Category: Maraqlı

  • Ömrün uzun olması təhsillə bağlıdır – ARAŞDIRMA

    İnsan ömrünün uzun olmasına təsir edən ən önəmli faktor var-dövlət, irq yox, təhsildir.

    “Report” xəbər verir ki, bu qənaətə 30 il araşdırmadan sonra ABŞ-ın Yel Universitetinin alimləri gəliblər.

    Üzərilərində təcrübə aparılan 5 114 nəfərdən müşahidə müddəti ərzində 395-i dünyasını dəyişib. Ali təhsili olmayan şəxslərdə ölüm 13% təşkil edib. Kollec və ya universitet məzunları arasında isə ölüm sadəcə 5% olub.

    Başlanğıcda alimlər ölümün irqlə əlaqəli olduğunu düşünüblər: ölənlərin 9%-i qaradərili, 6%-i isə ağdərili olub. Ancaq sonra dəri rəngi və təhsil məlumatları araşdırılaraq irq fərqlərinin elə də əhəmiyyətli olmadığı nəticəsinə gəlinib. Belə ki, qaradərili iştirakçıların 13,5, ağdərili iştirakçıların isə 13,2%-i ali təhsilsiz idi.

    Alimlər araşdırmanın nəticəsinin höküməti təhsili daha əlçatan etməsi üçün təkan verəcəyinə ümid edirlər.

  • Heç vaxt üzr istəməyənlər daha xoşbəxtdirlər

    Psixoloq-alimlər heç vaxt üzr istəməyən insanların daha xoşbəxt olduğunu müəyyənləşdiriblər.

    “Report” xəbər verir ki, araşdırma “European Journal of Social Psychology” dərgisində dərc edilib.

    Tayler Okimotonun rəhbərliyi altında bir qrup avstraliyalı psixoloq insanların üzr istəməkdən qaçınmasından niyə mənəvi məmnunluq aldıqlarını araşdırmaq qərarını verib.

    Onlar 228 amerikalıdan indəyədək törətdikləri həm xırda (məs., yol-nəqliyyat), həm də ciddi (məs., oğurluq) qanun pozuntularını yada salmağını istəyiblər. Bundan sonra könüllüləri 2 qrupa ayırıblar: birincilərdən üzr istəməklə, ikincilərdən isə bundan imtina ilə bağlı məktub yazmağı istəyiblər.

    Psixoloqlar gözləntilərin tam əksi bir qənaətə gəliblər: üzr istəməkdən imtina edənlər daha çox məmnunluq hiss ediblər, nəinki günahı boynuna alanlar.

    “Siz üzr istəməkdən vaz keçəndə özünüzü daha güclü hiss edirsiniz, özgüvəniniz artır”, – Tayler Okimoto açıqlayıb.

    Araşdırmaçılar üzr istəməkdən imtinanın heç də düzgün olduğunu iddia etmirlər. Günahı boynuna almağın faydaları çoxdur – bu, nəinki insanlar arasında, hətta ölkələrarası münasibətlərin də bərpasına kömək edir.

    T.Okimoto eksperimentlərin insanları üzr istəməyə necə təkan verməyə yardımçı olacağını güman edir.

  • Vanqadan dəhşətli proqnoz: fevralın 22-si qlobal fəlakət baş verəcək

    Bolqarıstanlı medium Vanqa 2020-ci ilin fevralın 22-də dünyada qlobal fəlakətin olacağını deyibmiş.

    “Sputnik” xəbər verir ki, qadın özü bu proqnozunu 2020-ci ilədək açıqlanmamasını xahiş edib.

    Onun sözlərini izah etməyə çalışan insanlar bu tarixdə okeana böyük “cismin” düşəcəyini qeyd edirlər.

    Zərbədən sonra yaranacaq nəhəng sunami dalğası bir çox ölkəyə ciddi ziyan vuracaq.

    Həmçinin, fəlakətdən sonra dünyada nüvə qışının başlaması da ehtimal edilir.

  • Görmə məhdudiyyətli türk tələbə Feysbukda işə başladı

    Görmə məhdudiyyətli Burak Koray Polad Feysbukda işə başlayıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, görmə qabiliyyətini 6 yaşında itirən və liseyin 3-cü sinfinə qədər Ankarada təhsil alan B.Koray ABŞ-da orta təhsilini tamamladıqdan sonra universiteti də bu ölkədə oxumağa qərar verib.

    Mayamidə proqram təminatı mühəndisliyi ixtisasında təhsil alan 23 yaşlı B.Koray sonuncu kursda iş üçün Feysbuka müraciət edib.

    Müsahibə mərhələsindən uğurla keçən tələbə Feysbukun görmə məhdudiyyətli ilk türk proqram təminatı mühəndisi olaraq işə başlayıb.

    Görmə məhdudiyyətli tələbələrin universitet kampusunda hansısa nöqtəyə getməsini asanlaşdıran naviqasiya proqramına rəhbərlik etdiyi bildirilən B.Korayın hazırkı hədəfi Türkiyədəki görmə məhdudiyyətli tələbələri eyni platformada toplamaqdır.

  • “Poçtalyon Peçkin”in oxşarı: Məktub və bağlamaları sahiblərinə çatdırır – VİDEO

    Zahiri görünüşü ilə məşhur sovet cizgi filminin personajı “Poçtalyon Peçkin”i xatırladan Dmitri Sidorkeviç Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır.

    Life.ru xəbər verir ki, ətrafdakıların onu “Poçtalyon Peçkin” çağırmasından sonra Dmitri Sidorkeviç cizgi filmdəki plaşdan alıb, poçt qutusu düzəldib və insanlara bağlamalar daşımağa başlayıb.

    Hazırda “Poçtalyon Peçkin”in oxşarı uşaqlara hədiyyələr aparır, insanları doğum günü münasibətilə təbrik edir və məktubların ünvanına çatdırılması ilə məşğuldur.

  • Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı

    Çində tüğyan edən koronavirus epidemiyası göstərir ki, viruslar bəşəriyyət üçün daim təhlükə yaradır. Onların bəzilərinə qarşı müntəzəm olaraq vaksinlər hazırlana bilir. Lakin bu proses çox vaxt aparır və hər kəsə kömək etmir, eləcə də yeni viruslara qarşı müdafiə etmir.

    Massaçusets Ümumi Profilli Xəstəxanasının (ABŞ) alimləri Almaniyanın Heydelberq Xərçəng Araşdırma Mərkəzindən olan həmkarları ilə birlikdə apardıqları tədqiqatlar nəticəsində əksər virusların zəif tərəfini müəyyən edə biliblər.

    “Cell Reports” jurnalında yerləşdirilən press-relizə əsasən, bu, “Argonaute” qrupuna daxil olan AGO4 zülalıdır.

    Alimlər siçanlar üzərində “Argonaute” zülalının virusəleyhinə təsirini öyrənən zaman aydın olub ki, tərkibində AGO4 zülalı az olan hüceyrələr qrip də daxil olmaqla, müxtəlif virus infeksiyalarına qarşı hiperhəssasdırlar. Bir sözlə, AGO4 zülalının miqdarının az olmağı məməlilərin hüceyrələrinin virusa yoluxma ehtimalını artırıb.

    Beləliklə, tədqiqatçılar nəticəyə gəliblər ki, bu zülalın miqdarının artırılması immun sistemini bərkitməyə kömək və əksər viruslardan müdafiə edə bilər .

    Press-relizə əsasən, tədqiqatlar hələ davam etdirilir.

  • Saçqıranlarla mübarizə — Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?

    Haçalanan saçlar saç uclarının və ya spiralının ikiyə bölünməsi ilə müşahidə olunur. Bu adətən quru saçlarda meydana çıxır.
    Saçqıranlı saçlar cansız görünür, dolaşır və zəif olur. Saçların laylanması onların tez qırılmasına, tökülməsinə gətirib çıxarır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, saçlara düzgün qulluq və onların tez qırılmasına səbəb olan faktorların (stress, balanslaşdırılmamaış qidalanma, bəzi dərmanların qəbulu, qeyri-düzgün boyama, kimyəvi maddələr vasitəsilə burulma, xlorlaşdırılmış su) aradan qaldırılması, problemdən qaçmağa imkan verir.

    Haçalanan saçlar patologiya deyil, lakin çox vaxt bu daxili orqanların xəstəliyindən də xəbər verir.

    Haçalanan saçların əsas səbəbləri nazik və quru olmasındadır. 20-30 sm-dən uzun olan saçlar ilk növbədə həyat tsiklinin xüsusiyyətlərinə görə haçalanmağa meyillidirlər. Öz çəkisinin ağırlığı, follikullara uzunmüddətli zərərli təsir nəticəsində saçlar öz əsasında haçalanır və strukturu pozulur. Belə ki, saçların yaşam müddəti orta hesabla 7 ildir. Stresslə birdəfəlik yüklənmə, məsələn, pis rəngləmə nəticəsində haçalanan saçlar sizə uzun müddət narahatlıq verə bilər.

    Aparılan araşdırmaların nəticələrinə əsasən, kimyəvi maddələr vasitəsilə burulması, temperatur fərqi, əlverişsiz ekoloji şərait onların haçalanmasına gətirib çıxarır.
    Xlorlaşdırılmış və çirkli su, ultrabənövşəyi şüaların təsiri, bəzi dərman maddələrinin qəbulu, balanslaşdırılmamış qidalanma saçların vəziyyətinə mənfi təsir göstərir. Bir neçə səbəbin kombinasiyası saç uclarının haçalanma ehtimalını artırır.

    Fenlə qurutma zamanı saç təkcə isti havanın təsirinə deyil, həm də darağın isti dişləri ilə travmaya məruz qalır. Buna görə də saçların qeyri-düzgün qurudulması saç spiralının zədələnməsinə gətirib çıxarır.

    Haçalanan saçların müalicəsi

    Haçalanan saçların müxtəlif müalicəvi saç kəsimi metodlarından istifadə etməklə kəsilməsi, onların uclarının haçalanmasının qarşısının alınmasına imkan verir. Lakin bu problemi həll etmir. Qida rejimini normallaşdırmaq, saç strukturunun yaxşılaşdırılmasına yönəlmiş kompleks vitaminlər qəbul etmək mühümdür.

    Saçların uclarına qoruyucu vasitələr sürtməklə onların strukturunun yaxşılaşdırılmasına yönəlmiş müalicə proqramları saçların haçalanmasını azaldır. Follikul zədələndiyindən saçlar haçalanırsa, follikulun sağlamlaşdırılması və yenilərinin böyüməsinin stimulyasiyası saçların ümumi miqdarının artmasına imkan verir. Davamlı nəticə almaq üçün bir neçə il ərzində müntəzəm müalicə keçmək və zədələyici faktorlardan tamamilə imtina etmək lazımdır. Yalnız bu halda yenidən inkişaf etmiş saçlar qırılmağa meyilli olmur.

  • “Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO

    Sosial şəbəkələrdə yayılan tutuquşunun “sevgisini etiraf etməsi” barədə video görənləri güldürüb.

    “Faktı” xəbər verir ki, “eşqə düşmüş” tutuquşu özünü dişi bayquşa sevdirməyə çalışır.

    Lakin bayquş başqa cins quş olduğu üçün onun “sevgisini” cavabsız qoyub.

    Videoda tutuquşunun incə şəkildə bayquşa toxunması, onu sığallaması və zarafatyana dişləməsi əks olunub.

  • Suyu mis qabdan için – 5 MÖCÜZƏ FAYDASI

    Hindistan və Misirdə içməli suyu mis kuzələrdə yığıb saxlayır, elə mis fincana süzüb içirlər.

    Qədim şərqdə su və südün mis qabda saxlamağın faydalı olduğunu bilirlər.

    Mis fincanlarda içilən suyu isə sağlamlıq eliksiri adlandırırlar.

    Median.Az bildirir ki, medicina.az suyu mis qabdn içməyin orqanizmə faydalarını araşdırıb. Bunları oxuduqda bir mis kuzə tapıb, suyu onda saxlamaq arzusu yaranır. Əgər belə qablar tapsanız, şüşə qabları mislə əvəz edin.

    1. Mis xərçəng əleyhinə təsirlidir

    Mis qabda saxlanılan su həm yaxşı dezinfeksiya olur, həm də diri suya çevrilir.
    Mis yaraları tez sağaldır, yeni sağlam hüceyrələr əmələ gəlməsini artırır, beyini oksigenlə təmin edir.

    2. Arıqladır

    Mis həzm sisteminə yaxşı təsir edib, yağ toplanmasının qarşısını alır. Ona görə mis qabdan su içmək həm də formada qalmağa yardım edir.

    3. Qan dövranını aktivləşdirir

    Mis qan təzyiqini normallaşdırır, qanı oksigenlə zənginləşdirir, pis xolesterinin damarlar yığılmasının qarşısını alır, qan damar sistemini aktivləşdirir. Ona görə mis qabdan içilən su ürək xəstəlikləri və bu səbəbdən ölüm riskini də xeyli azaldır.

    4. Toksin, zəhərli maddələri zərərsizləşdirir
    Mis qabdan içilən sum is ionları ilə zəngin olduğu üçün qan, limfa və bağırsaqlarda olan şlak, toksin və zəhərləri neytrallaşdırır.
    5. İmmuniteti və sümükləri möhkəmləndirir
    Bunu artıq Amerika alimləri də sübut ediblər ki, mis qabdan su içmək sümük və immuniteti möhkəmləndirir, bu su güclü iltihab əleyhinə təsirə malikdir.
    Ona görə mis qabdan su içənlər daha güclü olub, az xəstələnir
    Amma unutmayın ki, insan üçün misin sutkalıq dozası 1 mq-dır. Bundan artıq mis zərrəcikləri zərərlidir. Düzdür mis qabdan suya mis özü az daxil olur, amma yenə də mis qabdan gündə 3-4 stəkandan artıq su içməyin.

  • Tez varlanmağı bacaran bürclər

    Astrologiyanın statistikası göstərir ki, bəzi bürclərin maliyyə vəziyyətinin yaxşılaşması zaman məsələsidir.

    “Uznayvse.ru” portalının ekspertləri daha çox 3 bürcü fərqləndirir. Median.Az xəbər verir ki, bu bürc altında doğulanların digərlərə nisbətən daha tez varlanmaq şansı var.

    Şir – “Forbes”in siyahısını araşdıranda aydınlaşır ki, daha çox bu bürcdən olanlar var-dövlət sahibinə çevrilə bilir. Onların həyatı, adətən, öz əllərində olur. Yəni uğura necə çatmağın yolunu bilirlər. Şübhəniz olmasın ki, “Şir”lər pula yetişmək üçün çox da uzun yol getməyəcəklər.

    Qız – Bu bürc altında doğulan kişilər çox zəhmətkeş olur. İntellekti pula çevirməyi bacarırlar. Pulu sağa-sola xərcləməyi xoşlamırlar. Məsələn, Qız bürcündən olan bir adam nə qədər var-dövlət sahibi olsa da, köhnə sevimli geyimində gəzməyi də bacarır.

    Oğlaq – Uğur və sərvət yolunda həmişə inamla irəliləyirlər. Pulu sevirlər. Hər situasiyaya uyğun davranmağı da bacarırlar. Ən kiçik kapitalla işə başlayıb, böyük uğur qazana bilirlər. Pulla davranmaq qabiliyyəti həmişə özünü göstərir.