Category: Maraqlı

  • Kompüteri beynindəki çiplə idarə edən meymun nümayiş olunub – VİDEO

    İlon Maskın “Neuralink” şirkəti yeni nəsil neyron interfeysinin praktiki fəaliyyətini nümayiş etdirib.

    Müvafiq video şirkətin youtube səhifəsində yerləşdirilib.

    Videoda beyninə xüsusi çip yerləşdirilmiş meymun əks olunub. O, əvvəlcə coystik, sonra isə beynindəki çip vasitəsilə kompüterdə oyun oynayır. Bu zaman meymun kompüteri heç bir əlaqələndirici vasitə olmadan, öz fikirlərilə idarə edir.

    Şirkətdən verilən məlumata görə, sözügedən çi

  • Qadın niyə incəliyini itirir? – ƏSAS FAKTORLAR – VİDEO

    Bir çox müvəffəqiyyətli qadın şəxsi həyatda uğur qazana bilmir. Deyirlər ki, kişilər onlara əhəmiyyət vermir. Evli qadınlar münasibətlərində soyuqluqdan, xüsusilə kişilərin daha əvvəlki kimi onların qayğısına qalmamasından gileylənir.

    Təəssüf ki, bütün qadınlar buna nəyin səbəb olduğunu başa düşmür. Çox güman ki, qadın incəliyini itirdiklərini etiraf etməyə cəsarət etmirlər. Odur ki, bu məsələni genişləndirməyə dəyər.

    Median.Az oxucuları qadın incəliyinin itməsinə səbəb olan əsas amillərlə tanış edir.

    1. Tələskənlik, vurnuxma

    Əgər qadın bir çox məsuliyyəti öz üzərinə götürürsə, o zaman öz görünüşünə ayırmağa vaxt tapmır. Məsələn, qadının kiçik uşaqları varsa, o zaman əksər vaxtını onlara həsr edir. Qadınların çoxu ana olduqdan sonra baxımsız görünür. Axı qadının planlaşdırdığı bütün işləri yerinə yetirməsi üçün vaxt qazanması vacibdir. Odur ki, vurnuxma qadın incəliyinin itməsinə gətirib çıxarır.

    2. Həddindən artıq ictimai fəaliyyət

    İctimai fəallar adətən tənha olur. Ailədə özlərini realizə edə bilmirlər. Bu baxımdan qüvvələrini ictimai fəaliyyətə yönəldirlər. Nəticədə onların qadınlığı tamamilə itir.

    3. Sevmədiyi işləri yerinə yetirməsi

    Qadın sevdiyi işi edərkən ən yaxşı keyfiyyətlərini ortaya qoyur. Xoşlamadığı işlə məşğul olduğu zaman isə xarakterində kişilik xüsusiyyətləri yaranmağa başlayacaq. Beləliklə, qadın cəlbedici və incə olmağı dayandıracaq.

    4. Kişi geyimlərinə üstünlük verilməsi

    Cins geyimlər və şalvarlar qadın bədən quruluşunu vurğulaya bilər. Bundan əlavə, onlar çox əlverişlidir. Ancaq onları daim geyinmək qadınlığı unutdurur. Psixoloqlar hesab edirlər ki, hər qadının qarderobunda ətək və don çox olmalıdır. Onu da qeyd etmək lazımdır ki, qadın qarderobunun parlaq geyimlərdən ibarət olması tövsiyə edilir.

    5. Uğursuz saç düzümü

    Buna sadəcə qısa saç düzümünü daxil etmək lazım deyil. Qadını cəlbedici göstərməyən saç düzümü rahat, lakin ona yaraşmayan və gözəl olmayan kəsimlərdir. Belə bir saç düzümündə qadın cəlbedici ola bilməz.

    6. Heç bir aksesuardan istifadə etməyən qadın

    Xanım görünüşünə cazibə əlavə etmək üçün bəzək və zərgərlik əşyaları istifadə etməlidir. Heç bir bəzək əşyalarından istifadə etməyən qadının imici darıxdırıcı görünür. Ətrafda belə təəssürat yaranacaq ki, qadınlıqdan məhrumsunuz.

    7. Baxımsız qadın

    Əgər qadın xarici görünüşünün qayğısına qalmır və baxımsızdırsa, kişi üçün maraqlı olmayacaq. Odur ki, istənilən qadın kosmetikadan minimum da olsa istifadə etməli və saçlarını təmiz saxlamalıdır.

    8. Heç bir maraqları olmayan qadın

    Şəxsi maraqları və məşğuliyyəti olmayan qadın kişilər üçün maraqlı olmayacaq. İstənilən qadının yaradıcı təbiəti olmalıdır.

    9. İdarə etməyi sevən qadın

    Belə qadınlar kişi xarakterinə malikdir. Qadın idarəçiliyə meylli olmamalıdır, onun başlıca missiyası kişini ilhamlandırmaqdır.

    10. Qalmaqal

    Əgər qadın daim mübahisə edirsə, o, kişinin gözündə maraqlı olmayacaq. Hələ ki, qalmaqal heç bir qadını gözəlləşdirməyib. Artıq qadın incəliyinin itməsinə səbəb olan ən ümumi səbəbləri bilirsiniz. Odur ki, özünüzü yaxşıya doğru dəyişə bilərsiniz. (publika.az)

  • 111 yaşlı qazaxıstanlı qadın uzunömürlüyün sirrini açdı

    Qazaxıstanın Karaqandi əyalətinin ən uzunömürlü sakini Tuyməgül Temirbayeva 111 yaşında olmasına rəğmən aktivliyi və yaddaşını qoruyub saxlayıb.

    Milli.Az xəbər verir ki, qadın bu vaxta kimi həkimlərdə olmayıb.

    Gözü belə itiliyini itirməyən Tuyməgül iynəni özü saplayır.

    1910-cu ildə doğulan qadının oğulları ard-arda 70-80 yaşında dünyasını dəyişib.

    “Bütün ömrüm boyu ərimlə heyvandarlıqla məşğul olmuşam. O, atçılıq fermasının çobanı idi. Gəncliyimdən kımızı çox sevirəm (at südündən içki). Eləcə də qazlı limonad xoşuma gəlir. Heç vaxt dieta saxlamamışam, həkim müalicəsi almamışam”.

    Heç bir ciddi xəstəliyi olmayan Temirbayeva arada qrip olub öskürəndə bir qaşıq tibbi spirt daxilə qəbul edib içdiyini və bununla da sağaldığını bildirir.

    Gəlinləri, nəvələri deyir ki, o çox istiqanlı, deyib-gülən, ünsiyyətcildir. Heç vaxt özünə qapanmır. Uşaqlarla belə söhbətləşir, daim aktivdir. /medicina.az

  • Saqqız bu orqanlara dərman imiş – MÖCÜZƏ

    Gözlərin sağlamlığı üçün tərkibində beta-karotin olan qidalar qəbul etmək lazımdır, vaxtaşırı isə saqqız çeynəmək gərəkdir.

    Median.Az xəbər verir ki, bunu dietoloq həkim Anna Belousova deyib.

    Onun sözlərinə görə, ilk növbədə mərsin və qaragiləyə diqqət yetirmək olar.

    “Amma giləmeyvədən mürəbbə bişirmək lazım deyil, çünki gözlər üçün orada faydalı heç nə qalmır”, həkim əlavə edib.

    O izah edib ki, mərsin və qaragilədəki maddələr göz sinirinin qidalanması və qanın mirkosirkulyasiyasını stimullaşdırır.

    “Saqqız isə gözlərin qidalanmasını və qan dövranını yaxşılaşdırır. Ancaq təbii ki, onu da ağlabatan həddə çeynəmək gərəkdir”, – həkim deyib.

    Bunlardan əlavə, dietoloq yerkökü yeməyi məsləhət görüb. Bu tərəvəz alatoranlıqda görməni gücləndirir. Üstəlik, o həm çiy, həm də bişmiş halda faydalıdır.

    Belousova deyir ki, beta-karotin göyərtidə, məsələn, soğanda, cəfəridə və şüyütdə də çoxdur. Ancaq göyərtini həddən çox qəbul edərkən 35 yaşdan yuxarı insanlarda varikoz və podaqra xəstəliklərinin inkişafı mümkündür. (publika.az)

  • Belə maskalar ağciyər toksikliyinə SƏBƏB OLUR

    Kanadada qrafen (karbonun çoxatomlu təbəqəsi) tərkibli maskalar qadağan edilub.

    Median.Az xəbər verir ki., bu barədə “Hindustan Times” məlumat yayıb.

    Kanada Səhiyyə Nazirliyinin martın 2-də verdiyi tapşırığa əsasən, meydana gələ biləcəyi sağlamlıq riskləri səbəbindən qrafen tərkibli maskaların istehsal və idxalatı dayandırılacaq.

    Qrafen ehtiva edən maskalar üzərində araşdırma aparan mütəxəssislərin ilkin dəyərləndirməsinə görə, nəfəs alarkən qrafen parçacıqları ağciyər toksikliyinə səbəb ola bilir.

    Bazarda satılan qrafenli maskalar iki cürdür: antiviral və antibakteriyel.

    Qeyd edək ki, Kanada və Hindistanda nano texnologiyası ilə istehsal olunan maskalar daha geniş şəkildə istifadə edilir. (publika.az)

  • Məişət avadanlığı sahiblərini necə izləyə bilər?

    “İntellektualnıy Rezerv” şirkətinin partnyoru və direktoru Pavel Myasoyedov bildirib ki, internetlə əlaqəli olan əşyalar insanın həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir, lakin eyni zamanda özündə bir sıra kiber təhdid daşıdığını da qeyd edib. Bəzi məişət texnikası səslə idarə olunur, insanların şəkillərini əldə edərək, hesablamalar aparıldığı serverlərə məlumat kimi göndərir. Bu, təcavüzkarların onları ələ keçirmək təhlükəsi ilə əhətə olunub.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssis istifadəçinin məlumatlarının və ya biometrik məlumatlarının ötürülmə zamanı ələ keçirilə biləcəyini və ya serverin haker hücumuna məruz qalacağını izah edib. Mütəxəssis təcavüzkarın bu məlumatlar əsasında insan haqqında çox şey öyrənə biləcəyini deyir. Bunun hələ ağıllı ev avadanlığı ilə əlaqəli ən böyük risk olmadığını qeyd etdi. Mütəxəssisin fikrincə, İnternetə qoşulan qapı zəngləri, kameralar və mikrofonlar da bədniyyətli şəxslərə vətəndaşların hər hansı hərəkəti barədə məlumat verə bilər. Bundan əlavə, ağıllı ev alətlərinin köməyi ilə təcavüzkarlar sahibinin gündəlik rejimi barədə məlumat əldə edə bilər. Xüsusilə, oğru evdə ev sahibinin nə vaxt olmadığını öyrənə bilər. Mütəxəssis xəbərdarlıq edərək, hələ də yeni kiber təhdidlərə qarşı etibarlı antiviruslar və qoruma sistemlərinin olmadığını və buna görə diqqətli olmalı və tam olaraq ağıllı avadanlığa etibar etməməyi tövsiyə edib.

  • Pandemiya dövründə mütləq yeyilməli olan 10 MEYVƏ

    Qida mütəxəssisləri pandemiya dövründə istifadəsi mütləq olan 10 meyvənin adını açıqlayıb.

    Median.Az həmin meyvələrin siyahısını təqdim edir.

    Kivi

    Yüksək miqdarda C, K və E vitamininə malik kivi vitamin qəbulunda möhtəşəm alternativ yaradır.

    Heyva

    Şişkinlik və orqanizmin su toplamasına qarşı mükəmməl təbii dərman effekti verən heyva bol şəkildə C vitamininə malikdir. Heyva immun sistemini qüvvətləndirərək allergik reaksiyaların qarşısını almağa yardımçı olur.

    Balqabaq

    İstər şirniyyatda, istərsə şorbalarda istifadə edə biləcəyiniz təbiət möcüzəsi olan balqabaq alfa və betokeratin mövzusunda bənzərsizdir. Hüceyrələri yeniləyir.

    Qreypfrut

    Ən ləzzətli və ən faydalı dövrü noyabrda olan qreyfurt ən aşağı kalori miqdarına sahib qidalardandır. Pəhriz saxlayanlar üçün bu dövrdə xüsusi tövsiyə olunur.

    Naringi

    C vitamini ilə bol olan naringi immunitetin möhkəmlənməsinə yardımçı olur.

    Əncir

    Təzə, quru və ya mürəbbə formasında istifadə etdiyimiz əncir tarixin ən qədim meyvələrindəndir.

    Nar

    Təzə sıxılmış suyuna daha çox üstünlük verilən nazir viruslara qarşı qalxan rolunu oynayır.

    Alma

    Antioksidant deposu olan almanın qabığı ilə istifadəsi tövsiyə edilir.

    Armud

    Yüksək xolestrol problemi ilə mübarizə aparan insanların bir nömrəli təbii yardımçısı olan armud həm də şirniyyat istəyini sıfıra endirir.

    Xurma

    Dünyanın ən faydalı və şəfalı meyvələrindən hesab olunan xurma 55% A vitamini, 6 qram fiber, 30% maqnezium və sadəcə 118 kaloriyə malikdir.

  • Ekspertlər axşam vaxtı meyvə qəbul etməyi məsləhət görmürlər

    Axşam saatlarında meyvələrin qəbulu arzuolunmazdır, çünki bu, həzmə mənfi təsir edə bilər, fruktozun yüksək səviyyəsi səbəbindən artıq çəkinin yaranmasına kömək edə bilər.

    Median.Az AZƏRTAC-a istinadən meyvənin qəbulunun ehtimal edilən nəticələri haqqında xəbər verir.

    Artıq çəki – bu, ekspertlərin axşam saatlarında meyvə qəbul etməməyi məsləhət gördüyü səbəblərdən biridir. Fruktozanın, digər sadə karbohidratlar kimi, böyük dozaları enerjinin istehsalı üçün istifadə edilmədiyi təqdirdə yağa çevrilmə xüsusiyyətinə malikdir. Şirin meyvələrə, məsələn, banan, üzümə üstünlük verərək, gözlənilmədən çəki ala bilərsiniz. Orqanizm onlarla qəbul edilmiş bütün karbohidratları həzm edə bilməyəcək və artıqlığı bədən piyinə yığmağa başlayacaq.

    Qanda şəkərin artması – mütəxəssislər, fruktozanın bədəni sürətli enerji ilə təmin etdiyini və gün ərzində bunun iş fəaliyyətinin dəstəklənməsi üçün faydalı ola biləcəyini izah edirlər. Lakin axşam və xüsusilə gecə, bədənin bu qədər əhəmiyyətli bir enerji qaynağına ehtiyacı yoxdur, nəticədə qanda şəkər səviyyəsi dərhal çox əhəmiyyətli dərəcədə arta bilər.

    Ən yaxşısı nədir? Ekspertlər meyvə yeməyi gündüz vaxtı, axşam isə bişmiş tərəvəzə üstünlük verməyi məsləhət görürlər. Meyvələrlə yanaşı yağ da qəbul edilməlidir (məsələn, zeytun və ya kətan yağı), bu faydalı maddələrinin həzmini yaxşılaşdırır.

  • İş stressindən necə xilas olaq? – 12 “QIZIL MƏSLƏHƏT”

    İş həyatında daha çox zehni fəaliyyətlə məşğul olanlar “ağ yaxalılar” adlanırlar. Belə insanların günün böyük hissəsi masa arxasında keçir. Bu da onlarda hədsiz stressə, bir çox hallarda isə psixoloji sarsıntıya səbəb olur.

    Median.Az iş stressindən qurtulmağın yollarını təqdim edir:

    1. İş həyatınıza verdiyiniz əhəmiyyəti, şəxsi həyatınıza da verin. Yaxınlarınızla tez-tez görüşün.
    2. Müəyyən hobbi ilə məşğul olun. Bu insanı stressdən maksimum dərəcədə mühafizə edir.
    3. İş vaxtı bitdikdən sonra telefonunuzu söndürün. Belə olmadığı təqdirdə iş və şəxsi həyat qarışır.
    4. Təmiz havada xeyli gəzin və idman edin.
    5. Yoqa ilə məşğul olun.
    6. İstirahət vaxtı çalışın ki, fiziki işlər görəsiniz. O, zaman özünüzü yaxşı hiss edəcəksiniz.
    7. Alkoqollu içkilərdən və siqaretdən uzaq durun.
    8. Sağlam qidalanmanıza diqqət yetirin.
    9. İş vaxtı limitini keçməyin. Çünki, kifayət qədər dincələ bilməsəniz, ertəsi gün yenidən çalışmaq mümkün olmayacaq.
    10. Çətin və stressə səbəb olan işləri görməzdən əvvəl kimdənsə kömək istəyin.
    11. Sevdiklərinizlə vaxt keçirərkən mobil telefonunuzu söndürün.
    12. Yuxunuza və istirahətinizə diqqət yetirin. (publika.az)

  • Normal çəkidə qalmaq üçün bəzi pəhrizlər

    Təravətləndirici pəhriz:
    Bu pəhrizi tərəvəz mövsümündə, ay ərzində həftədə 2 dəfə saxlamaq məsləhət görülür.
    Səhər yeməyi: 1 stəkan qatıq və ya 1 çay qaşığı bal qatılmış 1 stəkan ilıq su.
    İkinci səhər yeməyi (saat 10.00):1 stəkan meyvə şirəsi və ya çiy meyvə və ya tərəvəzlər

    Nahar: təzə tərəvəzlərdən yaşıl salat ( göy soğan, sarımsaq, qırmızı turp, xiyar, cəfəri, şüyüd, ispanaq, kələm və s.) və 1 stəkan meyvə şirəsi.
    Şam yeməyi: 1 xörək qaşığı yulaf yarması (qerkules) sıyığı. Süfrəyə verməzdən əvvəl 1 xörək qaşığı bal, yarım stəkan şirə və ya 1 limonun suyu əlavə edilir, yaxşıca qarışdırılır, 200 qrama yaxın alma və ya başqa meyvələr sürtgıcdən keçirilir, yulaf sıyığının üzərinə qoyulur.Üzərinə 1 xörək qaşığı xırdalanmış qoz, badam və ya yerfındığı səpilir.

    Qarın nahiyəsindəki piylərin əridilməsi üçün pəhriz.
    Məqsəd-qarnın hamar, qarın əzələlərinin möhkəm olmasıdır.
    1. Rasiondan duz çıxarılır və qarnı kökəldən məhsulların qəbulu məhdudlaşdırılır: ağ çörək, biskvit və pirojnalar.
    2. Müntəzəm və az-az qidalanmağa çalışmaq lazımdır. Qida rasionunda kifayət qədər portağal, limon şirəsi, salat olmalıdır. Qəhvə azaldılır və daha çox su içilir.
    Səhər yeməyi (təklif olunan variantlardan biri seçilir)
    a) 1 stəkan diyetik yoqurt, 1portağal
    b) 1 ədəd ilıq bişirilmiş yumurta, 2 dilim qurudulmuş çörək
    Nahar: 250 qr dərisiz toyuq və ya balıq əti, iri porsiya qarışıq tərəvəz salatı
    Şam yeməyi: 1 bifşteks, 75 qr qaynadılmış lobya, 1 potağal
    Nahar və şam yeməklərinin yerini dəyişmək olar.
    Qəlyanaltı (gündə 2 dəfə): bir şokoladlı baton, 1 boşqab yağsız şorba.
    Məşğələ: Stulda əyləşərək, kürək düz saxlanılır, dizlər aralanır, pəncələr döşəməyə sıxılır. Əllər önə doğru uzadılır, çənə aşağı əyilir, nəfəsi verərək, qarın əzələləri sıxılır və döşəməyə doğru əyilir. Nəfəsi alıb-verərək ilkin vəziyyətə qayıtmaq lazımdır. Hərəkət 5 dəfə təkrar edilir və tədricən artırılır.