Category: Maraqlı

  • Günvurmadan özümüzü necə qoruyaq? – MƏSLƏHƏTLƏR

    Son günlər havaların isti keçməsi ilə bağlı günvurma halları çoxalıb. İsti hava şəraiti səbəbindən insanların hərarəti 38-39 dərəcəyə qalxır.

    Median.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında terapevt Sübhan Hacıyev son zamanlar günvurma hallarının artması haqda danışarkən deyib.

    O bildirib ki, günvurma halları əsasən, insanlar gün altında 20 dəqiqədən çox gəzən zaman baş verir:

    “Günvurma saat 13-17 arasında – açıq havada və yaxud çimərlikdə olarkən baş verir. Günvurmadan qorunmaq üçün baş nahiyyəsini örtülü saxlamaq lazımdır. Başın gün işığı ilə birbaşa təması olmamalıdır. Günlük, çətir, kepka yoxdursa, dəsmal və ya yaylıqla qorunmaq lazımdır. Gün ərzində 2-4 litr sadə su içilməlidir, çünki günvurma orqanizmdə susuzluq yaradır və qanı qatılaşdırır. Bu, ölümə gətirib çıxara bilər”.

    Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, iyunun 22-29-da 19 nəfəri gün vurub.

  • “Instagram”da kompüterdən foto dərc etmək imkanı əlçatan olub

    “Instagram” sosial şəbəkəsinin bəzi istifadəçiləri proqramın masaüstü versiyasından foto və ya video dərc edə biliblər.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, yeni funksiya sınaq rejimində bir sıra istifadəçilərə əlçatan olub. Kompüterdən şəkil və ya video yükləmək üçün yuxarı sağ küncdə yerləşdirilmiş ” ” işarəsinə sıxmaq lazımdır. Bundan sonra istifadəçi şəklin ölçüsünü dəyişdirə, həmçinin lazımi filtrləri tətbiq edə biləcək.

    Bu funksiya əvvəllər yalnız mobil proqramda əlçatan idi.

  • Şirin qarpızı necə seçməli?

    Çin Xalq qəzetinin yazdığına görə, əsas yay desertini – qarpızı dondurmaqla daha şirin etmək mümkündür.

    Median.Az xəbər verir ki, qarpızın tərkibində şirinliyi temperaturla tənzimlənən fruktoza var. Temperatur nə qədər aşağı olarsa, fruktoza bir o qədər şirinləşir. Qazlı içkiləri və dondurmanı da bu səbəbdən soyuq içməyə və yeməyə üstünlük verilir.

    Bütün yay şirniyyatları arasında qarpız ən faydalılardan biri olaraq qalır: tərkibində çox miqdarda vitamin var, həmçinin yeməkdən əvvəl bir dilim qarpız yesəniz, enerji dəyəri 100 qrama 30 kilokalori olacaq.

    Eyni zamanda, mütəxəssislər şəkərli diabetdən və böyrək çatışmazlığından əziyyət çəkən insanlara ehtiyatlı davranmağı tövsiyə edib. Ya kiçik miqdarda qarpız yeyilməli, ya da tamamilə imtina etmək lazım ola bilər.

    Bundan əlavə, qarpızı acqarına və ya yeməkdən dərhal sonra yeməməlisiniz. (publika.az)

  • Günəşin təsiri ilə kəskinləşən xəstəliklər açıqlandı

    İsti havalarda ultrabənövşəyi şüalarla yanaşı infraqırmızı şüalar və havanın rütubəti insan orqanizminə təsir göstərir.

    RT-nin məlumatına görə, bu barədə rusiyalı tibb elmləri doktoru, dermatoveneroloq İrina Skoroqudayeva Günəşin ağırlaşdırdığı xəstəliklər barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, yüksək rütubətə görə istilik vurmasına məruz qalmaq mümkündür.

    “Nəm hava ürək-damar diaqnozu qoyulmuş xəstələr üçün çox çətin haldır”, – deyə ekspert qeyd edib.

    O vurğulayıb ki, ultrabənövşəyi şüalar açıq rəngli dərisi olan insanlar üçün xüsusilə təhlükəlidir, çünki genetik səviyyədə müdafiədən məhrumdurlar.

    “Bu insanlar demək olar ki, qarala bilmirlər və hətta qısa müddətdə, intensiv günəş olmasa belə (məsələn, səhər və axşam) yana bilərlər”, – deyə o vurğulayıb.

    Həkimin sözlərinə görə, ən böyük problem Günəş işığının təsiri ilə yaranan xərçəngdir.

    “Bundan başqa, yayda ciddi xroniki xəstəlik olan rosacea yarana bilər, immunitet pozulduğu üçün viruslu xəstəliklər, herpes kəskinləşə bilər. Dəridə kollagen məhv olur, piqmentasiya, yanıqlar meydana gəlir, yaşlanma sürətlənir”, – deyə o əlavə edib.

    Skoroqudaneva Günəşin faydalarından da danışıb.

    “Məsələn, günəşli günlərdə serotonin və D3 vitamini (hansı ki, Günəşdə qaraldıqdan sonra – cüzi qızartıda, ancaq yanıq olmadığı zaman dəridə sintez olunur) istehsal olunduğu üçün depressiv vəziyyətin faizi azalır”.

    Mütəxəssis, su içmə rejiminə riayət etməyi və bədəndə lazımi mikroelementləri saxlamaq üçün kifayət qədər duz istehlak etməyi məsləhət gördü.

  • Bu kişilərin yalnız qız övladları dünyaya gəlir – İNANILMAZ

    Adətən qız övladının doğulmasına görə qadınlara “irad” tuturlar. Lakin qadının burada heç bir “günahı” yoxdur.

    Bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata “təyin edir”. Bu nə deməkdir?

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX – qadın, XY – kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək.

    Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin…

    Aberistuit Universitetinin (Böyük Britaniya) alimləri çoxlu sayda statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları və əksinə nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir.

    Bundan əlavə alimlər aşkar ediblər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha çoxdur.

  • Yay aylarında necə qidalanmalı?

    İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır. Məsələn qış aylarında isti yeməklərə, ət xərəklərinə, payızda vitaminli qidalara üstünlük verilir. Bəs yayda necə, yay fəslinin də öz qida rasionu var?
    Yay aylarında havaların isti olduğuna görə orqanizmin suya olan ehtiyacı artır. Yay aylarında qidalanmadan söhbət düşdükdə ilk növbədə orqanizmin su ehtiyacının ödənməsi lazımdır. Bunun üçün gün ərzində ən azı 2 litr su qəbul eləməli və bol meyvə-tərəvəzdən istifadə olunmalıdır.
    Yay aylarında insanların çox tərlədiyinə görə orqanizmdən tərlə birlikdə soda, kalium və digər minerallar da xaric olunur. Bu mineralların orqanizmdən xaric olunması isə öz növbəsində halsızlığa, nəbzin zəifləməsinə, yorğunluğa və hərəkət azlığına səbəb ola bilir.
    Orqanizmdən xaric olan sodanı gündəlik duzlu ayrandan istifadə etməklə bərpa etmək olar. Kalium itkisini bərpa etmək üçün isə bolluca meyvə və tərəvəz yemək lazımdır.
    Yay aylarında susuzluğu bərpa etmək üçün qazlı içkilərdən uzaq durmaq lazımdır. Qazlı suların əvəzinə limonad, ayran, sərin şərbətlər, soyuq süd, təzə çəkilmiş meyvə şirələri və ya bitki çayları içilərsə daha faydalı olar.
    Yay aylarında zəhərlənmələrdən və ishaldan qorunmaq üçün vaxtından əvvəl yetişmiş bostan bitkilərinin yeyilməsi, tağdan və ya ağacdan dərilən meyvə-tərəvəzlərin yuyulmamış yeyilməsi məsləhət görülmür.
    Yay aylarında xəmir xörəkləri yemək olmaz. Çünki yayda xəmir xörəyi yemək insanda halsızlığa və yorğunluğa səbəb ola bilir. Plov və makaron məmulatlarından da yay aylarında az istifadə etmək lazımdır. Unutmaq lazım deyil ki, sağlam qidalanma sağlam həyat tərzi deməkdir.

  • Uşaqlarda qida borusunun şişi

    Qida borusunun şişi uşaqların hər yaş dövründə rast gəlinir.Xəstəlik qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir.Qida borusunun xoşxassəli xərçəngi bədxassəli xərçəngə nisbətən daha yavaş templə böyüyür və xəstəyə az narahatçılıq verir.Xərçəng toxuması morfologiyasına görə aşağıdakı epitel toxumasından ibarət olur:
    – kista
    – papiloma
    – adenomatoz polip
    Xərçəngin bəzi növləri isə qeyri-epitel toxumadan ibarət olur.Bunlara qida borusu xərçənginin aşağıdakı növləri aiddir:
    – leyomioma
    – fibroma
    – miomaA
    – nevroma
    – qemanqioma və s.
    Qida borusunun xoşxassəli şiş xəstədə bəzi simptomlarla özünü göstərir.Bu zaman xəstələrdə disfaqiya,döşlərdə ağrı,kürəkdə ağrı,
    kürək altında ağrı baş verir.Ağrılar əsasən qida qəbulundan sonra baş verir.Qida qəbulundan sonra xəstələrdə qanaxma,hıçqırma,qusma,qıcqırma,ağızdan su axması,iştahanın itməsi kimi əlamətlər özünü göstərir.Qanaxmalar səbəbindən xəstələdə anemiya baş verir.
    Qida borusunun xərçəng xəstəliyi öskürmə,boğulma,aritmiya,sianoz əlamətləri ilə xəstəni narahat edir.Qida borusunun bədxassəli şişi qida borusunun yuxarı və aşağı hissələrinə və limfa düyünlərinə metastaz verir.Bu zaman xəstələrdə ürəkdöyünmələr artır,xəstənin səsi dəyişilir.Qida borusu xərçənginin xəstədə əmələ gətirdiyi ümumi əlamətlər digər xərçəng xəstəliklərində olduğu kimidir.
    Xəstəliyə diaqnozun qoyulmasında rentgenoqrafiyanın,endoskopiyanın,histaloji müayinələrin rolu böyükdür.
    Xəstəliyin müalicəsi xəstənin vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.Xəstənin qidalanması üçün onun mədəsinə trubka qoyulur,şişin ölçülərinin kiçilməsi istiqamətində işlər görülür,şüa terapeyası tətbiq olunur.

  • Hind okeanında plastik tullantılar adası tikiləcək

    Alimlər hər gün təxminən 13 milyon ton plastik tullantıların okeanlara axdığını təxmin edib. Plastik butulkalar, qida konteynerləri, qablar, paketlər və digər tullantılar suya birbaşa olaraq qurudan deyil, həm də gəmilərdən tökülür. Hind okeanı bu problemdən xüsusi olaraq zərər görür və bu yaxınlarda Britaniyanın “Margot Krasojevic” memarlıq studiyası suyun zibildən təmizlənməsi üçün olduqca qeyri-adi yol təklif edib.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, təşkilat plastik tullantılardan istifadə edərək, insanların əylənə biləcəyi süni ada yaratmaq niyyətindədir. Bu adada təbiətə heç bir şəkildə zərər verməyəcək otel inşa etmək planlaşdırılır. Bütün enerji və hətta su ətraf mühitə uyğun şəkildə istehsal ediləcək. Hər şeydən əvvəl layihənin müəllifləri, bir-birinə bağlanan zibil torbalarından ibarət torpaq sahəsi tikəcək və sonra içərisində turistlərin istirahət etməsi üçün geniş otel tikmək niyyətindədir. Adanın açılması 2025-ci ildə planlaşdırılır. Studiyanın rəsmi saytının verdiyi məlumata əsasən, plastik tullantılar birbaşa Hind okeanının sularından toplanacaq. Ada yaxınlığında üzən butulkalar və digər əşyalar avtomatik olaraq torbalarda toplanacaq, sonra okeanın dibindən bioloji parçalana bilən xüsusi örtük, qum və lil ilə örtüləcək. Torbalar, bir-birilərinə sintetik kauçuk torlarla birləşdiriləcək. Bu material bir səbəbdən seçilmişdir – okean səviyyəsindəki dəyişikliklərə reaksiya göstərir. Səviyyə qalxdıqda, rezin suyu özünə çəkəcək və beləliklə daşqının qarşısını alacaq. Qeyd edək ki, Hind okeanında plastik tullantıların miqdarı durmadan artır və ada bu tullantıların yığılma mərkəzinə çevrilərək, getdikcə genişlənəcək.

  • Özbəkistanda “Style” adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib

    Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, “Style” adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

    U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

    O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir.

  • Dondurmanı mütləq su ilə yeyin – SƏBƏBİ

    Dondurmanı su ilə birlikdə yemək boğaz infeksiyasını azaldır.

    Median.Az xəbər verir ki, dondurma süd, yağ, şəkər, protein və kalsium tərkiblidir. Bunlar isə orqanizm üçün önəmli maddələrdir. Xüsusən yayda uşaqların vazkeçilməzidir. Şirniyyat sevənlər üçün də sağlam qidadır. Təbii meyvələrdən hazırlanan meyvəli növləri ilə isə antioksidan qaynağıdır.

    Necə yeməliyik?

    Su ilə birlikdə yedikdə boğaz infeksiyası riskini azaldır. Bundan başqa, dondurma qabından çıxarıldıqdan sonra o dəqiqə yeyilməməlidir. Bir müddət gözləmək mədə və bağırsaqlar üçün də faydalı olacaq.

    Nələrə diqqət etməliyik?

    Dondurmanı çox yemək artıq çəkililər üçün problem yarada bilər.
    Tox qarnına yemək daha düzgündür.

    Soyuq su ilə yeməyin!

    Dondurma yedikdən sonra dişlərimizi qorumaq üçün ağız yuyulmalıdır.

    Paketli dondurmalar mütləq soyuducuda qorunmuş olmalıdır. Bundan başqa, alarkən tarixinə diqqət etməlisiniz. /medicina.az