Category: Maraqlı

  • Pişiklərin sahiblərini ofisiant kimi gördükləri “sübut olundu” – VİDEO

    Sahibləri pişiklərə zəng vasitəsilə yemək istəməyi öyrədiblər.

    Bununla bağlı maraqlı kadrları “Ridus” nəşri yayımlayıb.

    Kadrlarda narıncı papaqlı iki pişiyin masa arxasında oturduqları görünür. Onlar pəncələri ilə zəngi basırlar, bundan sonra sahibləri yemək gətirir.

    Məlumata görə, ev heyvanları artıq gecələr də sahiblərindən yemək istəyirlər. Kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

    Videoya “Nə şirin müştərilərdir!”, “İstənilən ofisiant belə qonağa şad olardı! Ancaq çay pulu yerinə bu “gənclər” bir az miylodayırlar”, “Onların necə də tələbkar “simaları” var”, “Bu gənclər nə istədiklərini bilirlər” kimi şərhlər yazılıb.

  • Market və apteklərdə yoluxma riski çoxdur – Xəbərdarlıq

    Həkimlər hazırda koronavirusun insanı daha çox hansı yerlərdə tuta biləcəyini açıqlayıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər insanların hətta tam izolyasiyası müddətində də yoluxa biləcəyini bildirir.

    Rusiyalı ali dərəcəli otolorinqoloq Vlademir Zayçev təhlükəli yerlərin siyahısını təqdim edib:

    – ərzaq mağazaları, marketlər- mütləq ərzaqları təmiz rezin əlcəkdə seçib, mağazadan çıxdıqdan sonra əlcəyi çevirib çıxarıb atmaq lazımdır. Sellofan paketləri barmağı ağıza aparıb yaşladandan sonra açmayın
    Mağazada özünüz üçün vaxt qoyun: 10 dəqiqəyə mütləq çıxmalısız və 1 metr radiusunuzda adam olmamalıdır

    – Apteklər- bura xəstələnmiş insanlar çox girir.

    – Ödəmə terminalları və poçtlar.

    – Yanacaq doldurma stansiyalarında – əgər sürücü benzin dolduran şlanqa özü əl vurarsa ondan öncə bu şlanqa toxunan insandan virus keçə bilər

    – İstənilən nağd pul hesablaşması. Hər dəfə əllərinizi pula toxundurduqdan sonra dezinfeksiya edin

  • İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

    COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.

    Lenta.ru-nun məlumatına görə, alman və ingilis elm adamları uzun araşdırmalardan sonra belə qənaətə gəliblər.

    Mütəxəssislər COVID-19-la bağlı doqquz hadisənin ətraflı təhlilini aparıblar.

    Xəstəliyin simptomları aşkar edildiyi ilk həftə ərzində hər bir xəstənin badamcığından olan nümunələrdə virusun miqdarı yüksək olub.

    Bundan əlavə, COVID-19-a yoluxan xəstənin həm yuxarı tənəffüs yollarında, həm də ağciyərlərində SARS-CoV-2-nin fərqli ştammları aşkar edilib ki, bu da onların müstəqil inkişaf etdiklərini göstərir.

  • Evdə qalan valideynlər “dəhşətli” görüntülər paylaşırlar – FOTO

    Koronavirus pandemiyasına görə ən çox əziyyət çəkənlər arasında uşaqlar xüsusi yer tutur. Çünki fiziki cəhətdən fəal dövrlərində evdən çölə çıxa bilmirlər.

    “Daily Mail”in məlumatına görə, bütün dünyadan olan valideynlər də sosial şəbəkələrdə uşaqlarının necə əyləndikləri barədə “dəhşətli” fotolar paylaşırlar.

  • Özünütəcrid zamanı nələri etmək olmaz?

    Özünütəcrid zamanı evdə oturmaq deyil, daha çox gəzmək, ayaq üstə dayanmaq, gün ərzində aktiv fasilələr etmək və sağlam qidalanma ilə bağlı sadə qaydalara riayət etmək lazımdır.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Salaqay özünün “Telegram” kanalında bəyan edib.

    “Yeriyin! Bəli, söhbətin evdən getməsinə baxmayaraq, məhz yeriyin. Hətta cüzi hərəkət fiziki aktivlik sayılır. Məsələn, telefonla danışa-danışa mənzildə gəzişmək olar”.

    Bundan başqa, o, hətta onlayn oyun oynayan zaman, yaxud kitab oxuyarkən ayaq üstə dayanmağı tövsiyə edib.

    “İnternetdə fiziki aktivlik barədə onlayn kurslara baxmaq və gün ərzində müəyyən məşqlər etmək olar. Düzgün bəslənməni də unutmaq olmaz – daha çox meyvə və tərəvəz, bol maye qəbul edilməli, şirniyyatdan çəkinmək, duz, şəkər və yağ istifadəsini azaltmaq lazımdır”, – nazir müavini bildirib.

    “Dincəlməyə və diqqətinizi cəmləməyə çalışın. Dərin nəfəs və bunun kimi sadə texniki hərəkətlər rahatlanmağa, evdə qaldığınız müddətdə faydalı və intellektual işlərlə məşğul olmaq üçün köklənmənizə imkan verəcək”, – Oleq Salaqay sözlərini yekunlaşdırıb.

  • COVID-19-dan qoruyan altı məhsul açıqlandı

    Yaponiyalı mütəxəssislər koronavirusla (COVID-19) mübarizədə kömək edə bilən məhsulları sadalayıblar.

    Siyahıda birinci yerdə zəncəfil və sarımsaq gəlir. Onlar təbii antibakterial xüsusiyyətə malikdirlər. Zəncəfilin tərkibində, həmçinin böyük miqdarda askorbin turşusu, B, A qrupu vitaminləri, sink, kalsium, yod var. Bundan başqa, onun aktiv maddəsi olan qingerol iltihab proseslərini aradan qaldırmağa kömək edir və ağrıkəsici təsirə malikdir.

    Növbəti bitki isə sarıkökdür. Onun tərkibinə daxil olan “kurkumin” maddəsi güclü immunostimulyator və təbii antibiotik hesab olunur.

    Siyahının üçüncü və dördüncü pilləsində isə giləmeyvələr və bal yerləşib. Giləmeyvələrdə çoxlu vitaminlər və antioksidantlar var. Əsl keyfiyyətli bal isə ta qədimdən öz müalicəvi xüsusiyyətləri ilə tanınır.

    Həkimlər, həmçinin C vitamini ilə zəngin qidalardan istifadə etməyi məsləhət görürlər. Bura sitrus meyvələri, quşüzümü, kivi, qara qarağat, çiyələk, itburnu, quş armudu, mərsin, çaytikanı, alma, xurma, kələm, bolqar bibəri və iri yarpaqlı göyərtilər daxildir.

    Bütün rəngli tərəvəzlər və dəniz kələmi də bu siyahıya daxil edilib. Onların piqmentləri (xlorofil, astaksantin, beta-karotin) antioksidant xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir.

  • Koronavirusun əsas əlamətləri və qorunma yolları – MÜTƏXƏSSİS RƏYİ

    “İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir”.

    Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib.

    Onun sözlərinə görə, “COVID-19” yayılan bölgələrdə səyahətdə olanlar və ya “COVID-19” xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.

    Həkim vurğulayıb ki, “COVID-19”-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:

    – Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir

    – Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin

    – Xəstə insanlarla kontaktdan çəkinin

    – Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin

    – Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun

    – Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın

    – Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın

    – Şübhəli simptomlar varsa, 7 gün evdə qalın

    Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: “Əgər “COVİD-19″ simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir”.

  • Koronavirusu havada 3 saata qədər yaşayır

    Bir çox ölkəni təsiri altına alan və son günlərdəki yayılma sürəti ilə qorxudan koronavirus ABŞ-da aparılan araşdırmanın ohekti oldu. Araşdırmanın nəticəsində virusun havada saatlarla, səthlər üzərində isə günlərlə yaşaya biləcəyi müəyyən edildi.

    Prinston Universiteti, Kaliforniya Universiteti (UCLA), Milli Sağlamlıq İnstitutları (NIH) ilə Xəstəlik İdarə və Tədbirə Mərkəzi (CDC) daxilindən müxtəlif araşdırmaçılar tərəfindən aparılan araşdırma The New England tibb jurnalında nəşr olundu. Araşdırmaya görə virusun öskürək ya da asqırmaqla havaya saçılması və damcılar halında üç saata qədər asılı qala bildiyi müəyyən olundu.

    Virusun bəzi səthlərdə nə qədər müddətlə canlı qala bildiyi də araşdırıldı. Plastik və paslanmayan polad kimi səthlərdə 2 ilə 3 günə qədər canlı qala bilən virusun karton üzərində 24 saat, mis səthlər üzərində isə 4 saata qədər yaşadığı bildirilən məlumatlardan oldu.

    Araşdırmanın özü qədər necə edildiyi də maraq mövzusu oldu. Elm insanlarının bildirdiyinə görə araşdırma əsnasında xəstə bir insanı təqlid edə bilən xüsusi bir cihaz istifadə edildi. Buna görə, xəstəni öskürmə, asqırma və obyektlərə toxunma formasında təqlid edən cihaz sayəsində öldürücü virusun ev ya da xəstəxana kimi mühitlərə məruz qalan müxtəlif səthlərdə nə qədər müddət ilə yoluxucu xüsusiyyət daşıya biləcəyi müəyyən edilib yazılmış oldu.

    Çox maraqlanılan virusun infeksiya yoluxdurma qabiliyyətinin azalıb azalmadığı sualına da cavab verildi. Alimlər virusun havada və müxtəlif səthlərdə qalma müddəti ilə zərər vermə qabiliyyətinin tərs mütənasib olduğunu paylaşdı. Yəni zamanla virus zərər verə bilmə xüsusiyyətini itirir.

  • Alimlər canlının yaddaşını silə biliblər – ARAŞDIRMA

    Tokio Universitetinin alimləri yaddaşı silməyin yolunu tapıblar.

    “Report” “Neuroscience” jurnalına istinadən xəbər verir ki, araşdırmaçılar təcrübəni meyvə milçəyi (Drosophila) üzərində aparıb və nəticə əldə etmək üçün onu uzun müddət qaranlıqda saxlayıblar.

    Belə ki, uzun müddət cütləşməyən erkək meyvə milçəyi travma alır və bu da onun yaddaşında xatirə kimi qalır. Nəticədə zamanla dişiləri izləməkdən vaz keçir. Ancaq alimlər erkək milçəyi ən az iki gün tam qaranlıqda saxlayıblar. Bu zaman onun xatirələri silinib və özünü keçmişdəki kimi aparıb.

    Beləliklə, işığın yaddaşın saxlanılmasında çox vacib rol oynadığı ilk dəfə təsdiqlənib. Bioloqlar bu effektə cavabdeh olan molekulyar prosesi aydınlaşdıra biliblər. Proses yaddaş və öyrənməyə cavabdeh olan zülalla bağlıdır.

    Araşdırmaçıların fikrincə, onların kəşfi gələcəkdə insanların travmatik xatirələrdən qurtulmasına yol açan müalicənin metodik əsası ola bilər. Bunu yalnızca dərman deyil, həm də kənar faktorların vasitəsilə etmək mümkün olacaq.

  • Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar – FOTO

    Alimlər yuyulan əllərin əslində necə göründüyünü ultrabənövşəyi kameranın köməyi ilə çəkiblər, həmçinin koronavirusdan qorunmaq üçün düzgün yuyunma üsulunu paylaşıblar.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Eksperiment iştirakçısı mikrobların ələ necə yapışdığını imitasiya edən xüsusi gellə əllərini silib.

    Bildirilir ki, koronavirus kimi mikrobların ölçüsündə zərrəciklərin mövcud olduğu şəffaf gel ultrabənövşəyi şüaların altında işıq saçır. Təqdim olunan görüntülərdə əllər nə qədər açıq rəngdədirsə, bir o qədər çirklidir.

    Mütəxəssislər bildiriblər ki, insanların dörddə biri sadəcə üç saniyə ərzində əllərini yuyur və silkələyir, qurutmur. Ancaq fotolardan görünür ki, bu kifayət eləmir. Üstəlik, mikroblar nəmli əllərdə daha yaxşı qalır, buna görə, əlləri silmək lazımdır.

    Orta hesabla əllər altı saniyə yuyulur. Bununla bağlı dərc olunan fotoda görünür ki, belə yumadan və qurutmadan sonra dəridə işıqlı hissələr nisbətən azalır, lakin bu da mikrobların effektiv təmizlənməsi üçün kifayət deyil.

    Əllərin yuyulmasında ən vacib amil sabundan istifadədir. Sabun bakteriyaları öldürmür, sadəcə onlardan xilas edir.

    Əlləri sabunla 30 saniyə yumaq, dırnaqların altını, barmaqların arasını sürtmək lazımdır. Əgər sabun əlçatmazdırsa, spirt əsaslı dezinfeksiya vasitəsindən istifadə etmək lazımdır.

    Bu vasitələrdən potensial çirklənmiş səthlərə hər toxunduqdan sonra istifadə edilməlidir.