Category: Maraqlı

  • Koronavirus siqaret çəkənlərdə daha ağır fəsadlar törədir

    Dünyada bir nömrəli gündəm hadisəsi halına gələn koronavirus (COVID-19) siqaret çəkənlərdə daha ağır fəsadlar törədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bahçeşehir Universitetinin tibb fakültəsinin xalq sağlamlığı fundamental elm sahəsinin rəhbəri Melike Yavuz bildirib.

    Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirusun ən çox xroniki xəstəlikləri olan, xüsusilə ağciyər problemləri ilə qarşılaşan insanlara təsir etdiyini bildirən M.Yavuz virusun siqaret çəkən şəxslərdə daha ağır fəsadlara yol açdığını vurğulayıb.

    O deyib: “Bu virus tənəffüs yollarına təsir edən bir xəstəlikdir. Ağır hallarda tənəffüs çatışmazlığı və hətta ağciyər yetməzliyi ilə nəticələnir. Ölümə səbəb olan da daha çox bu hallardır. Bəlli olduğu kimi siqaret ən çox ağciyərə mənfi təsir göstərir. Bu, insanların siqaret çəkmə müddəti və ağciyərdə nikotinin miqdarına görə dəyişir. Elmi tədqiqatlar onu göstərir ki, siqaretdən vaxtında imtina edildikdə bu risk əhəmiyyətli dərəcədə azalır. Misal üçün 30 yaşdan əvvəl siqaretdən imtina edənlərin ağciyərləri heç çəkməyənlər qədər təmiz ola bilir. Burada vacib olan bu zərərli maddədən istifadəni azaltmaq deyil, məhz ondan imtina etməkdir”.

    Siqaretin koronavirus meydana çıxmazdan əvvəl də ölümcül xəstəliklərə yol açdığını deyən M.Yavuz bildirib ki, risk yalnız virusla bağlı deyil, siqaret çəkmə ürək-damar xəstəlikləri və ağciyər xərçəngi kimi bir sıra problemlər də yaradır.

  • Smartfon və kompüterdə uzun müddət çalışmaq nəyə görə təhlükəlidir?

    Qacetlərdən uzun müddət istifadə erkən yaşlarda yaddaşın zəifləməsinə səbəb olur.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu haqda Yaponiyanın tədqiqatçıları məlumat yayıb.

    Məlumata görə, smartfon və kompüterdən gələn daimi informasiyalar istifadəçilərdə yorğunluq yaradır: “Bu isə onlarda yaddaş zəifliyinə gətirib çıxarır. Son 10 ildə 30-50 yaş arasında olan qacet istifadəçilərində bu hallar daha çox müşahidə olunur. İnsan beyini mütəmadi olaraq böyük məlumatları qəbul etməyə hazır deyil”.

    “İnformasiya çoxluğundan beynin həddindən artıq işləməsi frontal korteksin zəifləməsinə səbəb olur. Bu səbəbdən də insanlar sadə işlərdə daha çox səhv etməyə başlayır, öyrənmə qabiliyyətini itirir, əhval-ruhiyyəsi pisləşir və motivasiya yox olur. İnsan beyninə ən böyük yüklənməni daim dəyişən mətnlər və şəkillər verir”, – deyə məlumatda qeyd olunur.

  • Tez-tez pomidor yeyənlər MÜTLƏQ OXUSUN! – Əslində…

    İnsan orqanizminin sağlamlığı üçün damarların təmiz olması vacib şərtlərindən biridir.

    Median.Az xəbər verir ki, xolesterinin yığılması damarların daralmasına səbəb olur. Bu da orqanizmdə qan dövranını pisləşdirir.

    Nəticədə orqanizmin bütün orqan və sistemləri onlara lazım olan oksigeni və qidalı maddələri kifayət miqdarda almır ki, bu da müxtəlif pozulmaların inkişafına təkan verir.

    Digər tərəfdən damarların divarında yığılmış xolesterin damarları daha zəif və kövrək edir. Bu isə çox təhlükəlidir. Zəif damar partlaya bilər. Bu isə insult və ya infarktın inkişafı deməkdir.

    Alimlər sübut ediblər ki, pomidorların tez-tez qəbulu damarları daha sağlam, təmiz və elastik edir. Bu pomidorun tərkibində olan likopin maddəsinin təsiri ilə əlaqəlidir. Həmin maddə damarları çox yaxşı təmizləyir.

  • Bu məhsullar avitaminozla mübarizədə kömək edir

    Dietoloq-həkim Yelena Solomatina vitamin çatışmazlığında hansı məhsulların yararlı olduğu haqda danışıb.

    “RİA Novosti” xəbər verir ki, mütəxəssis müəyyən vitaminlərin çatışmazlığının ciddi xəstəliklərə yol aça biləcəyini vurğulayıb.

    “A” vitamini çatışmayanda görmə qabiliyyəti zəifləyir, koordinasiya pozulur. Bədəndə “B” qrupuna aid vitaminlər az olduqda yuxusuzluq, baş ağrıları, yaddaşın pisləşməsi müşahidə edilir. “C” vitamininin çatışmazlığı tez-tez virus xəstəliklərinə yoluxmağa zəmin yaradır”, – deyə həkim qeyd edib.

    Y.Solomatina bu vitaminləri təkcə tibbi vasitələrlə yox, həmçinin adi məhsulların sayəsində əldə etməyin mümkün olduğunu bildirib.

    “A” vitaminini lobya, kök, balqabaq, turp və dana ciyərindən almaq olar. “B” vitamini qozda, badamda, dəniz məhsullarında, ağartılarda, quru meyvələrdə, yumurtada boldur. “C” vitamininizin balansını bərpa etmək üçün kələm, sitrus meyvələri, itburnu və alma yeməlisiniz. “D” vitaminini isə göbələk, balıq yağı və orqanik yağlar bərpa edir”, – deyə mütəxəssis əlavə edib.

  • Bu meyvə ürəyin işini yaxşılaşdırır

    Portağaldan gündəlik istifadə etdikdə qan təzyiqi aşağı düşür və ümumiyyətlə, ürəyin işi yaxşılaşır.

    “OaNews” bildirir ki, belə bir qənaətə misirli allimlər gəliblər.

    Portağalların tərkibində orqanizmdən zərərli maddələri, o cümlədən toksinləri çıxarmağa imkan verən çoxlu sayda antioksidantlar var ki, bu da ürək-damar sisteminin yaxşı işləməsi üçün olduqca əhəmiyyətlidir.

    Bu sitrus meyvəsi, həmçinin sabit ürək ritmi və qan təzyiqinin tənzimlənməsi üçün lazım olan kalium duzlarını ehtiva edir.

    Bundan əlavə, 10 il ərzində 2,4 mindən çox insanın qanının tərkibində A, C və E vitaminlərinin səviyyəsi ölçülüb. Məlum olub ki, vitaminlərin miqdarının azalması zamanı insult riski iki dəfə artır. Eyni zamanda altı həftə ərzində gündə iki stəkan şirə içdikdə, sistolik arterial təzyiqi 10 vahid azalır.

  • Smartfonları düzgün dezinfeksiya yolu açıqlandı – Mütəxəssislərdən məsləhət

    İnfeksiyaya özünün mobil telefonundan yoluxmaq riskini istisna etmək üçün qurğunu yaxşıca dezinfeksiya etmək lazımdır, lakin bu zaman bəzi qaydalara riayət edilməlidir.

    Bu barədə “TheVerge” yazır.

    Mütəxəssislər mobil telefonu təmizləmək üçün ilk növbədə etil spirtindən, hidrogen peroksidindən və ya natrium hipoxloritindən istifadə etməyi məsləhət görmürlər. Bu məhlullar ekrana ciddi zərər vura bilər. Bunun əvəzinə ekspertlər qurğunu parçanı adi sabunlu suda isladaraq silməyi məsləhət görürlər. Smartfonu bu yolla təmizləməyi məhz “Google” və “Apple” mütəxəssisləri tövsiyə edirlər, lakin onlar bu üsulun virusların tam məhv edilməsinə zəmanət vermədiyini qeyd edirlər.

    Mikrobioloq Çarlz Herba “Health” jurnalında bildirir ki, qurğular spirtin və suyun 40% və 60% nisbətində olan məhlulunda isladılmış salfetlə silinməlidir.

    Digər üsul olaraq, smartfonun ekranının üstünə qoruyucu lent və ya şüşə yapışdıraraq, onu daha güclü məhlulla silmək olar. Zamanla isə bu örtüyü dəyişmək olar.

  • Diş fırçasını hamamda saxlamaq təhlükəlidir – SƏBƏB

    Avstraliyalı alimlər vanna otağında saxlanması düzgün olmayan əşyaların siyahısını təqdim ediblər. Siyahını “Bed Threads” portalı paylaşıb.

    Belə əşyalardan biri də diş fırçasıdır. Nəşrin məlumatına görə, bunun səbəbi tualetə yaxınlıqla əsaslandırılır. Belə ki, unitazın üzərində yaşayan bakteriyalar nəm və isti mühitdə daha da artırlar. Artan bakteriyalar digər əşyaların, o cümlədən diş fırçasının üzərində özlərinə yer edə bilərlər. Bu isə səhhət üçün ciddi təhlükədir.

    Siyahıya diş fırçasından başqa, dəsmallar, hamam xalatları, üzqırxan maşınlar da eyni səbəbdən daxil edilib.

  • Bitkoinlə hava limanına bilet almaq mümkün olacaq – YENİLİK

    Avropanın ən böyük aviaşirkətlərindən biri bitkoinlə bilet satışına başlayacaq.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu haqda Norveç Krallığının “Norwegian Block Exchange” şirkətinin rəhbəri Stios Chios-Mathisen məlumat yayıb.

    O, bildirib ki, rəhbərlik etdiyi qurumun yaratdığı ödəniş infrastrukturu platforması vasitəsilə “Norwegian Air Shuttle” aviaşirkətinin sərnişinləri rəqəmsal aktivlərlə hava limanına bilet ala bilərlər.

    Botkoinlə bilet satışına bu ilin yaz ayında başlanılacaq. Sözügedən platformadan yalnız Norveç vətəndaşları istifadə edə biləcəklər. Hələki biletlərin hansı rəqəmsal aktivlər əsasında satılacağı məlum deyil.

    Məlumat üçün bildirək ki, 1993-cü ildə yaradılan “Norwegian Air” aviaşirkəti maliyyə büdcəsinə görə, Skandinaviya ölkələri sırasında birinci, Avropa ölkələri arasında isə üçüncü yerdədir.

  • Bu qidalar yuxunuzun pozulmasına səbəb olur

    Almaniyalı qida üzrə mütəxəssis Haydrun Şubert yuxu üçün təhlükəli olan qidaları açıqlayıb.

    Median.Az xəbər verir ki, o, çiy tərəvəzlərin yuxunu pozduğunu deyib.

    Buna səbəb onların mədə-bağırsaq sisteminin fəaliyyətini aktivləşdirməsidir.

    Şubertin bildirdiyinə görə, Çili bibəri və zəncəfil maddələr mübadiləsini sürətləndirdiyi üçün bədənin hərarətini yüksəldir və yuxusuzluq yaradır.

    Eyni zamanda, şokolad və kofein tərkibli içkilərin də yuxuya zərəri olduğu qeyd edilir.

    Ekspert yuxusuzluqdan əziyyət çəkən insanlara orqanizmlərinin istirahət edə bilməsi üçün axşam saatlarında yemək yeməmələrini məsləhət bilib.//focus

  • Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə mikrofloranı zəiflədir- Pediatrdan MƏSLƏHƏT

    Koronavirusla bağlı panika, təşviş və sosial şəbəkələrdə yayılan mesajlar, səslər insanlarda stress yaradır. Bu strerin özü koronavirusdan betərdir. Stres vəziyyətində qanda stres hormone yüksəlir, nəticədə immunitet zəifləyir.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə bildirib. O, stresdən uzaq durmağı virusdan müdafiədə birinci profilaktik tədbir hesab edir.

    Həkim sarımsaqla koronavirusdan qorunmaq barədə yayılan məlumatlara da özünəməxsus aydınlıq gətirib:

    “Sarımsağı bol- bol yemək virusla mubarizədə effektli deyil. Əksinə, sarımsaq antibiotik kimi təsir edir, artıq miqdarda yedikdə bağırsaqda faydalı mikrofloranı öldürür, mikrobiom zəiflədiyində immunitet də düşür.

    Exinacea və s immunitet dərmanlarını istifadə edib immuniteti aktiv saxladığınızı düşünmək də səhvdir Bu tip bitkilər leykositlərin interferon hasiletmə gücünü artırır, amma bu immunitetin “yorulmasına”, “tükənməsinə” gətirr. Genetik olaraq kim hansı immunitet gecünə sahibsə, onunla yaşayır, onunla da döyüşür. Bizə düşən onu aktiv etmək deyil, zəifləməkdən qorumaqdir.

    Buna görə də:

    –sağlam qidalanaq
    –şəkər az yeyək
    — meyvə tərəvəzi öldürmədən yeyək

    –trans yağlar, marqarini bədənimizə az daxil edək
    –probiotik qəbul edək
    –antibiotikdən uzaq olaq

    –təmiz havada olaq
    –üşüməyək, soyuq almayaq