Category: Maraqlı

  • Koronavirus zamanı immuniteti gücləndirmək üçün 20 qəpiklik çarə – Hər gün yeyin

    Bütün dünyada alimlər belə nəticəyə gəliblər ki, koronavirus əsasən immun sistemi zəif olan insanlarda ağır fəsadlar yaradır. Yəni koronavirusun ən effektli “dərmanı” güclü immunitetdir.

    İmmun sistemimiz zəifləyir və məhz bu səbəbdən insanlar daha çox virus və soyuqdəymə xəstəliklərinə tutulmağa başlayır. Koronavirus da bu mənada istisna deyil.

    Sizə immuniteti möhkəmləndirmək üçün hal hazırda ən faydalı və ucuz məhsulu təqdim edirik. Bu göyərtidir. Bəli, adi göyəti.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, göyərti əsl vitamin və mineral anbarıdır. Burada immunitetin yaxşı işləməsi üçün bütün lazım olan maddələr var – A, E, C, B qrupu vitaminləri, orqanik turşular, flavonoidlər, selen, sink, fosfor, dəmir, maqnezium və s.

    Həmçinin göyərti immun sistemi üçün vacib olan qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların faydalı mikroflorasının artmasına kömək edir. Bağırsaq mikroflorası immun sisteminin effektli işləməsində çox böyük rol oynayır. Mikroflora pozulduqda (ona “disbakterioz” deyilir) immun sistemi də zəifləyir.

    Odur ki, immun sistemini möhkəmləndirmək üçün hər gün müxtəlif göyərtiləri yeyin.

  • Dünyanın ən FAYDALI MƏHSULLARI

    Limon dünyanın ən faydalı məhsulu elan edilib.

    Median.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində dietologiya sahəsində çalışan mütəxəssislər ən faydalı xüsusiyyətlərə malik olan məhsulların siyahısını hazırlayıb.

    Dietoloqların sözünə görə, belə məhsullar orqanizmin işinin yaxşılaşmasına imkan yaradır və uzun illər sağlamlığın qorunmasına kömək edir.

    Siyahının lideri güclü aktioksidant təsiri ilə tanınan limon olub. O, qanda xolesterinin səviyyəsini azaltmağa, iltihablarla mübarizə aparmağa və bağların elastikliyini saxlamağa qadirdir.

    Böyük miqdarda zülal və vitamin sayəsində brokkoli kələmi ikinci yerdə olub.

    Qara şokolad ən faydalı məhsulların reytinqində üçüncü yeri tutub. Mütəxəssislər onun sadəcə əhval-ruhiyyəni qaldırmaq qabiliyyətini deyil, həm də kəskin təzyiq düşməsinə kömək etdiyini vurğulayıb. Ancaq diyetoloqlar qeyd ediblər ki, şokolad heç yağ əlavəsi edilmədən, təbii kakaodan istehsal edilmiş olmalıdır.

    Kartof da faydalı qidalar siyahısına daxil edilib. Tərəvəz böyük miqdarda sellüloza və kompleks karbohidratların olması ilə qiymətləndirilir.

    Qızıl balıq faydalı məhsulların siyahısını bağlayır. Dietoloqlar Omeqa-3 yağı ilə zəngin olan balıqları yeməyi məsləhət görür. Müntəzəm olaraq qızılbalıq istifadəsi Alzeymer xəstəliyinin və yaşla bağlı yaranan digər xəstəliklərin inkişafını zəiflədir. (publika.az)

  • Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? – Pediatrdan CAVAB

    Uşağın doğulması ilə bəzən ailədə təbəddülatlar da yaşanır. Yaşlı nəsil olan və çoxlu uşaq yetişdirmək təcrübəsi olan nənələr, xalalar ənənəni davam etdirmək məqsədi ilə gənc anaya müxtəlif məsləhətlər verir. Ana həkimlərlə ailənin arasında qalır: Nəyi etsin,nəyi etməsin?

    Bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Həkim yeni doğulanlarla bağlı bir çox aktual suallara cavab verib.

    Median.Az e-tibb.az-a istinadən onları təqdim edir:

    Uşaq doğulanda ağız südü (kolostrum) verilsinmi? Bəzi yerlərdə bu süd sağılıb atılır. Əslində çox faydalı, zülal, mineral, anticisimlərlə zəngin bir mayedir, yəni verilməsi məsləhətdir.

    Bəzi yerlərdə uşaqları xüsusən qız uşaqlarını şirindil, dilli-ağızlı olsun deyə bal və ya xurma əzib damağına sürtürlər. Bu, müsəlmanlarda “təhnik” adlanır. Əslində isə 12 aya qədər uşaqlara bal vermək olmaz. Clostridium ilə zəhərlənmə ola bilər. Bəzən şiddətli allergik reaksiyalar da baş verdiyi üçün tövsiyyə edilmir.

    Uşağın kirpikləri bərkisin və rahat yatsın deyə sürmə sürtmək doğrudurmu? Əslində əsl təmiz, təbii sürmənin heç bir ziyanı yoxdur, ancaq o ad altında satılan kimyəvi vasitələr gözdə infeksiya yarada bilər.

    Körpəyə su vermək olarmı? Ana südünün 85 % sudan ibarətdir və ana südü alan uşağa əlavə su və çay verilməsinə lüzum yoxdur. qdan sonra əmizdirmək üçün gözləmək lazımdır? Əslində doğumdan sonra ən geci bir saat ərzində döşə qoyulmalıdır ki, südyaranma və əmizdirmə normal və rəvan keçsin.

    Uşağı bələyəkmi? Bir çoxları buna keçmişin qalığı kimi baxır. Bud-çanaq oynağı displaziyası səbəbi, uşağa əziyyət kimi qiymətləndirilir.

    Uşağı ayaqda yırğalamaq olarmı? Əvvəllər nənni, beşik, yüyrük vardı. İndi çox vaxt körpə yuxuya getsin deyə ayaqda yırğalayırlar. Amma bu, vaxtından əvvəl doğulmuş, yəni prematür uşaqlarda beyin qansızmasına səbəb ola bilər.

    Saçlarını qırxmaq düzgündürmü? Bəzi yerlərdə “əqiqə” olaraq 40-cı gün saçları qırxıb ağırlığı qədərində qızıl (gümüş) sədəqə verirlər. Uşağın saçı istənilən vaxt qırxıla bilər. Seyrək saçın qırxıldıqdan sonra gur gəlməsi fikrinin elmi əsası yoxdur.

    Uşağı nə vaxt çimdirmək olar? Uşağın anadan olan kimi çimdirilməsi yalnız ananın hepatit B, C, HİV kimi xəstəlikləri olduqda vacibdir. Başqa vaxtı çağanın erkən çimizdirilməsi məsləhət deyil. Ona görə ki, uşağın üzərindəki “vernix caseosa” deyilən yapışqan maddə zərif dərini mikroblardan çox gözəl müdafiə edir. 10-15 gün qalması vacibdir.

    Uşağı massaj etmək lazımdırmı? Hər uşağın massaja ehtiyacı yoxdur. Kontrakturalı, serebral iflicli, spastik, tortikollis (əyriboyunluq) və s. Bu kimi izafi xərclərə düşməyə ehtiyac yoxdur…

  • Yaddaş zəifliyi və unutqanlıqdan əziyyət çəkənlərin DİQQƏTİNƏ

    Yaponiyanın Küsü Universitetinin alimləri təsbit ediblər ki, soya lobyasının tərkibində olan zülal Altsheymer xəstəliyindən əziyyət çəkən insanın yaddaş pozğunluğunun qarşısını almaq iqtidarındadır.

    REN TV xəbər verir ki, bu barədə “Science of Food” jurnalında dərc olunan məqalədə deyilir.

    Müəlliflər qeyd edirlər ki, soya lobyasındakı molekulların tərkibində iki aminturşu mövcuddur – tirozin və prolin.
    Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləyib ki, paxlalı bitkinin tərkibindəki faydalı maddələr qan və mərkəzi sinir sistemlərindən maneəsiz keçərək baş və onurğa beyinə daxil ola bilir.
    Alimlərin sözlərinə görə, soya lobyasının tərkibindəki zülal həm uzunmüddətli, həm də qısamüddətli yaddaş pozğunluğuna qarşı müsbət təsir göstərir.

  • Çox sağlam həyat tərzi təhlükəli imiş

    “Çox sağlam həyat tərzi təhlükəlidir. İnsanlar “qızıl orta”ya riayət etməlidir”.

    “Rossiya 1” telekanalının məlumatına görə, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov deyib.

    O, fanatik şəkildə sağlamlıq dalınca düşməyin zərərli olduğu barədə xəbərdarlıq edib və buna görə anoreksiya, yaxud bulimiyaya məruz qalan xəstələri dəfələrlə müalicə etdiyini vurğulayıb.

    “Sağlam qidalanma axtarışında bəzən insan o qədər fanatikləşir ki, qidalanmanın bütün prinsiplərini pozmağa başlayır. O fikirləşir ki, kalori nə qədər azdırsa, məhsul o qədər faydalıdır. Bununla da, təbiətdə ən vacib şeyin balans olduğunu unudur”, – deyə, həkim izah edib.

    O, insanları qida, idman, pəhriz, bioloji aktiv əlavələrdə və bağırsağın “təmizlənməsində” məqbul moderativliyə riayət etməyə çağırıb.

  • Onlar karantin rejimində SMS-lə icazə alıb evləndilər – VİDEO

    Bildiyiniz kimi karantin dövründə kütləvi məclislərin o cümlədən də toyların keçirilməsi qadağandır. Amma sevən ürəklər üçün bu əngəl deyil. İndi sizə təqdim edəcəyimiz süjetin qəhramanları kimi. Maraqlısı budur ki, bu cütlüyün nikahları kimi elçiliyi də karantin qaydalarına uyğun olub.

    Əfsanə jurnalistdir, Anar isə marketinq meneceri. Bir-birini sevən bu cütlük öz münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər və onlara karantin də mane ola bilməyib.

    Anar təhsil dalınca Türkiyəyə gedir. Qayıdanda isə ürəyini Əfsanəyə açır.

    Anar deyir 8 ilin cəzası elə belə də olmalıydı. Bir də ki, Əfsanə üçün 8 il gözləməyə dəyərdi. Əfsanə isə bu sevgini pandemiyanın hədiyyəsi adlandırır.

    Onların elçiliyi də maraqlıdır. Valideynlər demək olar ki, vaxtı hesablamaq məcburiyyətində qalıblar.

    İndi gənclər səbirsizliklə koronovirus pandemiyasının bitməyini və xoş günlərini ailələri ilə qeyd edəcəkləri günü gözləyirlər. Və inanırlar ki, sevgiyə heç nə əngəl deyil.

  • Sudan istifadə siqaretdən imtinaya kömək edir

    Sudan istifadə zərərli vərdişlərdən xilas olmağa kömək edir. Su orqanizmdən zərərli maddələri yuyub təmizləməklə yanaşı, siqaret çəkənlərin nikotindən asılılığına məruz qalmasının qarşısını alır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiya İctimai Səhiyyə Assosiasiyasının prezidenti, Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Demin “Sputnik” radiosuna verdiyi müsahibədə söyləyib.

    Professor deyib: “Siqaret çəkənin su ilə dolu şüşə qabı əlinə götürməsi onun əlinə başqa əşya götürməsinə imkan verməyəcək. Siqaret çəkmək əlləri məşğul edir, buna görə də bir içim su onu müəyyən dərəcədə əvəz edə bilər”.

    O qeyd edib ki, su siqaretdən imtina edəndən sonra meydana gələn baş ağrılarından qurtulmağa da yardım göstərir. “Çox vaxt siqaretdən imtina etdikdən sonra ilk həftələrdə baş ağrılarından şikayətlənirlər, çünki bədəndə nikotin çatışmazlığı yaranır. Əlavə su qəbulu həmin ağrıların öhdəsindən gəlməyə imkan verir”, – deyə professor bildirib.

    Suyun siqaretdən imtina edəndən sonra çəki artımı ilə üzləşənlərə də kömək etdiyini vurğulayan Andrey Demin deyib: “Suyun istehlakı orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmin vaxt yüksək kalorili qazlı içkilərdən imtina etmək və adi su içmək lazımdır. Bundan başqa, yeməkdən əvvəl su içmək qidanın miqdarını məhdudlaşdıra bilər”.

  • Əl və ayaqların soyuq olmasının immunitetlə əlaqəsi var imiş

    Soyuq əl və ayaqlar zəifləmiş immunitetin əsas əlamətlərindən biri ola bilər.

    Bunu rusiyalı tibb elmləri namizədi, professor Svetlana Trofimova “Rossiya 1” telekanalına müsahibəsində deyib.

    “Qan dövranının belə pisləşməsi müxtəlif yoluxucu xəstəliklərin başlanğıcında baş verir. Çünki qan həcminin yenidən bölünməsi baş verir, o, həyati vacib orqanları daha çox qidalandırmağa başlayır”, – deyə həkim izah edib.

    Həkimin sözlərinə görə, zəif immunitetin digər əlaməti konyunktivit, gözlərin qızarması və ya quruması, apatiya və daimi yorğunluq sayıla bilər.

    Həkimlər virus və ya bakterial xəstəliyin öskürək, asqırma kimi başqa əlamətləri yaranarkən immunoqram etdirməyi (immun sistemin vəziyyətinin təhlili) məsləhət görüb.

  • Qanınızı adi soğanla necə təmizləyə bilərsiz? – SADƏ METOD

    Bütün orqan və sistemləri təmizləyən, oksigenlə təmin edən qandır. Qan normal tərkibdə və miqdarda olmasa xəstəliklər buketi yaranır.

    Median.Az medicina.az-a istinadən məhz qanın keyfiyyətlərini yaxşılaşdıran, təmizləyən sadə soğan metodunu təqdim edir.

    Sizə bir soğanın kəsilmiş halqası lazımdır. Sadəcə 2 yumru halqa.
    Qabığı soyulmuş soğan halqasının hər birini pəncənin, ayağın duz ortasına (dabanlara yox, çökək hissəyə) qoyursuz.
    Üstündən pambıq corab geyinib yatırsız.

    Soğan halqası gecə boyu öz təsirini göstərəcək.

    Prosedur üçün şirəli, iri, qırmızı ya və ya ağ baş soğan götürə bilərsiz.

    Metod yalnız gecə yatmazdan əvvəl olunur. Səhər soğanlar götürülüb atılır.
    Belə ki, soğanda olan fosfor turşusu ayaq altında olan xüsusi nöqtələrə təsir edərək, dəridən hoparaq, bütün bədəni, qanı zərərli bakteriyalardan təmizləyir.

  • Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? – Telefonun işığı yandısa…

    Smartfon sahiblərinin bir çoxu qacetlərinin kənar şəxslər tərəfindən dinlənildiyini bilmirlər.

    “TelecomDaily” analitik-informasiya agentliyinin rəhbəri Denis Kuskov telefonunun dinləndiyini necə bildiyini açıqlayıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, smartfonun dinləmədə olduğunun əlamətlərindən biri telefonda proqram təminatının və ya əlavə tətbiqlərin yaranmasıdır, hansı ki, sahibi özü quraşdırmayıb.

    “Əgər görürsünüz ki, siz toxunmadığınız halda telefonunuz “öz həyatını yaşayır”, yəni qoşulub-sönür, o zaman dinləmə proqramı işə başlayıb”, – deyə ekspert izah edib.

    D.Kuskov bildirib ki, smartfon batreyasının tez enerji itirməsi də xoşagəlməz sürpriz ola bilər: “Həmin “sürprizlərin” qarşısını almaq üçün smartfonlarınızda quraşdırılmış tətbiqləri mütəmadi olaraq yoxlamaq məsləhət görülür. Özünüzü dinləmə prosesindən qoruya bilərsiniz, bu cür tətbiqlərin işini dayandıran xüsusi proqramlar mövcuddur”.

    Ekspert dinləmə variantlarının çox olduğunu vurğulayıb: “Leqal və qeyri-leqal üsul var (qanuni və qeyri-qanuni). Leqal və ya qanuni dinləmə məhkəmə və ya digər instansiyalar tərəfindən rəsmi olaraq əldə edilir. Başqa üsul isə ər, arvad, eləcə də rəqiblərin etməyə çalışdığı qeyri-qanuni dinləmədir”.