakuum pilinqi)

    Əllə təmizləmənin əsas rəqibi hal-hazırda tətbiq edilən vakuumla təmizləmə hesab edilir. Onun əllə təmizləmədən əsas fərqi, dərinin bilavasitə əllərlə deyil, kiçik tozsorana bənzəyən vakuum aparatı ilə təmizlənməsindən ibarətdir. Həkim-kosmetoloq aparatın sorucu borucuğunu üz dərisinin üzəri ilə sürüşdürərək kamedon və milumlarının daxilindəki möhtəviyyatı sorur. Dərinin vakuumla bu cür təmizlənməsi qeyri-travmatik olmaqla yanaşı, həm də, demək olar, ağrısız keçir. Lakin bir çox hallarda vakuum aparatının gücü dəridəki bəzi çətin sahələrin tam şəkildə təmizlənməsinə kifayət etmir. Bu halda vakuum təmizlənməsindən sonra həmin sahələr təkrar olaraq əllə təmizlənir. Vakuum təmizlənməsi epidermisin üst səthinin yenilənməsinə, dərinin qan dövranının yaxşılaşmasına da səbəb olur.

    Yadda saxlamaq lazımdır ki, dəri həddən artıq quru və həssas olduqda, həmçinin dəridə qırmızı sızanaqlar və üz dərisinin kuperozu (dəridəki damarların genişlənməsi) olduğu zaman vakuumla təmizlənmə üsulundan istifadə etmək olmaz!

    5. Dərinin kimyəvi və lazerlə təmizlənməsi

    Dərinin həm kimyəvi, həm də lazerlə təmizlənməsi üsulları pilinq (ingilis dilində “to pill” – təmizləmək, qabığını soymaq sözündəndir) hesab olunur. Onlar dərinin nazik üst qatının və onunla yanaşı, ölmüş dəri hüceyrələri və artıq piy qalıqlarının xaric edilməsi məqsədini daşıyır. Bu təmizləmə üsulları artıq dərəcədə çirklənmiş dərilər üçün nəzərdə tutulmamışdır.

    Dərinin lazerlə təmizlənməsi zamanı kosmetik lazer şüalarından istifadə olunur. Bu zaman sanki dərinin səthi ilə sürüşdürülən lazer şüaları onun üst qatını “yeyərək” eyni zamanda onun səthini də hamarlaşdırır.

    Dərinin kimyəvi təmizlənməsi zamanı xüsusi “yeyici” (aşındırıcı) kimyəvi maddələr sanki dərinin üst nazik qatını əridirlər. Bu proseduranın sonunda isə dəriyə yumşaldıcı, sakitləşdirici maska sürtülür.

    6. Dezinkrustasiya (qalvanoterapiya)

    Dezinkrustasiya – üz dərisinin dərin təmizlənməsi üsuludur. Bu kosmetik proses, dəriyə daimi elektrik cərəyanı və xüsusi kimyəvi məhlullar vasitəsi ilə təsir etməklə aparılır. Dezinkrustasiyadan istifadə edilməsi dərinin təmizlənməsi ilə yanaşı, dərinin dartılması və onun üzərindəki kiçik qırışların hamarlanmasına da səbəb olur.

  • Yeni araşdırma: Marsda həyat planetin üstündə yox, altında ola bilər

    Marsda araşdırma aparan alimlər həyatın Qırmızı planetin üstündə yox, altında olması qənaətinə gəliblər.

    Bu barədə “Astrobiology” elmi jurnalında məlumat verilib.

    Qeyd edilir ki, radioaktiv elementlər yerin dərinliklərində su molekullarını parçalayaraq yeraltı həyatı qidalandıra biləcək maddələr istehsal edirlər.

    Məsələn, radioliz adlanan bu proses milyonlarla ildir ki, yer üzündəki təcrid olunmuş, su ilə dolu yerlərdə və qaya aralarında bakteriyaları qidalandırıb.

    Bildirilir ki, toz fırtınaları, kosmik şüalar və günəş küləkləri Qırmızı planetin səthini məhv edir. Bu, həyat üçün əlverişsiz mühit yaradır. Ancaq yeni araşdırmalara görə, bəzi canlılar səth altında sığınacaq tapmış ola bilər.

    NASA-nın JPL alimi (Jet Propulsion Laboratory) Cessi Tarnas bildirib ki, Marsda planetin alt hissəsini araşdıraraq orada həyatın olub-olmadığını öyrənmək mümkündür.

    Bu gün planetin ən yaxşı səthaltı nümunələri Yerə düşən Mars meteoritləridir.

    Alimlər bu məqsədlə Mars meteoritlərini araşdırıblar və bu nəticəyə gəliblər ki, Marsda su olarsa, onun səthi altında meydana gələn radioliz milyardlarla il mikroorqanizmləri dəstəkləyə bilər və bu canlılar bu gün də mövcud ola bilər.

    Qeyd olunub ki, növbəti araşdırma Qırmızı planetin səthi altında suyun olub-olmadığını öyrənmək olacaq.

  • Sağlam üz dərisi üçün 8 “qızıl” qayda

    Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır.

    Median.Az üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:

    1 – Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin

    Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur. Uzun müddət havada vaxt keçirirsinizsə, çantanıza krem atmağı unutmayın. Çünki evdən çıxmazdan 15-30 dəqiqə əvvəl sürtməli olduğunuz kremi bir neçə saatda yeniləməlisiniz.

    2 – Yağlı qulluq məhsullarından uzaq durun

    Yaz istisinə və nəminə məruz qalan dəri daha yüngül qulluq məhsulları tələb edir.

    3 – Günəşdən qorunarkən nəmləndirin

    Hava isti və nəmli olsa da üzünüzü nəmləndirməlisiniz. Həm günəşdən qoruyan, həm də nəmləndirici olan məhsullar yay ayları üçün idealdır.

    Bir neçə saatda tətbiq edilən, 30 və daha yüksək SPF-li məhsullardan alın.

    4 – İncə çizgilər üçün C vitamini serumu

    Dərini təmizləmək və nəmləndirməklə yanaşı bir neçə damcı C vitamini də əlavə edə bilərsiniz.

    5 – Daha çox pilinq edin:

    Dərinizə tətbiq etdiyiniz pilinqlər ölü dərilərdən qurtulmaq və dərini qorumaq üçün çox faydalıdır. Bunu daha tez-tez təkrarlaya bilərsiniz.

    6 – Tez-tez yuyunmaq dərini quruda bilər

    Çox duş almaq yay aylarında nəmə ehtiyac duyan dərini quruda bilər. Bunun üçün duşda daha az müddət qalmalısınız.

    7 – Məsamələri tıxamayan məhsulları seçin.

    Yay aylarında məsamələri tıxamayan makiyaj məhsulları seçməlisiniz. Ümumiyyətlə, yay aylarında ağır makiyajlar tövsiyə edilmir.

    8 – Kölgədə qalın

    Bədəninizi birbaşa günəşə maəruz buraxmaqdan qaçın. Plajda böyük bir çətir və papaqdan istifadə edin. /medicina.az

  • Ər-arvad ayrı çarpayıda yatmalıdır- Səbəbi biləndən sonra hamı tək yatacaq…

    Bir çarpayıda qucaqlaşıb yatmaq romantik münasibətləri möhkəmlətsə də, ər-arvadın ayrılıqda səhhəti və gələcəyi üçün zərərlidir.

    Aparılan sorğular göstərib ki, hər 7 cütlükdən biri yoldaşı evdə olmayanda rahat yatır, hər 5 cütlükdən biri isə ayrı yatmağı düşünür, lakin deyə bilmir, çünki ailə həyatında çarpayı bir olmalıdır kimi ənənə var.

    Bu istək heç də bir-birinə dözə bilməməsi yox, sadəcə yaxşı yatıb dincəlmək və yuxudan doymaq istəyidir.
    Yuxu zamanı yatanın öz şəxsi sahəsi olmalıdır. Əgər onun yanında kimsə tərpənirsə, xoruldayırsa, xırıltılı nəfəs alırsa, çevrilirsə, vurnuxursa, gecəyarı yerindən qalxıb yenidən uzanırsa, bu artıq yatmış insanın yuxusunun pozulması deməkdir.

    Belə olan halda nəinki ayrı çarpayı, hətta qalxıb başqa otağa keçmək istəyirsən.

    Alimlər də ərindən, arvadından ayrı yatmaq istəyənləri başa düşür və dəstəkləyir. Çünki bu onların sağlamlığı, psixi durumu üçün çox vacibdir. Rahat yatmayan kişi səhər gərgin olacaq, işləri getməyəcək və təbii ki, belə olan halda ailəsi ilə davranışı da pis olacaq.

    Məşhur yuxu üzrə alim Nil Stenli 35 ildir bu məsələ üzərində işləyir və bir çox boşanmaların səbəbinin elə ər-arvadın bir yerdə yatmasında görür. Ər-arvad yalnız cinsi münasibət zamanı bir çarpayıda yata bilərlər. Hər gün cinsi əlaqədə olan kişi isə çox azdır. Ona görə qalan vaxtlarda ayrı yataqlarda yatmaq lazımdır.

    Stenli 2007-ci ildə maraqlı bir təcrübə aparıblar. 15 cütlüyün qoluna yatanda electron brasletlər taxaraq, onların yuxuda davranışını izləyiblər. Məlum olub ki, cütlükdən biri yerində çönəndə bir neçə saniyə sonra o biri də çönüb.

    “Bu onu göstərir ki, yuxusuzluq və yuxu ilə bağlı problemlərin 3-də birində partnyorlar günahkardır. Gələcəkdə bu sağlıq və psixikada problemlərə, ordan da münasibətlərə mənfi təsirini göstərəcək”.

    Almaniyada aparılan bir araşdırma isə göstərib ki, yuxusuzluqdan əziyyət çəkənlər arasında boşananlar çoxdur. Uzun müddət narahat yatmaq II tip diabet, depressiya, demensiyaya səbəb olur. /medicina.az

  • Rusiya bayrağını daşımaq dağıstanlı güləşçiyə həvalə edildi

    Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Rusiyanın bayrağını güləş yarışlarında ölkəsinə qızıl medal qazandırmış Abdülrəşid Sadullayev daşıyacaq.

    Bu barədə jurnalist Vasili Konov öz “Telegram” kanalında Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakova istinadən məlumat yayıb.

    Xatırladaq ki, A.Sadullayev bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində amerikalı Kayl Snayderə 6:3 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

    Bu, A. Sadullayevin karyerasında Olimpiya Oyunlarında ikinci qızıl medalıdır.

  • Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin – Kraliçanın şəxsi həkimindən MÜALİCƏ

    Doktor Mosaraf Ali uzun illərdir ki Böyük Britaniya kral ailəsinin şəxsi həkimi və sağlam qidalanma üzrə mütəxəssisidir.

    İl ərzində minlərlə tədbirlərdə iştirak edən 93-yaşlı II-ci Elizaveta bu yaşda sağlam və gümrah olmağına görə o cümlədən bu həkimin metodikalarına borcludur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, doktor Ali bütün dünyada məşhurdur. O, Hindistanda dünyaya gəlib, keçmiş SSSR-də təhsil alıb, vaxtilə məşhur Botkin xəstəxanasında çalışıb, hal hazırda isə İngiltərədə yaşayır. Onu pasiyentləri arasında Keyt Moss, Silvestr Stallone, Maykl Duqlas, Semuel L. Cekson və s. kimi dünya ulduzları, kral ailəsi və həmçinin adi insanlar da var. Doktor Ali sağlamlıq mövzularında 7 kitabın müəllifidir.

    Saglamolun.az əfsanəvi həkimin sağlamlıqla bağlı bəzi tövsiyələrini nəzərinizə çatdırır:

    1. Yeməyi asta-asta çeynəyin.

    2. İstənilən mayeni yeməkdən 45 dəqiqə sonra için.

    3. Turş məhsulların istehlakını azaldın.

    4. Şirniyyatlar, spirtli içkilər, qızardılmış qidalar, mayalı çörək və istənilən mayalı məhsullardan tam imtina edin. Qəhvənin istehlakını minimuma (gün ərzində 3 fincan) azaldın.

    5. Günorta yeməyindən sonra dincəlin, bir qədər uzanın, yatın, meditasiya edin. Şam yeməyindən sonra isə əksinə hərəkət edin, gəzməyə çıxın.

    6. Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin, yalnız bal əlavə olunmuş ot çayları için.

    7. Dərmanların qəbulunu minimuma çatdırın, xüsusilə bu antibiotiklər və göbələkəleyhinə preparatlara aiddir.

    8. Tez-tez təbiətlə ünsiyyətdə olun. Bu insanın ruhunu dincəldir, stressi azaldır.

    9. Yalnız təzə meyvə və tərəvəzləri yeyin. Konservləşdirilmiş, duza qoyulmuş, şirədə bişirilmiş meyvə və tərəvəzlərdən imtina edin.

    10. Gün ərzində 6-8 stəkan su için.

    11. Gün ərzində 5 dəfə kiçik porsiyalarla qida qəbul edin.

    12. Saat 23.00-dan gec olmayaraq yatmağa gedin.

    13. Kifayət qədər protein qəbul edin.

    14. Mal ətinin istehlakını azaldıb toyuq və hind toyuğu ətinə üstünlük verin.

    15. Yoqa ilə məşğul olun, belinizi düz tutun, massaj və özünü massaj mütləqdir.