Category: Maraqlı

  • Dondurma deyərək yediyimiz kimyəvi maddələr: Təhlükə sezonu başladı – VİDEO

    Yayın gəlməsi ilə dondurma istehsal edən müəssisələrin fəaliyyətində aktivlik müşahidə olunur.

    Bu, isti yay günlərində dondurmaya olan tələbatın artması ilə əlaqədardır. Amma təbii ki, müştərilərdə hansı dondurmanın daha yaxşı və keyfiyyətli olması ilə bağlı suallar yaranır.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

  • Siqareti tərgitməyə mane olan vərdişlər

    Nikotin asılılığından qurtulmaq üçün insanın düşüncə tərzini və davranış stereotiplərini dəyişdirməsi lazımdır.

    “İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyada Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zıkov deyib.

    “Nikotin asılılığı xəstəliyinin abstinent sindromunu dayandırmaq çətin deyil və bu asanlıqla həll edilir. Lakin düşüncə və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Siqareti atma bacarığı elə burada özünü göstərir”, – deyə, narkoloq bildirib.

    Onun sözlərinə görə, insan nikotinin istifadəsini hansı vərdişlərin tətiklədiyini müəyyənləşdirməli və onlardan qurtulmalıdır.

    Məsələn, bir çoxları yemək yedikdən sonra, yaxud da kiminsə yanında müşayiət üçün siqaret çəkir.

    Zıkovun sözlərinə görə, asılılıqdan qurtulmaq üçün istək vacib rol oynayır.

  • Şokolad yemək öskürəyi kəsir

    Tədqiqatlar şokoladın damar elastikliyini artıraraq təzyiqi azaltdığını, infarkt riskininin qarşısını aldığını ortaya çıxardı. Bu, sərbəst radikallarla döyüşən bir antioksidant növü olan flavonoidlər sayəsində baş verir. Afina Universitetində aparılan bir araşdırma şokoladın tərkibində olan faydalı antioksidantların yalnız flavonoidlərlə məhdud olmadığını göstərdi. Tədqiqatçılar digər maddələri də ortaya çıxarmaq üçün araşdırmanı davam edirlər. Bir alma, bütöv şokolad plitkasında olan flavonoid nisbətinin 20%-ni özündə ehtiva edir.

    Bir araşdırmaya görə, şokolad tərkibindəki teobromin adlı maddə sayəsində öskürəyi kəsir. Şokoladın xoşbəxtlik verici xüsusiyyətindən əlavə beynin vaqus sinirlərinin fəaliyyətlərinə müsbət təsir göstərir.

    Mütəxəssislər şokoladın heç bir yan təsiri olmadığına inanır. Yuxu və yorğunluq hissi verən kodeindən çox daha ləzzətli olan şokoladı seçib öskürəyinizdən rahatlıqla qurtula bilərsiniz.

  • Qanınızın qatı və laxtalı olduğunu göstərən 5 əlamət – Mütləq yoxlayın

    Alimlər qanın normadan artıq laxtalanmasının və qatı olmasının göstəricisi olan zahiri işarətləri açıqlayıblar.

    Əgər qan qatıdırsa, o kiçik damarlara, xırda kapilyarlara az daxil olur, orqanizm oksigen aclığı yaşayır. Bu isə bir sıra orqan və sistemlərin işini pozur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, insan istənilən xəstəliyin müalicə və müayinəsinə qanın vəziyyətini düzəltməkdən başlamalıdır.

    Melburn universitetinin alimləri elmi araşdırmalarının nəticəsi olaraq, qatı qan diaqnozu qoyulmuş xəstələrin ən çox bu simptomlardan əziyyət çəkdiyini aşkarlayıblar.

    Siz də siyahıya diqqət yetirin, əgər eyni əlamətlər varsa, deməli, qanınız qatıdır.

    1. Ayaqlarda iynəbatırma, uyuşma, keyimə hissi

    Zaman-zaman əl-ayağın istər gündüz, istər yuxuda quruması, keyiməsi, yanması, iynə batırma hissi, uzun müddət eyni vəziyyətdə oturduqdan sonra ayağa qalxdıqda ayaqların uyuşması kapilyar sistemdə qan dövranının çox pis olduğunu göstərir. Bu zaman xəstənin əl ayağında venoz damarlar üzə çıxır, qabarır, bərkiyir, damarlar göyərir.

    2. Görmənin, eşitmənin zəifləməsi

    Qulaqda küy, gözlərdə bulanma bu orqanların qanla təchizatının pozulması deməkdir.

    3. Həyəcan, narahatlıq, əsəb, yuxululuq

    Qan qatı olduqda, sinir ucları qidalanmır. Bu isə baş beynin finksiyalarına neqativ təsir edir. İnsan heç nədən zövq almır, hər şeyə əsəbləşir. Gündüzlər yuxusu gəlir, daim sanki yarıyuxulu gəzir, gecələr isə yata bilmir.

    4. Yara, kəsik zamanı qan yavaş axır

    Əgər kəsik zamanı qan yaradan asta, qatı, tünd bordo rəngində axarsa, deməli, qanınız qatıdır.

    5. Təngnəfəslik, nəfəs darlığı

    Tənəffüs səthi, tezləşmiş, qırıq-qırıq olur. Ürək qatı qanı yaxşı qova bilmir, ona görə ağciyərlər az oksigenlə çalışmağa məcbur olur.

    Bu simptomlar varsa, mütləq qanın koaluqamma analizini verin və yoxlanın.

  • Rauf Məmmədov beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi olub

    Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinə yekun vurulub.

    Turnirdə 15 turdan 11,5 xal toplayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov birinci yeri tutub. Ondan yarım xal geri qalan gürcü Bahadur Cobava ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 10,5 xalla Azərbaycan yığmasının digər üzvü Nicat Abasov tutub.

    Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Nicat Məmmədov, Vasif Durarbəyli ilk 10-da yer alıblar. Belə ki, Ş.Məmmədyarov 10 xalla 5-ci, A.Süleymanlı 9,5 xalla 7-ci, N.Məmmədov eyni xalla 9-cu, V.Durarbəyli 9 xalla 10-cu olublar.

    Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları – müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilib. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

    Qeyd edək ki, yarışın ümumi mükafat fondu 20 min avrodur.

    Yarış playchess.com virtual oyun platforması vasitəsilə keçirilib.

  • Sizdə KALSİUM çatışmırsa, bu reseptdən istifadə edin

    Müasir insanların bir çoxunda kalsium çatışmazlığı mövcuddur. Bunun səbəbləri arasıda düzgün olmayan qidalanma, fiziki hərəkətliliyinin az olması, ziyanlı vərdişlər və s.

    Kalsiumun çatışmazlığı osteoporoza səbəb olur ki, nəticədə sümüklər daha zəif, kövrək olur, sınıqların ehtimalı artır.

    Kalsiumun çatışmazlığı həmçinin ürək-damar, immun, sinir sisteminə də ciddi ziyan vurur.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, tanınmış rusiyalı diyetoloq Ekaterina Martovitskaya orqanizmdə kalsiumun səviyyəsini artırmaq üçün “Здоровье” jurnalında çox faydalı qarışığın reseptini təqdim edib.

    Qarışığı hazırlamaq üçün 200 qr kəsmik 1 ç.q. küncüt və 1 x.q. kətan yağı ilə qarışdırılır. Qarışığa zövqə görə bal da əlavə etmək olar. Kəsmik, küncüt və kətan yağı ən zəngin kalsium mənbələridir.

    Bu qarışığı hər gün yemək olar. Bir müddətdən sonra saç, dəri və dırnaqların vəziyyətində xeyli yaxşılaşma müşahidə edəcəksiniz.

  • Gördüyü mənzərədən heyrətə düşdü: Qarğa kirpiyə yolu keçməyə kömək etdi – VİDEO

    Qarğa kirpiyə yolu keçməkdə kömək edib.

    NTV bununla bağlı maraqlı kadrları yayımlayıb.

    Bildirilir ki, qeyri-adi hadisə Latviyada qeydə alınıb.

    Videodan göründüyü kimi, kirpi qarğanın müşayiəti ilə yolu keçir. Arada heyvan dayananda quş onu dimdikləyir, sanki tələsdirir. Səkiyə çatdıqdan sonra isə qarğa kirpini sərbəst buraxaraq aralanır.

  • İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

    Rusiyalı fitnes-dietoloq Anna Yolkina insanın immunitetini gücləndirən üç giləmeyvənin adını açıqlayıb.

    Bu barədə MK xəbər verib.

    Dietoloq bildirib ki, immuniteti gücləndirən giləmeyvələr arasında birinci yeri çaytikanı tutur. Onu çaya, kokteylə qatmaq və ya adi qaydada yemək olar.

    İkinci yerdə isə mərcangilədir. Bu meyvə vitamin çatışmazlığı xəstəliyində əvəzsizdir. Mərcangilədən arterial təzyiqin yüksəlməsi, zökəm, qrip zamanı istifadə etmək olar.

    Üçüncü yeri isə quşüzmü tutur. Quşüzmü dərinin tonlandırılmasını qoruyur. Ondan eyni zamanda hərarət salıcı vasitə kimi də istifadə etmək olar.

  • Vacib qərarlarını bəxtəbəxt verənlər daha xoşbəxtdirlər

    Vacib qərarı püşklə müəyyənləşdirənlər çox vaxt buna əməl edir və qərardan razı qalırlar.

    Median.Az “EurekAlert!”ə istinadən xəbər verir ki, bu barədə Çikoqo Universitetinin araşdırmasında deyilir.

    Məlumata görə, məşhur “Frikonomika” kitabının müəllifi, iqtisadçı Stiven Levitt arzu edən şəxslərin həyatlarından silsilə suallara cavab verə biləcəyi sayt yaradıb. Bu suallar daha çox evlilik təklifi, yeni evə köçmə, işi atma, uşaq övladlığa götürülmə ilə bağlı dilemmalar idi.

    Həmçinin istifadəçilər öz suallarını da əlavə edə bilərdilər. Bu, hipotetik vəziyyətlər deyil, insanların qarşılaşdığı gerçək problemlər idi. Saytda qərarı püşk vasitəsilə müəyyənləşdirmək olar.

    Bildirilib ki, 2 ay və yarım il sonra istifadəçilərdən vacib qərarın nəticəsi soruşulub. 6 ay sonra məlum olub ki, qərarını püşkə qoyanlar digərlərindən daha aktiv fəaliyyətə keçiblər. Üstəlik, onlar özlərini daha xoşbəxt və qərarından razı hiss ediblər.

  • Əlavə pul ödəmədən “biznes klass”da necə uçmaq olar?

    “Skyscanner” onlayn bilet satışı xidmətinin mütəxəssisləri təyyarələrin “biznes-klass” hissəsinə biletin asanlıqla əldə edilməsi qaydasını açıqlayıblar.

    Bu barədə “Daily Express” xəbər yayıb.

    Şirkətin inkişaf məsələləri üzrə meneceri Layn Yunik bildirib ki, bank işçilərinin və digər biznes səyahətçilərinin tətil günlərində keyfiyyətli yerə bilet almaq şansı yüksəkdir.

    Belə ki, “biznes-klass”da yerlər boş olacaq və onlardan bəziləri “ekonom-klas”da oturan turistlərə təklif ediləcək.

    Eyni zamanda, bu cür bonuslar sərnişin davamlı olaraq eyni aviaşirkətdən bilet aldığı vaxt da mümkündür.

    L.Yunik daimi müştərilərin güzəştlərdən ilk dəyərlənən şəxslər olduğunu bildirib.

    O, bununla yanaşı, aeroporta tez gəlməyi tövsiyə edib:

    “Əgər siz hamıdan əvvəl gəlsəniz, kim bilir, bəlkə də, “biznes-klass”da boş yer tapa biləcəksiniz”.