Category: Maraqlı

  • Birdəfəlik əlcəklər koronavirusdan qorumur, əksinə… – Alman həkimləri

    Koronavirusun toxunulan səthdən əllərə, ordan da ağız və buruna keçməsinin qaşrısını almaq üçün birdəfəlik rezin, tibbi və s. əkcəklərin istifadəsi faydalı deyil. Alman həkimləri əlcəklərin qoruma effektini şübhə altına alıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, alman həkim Mark Hanefeld gündəlik həyatda və məişətdə birdəfəlik əlcəklərdən istifadə etməməyə çağırıb. Onun sözlərinə görə, isti və nəm, rütubətli mühitdə əlcəklərin altında bakteriyalar daha sürətlə çoxalır. Bu əlcəklərin yayındırıcı və aldadıcı qoruma effekti insanı daha gigiyenik olmaqdan uzaqlaşdırır.
    Əlcək taxmaqdansa, yalın əllə gəzib, iş görüb,əlləri tez-tez isti su və sabunla yumaq daha effektiv qorunma metodudur.

    Əlcəkdən tibb işçiləri istifadə etməlidir, çünki onlar hər prosedurdan sonra əlcəkləri çıxarıb atır.

  • Viruslardan qoruyan qidalar açıqlandı – Bunları yeyin

    Həkim dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıb. Onlar qeyd edib ki, immuniteti viruslara qarşı güclü edən element sinkdir. Bu mineralsız immun hüceyrələr, xüsusən leykositlər işləyə bilmir, demək olar ki, formalaşmır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.

    Eləcə də C vitamini immun sistem üçün vacibdir və qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.

    Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələr, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görür.

    E vitamini immun sistemin antitellərin hasilatı üçün lazımdır. E vitamini badam, çərəzlər, kətan toxum, günəbaxan tumlarında olur.

    Balıq və sarımsaq isə qırmızı qan hüceyrələrini artırır.

    Bağırsaqların mikrflorası güclü olsun deyə qatıq, kefir yeyin.

  • Siqaret tüstüsü beyini tez qocaldır – Hər gün çəkənlər risk qrupundadır

    Əgər bir insan hər gün 5 ədəd və daha çox siqaret çəkirsə, onun beyni – toxuması və hüceyrələri tez qocalacaq. Həmçinin onun ailə üzvləri passiv siqaret çəkən qrupuna daxil olduqları üçün onlar da risk altındadır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu Kaliforniya Universitetinin alimləri son elmi işlərində sübut ediblər.

    Tədqiqatçılar 17 min nəfər 45-81 yaş arası insanın beynini MRT edərək, nəticələri təhlil edib.

    Beynin qocalması dedikdə, onun ümumi həcminin azalması,boz və ağ hissənin bərkliyinin dəyişməsi, müəyyən hissələrdə atrofiya və s. nəzərdə tutulur.

    Bu dəyişikliklər nəticəsində insanın intellekti zəifləyir.

    Nəticələr göstərib ki, bu qədər insanın içində hər gün şərab və araq içənlərin, eləcə də hər gün siqaret çəkənlərin beyni daha tez qocalıb, nəinki daha sağlam həyat sürən və az içib çəkən həmyaşıdları.

    Hər gün artan 2 ədəd siqaret il ərzində beynin qocalmasını 12 gün daha da tezləşdirir.

  • Həkim-diyetoloq: Smuzilər və detoks çaylar artıq çəkini azaltmağa kömək edir

    Karantin rejiminə əməl etmək lazım gəldiyi dövrdə yemək istəyinə nəzarət etmək çətinləşir. Stress, narahatlıq, məşğuliyyətin olmaması daha çox yeməyə sövq edir. Bu, nəticədə həm artıq çəkiyə, həm də sağlamlığın pozulmasına aparıb çıxarır. Qeyd edək ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir.

    Median.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Artıq çəkinin olması immun sistemini bir qədər aşağı salır, çünki yağ toxumaları nə qədər çoxdursa, immun sistemi o qədər də zəif olur. Ona görə gün ərzində üç dəfə smuzilərdən istifadə etmək bu sahədə müsbət nəticə verər. Smuzi qəbulu həm metabolizmi yaxşılaşdırır, həm qalxanvarı vəzin fəaliyyətini yüksəldir, həm də artıq çəkidən azad edir”.

    O deyib ki, orqanizmi yığılan yağlardan, toksin və şlaklardan təmizləmək üçün də smuzilər çox faydalıdır :”Həmin içki xolesterinin səviyyəsini aşağı salaraq gümrahlıq yaradır. Məsələn, smuzilərdən birinin hazırlanam resepti belədir. Ananas soyulur, quşüzümü, çiyələk, qreypfrut, ispanaq, cəfəri və üzərinə 1 stəkan soyuq su əlavə edilərək şirəçəkəndə çəkilib içilir.

    Smuzilər qədər faydalı olan detoks sular çəki atmaq, immun sistemini gücləndirmək, bədənin qələvi balansını qorumaq və enerjini artırmaq üçün çox faydalıdır. Həmin detoksu gün ərzində su əvəzinə qəbul etmək məsləhətdir. Detoks çayı ananas qabığı, 1 çay qaşığı limon şirəsi, alma sirkəsi, 10-15 ədəd mixək və qara istiot dənələri ilə hazırlamaq olar”.

    Düzgün qidalanmaq həyat keyfiyyətini, sağlamlığı, əhval-ruhiyyəni, maddələr mübadiləsinin dolğun fəaliyyətini təmin edərək bir sıra xəstəliklərin qarşısını almağa imkan yaradır. Unutmaq olmaz ki, düzgün qida rasionu enerji mənbəyidir.

  • Piyada gəzməyin faydası

    Oturaq həyat tərzi müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə yaradan səbəblərdən biri sayılır. Təəssüflər olsun ki, indi qısa məsafəni də avtomobil və ya ictimai nəqliyyatla getməyi üstün tutanlar var. Piyada gəzməyin insan orqanizmi üçün çox böyük faydalıdır. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək daha çox vacibdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: “Sürətli və cəld yeriş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir. Piyada gəzmək ürək-damar sistemi üçün daha çox faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı qidalanır. Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.

    Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini yaxşılaşdırır, qanda xolesterinin və şəkərin səviyyəsinin azalmasına səbəb olur. Şəkərli diabet xəstələrinin profilaktikası və müalicəsində çox müstəsna əhəmiyyət daşıyır. Sümük-dayaq sistemi və oynaqların funksiyasını yaxşılaşdırır”.

    Həkim-terapevt qeyd edib ki, gəzinti zamanı addımların sayına fikir vermək lazımdır. Yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə addımların sayını azaltmaq və artırmaq olar: “Gəzinti dörd sürətlə aparılır. Dəqiqədə 60-70 addım yavaş, 70-90 addım orta, 90-110 addım yüksək, 110-130 addım atmaqla olan gəzinti çox yüksək sürətli hesab olunur. Gəzinti zamanı tənəffüsün normal olmasına fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, gəzinti təngnəfəsliyə və ağrıya səbəb olmasın”.

    Axşam gəzintisi sağlam və dərin yuxuya da yaxşı kömək edir. Yaradıcı insanlar üçün də bu, xüsusilə vacibdir. Çünki gəzinti zamanı daha dərindən düşünmək mümkündür. Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizmdə baş verən müsbət dəyişikliklərin şahidi olmaq mümkündür.

  • Energetik içkilərdən həddindən artıq istifadə asılılıq yaradır

    Son zamanlar yorğunluğu aradan qaldıran energetik içkilər daha çox satılır. Onun vurğunu olanlar da, ara-sıra dadına baxanlar da var. Bəziləri özlərini gümrah hiss etsələr də, bu içkilərin zərərinin fərqində olanlar da az deyil.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov enerji içkilərindən həddindən artıq istifadənin asılılıq yaratdığını bildirib: “Enerji içkilərinin tərkibində kofein bir stəkan kofedə olandan daha artıqdır. Kofeinin tərkibi yüksəkdir, onda şəkərin səviyyəsi də yüksək olur. Enerji içkilərinin içinə performansı artıran maddələr əlavə olunduğu üçün asılılıq yaradır. Böyrək çatışmazlığı, diabet xəstələrinin və yaşı 18-dən az olanların və hamilə qadınların ondan istifadə etməyi məsləhət deyil”.

    Yorğunluğu aradan qaldırmaq, itirilmiş enerjini bərpa etmək üçün belə içkilərə üstünlük verilir. Həmin içkilərin qəbulu zamanı orqanizmdə baş verənlər haqqında isə həkim bunları deyib: “Enerji içkilərinin tərkibində kofein çox olduğuna görə əvvəlcə yorğunluq hissini azaltdığı, motivasiyanı yüksəltdiyi, yuxusuzluğu aradan qaldırdığı təəssüratı yaradır. Bir müddət keçəndən sonra orqanizmdə kofeinin mənfi təsirləri özünü göstərir və yenidən yorğunluq hissi yaranır. Daha bir müddət sonra isə alışqanlıq yaranır. Bir butulka energetik içki içənlər özlərini gümrah hiss edirdilərsə, zaman keçdikcə qəbul edilən içkinin miqdarı artmağa başlayır. Artdıqca isə sinir sistemində problemlər yaranır”.

    Həkimin dediyinə görə, enerji içkilərinin əvəzinə immuniteti gücləndirən meyvə şirələri və su içmək daha məsləhətdir. Bununla da itirilmiş enerji bərpa olunur və yuxu rejimi qaydaya düşür.

  • Saxta balın ziyanları

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi saytının “AQTA maarifləndirir” rubrikası çərçivəsində bu dəfə saxta balın ziyanları haqqında məlumat verilib.

    AQTA-dan oxu.az-a verilən məlumatda balın çox qiymətli bir qida məhsulu olduğu bildirilib.

    Qeyd olunub ki, bal tərkibi çoxlu sayda mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qiymətli nemətdir. Can dərmanı hesab olunan balın 40-dək növü var. Rəngi və dadı isə toplandığı çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0,4% zülal, 0,3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə zənginliyi balı min bir dərdin dərmanına çevirib. Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur.

    Bal seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır. Yalnız keyfiyyətli, təbii məhsul orqanizmə faydalı ola bilər. Satışda “bal” adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş bankalar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Bəzən məhsulun tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Xoşbəxtlikdən, bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) məhsulun tərkibində uzun müddət yaşaya bilər. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, keyfiyyətli məhsulun tərkibində fermentlər, çiçək tozu və dekstrinlər var. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış belə məhsula dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir.

    Şəkər tərkibli saxta məhsul qaraciyərin bəzi funksiyalarının pozulmasına səbəb olur. Bundan başqa, aktiv həyat tərzi keçirməyən insanın normadan artıq şəkər qəbulu bir çox xəstəliklərin inkişafına təkan verə bilər. Bu, məhz xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozğunluqlar, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması, uşaqlarda diqqət dağınıqlığı, dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihabları, orqanizmin immun sisteminin zəifləməsi üçün risk amilidir.

    Saxta balı həqiqi baldan ayırd etmək üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər.

  • “Karantini ləğv edən kimi virusun ikinci dalğası qaçılmazdır, bəs bu oyun nəyə lazımdır?”– Koronavirus barədə 5 suala gerçək cavab

    “Məndən hələ də bu virusun sonu barədə soruşurlar. Virus yoxdur deyirlər. Bəzi suallara cavab verməkdən yoruldum. Koronavirus barədə hamınızı maraqlandıran əsas suallara, məsələlərə gerçək bildiyim faktları və fikirlərimi toplayıb yazıram. Virus var, bunu heç kim dana bilməz”.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu açıqlamanı Vyetnamda monitorinq və social araşdırma bürosu olan, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edən, bir çox Şərq dövlərində ofis nümayəndəliyi olan,rusiyalı mütəxəssis Marina Doye bildirib. Əslində Vyetnamda yaşayan qadın hazırda Tailandda karantinə görə qalıb.
    Onun son günlər bütün social şəbəkələrdə ildırım sürəti ilə yayılan analizini təqdim edirik:

    “Virus var, epidemiya var, amma bunun ətrafında cərəyan edən çaxnaşma, karantinin arxasında insanların həyatı, sağlamlığı qeydinə qalmaq yox, tamam başqa məqsədlər dayanır.

    Mətbuata sanki əmr verilib

    Kütləvi informasiya vasitələrini izləyin, baxın ki, hətta kiçik rəsmi və ya qeyri rəsmi informasiyanı necə dəhşətli dərəcədə təqdim edirlər. Ölümlər haqqında xəbərlər iri hərflərlə, qara haşiyədə, sanki nekroloq kimi yazılır.

    İtaliyada 89 yaşlı ər-arvadın koronavirusdan ölümü elə xırda detallarına kimi təsvir olunur ki, sanki cavan oğlan xərçəngdən ölüb.

    Bir bloger isə instagramda küçəsində yaşlı ər-arvadın ölümünə sanki ağı deyir. “Əvvəl ər öldü, sonra arvadı. Onların yaşadığı evin yanından keçməyə qorxuram. Evin divarını təzəlikcə rəngləmişdilər. Yazıqlar”….

    Başa düşmürəm, bu bloger bu vaxta kimi məhəlləsində hər ölən üçün belə ağı deyirdi. Bəlkə də bu vaxta kimi qonşuluğunda infarktdan, insultdan ölən 56 yaşlı kişidən xəbərsiz idi. Bəli, ölüm qorxuludur. Hər yaşda. Amma İtaliya, ABŞ mətbuatı bu vaxta kimi hansı xərçəng xəstəsinin ölümünü, son anını, tabunu çəkib təsvir edib. O ölənlər vətəndaş deyildi?

    – Bu virusun müalicəsi yoxdur – Hansı qripin müalicəsi var ki. Herpesin, papilomanın müalicəsi varmı? Yox. O zaman niyə koronavirus qabardılır?

    – “Filan qədər insan bu gün koronavirusdan öldü” – Virusdan heç kim ölmür, virusun ağırlaşmasından ölürlər. Hansı ki, o insanlar adi bir qrip həmləsindən də gedəcəkdilər. Çünki orqanizmləri bu dərəcədə çöküb.

    – “Vaksin çıxan kimi, bəla bitəcək” – Xeyr. Vaksin sağlam insanlara vurulur və o da ömürlük müdafiə deyil. Qrip vaksini də vuranda, həkimlər 100% söz vermir və vaksin vurulan adam qripə yoluxa bilir.

    – “Evdə oturun ki, virus azalsın” – İnsanları bir əsr bağlı qapılar arxasında saxlasaz da, onlar çıxan kimi yenidən epidemiya başlayacaq. İstənilən epidemiya bir ölkədə əhalidə həmin virusa qarşı kollektiv immunitet yarandıqdan sonra sönməyə doğru gedir. Bu təbiətin qanunudur. Hazırda 30% insan yoluxubsa, bu rəqəm 70% ə qalxmalıdır. 75% insan koronavirusu keçirib və bundan xəbər tutmayacaq. Amma immuniteti yaranacaq.

    Bu gün karantin elan edə ölkələrdə karantini ləğv olunandan sonra epidemiyanın ikinci dalğası başlayacaq. Bunu bilmək üçün alim olmaq lazım deyil. Virus bir ölkədə 70% əhalini haqlamayınsa, əl çəkən deyil.

    ” İtaliyanın gününə düşmək istəyirsiz?”- Az qala məsələ çevrilib. Bir qorxu misalıdır İtaliya. İtaliya öz əlləri ilə quyusunu qazdı. İşə yaramayan və təhlükəsizlik sistemi olmayan xəstəxanaları daxilində virusu çoxaldıb ətrafa yaydı. İtaliyada virusu bu həddə xəstəxanalar və tibbi personal oldu. Epidemiyanın başlanğıcında minlərlə insanı xəstəxanaya daşıyıb ordaca yoluxdurdular”.

  • Kişilər bu günlərdə qadınlara ev işlərində kömək etməlidir – VİDEO

    Karantin dövrü ailə münasibətlərinə də yeniliklər gətirib. Uzun müddət evdə qalmaq hətta kişilərin əsrlərdir davam edən hegemonluğunu, patriarxat sistemini zəiflətməyə başlayıb.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

    Ölkəmizdə ailə münasibətlərini tənzimləyən əsas rəsmi qurum Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi də bu günlərdə kişilərə müraciət edərək, onları ev işləri görməyə çağırıb.

    Komitədə hesab edirlər ki, bugünlərdə qadınlar kişilərdən daha çox işləyir. Belə ki, qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni, Azərbaycanda isə 77,6%-ni təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır. Bu yükün bir hissəsini evdə oturan kişilər öz çiyinlərinə alaraq, xanımlarına yardımçı ola bilər.

    Sosioloq Nail Cəlil məsələ ilə bağlı fikirlərini bölüşüb:

    “Yeməklə, içməklə, qidalanmaqla iş bitmir. Təsərrüfat və digər işlərdə faydalı olmalıdırlar, yəni ortaq bir məşğuliyyət tapmalıdırlar ki, bu kimi ziddiyyətlər yaranmasın, yaxud da yarananda onları mülayim və düşünülmüş şəkildə həll etmək mümkün olsun, yəni övladları ilə məşğul ola bilərlər, xanımlara ev-məişət işlərində faydalı ola bilərlər”.

    Sosioloq Gülər Məmmədova isə hesab edir ki, bir qisim insanlar, həqiqətən, öz bacarıqlarını daha fərqli şəkildə ortaya qoya bilirlər:

    “Onlar öz həyat yoldaşlarına yemək hazırlamaqda, qab və paltar yumaqda kömək etməyib, qadınların digər mənəvi tələbatlarını ödəyərək, onlara yardımçı ola bilərlər”.

    Psixoloqlar da bildirirlər ki, bu günün gərginliyini yaşayan insanlar yaranmış vəziyyəti nəzərə alaraq, ailədə rol bölgüsünü düzgün şəkildə etməli, bütün güc, qayğı bir nəfərin üstünə düşməməlidir. Lakin qadınlar da kişiləri alışmadıqları bu duruma məcbur etməməlidirlər.

    Elə bu karantin günlərində kişilərin bir çoxu heç də ev işlərindən kənarda qalmayıb. Zaman keçəcək, bu kadrlar isə daim insanlar arasında təbəssüm dolu xatırlanacaq.

  • Koronavirusun gözlərdən keçdiyini göstərən 3 əlamət – Oftalmoloqdan AÇIQLAMA

    Amerika Oftalmoloqlar Akademiyasının araşdırmalarına əsasən. koronavirus xəstəliyi (COVİD-19) yalnız ağciyər, ürək və damar sistemini deyil, eyni zamanda gözləri də zədələyərək, viral konyunktivit adlı xəstəlik yarada bilir.

    Median.Az medicina.az-a istinadən oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü Günel Xalıqverdiyevanın koronavirusun gözlərdə əsas əlamətləri və necə qorunmaq barədə geniş açıqlamasını təqdim edir:

    ” Virus yoluxması gözlərdə 3 əsas əlamətlə özünü biruzə verir: qızartı, sulanma və yaş axma.

    Lakin bu əlamətlər yalnız COVİD-19 xəstəliyi ilə bağlı yaranmayaraq, digər göz xəstəliklərinin də ilkin əlaməti ola bilər. Xoşbəxtlikdən koronavirus xəstəliyinə yoluxan insanların yalnız 1-3 %-də qırmızı göz əlamətləri müşahidə olunmuşdur.

    Pandemiya dövründə xəstəliyin yoluxmasının azalması və gözlərinizin qeydinə qala bilmək üçün bəzi qaydalara mütləq riayət olunmalıdır.

    Gözlərinizi ovmayın!

    Dezinfeksiya olunmamış (ən az 60%-li spirt, dezinfeksiyaedici məhlul) çirkli əllərinizlə gözlərinizə toxunmayın!

    Havada və ya əşyalar üzərində olan virus hissəcikləri əlinizdən gözün selikli qışasına keçərək xəstəliyin yoluxma riskini artıra bilər.

    Optik linzaların istifadəsindən imtina edin!

    Görmə qabiliyyətinin artırılması üçün yalnız optik eynəklərə üstünlük vermək məsləhətdir.

    Qoruyucu eynəklərdən istifadə edin!

    Xüsusilə insanların daha çox kütləvi olduğu yerlərdə (xüsusilə market və s.) qoruyucu eynək istifadəsi tövsiyyə olunur. 100 faizli qorunma yaratmasa belə gözünüzə düşə bilən virus hissəciklərinin xeyli hissəsinin qarşısı alınmış olur.

    Acıq hava şəraitində və insanlarla sıx təmasın olmadığı məkanlarda qoruyucu eynək istifadə etməyinizə ehtiyac yoxdur.

    Göz damlalarının istifadəsindən öncə mütləq əllərinizi
    20 saniyə ərzində sabun və bol su ilə yuyun!

    Xüsusilə də quru göz sindromu, qlaukoma, uveit, koyunktivit, diabetik retinopatiya və s. xəstəliklərindən əziyyət çəkən insanlar gözlərinə davamlı olaraq dərman tökmək məcburiyyətindədirlər. Onlar əllərinin sterilliyinə xüsusi fikir verməlidirlər.

    Gözünüzdə virus konyunktivitinin əlamətlərini qızartı, sulanma, yaşaxma hiss etdiyiniz zaman panika etməyin və həkiminizlə əlaqə yaradın. O, sizə nə etməli olduğunuzu deyəcək!