Category: Maraqlı

  • Yalnız bu məhsullardan imtina edin və arıqlayın. Mütəxəssis TÖVSİYƏ EDİR

    Arıqlama sahəsindən ən tanınmış mütəxəssislərdən biri olan bariatric cərrah Endrü Cenkinsonun fikrinə görə, pəhrizlər arıqlamağa kömək etmir.

    Bir çox insanlar fikir verirlər ki, pəhriz zamanı azalan çəki pəhrizdən sonra tam şəkildə qayıdır və hətta artıq kilolar da əmələ gəlir. Bu arıqlamaq istəyənlərdə inamsızlıq yaradır, onları depressiyaya salır.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, öz təcrübəsinə əsaslanaraq həkim sübut edir ki, arıqlamaq istəyən insan heç bir pəhriz saxlamamalı və qəbul etdiyi kaloriləri saymamalıdır. Qidalanmada müəyyən dəyişikliklər etmək lazımdır. Yalnız bu halda insan arıqlaya bilər və itirilmiş çəki sonra yenidən qayıtmayacaq.

    Həkimin sözlərinə görə, ilk növbədə şəkər və rafinə edilmiş karbohidratlardan tam və həmişəlik imtina etmək lazımdır. Məhz bu qidalar orqanizmdə insulinin səviyyəsini kəskin qaldırır və sonra da kəskin salır ki, insan daim aclıq hiss edir və lazım olandan çox qida qəbul edir.

    Həkimin sözlərinə görə, gün ərzində 2-3 dəfə sağlam və sadə qidaları qəbul etmək, “atıştırmalık”qidalardan tam imtina etmək lazımdır. Bu halda orqanizm tədricən artıq kilolardan azad olacaq və effekt davamlı olacaq

  • Skolioz haqqında yanlış bildiyiniz doğrular – Korset, yoxsa əməliyyat?

    Müasir uşaqlardan hər 100 nəfərdən 10-da rast gəlinən onurğanın öz oxunda dönməsi və yana tərəf bucaq altında əyilməsi skolioz adlanır.

    Skolioz daha çox məktəb yaşlarında başlayır və yeniyetməlikdə dərinləşir.

    Onun erkən diaqnozu mütləqdir. Çünki bu zaman bir korset, idman, masaj, fizioterapiya ilə geri dönüş əldə etmək olur.

    Median.Az əhali arasında skolioz barədə doğru bilinən yanlış fikirlər və miflərə aydınlıq gətirib.

    1. Skoliozu yeniyetməlik dövründə aşkarlamaq faydasızdır, müalicə effekt vermir?

    Doğru olan odur ki, ən azı 15 yaşa kimi skoliozu aşkarlamaq mütləqdir. Skolioz elə də gizli xəstəlik deyil, diqqətli ana mütləq görür.

    Uşağın sümük sistemi böyüdükcə əyriliklər də irəliləyir. Xüsusən uşaq yetkinlik yaşa çatdıqda əvvəlcə yüngül olan əyrilik 2-4 ay içində sürətlə pisləşir. Bu da sümük sisteminin böyüməsi ilə bağlıdır. Bundan sonra müalicə çətinləşir, effekt vermir və tək çarə cərrahi əməliyyat olur.

    Pandemiyada evdə çox qalan, idman etməyən, gəzməyən uşaqlarda bu problem daha da artıb, valideynlər virusdan qorxaraq uşaqları müayinələrə aparmayıblar. Bu da skoliozun yayılmasını artırıb. Halbuki keçən hər ay, hər il onurğa əyriliklərinin irəliləməsinə, əməliyyatsız müalicə üçün qapıları üzümüzə bağlayır.

    Uşaqlıq və yetkinlik yaşlarında skolioz ağrı vermədiyi üçün valideyn gözləyir, bir şey olmaz deyir. Amma uşaq böyüdükdən sonra skoliozu bütün orqanizminə baş ağrısı olur.

    2. Korsetlə skolioz düzəltmir, əksinə ziyandır?

    Bu da yanlışdır. Bəli, korset smüük strukturu formalaşmış, 3cü dərəcəyə yaxın skoliozlarda yetkin və gənc xəstələrə fayda etməz. Amma təəssüf ki, bəzi həkimlər hələ də korset yazıb, valideyn və xəstənin zamanını alır. Ona görə insanlar arasında korset müalicə etmir, çarə yalnız əməliyyatdır deyə miflər dolaşır.

    Bəlli yaşdan sonra fizyon cərrahi -yəni onurğanın çubuqlarla bir-birinə sabitlənib, bağlanıb, skolioz olan bölgədə əyilmənin və böyümənin qarşısını almaqdır.

    Amerika Sağlık alimləri tərəfindən aparılan araşdırmada korset müalicəsinin təsiri dəqiq olaraq sübut edilmişdir.

    Korset 20-45 dərəcə əyrilik zamanı effektivdir.

    Ancaq erkən diaqnoz və erkən yaşda əməliyyatdan xilas edən fiziki müalicə metodları var.

    Əyilmənin nəzarətə alınması mümkündür. Bant ilə gərmə, vertebral body tethering, VBT kimi metodlar daha çox istifadə olunur.

    Bu metodlar xəstəyə uyğun ideal zamanda seçilir.
    3. Bəzi gimnastika və idman növləri skoliozu yaradır, bəzilə isə skaliozun qarşısını alır?
    Bu da yanlış fikirdir. Hər hansı idman növünün uşağın belində skolioz yaratması barədə elmi tibbi məlumat yoxdur. Əgər uşaq peşəkar klubda, məşqçi ilə idman edirsə. Təbii ki, evdə özü idman növü seçib, kor-koranə məşğul olarsa, beli də əyilər, boynu da.
    ELəcə də uşağı idmana qoyub, əzələləri artırmaqla skoliozun qarşısını almaq və ya müalicə etmək kimi metod da yoxdur, bu da yanlışdır. Amma qamətin düzəlməsi, onurğa ətrafı əzələlərin güclənməsi onurğanın sağlamlığı üçün faydalıdır.
    Uşağın skoliozu varsa, idmana yazdırım, düzələcək deyə düşünməyin, bunu sizə deyənlərə də güvənməyin. Skolioz bir onurğa problemidir, onun müalicəsi var.
    4. Skolioz ağrısızdır və ya dəhşətli ağrılıdır?
    Hər iki fikir yanlışdır. Doğrusu budur ki, yüngül skolioz ağrı vermir. Onurğanın ağrımasının əsas səbəbi mexanikidir, bu da onun ətrafındakı əzələlərin zəif olmasından qaynaqlanır.
    Buna əzələ yorğunluğu ağrısı deyilir. Bəzən bu əzələlərdə iltihab olur, o da ağrı verir.
    Amma skolioz böyüyüb, 3-4cü dərəcəyə çatarsa, nəinki bel, onurğa ağrısı, hətta daxili orqanlardan da qaynaqlanır. Skoliozu olan insan yaşlandıqca onurğa disklərində deformasiyalar, kirəclənmə də olur, bu da ağrı verir.
    5. Əyri oturmaq, gəzmək skolioza səbəb olur?
    Xeyr. Uşaqlarda məktəb çantasını beldə daşınması, əyri oturub yazması, uyğunsuz pozalarda oturuşun-duruşu skoliozu başlatmır və səbəbi deyil. Buna dair yetərli elmi fakt yoxdur. Lakin uşaqda skolioz varsa, çanta da, oturmaq da, gəzmək də skoliozun inkişafına səbəb ola bilər.
    Sadəcə valideyn körpəsində skolioz olduğunu bilmir.
    Amma qamətin əyri tutulması, belin əyilməsi onurğa üçün zərərlidir.
    6. Skolioz ana-atadan uşağa keçən genetik problemdir?
    Xeyr. Skolioz genetik xəstəlik deyil. O DNA yolu ilə genlərlə daşınmır. Hətta bir yumurtadan olan əkizlərdə belə birində skolioz varsa, digərində olmaya bilər. /medicina.az

  • D vitamini əskikliyindən yaranan 10 XƏSTƏLİK

    D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra pozulma və xəstəliklərin yaranmasına səbəb ola bilər:

    Yüksək qan təzyiqi

    Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.

    Xərçəng

    D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.

    Karies, ağız boşluğu və dişlərin xəstəlikləri

    Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.

    Bağırsaq xəstəlikləri

    ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.

    Sümük, əzələ, oynaq ağrıları

    İstənilən yaşda D vitamini əskikliyi bədəndə müxtəlif ağrılara səbəb olacaq. Eləcə də qadınlarda osteoporoz sümük əriməsi daha da sürətlənir.

    Sonsuzluq, cinsi zəiflik, uğursuz hamiləlik

    D vitamini əskik olan qadınlarda hamiləlik zamanı döl də bu defisitlə doğulur və onda raxit xəstəliyi yaranır.
    Eləcə də D vitamini az olanda hamilə qalmaq çətinləşir. D vitamini az olan anaların autizmli uşaq dünyaya gətirmək riski də yüksəkdir.

    Depressiya, demensiya, Alsgeymer

    D vitaminiaz olan insanların yaşlaşdıqda beynində dəyişikliklər sürətlənir, beyni qocalır, demensiya problemləri yaranır. D vitamini az olanlarda depressiya, apatiya, müxtəlif psixi problemlər, həyatdan küsmə halları olur.

    Diabet xəstəliyi

    Son zamanlar diabet xəstələrin sayı artıb. Bunun da D vitamini ilə əlaqəsi sübut olunub.

    Baş ağrıları

    Tez-tez təkrarlanan, xroniki baş ağrılarının səbəblərindən biri D vitamininin əskikliyi ola bilər.

    Zökəm

    Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.

    Digər xəstəliklər: miqren, baş ağrıları, ürək problemləri, erzema, iltihabi xəstəliklər, yuxusuzluq, dağınıq skleroz, piylənmə, qıcolımalar, diş problemləri, vərəm və s.

    Yay aylarında hər gün səhər və günortadan sonra 30 dəqiqə qolları, kürəyi və ayaqları açıq gəzmək, gün vannası qəbul etmək, çimərlikdə olmaq lazımdır. Amma D vitamini həmişə tükənir. Ona görə yayda aldığınız ehtiyat 3 aya itə bilər. Bu səbəbdən əlavə vitamin qəbulu və qida ilə D vitamini almaq vacibdir.

  • Qarpız istehlakı zamanı diqqət yetirilməli məsələlər

    İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 faizi sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium və maqnezium kimi elementlərlə zəngindir. Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir. Bundan əlavə qarpız ürək-damar xəstəlikləri, iltihab əleyhinə, həzm sistemi, dəri və böyrək xəstəlikləri zamanı da effektiv təsir göstərir.

    Qida Təhlükəsizliyi İnstitutunun Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Ceyhunə Cəfərova, Tərlan Qorçiyeva və Nəzakət Mirzəzadənin hazırladığı maarifləndirici materialda qarpız istehlakı zamanı riayət edilməli vacib məqamlardan bəhs olunur.

    Əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir. Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrə və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə də səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır.

    Kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15 dərəcə C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5 dərəcə C temperaturda saxlanılması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip bağlanılaraq, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanılmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.

    Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə və saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərindəki sarı ləkələr isə onun torpaqla təmasda olduğu yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğunluğu isə köhnəliyinin əlaməti hesab edilir. Yaşıl rəngli saplaqlar qarpızın tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı quru, rəngi isə dəyişik olur. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval qarpız sulu, yumru qarpız isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə edilmir. Yerdən 20 santimetr hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.

  • Spiral formalı avtobus dayanacağı – FOTO

    Yaponiyanın “Sou Fujimoto” studiyasının memarları tərəfindən spiral formalı pilləkənə malik nazik polad çubuqlar üzərində avtobus dayanacağının dizaynı yaradılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu orijinal layihənin memarları bununla da insanların ətrafdakı mənzərədən zövq ala biləcəyi bir avtobus dayanacağını dizayn etmək istəyiblər. Avtobus gözləyən hər kəs spiral pilləkənlərlə qalxaraq kəndin gözəl mənzərəsini seyr edə bilər.

  • İsti yemək və içkilərin ZƏRƏRLƏRİ – Xərçəngə yol açır

    İsti yemək və içki içmək xərçəng riskini artırır.

    Median.Az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, 60 – 70 dərəcədən çox istiliyə malik içki və yeməklər xərçəng riskini artırır. İsti qidalar xüsusilə qida borusu xərçəngi, ağız içi yaralar, mədə ağrısı və mədə xərçəngi, qırtlaq xərçəngi riskini artırır, dil və dişlərə ziyan verir.

    Ağızdan başlayaraq mədəyə qədər olan bölgədəki orqanların illərlə yüksək istiliyə məruz qalması toxumaların və zülalların denaturasiyasına, yəni quruluşunun pozulmasına səbəb olur. Bu isə xərçəngin meydana gəlməsi üçün risk faktorudur.

    Fərqində olmadan 1-2 dəfə isti yemək və ya içki içmək ziyan vermiz. Amma bunu vərdiş halına gətirmək olmaz.

    Proteinlərin quruluşunu pozan digər amillər, məsələn, ədviyyatlı və ədvalı qidalar istiliklə birləşdirildikdə mədə və qida borusu üçün daha çox risk yaradır. Həmçinin illərlə siqaret və alkoqol istifadəsi də bu riski artırır.

    Eyni zamanda isti yemək və ya içki mədə ağrısına səbəb olur.

    Sağlamlığımız qorumaq üçün bütün bunlara diqqət etməliyik! /medicina.az

  • Həftədə bu qədər alkoqol qəbul etmək infarkt və insultdan qoruyur – Alimlər açıqladı

    London Universitet Kollecinin alimləri ürək üçün xeyirli olan alkoqol dozasını müəyyən ediblər.

    Britaniyalı alimlər ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda gündəlik qəbul edilən alkoqol dozasına görə infarkt, insult, stenokardiya və ürək tutması nəticəsində ölüm riskini qiymətləndiriblər. Məlum olub ki, gündə yarım qədəh şərab içənlərin ölüm riski içməyənlərə nisbətən daha azdır, gün boyu bir qədəh şərab içənlərlə bir şüşə pivə içənlərin ölüm riski isə təxminən eynidir.

    Sfera.az-ın məlumatına görə, tədqiqatın nəticələri “BMC Medicine” jurnalında dərc edilib.

    London Universitet Kollecinin alimləri araşdırmalarında İngiltərə və Şotlandiya səhiyyə xidmətlərinin, Britaniyanın biobankının və əvvəlki 12 tədqiqatın nəticələrindən yararlanıblar.

    Ümumilikdə, son 20 ildə ürək-damar xəstəliklərindən əziyyət çəkən 48 mindən çox kişi və qadın haqda məlumat toplanıb. Söhbət infarkt, insult, stenokardiya və ya ürək tutması nəticəsində baş verən ölüm hallarından, eləcə də iştirakçıların istehlak etdiyi alkoqol dozasından gedir.

    Alimlər müəyyən ediblər ki, gündə altı qram alkoqol qəbul edənlərdə ürək-damar xəstəlikləri və ölüm riski minimum səviyyədədir. Gündəlik 15 qram spirtli içki qəbul edənlərin ölüm riski daha yüksək, amma heç içməyənlərdən daha aşağıdır. Nə qədər təəccüblü səslənsə də, hər gün bir şüşə pivə və ya yarım şüşə şərab içənlər içməyənlərlə eyni qrupa daxil edilib.

    “Nəticələrimiz göstərir ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların infarkt, insult və ya stenokardiyanın qarşısını almaq üçün içməyi tamamilə dayandırmağına ehtiyac yoxdur, amma alkoqol istehlakı digər xəstəliklərin inkişaf riski ilə əlaqəli olduğundan həftəlik alkoqol istehlakını azaltmaları məsləhətdir”, – deyə bildirilib.

    Məlumata görə, gündə altı qram alkoqol qəbul edənlər arasında yenidən infarkt və ya insult keçirmə riski, heç içməyənlərə nisbətən 50 faiz, hər hansı digər səbəbdən ölmə riski isə 21 faiz aşağıdır.

    Alimlər hesab edir ki, həftədə 105 qrama qədər spirtli içki qəbulu ürək üçün təhlükəsiz hesab edilə bilər, bu isə bir şüşə şərab və ya orta tündlükdə olan üç şüşə pivəyə bərabərdir. Bundan artıq içki qəbul edənlər üçün ağır ürək xəstəlikləri riski kəskin şəkildə artır.

    Tədqiqatçılar nəticələrin birbaşa müşahidəyə deyil, fərqli mənbələrdən və fərqli dövrlərdə əldə edilmiş məlumatların riyazi işlənməsinə əsaslandığını qeyd edirlər. Onlar yaşa, cinsi mənsubiyyətə və siqaretə münasibətə görə nəticələrə müəyyən düzəlişlər edib. Eyni zamanda uzun müddət spirtli içki qəbul edib, sorğu zamanı içməyənləri, yaxud yüngül formada içki qəbul edənləri içməyənlər və ya az içənlər qrupundan çıxarmağa çalışıblar.

  • Xərçəng hüceyrələrini yox edən ən təsirli qida – Bir çox xəstəliyə dərmandır…

    Xərçəng hüceyrələrini öldürən açai meyvəsi bir çox xəstəliklərə dərmandır.

    Median xəbər verir ki, bu meyvə az şəkərli olduğu üçün çəki verməyə də kömək edir.

    100 QRAM AÇAİNİN TƏRKİBİ BELƏDİR:

    Kalori: 70
    Karbohidrat: 16
    Yağ: 50
    Proteindən: 4
    A vitamini: 750 IU
    Kalsium: 20mg
    Sodium: 10 mg
    Lif: 2g
    Şəkər: 2 qr olur.

    FAYDALARI

    Bu meyvənin tərkibində olan antioksidanlar xərçəng hüceyrələrinin qarşısını alır. Xüsusilə leykoz kimi xərçəng hüceyrələrini öldürür. Aclıq şəkərini və qlükozanı tarazlaşdırdığı üçün əlavə qida vəzifəsini yerinə yetirir.

    GÜNDƏ 3-4 ƏDƏD YEYƏ BİLƏRSİNİZ

    Xərçəngdən qorunmada təsirli qidalar bir çoxumuzun mətbəxində var:

    • Sarımsaq: Sarımsaq həm xərçəngin qarşını alır, həm də şiş yaranmasını əngəlləyir.
    • Omeqa 3 qaynaqları (Balıqlar): Həftədə 2-3 dəfə yeyildiyi zaman faydaları var.
    • Qoz: Hər gün 3-4 ədə tükətilərək bu bəsinlərin qoruyucu xüsusiyyətindən faydalanmaq olar.
    • Qırmızı meyvələr: Böyürtkən, çiyələk, qara üzüm, nar kimi qırmızı meyvələr tərkibindəki fenolik və flavonoid kimi bioaktiv birləşimlər sayəsinde anti-xərçəng özəlliklidir. Gündəlik meyve tükətiminin ortalama 2-3 pors olduğunu düşünsək, bunun 1 porsu qırmızı meyvələrdən seçilməlidir.
    • Brokkoli: Bu tərəvəz qruplarının həftədə 3 dəfə tükətilməsi xərçəngə qarşı qoruyur.
    • Lobya: Lobyanın xərçəngin qarşısını almağına dair bir çox çalışmalar vardır. Amma südvəzi xərçəngində bundan uzaq durmaq lazımdır.
    • Yaşıl çay: Yaşıl çaydakı epigallokatesin-3-gallat (ECGC) başda olmaqla katesin qarışımlarının xərçəng önləyici təsirlərinin olduğunu göstərən çalışmalar mövcuddur.
    • Kefir: Kefit immun sistemini gücləndirən qoruyucu təsirə malikdir.
    • Sarıkök: Sarıkök kurkumin maddəsi, antiinflamatuvar və antioksidan təsiri səbəbi ilə müxtəlif xərçəng növlərinin müalicəsində istifadə edilir.

    Şəkərli qidalar, paketli məhsullar, siqaret, yaxşı yuyulmayan tərəvəzlər və balıqlar da xərçəngə yol açar. /medicina.az

  • Telefonunun şarjı tez bitənlər üçün tövsiyələr

    İstehsalçıdan asılı olmayaraq istənilən smartfonun “zəif bəndi” akkumlyatordur.

    “Sputnik”in məlumatına görə, bu barədə Rusiyada Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin bildirib.

    Onun sözlərinə görə, istənilən akkumlyator batareyasının (o cümlədən smartfondakının) doldurma və boşalma dövrlərinin sayında məhdudiyyət olur. Bu miqdar keçildiyi təqdirdə, cihazın məhsuldarlığında azalma ola bilər, bəzən isə hətta isti və ya soyuq havada gözlənilmədən sönə bilər.

    “Batareya smartfonun işinə təsir göstərir. Batareya artıq köhnəldikdə, yəni çox sayda şarj olunanda cihaz isti və ya soyuq havalarda daha çox enerji itirməyə başlayacaq. Məsələn yayda kondisionerli otaqdan istiyə, yaxud qışda isti otaqdan soyuğa çıxılarkən zəng gələrsə, smartfon qəfil sönə bilər. Ancaq bu problemin həlli var – sadəcə cihazdakı batareya dəyişdirilməlidir”, – deyə Murtazin izah edib.

    Onun sözlərinə görə qadjetin korpusunun quruluşundan asılı olmayaraq batareyanı dəyişdirmək mümkündür.

    “Hər hansı xidmət mərkəzində batareyanı dəyişdirmək olar. 3-4 ildən bir bunu etmək tövsiyə olunandır”, – deyə Murtazin bildirib.

    Mütəxəssis eyni zamanda batareyanın rəsmi xidmət mərkəzində dəyişdirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ucuz, sertifikatlaşdırılmamış analoq almaqla pula qənaət etmək cəhdi daha ciddi xərclərə, hətta cihazın məhv olmasına səbəb ola bilər.

  • Ürəyi xəstəliklərdən qoruyan qidaların – Siyahısı

    Bəzi qidalar ürək-damar sisteminin qorunması baxımından çox faydalıdır.

    Median.Az unikal.org-a istinadən bu ərzaqların adlarını təqdim edir.

    1. Alma. Liflə və antioksidanla zəngin olan bu meyvə ürəyinizi qoruyur.

    2. İspanaq, brokolli. Qan təqyiqini normallaşdırır, ürəyin fəaliyyətini bərpa edir.

    3. Yulaf. Zərərli xolestrinin yaranmasına əngəl olur.

    4. Çərəzlər. Tərkibindəki E vitamini ürək dostu hesab edilir.

    5. Zeytun yağı. Sadəcə bir neçə çay qaşığı zeytun yağı zərərli xolesterolun səviyyəsini azaldır, qan şəkərini normallaşdırır.

    6. Qırmızı meyvələr. Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini salaraq, damarları genişləndirir.

    7. Nar. Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir, qandakı hemoqlobini artırır.

    8. Yaşıl çay. Hər gün bir stəkan yaşıl çay içmək piylənmədən qoruyur. Xolesterinə qarşı da faydalıdır.