Category: Maraqlı

  • Balıq pəhrizi

    ​Balıq təkcə ləzzətli qida deyil, həm də gözəl pəhriz məhsuludur. Onun tərkibi mikroelement, vitamin və asan həzm olunan zülallarla zəngindir. Balıq pəhrizi arıqlamaq üçün istifadə olunur və müsbət səmərə verir.
    Bunun üçün bəzi məsləhətlərə əməl etmək lazımdır:
    -Həftənin bir günü yalnız balıqla qiqalanmaq üçün ayrılır.
    -Gün ərzində yeyilən balığın miqdarı 500-700 qramdan artıq olmamalı, qida zamanı mütləq tərəvəz və yaşıl salatlardan çox istifadə edilməlidir.
    -Səhər balığı xaşlayıb 5 hissəyə ayırmaq, gün ərzində 2,5-3 saatdan bir yemək lazımdır.
    -Balıq əti mütləq tərəvəz və göyərtilərlə birgə qıbul edilməlidir.
    -Balıq pəhrizi günü ya qazsız mineral su və ya qaynanmış su içilməlidir.
    -Həftənin bir günü tutulan balıq pəhrizi zamanı 1 ay ərzində 3-5 kiloqram arıqlamaq olar.

  • Soyuducunun üzərinə yapışdırılan maqnitlər – ciddi təhlükə yaradır

    Soyuducunun qapısına müxtəlif maqnitlərin yapışdırılması bir çox ailələrdə maraqlı hobbiyə çevrilib, hətta bəzi qeydləri də soyuducuda maqnitlə yapışdırırlar.

    Son zamanlar bu maqnitlərin həmin evdə yaşayan insanların beyninə, səhhətinə, biosahəsinə mənfi təsir göstərdiyi barədə məlumatlar verilir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bir qrup mütəxəssis ürəyində stend, kardiostimulyator olan insanların maqnitli soyuducuya yaxın getməməsini qəti tövsiyə edir.
    Soyuducu ilə maqnitlərin təmasından həmin sahədə güclü, mənfi maqnit sahəsi yaranır və bu dağıdıcı enerjidir.

    Körpə və azyaşlı uşaqlar olan evlərdə soyuducuya maqnit yapışdırmayın.

    Bir maqnitin soyuducu qapısında uzun müddət bir yerdə qalması da zərərlidir, heç olmasa onların yerini tez-tez dəyişin.

    Soyuducuya maksimum 2-3 ədəd kicik maqnit yapışdırmaq olar.

    Qapını bütünlüklə, xüsusən iri maqnitlərlə bəzəmək həm soyuducunun işinə, həm ərzaqlara, həm də yaxınlıqda olan insanlara, xüsusən yaşlı, xəstələrə, ürək xəstələrinə mənfi təsir edir.

  • Orqanizm üçün suyun faydaları

    1. Susuz həyat yoxdur.
    2. Su olmazsa öncə müəyyən çatışmamazlıqlar yaranar, sonra isə orqanizmin həyati vacib funksiyaları məhv olar.
    3. Su ən əsas enerji mənbəyidir.
    4. Su bədəndəki bütün hüceyrələrin daxilində elektrik və maqnit enerjisi yaradır-yaşamaq üçün güc verir.
    5. Su DNT-ni zədələnmələrdən qoruyur, onun effektliyini artırır.Tərkibindıki anomaliyanın sayını azaldır.
    6. Su bütün növ qida, vitamin və mineralların həlledicisidir. O, qidanı kiçik hissələrə ayırır, maddələr mübadiləsini dəstəkləyir.
    7. Su qidanı enerji ilə təmin edir, hansıki sonra həmin qida həzm prosesi zamanı o enerjini orqanizmə ötürə bilir.
    8. Su orqanizmin qidada həyat üçün önəmli olan maddələri qəbul etməsi qabiliyyətini artırır.
    9. Su bədən daxilində maddələrin daşınmasını təmin edir.
    10. Su olmadan nəfəs də olmaz.
    11. Su bədənin müxtəlif hissələrindən toksinləri çıxarır.
    12. Su beyin və ürəyin arteriyalarını tixanmalardan qoruyur.
    13. Su ürək tutmalarının və insultun qarşısını alır.
    14. Su beyin tərəfindən bütün hormonların, eləcə də, melatoninin yaranması üçün vacibdir.
    15. Su beyinin funksiyalari, ilk növbədə düşüncə üçün bizə elektrik verir.
    16. Su yuxunu bərpa edir.
    17. Su yorğunluğu aradan qaldırır və cavanlıq enerjisi bəxş edir.
    18. Su qocalığın qarşısını alaraq dəriyə hamarlıq verir.
    19. Su həyəcan, stres və depressiyanı götürməyə kömək edir.
    20. Su gözlərdə parıltı əmələ gətirir.
    21. Su çəki azaltmaq üçün yaxşı vasitədir. Vaxtla su içərək dieta saxlamadan çəki atmaq olar.

  • Yumurtanın faydaları və zərəri

    Yumurta ana südündən sonra insanın ehtiyacı olan bütün qida elementlərini saxlayan tək qida qaynağıdır. Son dərəcə bəsləyici və sağlam bir qidadır.

    Yumurtanın zülal dəyəri
    Digər qidalarla müqayisədə ən keyfiyyətli zülal yumurtada var. Mütəxəssislər xüsusilə böyüməyə olan müsbət qatqısı səbəbi ilə heyvani zülalın xüsusilə uşaqlar tərəfindən qəbul edilməsini təklif edir. Bu səbəbdən də uşaqlar üçün yumurta çox əhəmiyyətlidir.

    Yumurtanın vitamin dəyərləri
    Yumurta A, D, E və B qrupu vitaminlər başda olmaqla digər vitaminlərlə də zəngin tərkibə malikdir. Yumurtanın sarısında olan A vitamini hüceyrələrin inkişafına kömək edir, sümük inkişafında iştirak edir, gözə faydası çoxdur daha yaxşı görməyi təmin edir və sağlam dişlər də üçün də çox faydalıdır. Ayrıca tənəffüs və həzm sisteminin sağlam olmasını və infeksiyalardan qorunmasını təmin edir.
    D vitamini isə insan bədənində kalsiumun istifadə edilməsini təmin edir.
    E vitamini bədəni xarici və zərərli maddələrə qarşı sanki bir qalxan kimi qoruyur.
    B qrupu vitaminləri bəzi qida maddələrinin bədəndə enerjiyə çevrilməsinə köməkçi olur. Ayrıca yumurtada olan kolin beyin funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

    Yumurtanın Mineral Dəyərləri

    Yumurta dəmir və sink kimi bədən üçün çox lazımlı olan minerallarla da zəngindir

    Yumurtanın yağ tərkibi
    Yumurtanın yağlılıq tərkibi olduqca zəifdir. Böyük bir yumurtada 4.5 qram yağ mövcuddur.

    Yumurta xolesterolu artırırmı?
    Yumurtanın ağından yağ və xolesterol yoxdur. Sarısında isə 213 mg xolesterol var. Yumurtanı daha çox qaynadılmış halda yemək məsləhət görülür.Yağda hazırlanan yumurtanın B vitamini dəyəri ölə bileceyi üçün qaynadılması faydalıdır.

    Yumurtanın Zərərləri

    Bu cür faydası olan yumurtanı əgər səhv şəkildə istifadə etsəniz zərərləri ilə qarşı-qarşıya qala bilərsiniz. Ancaq bəzi kiçik tədbirlərlə bunun önünə keçə mümkündür. Yumurta əsla otaq istiliyində saxlanmamalıdır. Soyuq yerlərdə hətta soyuducuda saxlanılması vacibdir. Çiy halda istifadə etməmək məsləhətlidir. Yumurtanın bişirilmə müddəti yaxşı müəyyən edilməlidir. Yumurta əgər çox qaynadılarsa ya da boyatsa içindəki dəmir yumurtanın xaricinə axar və yumurtanın bir çox vitamin dəyəri də ölər. Bunu gözlə görmək də mümkündür. Çox qaynadılan bir yumurtanın ağında dəyişik rənglər görürsünüz, həmin o yumurtanın çox qaynadıldıqda axıb gedən dəmir və minerallarıdır. Çox bişirilən bir yumurtanın həzmi son dərəcə çətindir.

  • Qan qrupuna görə pəhriz

    Ehtimal olunur ki, qan qrupları müxtəlif olan insanlar müxtəlif pəhrizlərə riayət etməlidirlər. Bəzi alimlər belə hesab edirlər ki, bizim qan qrupumuza uyuşmayan qida səhhətimizi pozur. Oksford Universitetinin bir qrup alimləri insanın qan qrupu, qidalanma tərzi və müxtəlif xəstəliklərə tutulma ehtimalı arasında bir əlaqənin olmasını söyləyirlər. Beləliklə ingilis alimləri aşağıdakı nəticələri əldə etmişlər:

    I Qan qrupu
    Siz mütləq qidada karbohidratı az, zülalı çox qəbul etməlisiniz. Qidanızda tortları, pirajkiləri, pirojnaları, makaron və çörəyi azaldın, daha çox ət yeyin. Əks halda siz mədə xorası və ya artrit xəstəliyinə tutula bilərsiniz.
    II Qan qrupu

    Bu qrup insanlar ürək-damar və xərçəng xəstəliyinə meyllidir. Veqetarian pəhrizinə riayət etmək məsləhətdir: meyvə-tərəvəz, dənli bitkilər, düyü,
    qarabaşaq, makaron, çörək və şirniyyat yeyin.

    III Qan qrupu
    Sizin əsəb sisteminiz zəifdir. Siz hər hansı bir pəhrizi tuta bilərsiniz, lakin çalışın çoxlu ət, süd məhsullarından istifadə edəsiniz.

    IV Qan qrupu
    Bu nadir qan qrupuna malik olan insanlar hər nə gəldisə yeyə bilərlər, lakin çalışın hamıya aid sağlam qidalanma qaydalarına riayət edin: heyvan piylərini azaltmaq, qızardılmış, ədviyyatlı və duzlu – istiotlu qidanın həddini aşmayın, əti bitki məhsulları ilə birlikdə yeyin.

  • Saçı tökülən kişilər – Səbəbi harda axtarmalı?

    Kişilərdə keçəlləşmə daha çox ürək xəstəliyi riskinin artmasından xəbər verir. Saç tüklərinə qan çatmaması onları zəiflədir. Deməli ürək və qan damar sistemi yaxşı işləmir.

    Median.Az bildirir ki, Tokio Şəkərli Diabet fakultəsinin mütəxəssisləri 37.000 kişi arasında apardıqları analizlərin nəticəsində bu qərara gəliblər ki, keçəlləşmə və dazlaşma nə qədər çoxdursa, ürək qan damar riski bir o qədər yüksəkdir.

    Kişilərdə xüsusən qulaq arxası və başın arxasında dazlaşma aşağıdakı risklərin əlaməti ola bilər:

    -Prostat xəstəlikləri

    -Şəkərli diabet

    -Xroniki iltihab

    -Testosterona həssaslıq

    Məhz bu faktorlar ürək-qan damar xəstəliklərini tezləşdirir.

    Ürəyin işemik xəstəliyi ilə dazlaşma arasında birbaşa əlaqə var. Həkimlər bu fakta diqqət yetirsə yaxşı olar. Dazlaşma problemi olan kişilər tərkibində testosteron olan qida əlavələri, idman qidalarından uzaq dursunlar. Çünki bu qidalar saçların daha sürətlə tökülməsinə səbəb olacaq. Kişilər dazlaşmadan saç əkdirməklə canlarını qurtara bilərlər. Amma bu onlarda ürək xəstəlikləri riskini azaltmır.

    Odur ki, saçlardan çox ürək-qan damar sistemini nəzarətdə saxlayın, hormonları yoxladın. /medicina.az

  • Qanda şəkəri salan resept – Hər gün için

    Rusiyalı endokrinoloq youtube kanalında diabet xəstələri üçün dərmanlardan heç də pis təsir göstərməyən çay barədə danışıb.

    Median.Az həmin resepti təqdim edir:

    2 çubuq darçın
    4 yarpaq ekvalipt və ya aptekdə satılan bitkisindən 1 çay qaşığı

    Suyu qaynara düşənə kimi isidin, sonra ekvalipt yarpaqlarını əlavə edib 10 dəq gözləyirsiz. Ən sonda darçın çubuqlarını. Termosda saxlayıb, hər gün hər yeməkdən öncə yarım stəkan için.

    Müqayisə üçün içmədiyiniz günlərlə çayı qəbul etdiyiniz günlər şəkəri ölçün.

  • Boğaz ağrısına və iltihabına qarşı 3 təbii çarə

    Havaların soyuması ilə birlikdə xəstəliklər də artıb. İsti havadan sərt soyuğa keçid insanlarda boğaz ağrısının yaranmasına yol açıb.

    Median.Az boğaz ağrısına faydalı təsir edəcək üsulları araşdırıb.

    Duzlu su ilə qarqara – duz boğazı qıcıqlandıran mikrobları məhv edərək təmizlənməsinə kömək edir. Bunun üçün yarım çay qaşığı duzu, bir stəkan suda əridin. Bu qarışımla gündə 3-4 dəfə qarqara edin vu suyu boşaldın.

    Darçın çayı – yaxşı antioksidandır. Boğazınızda sünusləri açmağa yardım edir və rahat nəfəs almağınızı təmin edir. Bunun üçün 1 stəkan suyu qaynadın və 2 çubuq darçın atın. 3 dəqiqə dəmləyin. Daha sonra isə çubuqları çıxararaq çayı içə bilərsiniz.

    Zəncəfil suyu – bəlğəmgətirici bir bitkidir. Bakteriyaları məhv edir. Boğaz ağrının sağalmasına kömək edir. Zəncəfil çayını hazırlamaq üçün suyu qaynadın, zəncəfili isə xırda-xırda doğrayın. 5 dəqiqə ərzində dəmləyin. Hazır olan çayın içərisinə bal da qata bilərsiniz. /medicina.az

  • Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!

    Yod çatışmazlığınız varsa, bunu 5 simptomla müəyyənləşdirə bilərsiniz.

    Median.Az xəbər verir ki, boğazın şişməsi, çəki artımı, yorğunluğun artması, saç tökülməsi, dəri quruluğu və tökülməsi bədəndə yod çatışmazlığının göstəricisi ola bilər.

    Yod çatışmazlığını göstərə biləcək əlavə simptomları isə aşağıdakılardır:

    Qadınlarda menstruasiya pozuntuları

    Çox və ya tam əksinə, az və nizamsız periodlar tiroid hormonlarının ifrazının pozulması da daxil olmaqla, müxtəlif problemlərin nəticəsi ola bilər. Bu hormonlar menstruasiya dövrünün bağlı olduğu cinsi hormonlara təsir edir.

    Soyuğa qarşı həssaslıq artımı

    Davamlı üşüyürsünüzsə, bu da tiroid hormonlarında problem olduğunu göstərə bilər. Yod çatışmazlığı maddələr mübadiləsini ləngidir, bu da soyuğa həssaslığı artırır. Bundan əlavə, tiroid hormonları bədənimizi “istiləşdirməkdə” mühüm rol oynayan qəhvəyi yağ toxumasının fəaliyyətinə təsir göstərir.

    Daha az tərləmək

    Tiroid hormonları tərləmə tənzimlənməsinə də təsir edir və ifraz azalırsa, bu, tərləmənin azalmasına səbəb olur. Birdən-birdən daha az tərləsəniz, bu, yod çatışmazlığının əlaməti ola bilər.

    Yaddaş problemləri

    1000-dən çox yetkin könüllü üzərində aparılan araşdırma normal tiroid hormonu səviyyəsinə sahib insanların tiroid səviyyəsinin aşağı olanlardan daha yaxşı öyrəndiyini və yaddaş problemi ilə qarşılaşma ehtimalının daha az olduğunu ortaya qoyub. Bu hormonlarla bağlı problemlər insanın diqqətini yayındırır və unutqan edir.

    Çətin hamiləlik

    Hamilə qadınlar tez-tez zəiflik, yorğunluq və üşütmə kimi simptomlarla özünü göstərə bilən yod çatışmazlığı problemi ilə qarşılaşırlar. Endokrinoloqdan vaxtında məsləhət almaq çox vacibdir, çünki doğuşdan sonra yod çatışmazlığı körpəyə mənfi təsir edə bilər, çünki körpələr ana südü ilə birgə yod qəbul edir. Bundan əlavə, yod çatışmazlığının ölü doğuş riskini əhəmiyyətli dərəcədə artırdığı bildirilib. (publika.az)

  • Uşaqlarda vitamin çatışmazlığı

    Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

    Median.Az
    bildirir ki, həkim-pediatr Sevinc Nəsirova AZƏRTAC-a deyib: “Uşaqlarda rast gəlinən yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir. Uşaqlarda vitamin çatışmazlığı əlamətləri tez-tez ağlağanlıq və qıcıqlanma ilə özünü büruzə verir. Uşaq əvvəlki kimi uzun müddət oynaya bilmir, tez yorulur. Məktəbli uşaqlarda isə fikir dağınıqlığı və xroniki yorğunluqdan dərsə davamiyyət azalır. Uşaq əvvəlkindən daha çox yatır, yuxudan çətin oyanır, gəzintiyə və dostlarla görüşə getməkdən imtina edir”.

    Həkim-pediatr onu da bildirib ki, vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki onun çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilər. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarətində lazımlı tədbirlərin alınması lazımdır.