Category: Maraqlı

  • Yemək yeyərkən xərçəngi müəyyən etməyin yolu açıqlanıb

    Disfaqiya – udqunmağa nəyinsə mane olduğu hissi qida borusu xərçənginin xəbərçisi ola bilər.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı tanınmış həkim və aparıcı Aleksandr Myasnikov yemək yeyərkən diqqət olunmalı simptom barədə danışarkən xəbərarlıq edib.

    Onun sözlərinə görə, bu vəziyyətdə simptom sürətlə irəliləyir və zaman keçdikcə xəstə mayeni belə udmaqda çətinlik çəkə bilər.

    Myasnikov narahatlıq yaranan kimi həkimə müraciət etməyi tövsiyə edib.

    Bununla belə, həkim bütün disfaqiya hadisəsinin xərçəngə dəlalət etmədiyini, bu narahatlığın psixosomatik pozğunluğun simtomu da ola biləcəyini deyib.

  • Günəbaxan yağının faydaları

    Günəbaxan yağı ən məşhur yağlardandır. O günəbaxan tumlarından əldə olunur. Günəbaxan tumunun vətəni Şimali Amerika ölkələri sayılır. Avropa ölkələrinə günəbaxan tumu ilk dəfə ispan döyüşçüləri tərəfindən gətirilmişdir. Günəbaxan yağının özünəməxsus xüsusi qoxusu və sarı rəngi olur. Günəbaxan yağı əldə edilərkən onun tərkibində olan fermentlər öz tərkibini dəyişmir.

    Necə seçməli?

    Günəbaxan yağı alarkən onun təzəliyinə diqqət yetirmək lazımdlır. Çünki, uzun müddət vitrinlərdə qalan günəbaxan yağı öz tərkibini və rəngini dəyişə bilir. Düz düşən günəş şüaları altında uzun müddət vitrinlərdə qalan günəbaxan yağında çöküntülər əmələ gələ bilir. Bu zaman onun qoxusu və dadı da dəyişmiş olur.

    Günəbaxan yağının tərkibi linolin və lionolen doymamış yağ turşuları ilə zəngindir. Bu yağlar orqanizm sintez edə bilmir. Onların xaricdən orqanizmə daxil olması isə insan üçün çox faydalıdır. Orqanizmin esensial turşusuna və F vitamininə olan ehtiyacını günəbaxan yağından istifadə etməklə bərpa eləmək mümkündür. Günəbaxan yağının tərkibində olan yağ turşuları sinir liflərinin , hüceyrə membranının möhkəmlənməsinə səbəb olur. Günəbaxan yağının tərkibində A, E və D vitaminlkəri, aktiv maddələr var.

    Müalicəvi məqsədlə rafinəedilməmiş günəbaxan yağından istifadə edilir. Bu yağın zərif özünəməxsus qoxusu və dadı olur. Əgər günəbaxan yağı alarkən onun içərisində çöküntülər olarsa, bu zaman o yağ keyfiyyətsiz yağ hesab edilir. Keyfiyyətli günəbaxan yağı orqanizm üçün çox faydalıdır. Ondan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Günəbaxan yağından xroniki mədə-bağırsaq xəstəliklərinin, tromboflebitin, qaraciyər və ağciyərin, ürək-damar xəstəliklərinin qadın xəstəliklərinin, diş və baş ağrılarının, ensefalitin, artritin, revmatizmin, yara və iltihabi xəstəliklərin müalicəsində istifadə edilir. Günəbaxan yağından müxtəlif maz və müalicəvi plastrların hazırlanmasında istifadə edilir. Bir çox oynaq xəstəliklərin müalicəsində günəbaxan yağından geniş istifadə edilir. Onu qızdırıb pambıq parçada kompres şəklində oynaqlara qoyub bağlamaq ağrıların, oynaq iltihablarının aradan qalxmasına səbəb olur. Dərini günəbaxan yağına batırılmış pambıq tamponla silmək dəridəki iltihabi prosesləri, yanıqların, yaraların qısa bir zamanda sağalmasına səbəb olur.

    Revmatizm xəstəliyi zamanı qızdırılmış günəbaxan yağına qırmızı istiot və gerosin qataraq isti yerdə 9 gün saxladıqdan sonra oynaqlara qoymaq xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Günəbaxan yağı ilə dərini silmək dəridəki infeksiya xəstəliklərinin sağalmasına səbəb olur.

    Günəbaxan yağını zərərli xüsusiyyətləri

    Günəbaxan yağıl qızdırlan zaman onun tərkibində kanserogen maddələr əmələ gələ bilir. Davamlı olaraq qaynadılan günəbaxan yağı orqanizm üçün təhlükəli hesab edilir. Bir dəfə günəbaxan yağı qaynadılan tavanı ikinci dəfə istifadə etmək tövsiyə edilmir. Yağ istifadə edilən tavanı mütləq yumaq lazımdır. Tavanın kənarlarında qalan yağ qalıqlarının tərkibində benzinin tərkibində olan qeksan qalıqlarına rast gəlmək mümkünddür. Qayadılmış günəbaxan yağını salatlarda istifadə etmək məsləhət görülmür.

  • Bədəni zəhərli maddələrdən belə təmizləyin

    Zəhərli maddələr gündəlik həyatımızda və yaşayış tərzimizdə demək olar ki, daima bizi təqib edir. Yeməklər, içkilər, hətta qəbul etdiyimiz hava vasitəsi ilə də bunlar orqanizmə asanlıqla daxil olur və yayılır. Nəticədə orqanizmdə bir sıra xəstəliklər baş qaldırır. Bəs, bədəni bu zəhərli maddələrdən necə təmizləmək olar?

    Median.Az Axşam.az-a istinadən, orqanizmi zəhərli maddələrdən təmizləməyin yollarını təqdim edir:

    1.Bol su qəbul edin
    Su zərərli maddələrin təmizlənməsi üçün təbii qaynaqdır. Bu səbəbdən də nə qədər çox içsəniz, bədəndəki toksinlər sidiklə daha sürətli xaric olunar. Vücudunuzu təmizləməyə kömək edə biləcək su qarışımı da var: 1 litr suya 2 xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Bu qarışığı gün ərzində qəbul edə bilərsiniz.

    2.Təbii qidalarla qidalanın
    Təbii tərəvəz və meyvələrdə pestisid kimi toksin yoxdur. Bu qidalar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıracaq və bədəndən lazımsız zəhərli elementləri çıxarmaq üçün həzm sisteminin daha yaxşı işləməsinə kömək edəcəkdir.

    3.Səhər qəhvə əvəzinə yaşıl çay için
    Qəhvədə, xolesterol səviyyəsini artıra bilən diterpenoid molekulu olan kafestol var. Bu səbəblə də xolesterol əmələ gəlməməsi üçün yaşıl çay və yaxud da hər hansı bir bitki çayı içməyə üstünlük verin.

    4.Müəyyən vaxtlar oruc tutmağa çalışın
    Biz günün bəzi saatlarında yemək yeyirik. Qəbul etdiyimiz məhsulların çoxu işlənmiş qidalardır və şəkərdən ibarətdir. Bir-iki gün oruc tutmaq, iştahanı azaltmaqla yanaşı, zərərli maddələri bədəndən kənarlaşdıraraq sizi daha sağlam edə bilər.

    5.Saunaya gedin və idman edin
    Tərləmək bədəni zəhərli maddələrdən təmizləmək üçün ən təbii yoldur. Nə qədər tərləsəniz, o qədər çox təmizlənərsiniz. Bunun üçün saunaya gedə bilərsiniz. Lakin səhhətində problem olanlar yüksək temperaturda qalmaq üçün əvvəl həkimlə məsləhətləşməlidir. Tərləməyin bir başqa yolu da idmandır. Sizə ən uyğun idman növünü seçərək bununla gündəlik məşğul ola bilərsiniz. Dərinizi tərdən və ölmüş hüceyrələrdə təmizləmək üçün daha sonra duş qəbul etməyi unutmayın!

  • 10 günə 5 kq – Alma pəhrizi

    Hər gün yeməyiniz yaşıl alma sayəsində gözəl bir görünüşə qovuşa bilərsiniz.

    Çox kilolar qadın, kişi hər kəsin kabusudur. Xüsusilə də tətil mövsümünün başlamasıyla çoxluqlarından xilas olmaq istəyənlər şok pəhrizlərlə həll tapa bilər. Həkim tövsiyəsi ilə edilməsi lazım olan bu pəhrizlərdən alma pəhrizi önə çıxır.

    10 günə 3-5 kq arıqladan pəhrizdə hər gün bol-bol alma yeməniz lazımdır.

    Çətinlik çəkmədən, sevərək edəcəyiniz pəhrizin günbəgün tətbiqi:

    Nahar: 2 dilim qızarmış çörək, light pendir, zeytun, pomidor, xiyar, 1 dənə qaynadılmış yumurta.

    6 gün boyunca nahar bu şəkildə ediləcək.

    1. gün: 1 kilo alma

    2. gün: 1.5 kilo alma

    3. gün: 2 kilo alma

    4. gün: 1.5 kilo alma

    5. gün: 1 kilo alma

    6. gün: 1 kilo alma

    Gün boyunca yaşıl çayı sərhədsiz qəbul edə bilərsiniz.

    Vitamin və minaral ehtiva edər, ancaq bu pəhrizi edərkən bədən enerjisiz qalır bunu unutmayın. Almanın, yaşıl olması lazımdır. Veriləcək kilo adamdan adama dəyişə bilər. Qırmızı alma da arıqladar, amma yaşıl almanın təsiri daha çoxdur. Mədə ağrısı, mədə xəstəliyi olanlar qırmızı alma yeyə bilər. /medicina.az

  • Çox fikir etmək beyini kiçildir – TƏHLÜKƏ

    Gündəlik həyatımızdakı bir çox vərdişlərin bir qismi beyni kiçildir. Həmçinin, nevroloji xəstəliklərə tutulmamaq üçün karbohidrat, doymuş yağ, marqarin, şəkər kimi qidalardan uzaq durmaq lazımdır.

    Medicina.az xəbər verir ki, Türkiyəli professor Demet Özbabalık Adapınar beyni kiçildən faktorları açıqlayıb:
    – Stres və depressiya ciddi bir risk faktorudur. Tez-tez eyni şeyə fokuslanmaq və o mövzuda uzun vaxt keçirmək, buna baxmayaraq problemləri həll edə bilməmək o bölgə ilə bağlı problemləri ortaya çıxarır.

    – Tək bir təhsillə davam etmək, hansısa məşğələlərin olmaması, digər yaşam şəkillərinə qapalı olmaq insanın hər zaman eyni beyin bölgəsini istifadə etməsinə səbəb olur. Beləliklə o bölgə zamanla yorulur.

    – İdman etməmək də beyni kiçildən ən önəmli risk faktorlarından biridir. Gündə 10.000 addım atmaq çox önəmlidir. Artıq fiziki idman və sənətlə məşğul olmaq beyni qoruduğu tez-tez qeyd edilir.

  • Udma aktı və pozulmaları

    Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir:
    – iradi faza
    – reflektor faza.
    Üçlü, dilaltı, azan və dil-udlaq sinirlərinin mərkəzi və periferik zədələnmləri udma aktının pozulmasına səbəb olur. Bunlar udma aktının iradi xəstəlikləri sayılır:
    – dil əzələlərinin parezi
    – bəzi psixi xəstəliklər
    – sərt damağın anadangəlmə və qazanılma qüsurları
    – yumuşaq damağın anadangəlmə və qazanılma qüsurları
    – angina
    – udlağın selikli qişasının xəstəlikləri (şiş, iltihab).
    Ağız boşluğunun bəzi iltihabı xəstəlikləri də udma aktımım müvəqqəti pozulmasına səbəb olan xəstəliklərdən sayılır.
    Udma aktının qeyri-iradi mərhələsi əzələlərin peristaltikası sayəsində həyata keçir. Bu proses qida borusu əzələlərinin iflici və ya spazmı nəticəsində pozula bilər. Bu tetanus, quduzluq, histeriya və s. xəstəlikləri zamanı baş verir.
    Kliniki şəraitdə qida borusunun daralmaları zamanı udma aktının pozulmasına daha çox rast gəlinir. Termiki və kimyəvi yaralanmalardan sonra da əmələ gələn çapıqlar və şişlər də udma aktının pozulmasına səbəb olan amillərdən hesab edilir.

  • Nevroz xəstəliyinin əlamətləri

    Nevroz termini ilk dəfə 1776-cı ildə şotlandiyalı həkim Kuplen tərəfindən elmə gətirilmişdir. Bu addım C.Morqaninin bütün xəstəliklərin əsasını morfoloji substratın təşkil etməsi barədə iddiasını təkzib etmişdir. “Nevroz” termininin müəllifi sağlamlığın funksional pozulmasının hər hansı bir orqanın üzvi zədələnməsi ilə əlaqəli olmadığını irəli sürmüşdür. Sonralar məhşur rus fizioloqu İ.P.Pavlov nevroz barədə araşdırmaları davam etdirmişdir.
    Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-10) “nevroz” əvəzinə “nevrotik pozğunluq” qeyd olunmuşdur. Lakin hazırda ali sinir fəaliyyətinin xroniki və ya kəskin stresslərlə bağlı psixogen pozğunluqları daha çox “nevroz” termini ilə ifadə olunur. Bu pozulmalar digər etioloji amillərlə (məsələn, toksiki təsir, travma, keçirilmiş xəstəlik) əlaqəli olduqda, nevrozabənzər sindrom adlandırılır.Müasir dövrdə nevroz olduqca geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə əhalinin 10-20%-i nevrotik pozğunluqlardan əziyyət çəkir. Psixi pozğunluqların təxminən 20-25%-i nevrozların payına düşür. Nevrozun əlamətləri əksər hallarda yalnız psixoloji deyil, həm də somatik xarakter daşıdığından bu problem klinik psixologiya və nevrologiya ilə yanaşı, tibbin digər sahələri üçün də aktual sayılır.Nevrozun profilaktikası psixotravmatik vəziyyətin qarşısının alınmasından (xüsusən uşaqlıq dövründə) ibarətdir. Lakin daha optimal üsul baş verən hadisələrə düzgün yanaşmanın formalaşdırılmasından ibarətdir. Normal yuxu, aktiv həyat tərzi, sağlam qidalanma, idman psixikanın möhkəmlənməsinə kömək edir.

  • Xoşbəxt evlilik üçün 9 qayda

    Bir yastıqda 40 il! Münasibətlərin getdkcə qarışdığı bir dövrdə artıq birlikdə yaşlanmağı bacarmaq üçün daha diqqətli və fədakar olmaq şərtdir. Xoşbəxt bir evlilik üçün əməl etməli olduğunuz 9 təklifi sizə təqdim edirik:

    1) Eniş-yoxuş

    Həyatın olduğu kimi evliliyin də eniş -yoxuşu olduğunu ağılınızdan çıxarmayın!

    2) Özünüzə inanın

    Xəyallarınızı imtina etməyin. Özünü yalnız evinə həsr etmiş bir qadın olmanız həm sizi həm evliliyinizi çətinləşdirə bilər.

    3) Xüsusi bir gün gözləməyin

    Əlaqənizin adiləşməsinə və həyəcanını itirməsinə icazə verməyin. Gün ərzində yoldaşınıza maraqlı mesajlar göndərmək, xüsusi bir günü gözləmədən ona bir hədiyyə almaq belə işə yaraya bilər.

    4) Dürüst davranın

    Yoldaşınızın ən yaxın dostu olun. Ona qarşı dürüst olmanız və ehtiyacı olduğunda yanında olmanız əhəmiyyətli.

    Yalnız tənqid etməyin. Onunla əlaqədar gözəl düşüncələrinizi də paylaşın.

    6) Müzakirədən qaçmayın

    Əhəmiyyətli olan mübahisə etmək deyil, müzakirələri əlaqənizi pozmadan problemi həll etməyi unutmayın!

    7) Ailəsiylə arasına girməyin

    Ailəsi haqqında pis sözlərdın istifadə etməyin və ailəsiylə əlaqəsinə müdaxilə etməyin.

    8) Diqqət!

    Onu test etməyə çalışmayın.

    9) Soyuq davranmayın

    Ona sevildiyini hiss etdirin.

  • Nə vaxtsa koronavirusa yoluxub sağaldığınızı necə bilməli?

    Hazırda virusa yoluxmayan insanların azı 20%-i son yarım ildə özləri də bilmədən koronavirusu keçirib. Bunu peyvənddən öncə antitel analizi verib, qanlarında koronaya qarşı anticisim olduğunu görən insanların çoxluğu göstərir.

    Lakin çox insan bundan xəbərsizdir. Ona görə bəzi insanlar antitel analizi verdikdə, onlarda virusu keçirdikləri üzə çıxır.

    Median.Az xəbər verir ki, Oksford universitetinin alimləri bəzi əlamətlərə görə insanın koronavirus keçirdiyini bilməyin mümkün olduğunu açıqlayıb.

    Belə ki, sonradan antitel analizi verib müsbət çıxan assipmtomatik xəstələr aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronadan olduğunu bilmədiklərini etiraf edib.

    Siz də bu simptomlara əsasən koronavirus keçirib -keçirmədiyinizi təxmin edə bilərsiz.

    – Qarında ağrı, sancı

    Koronavirusun əsas simptomlarından biri. Daha çox virus mədə ilə həzm yollarına düşdükdə, öskürəksiz xəstələrdə olur. Eləcə də ağciyərlərin aşağı payı iltihablaşanda qarın, mədə hissədə ağrı olur.

    – Bir neçə gün ishal

    Səbəbsiz və kəsilməyən diareya, ishal gözlənilmədən insanı yaxalayır. Qidalanması normal olsa da xəstə koronadan şübhələnməsə də bir neçə gün bununla mübarizə aparır.

    – Gözlərdə irin, qızarma, konyuktivit

    Gözlər ayrıca, müstəqil olaraq koronavirusa yoluxub, iltihablaşa bilər.
    Elə bilməyin ki, gözünüzə nəsə düşüb, ya çirk edib. Bu sadəcə koronavirus ola bilər və bununla da bitər.

    – Ağız dadının dəyişməsi

    Ağızda dadın tam itməsi birbaşa simptom olsa da, ağızda qəribə tam yaranması və yeməklərdən zövq almama da koronavirusun oyunu ola bilər. Buna da fikir vermirlər.

    – Səbəbsiz yorğunluq, halsızlıq

    Əgər bir neçə gün və ya bir həftə səbəbsiz yorğunluq, halsızlıq, bədəndə süstlük hiss edib, heç bir test vermədiz, qızdırma olmadan sonradan düzəlmisizsə, bu da gizli keçirilmiş koronavirusun əlaməti ola bilər

    Sizdə bu sadalananlardan bir və ya bir neçə əlamət yaxın bir neçə ayda baş veribsə, koronavirus barədə düşünməyə və ürəyinizdən keçərsə, son nöqtəni qoymaq üçün bir antitel analizi verməyə dəyər. Ola bilər ki, analizin cavabı sizi heyrətləndirsin! /medicina.az

  • Siqaret çəkənlərdə xərçəngin ilkin ƏLAMƏTLƏRİ

    Siqaretdən istifadə edənlərin baş, boyun xərçənginə tutulma riski digərlərindən 10 qat yüksəkdir.

    Dünya Səhiyyə Təşkilatı hər il 600 mindən çox tütün istifadəçisinə bu diaqnozun qoyulduğunu açıqlayıb.

    Həmçinin siqaretin mənfi zərərləri onu tərgidən insanların bədənindən uzun illərdən sonra sovrulur. Mütəxəssislər qəlyanların da siqaret qədər zərər verdiyini bildiriblər. Qəlyandan istifadənin isə ağız içi xərçənginin yaranma riskini artırdığını vurğulayıblar.

    Diqqət: 3 həftədən uzun çəkən səs tutulması, nəfəs darlığı, dodaq və ətrafında sağalmayan yaralar, udqunma çətinliyi varsa zaman itirmədən həkimə müayinəyə gedin. /medicina.az