Category: Maraqlı

  • Qarpız alarkən nələrə diqqət etmək lazımdır?

    Təbii halda becərilən qarpız adətən iyul-avqust aylarında yetişir. Sort və hibridlərin yetişkənliyindən asılı olaraq bu müddət tezləşə də bilər, lakin bitkilərə kifayət qədər istilik və işıq çatmadığından iyul-avqust aylarında yetişənlərə nisbətən dadsız olur. Qarpız yay mövsümünün ən çox tələb olunan və satılan meyvəsi olduğundan onu alarkən diqqətli olmaq lazımdır.

    Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının dosenti Mənzər Məmmədova söyləyib.

    O bildirib ki, qarpızda meyvə səthinin parlaq (mum təbəqəsiz), torpaqla təmas etdiyi yerin sarı ləkə şəklində olması onun ən yaxşı yetişmə əlaməti hesab edilir. Bu ləkə nə qədər sarımtıldırsa, qarpız da o qədər dadlı və şirin olur. Meyvə yetişdikdə naxışları aydın görünür, saplaq və onun yanındakı bığcıq quruyur, əllə vurduqda küt “küp” səsi, azacıq meyvəni sıxdıqda isə xışıltıya bənzər səs çıxarır. Bundan başqa, meyvə lətinin qırmızı, toxumlarının ağ, qəhvəyi rəngdə olması onun süni yetişdirilməsini göstərir. 8-10 kq-lıq meyvələr daha normal hesab edilir.

    “Yadda saxlamaq lazımdır ki, meyvənin yetişməsini təyin etmək üçün sıxmaq və əllə bərk vurmaq olmaz. Çünki, o halda meyvə əzilir və onun yola davamlılıq və saxlanma qabiliyyəti azalır. Təcrübəli bostançılar meyvəyə baxmaqla onun yetişib-yetişmədiyini müəyyən edə bilir”, – deyə mütəxəssis alıcıların diqqətinə çatdırıb.

    M.Məmmədova deyir ki, hazırda qarpızdan zəhərlənmələr haqqında məlumatları eşidirik. Qarpızdan zəhərlənmələr adətən, bitkiləri düzgün aqrotexniki qaydada becərmədikdə, daha doğrusu, azotlu gübrələrdən daha çox istifadə etdikdə baş verir: “Nitratlı qarpızın özünəməxsus xarakterik xüsusiyyətləri var. Daha böyük ölçüyə malik olub, vurulduqda, bir rezin topun çilənməsinə bənzər səs çıxarır, ləti kəsilmiş yerdə parıldayır, lətə işıqda baxdıqda rəngi intensiv qırmızı olsa da, səthində bir az bənövşəyilik hiss olunur, damarlar ağ deyil, sarı rəngli olur. Fermerlər belə hesab edirlər ki, zəhərlənmələr heç də dərman və gübrələrlə çox da əlaqədar deyil. Çünki aparılan yoxlamalar, nəzarət qarpıza yerli-yersiz bu maddələrin verilməsinin qarşısını alıb. Amma zəhərlənmələr yenə də var və insanlar qarpızdan zəhərləndiklərini düşünürlər. Amma bu halların 99 faizi qida zəhərlənməsi ilə əlaqədardır. Başqa qida məhsullarında olduğu kimi, qarpız meyvələrinin təzə və köhnəliyi, saxlanma şəraiti də zəhərlənməyə səbəb ola bilər. İsti havada, qızmar günəş altında qalan qarpız meyvələrini yemək təhlükəlidir. Kəsilmiş qarpız açıq havada qaldıqda da zəhərlənmə riski artır”.

    Alıcıları qarpız alarkən diqqətli olmağa çağıran mütəxəssis zəhərlənmələr zamanı görülə biləcək ilkin tibbi yardım haqda da məlumat verib. Bildirib ki, zəhərlənmələr zamanı ilk növbədə mədə-bağırsaq sistemi yuyulmalıdır. Bunun üçün çoxlu miqdarda sodalı, yaxud marqanesli su içmək lazımdır. Əgər bunu etmək mümkün deyilsə, onda 10 kq bədən çəkisinə 1 həb olmaqla aktivləşdirilmiş kömürü əzib, onu 1 stəkan suya qataraq içmək məsləhətdir. Bu, toksinlərin qana keçməsinin, zəhərlənmənin qarşısını alır. Lakin əgər artıq zəhərlənmə güclüdürsə, həkimə müraciət etmək məsləhətdir.

  • İsti havanın COVID-19-a təsiri açıqlanıb

    Anomal istilər insan immunitetinə neqativ təsir göstərə bilər. Bu isə pandemiya dövründə xüsusən təhlükəlidir.

    “Sputnik”in məlumatına görə, bu barədə Rusiyanın “Unison” somnoloq xidmətinin rəhbəri, həkim nevroloq-somnoloq Yelena Tsareva xəbər verib.

    Onun sözlərinə görə, isti, yuxunu poza bilər, bu isə orqanizmdə bir sıra funksiyaların pozulmasına gətirir.

    “İstidə yuxu pozulur. Bu onunla əlaqədardır ki, yuxunun ən dərin vaxtı orqanizmin temperaturu bütün gün üçün ən minimal temperaturda olur. Ətraf mühit bədən temperaturunun düşməsinə imkan verməsə yuxu səthi olacaq. Bundan başqa oyanma və termortənzimləmədə (orqanizmin normal temperaturu saxlamaq üçün istilik hasilatı və istilik itirilməsi proseslərini balanslaşdırmaq qabiliyyəti) pozğunluqlar ola bilər. Bu isə nəbzin sürətlənməsinə və meyilli insanlarda təzyiqin qalxmasına səbəb ola bilər”, – deyə mütəxəssis vurğulayıb.

    “Yuxu pozğunluğu immuniteti (o cümlədən koronavirusa qarşı) zəiflədə bilər”, – deyə həkim xəbərdarlıq edib.

    “İnsan pis yatarsa, bir gecə kifayətdir ki, immunitetdən məsul olan T-hüceyrələrin miqdarını azalsın. Hətta bir yuxusuz gecə xəstələnmə riskin bir neçə dəfə artırır. Viruslu xəstəlikərə yoluxma riski də bir neçə dəfə artır”, – deyə həkim vurğulayıb.

    Yuxunu yaxşılaşdırmaq üçün Tsareva otağı havalandırmağı və isti havada odeyal örtməməyi tövsiyə edib.

  • Ofisdə işləyən hər on işçidən üçü kondisionerlə əlaqədar həmkarları ilə konflikt yaşayır

    Rusiyada aparılan araşdırma nəticəsində məlum olub ki, ofis şəraitində çalışan hər 10 işçidən üçü (29%) kondisionerlə bağlı həmkarları ilə konflikt yaşayır.

    Gazeta.ru xəbər verir ki, bu barədə “SuperJob” iş axtarışı xidmətinin araşdırmasında qeyd olunur.

    İşçilərin 46 faizi isə kondisioner məsələsində həmkarları ilə ümumiyyətlə mübahisə etmədiyi vurğulayıb.

    Araşdırma zamanı ortaya çıxan digər maraqlı məqam isə ofisdə temperaturla bağlı narazılığın adətən qadınlar arasında yaşandığı ortaya çıxıb.

    Həmçinin yaşı 34 qədər olan işçilərin otaq temperaturu ilə bağlı daha tez-tez mübahisə etdikləri məlum olub.

    Sorğu 9-14 iyul tarixləri arasında Rusiyanın 332 yaşayış məntəqəsində keçirilib. Sorğuda ümumilikdə 1 600 nəfər mütəmadi olaraq ofis şəraitində çalışan işçilər iştirak edib.

  • Kosmosda Yer həcmində olan əvvəllər görünməyən planetlər aşkar edilib

    Astronomlar ana ulduzlar ətrafında fırlanmayan, kosmosda sərbəst hərəkət edən müstəqil planetlər aşkar edib. Alimlər kütləsi Yer kürəsinə bənzər qayalı planetlərin kütləsi ilə müqayisə edilə bilən dörd yeni namizəd tapıb.

    Tədqiqatçılar NASA-nın “Kepler” kosmik teleskopu 2016-cı ildə iki aylıq “K2” missiyası zamanı, Qalaktikanın 3,7 dərəcə sahəsində ulduzları müşahidə edərək məlumatları təhlil edib. Mütəxəssislər mikroobyektiv müşahidənin 27 qısa müddətli siqnallarını alıb. Çox güman ki, bu cür cisimlər əvvəlcə, ağır planetlərin cazibə qüvvəsi tərəfindən atılmadan əvvəl protoplanet buludda formalaşıb.

  • Hansı ağrılar infarkt əlamətləri ola bilər?

    Həkimlər hansı ağrıların infarkt əlamətləri ola biləcəyini açıqlayıblar.

    Bu barədə “British Heart Foundation” saytında məlumat verilib.

    Mütəxəssislər sinə nahiyəsində qəfil ağrı ortaya çıxarsa və daha da şiddətlənərsə – qollara, kürəyə, boyuna və ya çənəyə yayılarsa; nəfəs darlığı və ya əhvalın pozulması meydana gələrsə, dərhal həkimə müraciət etməyinizi məsləhət görürlər.

    Digər hallarda, sinə nahiyəsində ağrı stenokardiya, həzm sisteminin pozulması və ya əzələ gərginliyinə işarə ola bilər.

    Həmçinin, infarkt əlamətləri arasına mütəxəssislər tərləmə, başgicəllənmə, ani narahatlıq hissi, ağciyərlərdə maye yığılması səbəbindən həddindən artıq öskürək və ya xırıltını da əlavə edirlər.

  • Qəhvə, çay və başqa qidaların koronavirusa təsiri izah edildi – Böyük araşdırma

    Yeni bir araşdırma gündəlik qəhvə istehlakının koronavirus xəstəliyi riskini yüzdə on azaldığını göstərib, çünki içki immunitet sisteminə “turbotəkan” verir.

    Qaynarinfo-nun “Daily Mail”ə istinadla verdiyi məlumata görə, aparılan böyük araşdırmaya əsasən, gündə bir neçə fincan qəhvə COVID-19 riskini təxminən onda bir faiz azaldır.

    İllinoys Northwestern Universitetindən yeni bir araşdırmada mütəxəssislər ağır COVID-19 infeksiyasından qoruya biləcək müxtəlif qidaları araşdırıblar. Tədqiqatçılar gündə ən az iki-üç fincan qəhvə içməyin COVID-19 riskini təxminən onda bir azaldığını müəyyən edib.

    40 min ingilis yetkininə dair məlumatları analiz edən amerikalı alimlər qəhvə içməyin virusdan qoruduğuna inanırlar. Onlar hesab edir ki, bu içkinin tərkibində immunitet sistemini aktivləşdirə biləcək sağlam bitki kimyəvi maddələrə sahibdir.

    Earth.Com-a görə, araşdırma qəhvə istehlakının koronavirusa məruz qaldığı bilinən bəzi insanlar arasında belə COVID-19-a qarşı qorunma təmin etdiyinə dair dəlillər təqdim edib.

    Komanda gündəlik qəhvə, çay, yağlı balıq, ət məhsulları, qırmızı ət, meyvə və tərəvəz qəbulunu da əhatə edən pəhriz amillərini analiz edib.
    Tədqiqat əlavə edib ki, gündəlik tərəvəz xidmətinin də oxşar təsiri var.

    Ancaq çay və meyvələrin koronavirusdən qorunmağa kömək etmədiyi, eyni zamanda kolbasa və bekon kimi ət məmulatlarının ağır xəstələnmə şansını artırdığı görünür.

    Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc edilib.

    “Qidalanma vəziyyəti toxunulmazlığa təsir edir, lakin onun COVID-19 həssaslığı ilə spesifik əlaqəsi aydın deyil. Xüsusi qidalanma məlumatları və yoluxmaların İngiltərədəki Biobank (UKB) COVID-19 ilə əlaqəsini araşdırdıq”, – araşdırmanın müəllifləri yazıblar.

    “COVID-19-a fərdi məruz qalma müəyyən coğrafi populyasiyalar üçün İngiltərədəki aylıq ortalama müsbət hal sayından istifadə edilərək qiymətləndirildi, – deyə tədqiqatçılar izah edib. – Logistik reqressiya, əsas sosial-demoqrafik amillər, xəstəlik tarixi və digər həyat tərzi amillərinə görə düzəldilmiş, pəhriz vəziyyətinə əsaslanan müsbət COVID-19 nəticəsinin şansını qiymətləndirib”.

    “Bu nəticələr müstəqil təsdiqləməyə ehtiyac duysa da, müəyyən pəhriz qaydalarına riayət etmək virusun yayılmasını məhdudlaşdırmaq üçün mövcud COVID-19 qoruma qaydalarına əlavə bir vasitə ola bilər”, – araşdırmaçılar qeyd edib.

  • Sağlam şəkildə arıqlamağa yardım edən meyvələr

    Bəzi meyvələr vardır ki,bütün günü heç bir qida qəbul etmədən yalnız onlarla qidalanıb sağlam şəkildə arıqlamaq mümkündür.Bu qidalar orqanizmin vitamin və mineral balansını aşağı düşməyə qoymur və arıqladıqda orqanizmə zərər gəlmir.Dietoloqlar bir gün meyvə dieti və bir gün yüngül qidalanma ilə sağlam şəkildə arıqlamanın orqanizmə zərəri olmadığını deyirlər.
    * Porağal yeməklə orqanizmin C vitamininə olan təlabatını ödəyb,immuniteti saxlamaqla arıqlamaq olur.
    * Bütün günü qarpız yeyib,bol lifləri və az kalorisi hesabına orqanizmi zəif saxlamaqla arıqlamaq mümkündür.
    * Acdıqca nar yeyib orqanizmin piylərini əritmək və enerjini itirməməklə sağlam şəkildə arıqlamaq olur.
    * Acdıqca qreyfurd yeyib vitamin balansını saxlamaqla pəhriz tutmaq olur.
    * Qaysı yedikdə aclıq hissi aradan qalxır,qaysı yeməklə orqanizmin K vitamininə olan ehtiycı ödənir və sağlam şəkildə arıqlamaq olur.
    * Yemişan yeməklə orqanizmi toksinlərdən təmizləmək və lifləri sayəsində aclığı aradan qaldırmaq mümkün olur.
    * Alma insanın sümüklərini möhkəmləndirir.Bütün günü hər aclıq hiss etdikdə alma yeməklə sağlam şəkildə arıqlamaq olar
    * Ananas orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, mədə bağırsağın fəaliyyətini sürətləndirir. Ananas pəhrizi ilə siz sağlam şəkildə asanlıqla arıqlaya bilərsiniz.
    * Gilas pəhrizi saxladıqda orqanizmin suya,şəkərə və vitaminlərə olan təlabatı odənilir.
    * Qara üzüm tərkibində olab B qrup vitaminləri sayəsində pəhriz zamanı sinir sisteminin zərər görməsinin qarşısını alır.Bütün günü qara üzüm yeməklə siz həm mineral balansınızın təlabatını ödəyə bilərsiniz,həm də istədiyiniz şəkildə arıqlayarsınız.

  • Ağciyər və tənəffüs xəstəliklərinin diaqnozu

    Tənəffüs sisteminin xəstəlikləri üçün diaqnostik testlər ağciyərin müxtəlif funksiyalarını ölçməyə imkan verir.Ağciyərlərin həcmini, inqalyasiya və eksqalasiya zamanı havanı hərəkət etdirməyə, oksigen və karbon qazı mübadiləsinə imkan verən metodlar əsasında təyin edilir.Bu tədqiqatlar, səbəbini deyil, ağciyər xəstəliyinin növünü və şiddətini təyin etməyə daha çox kömək edir. Əsasən bəzi xəstəliklərə, məsələn bronxial astmaya diaqnoz edə bilərlər.Ağciyər funksiyasının müayinəsinə- ağciyərlərin həcminin,yayılma qabiliyyətinin, hava axınının sürətinin , həcminin ölçülməsi və əzələ gücünün qiymətləndirilməsi daxildir.
    Tənəffüs sisteminin xəstəliklərində tez-tez ağciyərlərin nə qədər havanı ehtiva etdiyini və hansı sürətlə nəfəs ala biləcəyini müəyyənləşdirmək lazımdır. Bu ölçmələr bir qeyd cihazına qoşulmuş bir borudan ibarət olan bir spirometrdən istifadə edilir. İnsan dərin bir nəfəs alır, sonra enerjili boru vasitəsilə tez nəfəs alır. Hər bir tənəffüs dövrü ilə müəyyən bir müddətə inqalyasiya və ya eksqalasiya olunan havanın həcmi ölçülür və təhlil edilir. Lazım gələrsə, tədqiqat -bir insanın hava yollarını genişləndirən dərman qəbul etdikdən sonra təkrarlanır (bronxodilatator).
    Ekspiratuar axını ölçmək üçün daha sadə bir cihaz- hava axını sayğacıdır.Bu cihaz astma xəstələrinə evdən çıxmadan vəziyyətlərini idarə etməyə kömək edir.
    Ağciyər həcminin ölçülməsinin nəticələri-ağciyərlərin sərtliyini və ya elastikliyini, həmçinin sinə hərəkətliliyini əks etdirir. Hava axınının sürəti hava yollarının daralma (tıxanma) dərəcəsini əks etdirir. Axın sürəti bronxit, amfizem və bronxial astma kimi xəstəliklərlə dəyişir. Bu xəstəliklərə obstruktiv deyilir.
    Tənəffüs, qanda oksigen və karbon dioksid səviyyəsinə cavab verən beyində yerləşən mərkəzlər tərəfindən avtomatik idarə olunur. Bu nəzarət pozularsa, xüsusilə də yuxu zamanı nəfəs uzun müddət dayana bilər (yuxu apne adlanan bir vəziyyət). Karotid apnanın tədqiqi zamanı, bir elektron barmaq qulaq boşluğuna- qandakı oksigen konsentrasiyasını ölçmək üçün, digəri hava axını müəyyən etmək üçün burun boşluğunda, üçüncü elektron cihaz isə tənəffüs hərəkətlərini qeyd edir.

  • İsti havalarda bu içkiləri içmək məsləhət deyil – Diyetoloq

    İstidə havalarda həmişəkindən daha çox maye içmək lazımdır. Bunun üçün adi içməli su içkilərin ən idealıdır.

    Bu sözləri diyetoloq Andrey Bobrovski “Sputnik” radiosu ilə söhbətində isti havalarda susuzluğu yatırmaq üçün uyğun olmayan içkiləri sadalayarkən deyib.

    Sadə su içməkdən yorulduğunuz halda həkim suya meyvələrdən portağal, limon və ya digərlərini əlavə etməyi məsləhət görür.

    “Bir stəkan və ya su qabına sadəcə portağal, limon və ya başqa bir meyvə əlavə etməklə mükəmməl ləzzət əldə edə bilərsiniz. Bundan xoş bir ləzzət alacaqsınız”, – Bobrovski deyib.

    Həkim istidə şəkərli qazlı içkilər içməməyi məsləhət görür. Birincisi, çox kalorilidirlər, ikincisi, susuzluğu yatırmağın öhdəsindən yaxşı gəlmirlər.
    “Tanınmış istehsalçıların aşağı kalorili qazlı içkiləri çəkinin artmasına çox təsir etməməsini dediyinə baxmayaraq, istilərdə yüksək kalorili şirin qazlı içkilər içməməlisiniz. Ancaq paradoks ondan ibarətdir ki, şirinləşdirilmiş qazlı içkilər, hətta minimal kalorili olanlar da müəyyən reaksiyalara səbəb olur”, – həkim deyib.

    Bobrovskiyə görə, qazlı sularla qablaşdırılmış şirələr arasında heç bir fərq yoxdur. Çünki hər ikisində çoxlu şəkər var.

    Həkim ənənəvi yay içkisinin kvas olduğunu qeyd edib. Ancaq onu da yalnız tərkibində minimum miqdarda şəkər varsa, içməyə dəyər.
    “Kiçik şəkərli kvas seçməlisiniz. Çox dadlı olmaya bilər, ancaq o, bədən forması üçün zərərsizdir”, – həkim deyib.

  • Gənc yaşlarınızda saçarınız ağarırsa…

    Saçlarınıza kimyəvi qara boya qoymaqdansa aşağıdakı qara rəngli sudan istifadə edərək saçlarınızı boyaya bilərsiniz
    Saçların ağarması saç follikullarındakı melanin hormonunun fəaliyyətinin azalması səbəbindən baş verir. Melanin hormonunun azalması saçların tünd rənginin boz və ya ağ saçlarla əvəz olunmasına səbəb olur. Yaşlı adamlarda melanin hormonunun azalması normal hesab edilə bilər, amma bəzən bu problemlə gəng yaşda olanlar da rastlaşırlar. Bu zaman onların saçları vaxtındn əvvəl ağarır. Gənc yaşlarından saçlara kimyəvi boyadan istifadə etdikdə isə boyalar saç dərisini qıcıqlandırır və uzun müddət istifadədən sonra dəri qaşınmaları meydana çıxır. Saçların rənglənməsinə baxmayaraq qısa bir müddətdən sonra yeni çıxan tüklərin də rənginin ağ olmasını nəzərə alsaq, deməli problemi təbii yollarla həll etmək lazım gəlir. Bunu aşağdakı reseptlə edə bilərsiniz:

    Lazım olanlar:
    * kartof – 5-6 ədəd
    * sückəc
    * iri fincan
    * köhnə şampun şüşəsi
    * yumşaldıcı şampun kondisioner
    * dəsmal
    Kartoflarınn qabığı soyulur. Kartofların qabıqları dərin qaba qoyulur və üzərinə 2 litr su əlavə edilib gur odun üstündə 20-30 dəqiqə qaynamağa qoyulur. Sonra su digər qaba süzülür. Su bankada saxlanılır. Saçlar yaxşı yuyulduqdan sonra süzkəcdə qalan kartof qabıqları saçlara sürtülür və 2 dəqiqə saxlanılır. Daha sonra saçlarınızı kartof qabılarını qaynatdığınız su ilə yaxalayın.

    Saçlarınızın gec ağarması üçün aşağıda yazılanlara əməl etmək lazımdır:
    * stressdən uzaq durmaq
    * siqaret çəkməmək
    * orqanizmdən toksinləri xaric etmək üçün hər gün bol miqdarda su içmək
    * badam, ət, ispanaq, ananas , nar , turp , böyrütkən, bal kimi qidalar qəbul etmək