Category: Maraqlı

  • Azərbaycandan qayıdarkən müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu – VİDEO

    Azərbaycana gəzməyə gələn Türkiyənin məşhur aktyoru Nazim Cihan vətəninə qayıdarkən Gürcüstan sərhəddində müsadirə olunan “Paşa” ləqəbli tutuquşusuna 162 gündən sonra qovuşub.

    Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

    Bildirilir ki, bir sıra film və seriallardakı rolları ilə sevilən məşhur aktyorun hər zaman yanında gəzdirdiyi tutuquşusu sənədlərlə bağlı problem yarandığı üçün əlindən alınmışdı. Bu səbəbdən hüquqi prosedura başlayan Nazim Cihan məhkəmədə qalib gəlib.

    O, başına gələnlər barədə bunları deyib:

    “Azərbaycana gəzməyə getmişdim. Keçəndə heç bir problem olmur. Gürcüstandan keçirəm. 13 gün Azərbaycanda qaldım. 2019-cu il avqustun 27-də Gürcüstan sərhəddində gömrük əməkdaşları saxlayaraq, sənədlərində problemi olduğunu bildirdi. CİTES sənədi əskik imiş. Gedəndə problem olmur, çıxanda olur? Anlamıram. Sonra müsadirə etdilər. Xeyli mübarizə apardım. Türkiyə səfirliyi və konsulluğu da xeyli kömək etdi. Təşəkkür edirəm”.

    O, bu müddətdə Gürcüstanda zooparka qoyulan tutuquşusunu görmək üçün yeddi dəfə bu ölkəyə getdiyini bildirib:

    “Çünki bu, mənim heyvanımdır. Beş ildir mən baxıram, qayğısına qalıram. Zooparkda stress içində olan daha üç tutuquşu var idi. Gürcüstan öz heyvanlarına belə baxa bilmir”.

    Məhkəməyə baş vurmaq üçün vəkil tutduğunu və sonunda ədalətin zəfər çaldığını bildirən Cihan tutuquşusunun onu görəndə çox sevindiyini deyir:

    “Paşa məni görəndə çox sevindi: “Nazim, Nazim” deyə səsləməyə başladı. Çox sevinir. Övladım kimi. Yanımda gəzdirirəm. Geri ala bilməyəcəyim qorxusu ilə yuxusuz qaldığım gecələr oldu”.

    Aktyorun dediyinə görə, sosial şəbəkələrdə “Metrobusda “Allah” deyən tutuquşu”, “İstanbulun Paşası” videoları ilə tanınan tutuquşunun qaytarılmasına sakinlər də çox sevinib.

    “Vətəndaşlarımız da tanıyır. Çox sevindilər. “Paşa gəlib” deyirlər. Paşanı tanımayan yoxdur. Paşa da sevindi”, – deyə aktyor bildirib.

  • Yuxuda xorultu qorxulu xəstəliyin əlaməti ola bilər

    Obstruktiv apnoe sindromu, ya da yuxuda tənəffüsün sistematik pozulması rahat təsbit edilə bilən xəstəlikdir.

    “Sputnik” xəbər verir ki, adi xorultudan fərqli olaraq bu sindrom zamanı insanın yuxuda nəfəsi dayanır.

    Bu tənəffüs “fasilələri” 10 saniyəyədək davam edə bilir və orqanizmə ciddi ziyan vurur.

    Həkimlər qeyd edirlər ki, insan yuxuda nəfəs almadıqda bədən daha az oksigen qəbul edir.

    Əgər bu hadisə sistematik davam edirsə, gələcəkdə ürək-damar sistemində ciddi fəsadlara yol aça bilər.

    “Xorultunun özü qorxulu deyil, lakin əgər bu zaman nəfəs dayanırsa, gələcəkdə daha ciddi xəstəliklərə yol aça bilər. Bu həm böyüklərə, həm də uşaqlara aiddir”, – deyə mütəxəssislər bildirir.

    Nəfəsin dayanması böyük insanın yuxusunu və iş gününü bərbad edə bilər, çünki yuxuda boğulduqda insan gecə ayılmalı olur. Nəticədə onun yuxusu pozulur və səhər gümrah ola bilmir.

  • “Ağır xəstəliklərə tutulub sağalmamağınızın səbəbi budur” – SSRİ-nin ən yaşlı cərrahı

    Məşhur rusiyalı cərrah Fyodor Uqlov 103 il yaşayıb, Ginnesin rekordlar kitabına ən uzun illər cərrahlıq edən həkim kimi düşüb. O, 100 yaşına kim əməliyyatlara girirdi.

    Professor özünün yazdığı “100 yaşlı cərrahdan məsləhətlər” kitabında insanlarda ağır, çətin xəstəliklərə səbəb olan faktorları açıqlayıb.

    Median.Az
    medicina.az-a istinadən məşhur professorun fikirlərini təqdim edir:

    “Çoxsaylı xroniki və ağır xəstəliklərə səbəb birinci növbədə əsəb gərginliyi, yüklənmə, mənfi psixoloji qıcıqlandırıcı amillər, dərin psixoemosional stresdir.

    Bu təsirlərin orqanizmi necə çökdürməsi dildə deyildiyi qədər asan deyil. Bunlar insanın ömrünü ciddi mənada qısaldır.
    Uzun illər davam edəm mənfi, xoş olmayan emosiyaları yaşayan insan ən məhsuldar, yaradıcı yaş dövründə əlil olacaq dərəcədə xəstələnir və ya qəfil ölür.

    Ürək stresə dözmür

    Emosional gərginlikdən ürək çox əziyyət çəkir.

    Aclıq, xəstəlikdən, soyuqdan, imkansızlıqdan qorxu, təbiət fəlakətləri qarşısında qorxu, müharibələr, düşmənin olması və onunla mübarizə, sevgi, ailə dramı, rəqiblər, işdə mübarizə insanı daim psixi gərginlikdə saxlayır və onu uçurumun kənarına itələyir.

    Qədimdə və orta əsrlərdə insan təhlükə və psixi gərginlik vaxtı beynin hərəkətə keç, vur qaç əmrinə əməl edirdi: vururdu, yıxırdı, döyüşürdü, qaçırdı, ova çıxırdı, yeməyi üçün bacardığı qədər təbiətlə çarpışıb nəsə əldə edirdi. Bu zaman psixi gərginlik azalır, qana sıçrayan adrenalin təyinatı üzrə sərf olunur, nəsə əldə etdikdən sonra qana xoşbəxtlik hormonları sıçrayır, beyin və ürək həzz anını yaşayırdı.

    Bizim dövrümüzdə isə insan istədiyi vaxt vurub qaça bilmir, o dar çərçivədədir. Onda daha çox tormozlanma, özünü ələ al sistemi yandırılıb.

    İstənilən ağır şəraitdə, dözülməz həddə sakit ol, hislərini cilovla və probleminin üzünə gül.
    Belə adam üçün tərbiyəli, mədəni, müasir, iradəli, əxlaqlı adam deyib tərifləyirlər.

    Əlbəttə bütün bunlar çox gözəldir, amma belə olan halda təbiətin və orqanizmin tələbi pozulur və bütün yükü ürək və əsəb sistemi üzərinə götürür.

    Sinir və ürəyin isə bir ehtiyat norması var, bu ehtiyat tükənəndə o mədəni, sakit adam ya dəli olur, ya da ürək xəstəsi.

    Orqanizmdə elə bir yer yoxdur ki, sinirlərdən asılı olmasın

    Bədənimizdə, orqanizmdə elə bir kiçik belə sahə yoxdur ki, sinir sistemindən uzaq və müstəqil şəkildə fəaliyyət göstərsin. Hər bir orqanda sinir kökləri və ucları var. Gərginlik, stress, qorxu bütünlükdə orqanlara təsir göstərir. Necə ki, yanıq, zəhərlənmə, qəza, yara, infeksiya hər hansı toxumanı, orqanı zədələyir, eləcə də sinir, əsəb gərginliyi təsir edir.

    Əgər insanın bir yeri yanıq xəsarəti alarsa, bütün sistem və orqanlar gücünü səfərbər edib o hissəni bərpa etməyə, bu xarici qıcıqlandırıcı faktoru tezliklə aradan qaldırmaq üçün çalışır. Bu orqanizmi dərin depressiyaya salır.

    Bu zaman hormonlar, ürək-damar, qan, sinirlər fövqəladə rejimdə çalışır: böyrəküstü vəzilər daha çox adrenalini qana qovur, o da damarlarda güclü spazm yaradır, nəticədə ürək ikiqat güclü işləyir. Ağciyərlər, qaraciyər, bütün vəzilər energetic resurslarını sürətlə tükədir.

    Bu ildə bir neçə dəfə təkrar olunsa, energetic resurs tükənir, orqanizm yorulur və müqavimət qabiliyyəti düşür, nəticədə xəstəliklər insanı ağuşuna alır.

    Stres və əsəb belə sistemdə, rejimdə təsir edir. İnsanın bir orqanının yaralanması, yanması ilə bir neçə müddət əsəb keçirməsi arasında fərq yoxdur. Eyni dərəcədə orqanizmi tükədir.

    Professorun gəldiyi nəticə:

    Streslə ağır xəstəliklər sıx əlaqədardır. İnsanın psixoloji, emosional durumu onun sağlamlıq göstəricilərini təyin edir. Stress və qanda artan adrenalini bir yolla bədəndən çıxarmaq lazımdır.

    Əgər bir insan səhər tezdən oyanandan işə getdiyi yol boyu artıq gün ərzində yaşayacağı və qarşılaşağı mənfi şeyləri fikirləşirsə və narahatdırsa, artıq onun ürəyi fövqəladə rejimdə sıxılmağa başlayacaq.

    Çixış yolu: gün ərzində 1 dəfə qaçış, gərgin idman məşqi və stresi çıxaran hər hansı metodu seçib, onu həyata keçirin.

  • Bu elementin çatışmazlığı sizi infarkt edə bilər – Bu 5 qidanı təcili yeyin

    Orqanizmdə 300-dən çox biokimyəvi reaksiyada iştirak edən maqnit elementinin çatışmamazsı ürək ritmini pozur, əzələlərini zəiflədir, infarkta səbəb ola bilər. Maqniy həmçinin sinir və əzələ funksiyasının düzgün işləməsi, immun sistem, qanda qlükoza, sümüklərin möhkəmliyi üçün də lazımdır.

    İnsan üçün gündəlik maqniy norması 400 mq-dır. Amma etiraf edək ki, sutkada heç 200 mq -da maqniy almırıq

    Median.Az medicina.az-a istinadən bildirir ki, ürək ritmi pozulanlar, ürək xəstələri qanda maqniy analizi verib, onun nə qədər olmasını yoxlamalı, defisit olduğu təqdirdə həkimin təyin etdiyi dozada sintetik maqniy preparatı qəbul etmək lazımdır.

    Eləcə də həm normal sağlam insanlar, həm ürəyi zəif olanlar bu 5 qidadan ikisini maqniylə zəngin olduğu üçün hər gün yeməlidir.

    – Avokado – 58 mq maqniy var. Günə 1 avokado yetərli olar

    – Qoz – Maqniy mənbəyidir. Bir ovuc qoz, badam, braziliya qozu yeyə bilərsiz. Sutkalıq maqniy normasının 33% – bununla ödənər.

    – Yaşılyarpaqlı göy-göyərti: kələm, cəfəri, ispanaq, kahı, kərəviz. Şirələrini çəkib için, salatlarda yeyin. Bir stəkan göyərtidə 100 mq maqniy var. Amma təzə göyərti olmalıdır.

    – Banan – bir bananda 36-38 mq maqniy var. Günə 2 ədəd yeyin

    – Yulaf – sadəcə suda sıyığını yeyin, 100 qramında 170 qr maqniy var

  • Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif

    Hər hansı ölkə haqqında fikir bildirmək üçün ora ən azı bir dəfə səfər etmək lazımdır.
    Bu bizim ölkəyə də aiddir. Azərbaycanla bağlı əcnəbilərdə müxtəlif miflər yaranıb. Bizimyol.info xəbər verir ki, “Nomads” bunlardan 5-ni seçərək fərqləndirib.

    1 – Azərbaycanı kasıb ölkə sayırlar. Elə bilirlər ki, burada pomidordan başqa heç nə yoxdur. Yazıda qeyd olunub ki, əlbəttə, Azərbaycan pomidoruna söz ola bilməz, amma neftin yaratdığı imkanları da unutmaq doğru deyil. Bizim ölkənin ÜDM-ə görə dünyada 71-ci yeri tutduğu, Gürcüstanı, Ermənistanı geridə qoyduğu xüsusi vurğulanıb.

    2 – Azərbaycanı müsəlman ölkəsi olaraq təhlükəli hesab edirlər. Yazıda narahatlığa əsas olmadığı, sovet dövrünün dini dayaqları sarsıtdığı önə çəkilib.

    3 – Azərbaycanda hələ də müharibə getdiyini düşünənlər var. “Nomads” Dağlıq Qarabağ probleminə diqqət ayırıb. Müharibə şəraitində olduğumuz, amma döyüşlər getmədiyi yazılıb. Yəni turistlər üçün problem yoxdur.

    4 – Bəzi soyadlarla Azərbaycana gəlmək mümkün deyil. Yazıda bunun həqiqət olduğu bildirilib. Təbii ki, erməni soyadı olanları gömrükçülərimiz ciddi yoxlamalıdır, lazım gəlsə, ölkəyə buraxmamalıdırlar. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gedənlər bura ayaq basa bilməyəcək.

    5 – Azərbaycan mətbəxinin Türkiyə süfrəsinin parodiyası olduğu fikri yaranıb. Halbuki həqiqət deyil. Azərbaycan mətbəxində Qafqaz və İran elementləri daha çoxdur. “Nomads” bu fikirdədir. Yazıda pitinin, bir neçə növ plovun dadına baxmaq məsləhət görülür.

  • Kasıblıq dövrünü yaşayan bürclər

    Pul baxımından hamının bəxti gətirmir. Bir sıra bürclər altında doğulanlar həyatının böyük hissəsini, bəzən hamısını yoxsulluq içində keçirir.
    Median.Az xəbər verir ki, indi 5 bürcün adamları kasıblıq dövrünü yaşayır.

    Oxatan – Xarakter həmişə yaxşı qazanmağa mane olur. Pulu çox rahat itirirlər. Azart oyunlara meyl də bir tərəfdən işləri korlayır. Bircə yaxşı tərəf var ki, ümidi əldən vermirlər.


    Balıqlar – Bu bürcün adamlarının həmişə pul problemi olur. Özünəinamın olmaması perspektivli, yaradıcı işlərin uğur qazanmaq şansını da azaldır. Pulu havaya sovurmaq adətləri var.


    Tərəzi – Ətrafdan zövq almağa çalışırlar. Digər tərəfdən karyera pilləsində irəliləmək haqqında çox düşünmürlər. Əlbəttə, pul hər şey deyil, amma sanki xoşbəxtliyə gedən yolda bir az köməyi dəyir.


    Xərçəng – Öz hüquqlarını düz-əməlli qorumazlar. Yüksək vəzifə tutmaq şansları həmişə aşağı olur. Rəqabətlərdə uduzmağa alışıblar. Zərərli vərdişlər çox işdə maneə yaradır.


    Dolça – Həmişə maliyyə məsələləri onlar üçün ikinci planda dayanır. Düzdür, gələcək haqqında düşünürlər, yeniliklərə istənilən vaxt hazırdırlar. Amma məhz bu xüsusiyyət də çoxlu xərclər yaradır, kasıblığın təməlini qoyur. Kasıblığa meyldə “Dolça”nı birinci pilləyə də qoymaq olar.

  • Koronavirus, qrip və soyuqdəymədən qoruyan sadə qaydalar – Tanınmış professor izah edir

    Tanınmış rusiyalı həkim, tibb elmləri doktoru, professor Vladimir Nikiforovun sözlərinə görə, əlləri mümkün qədər tez-tez yumaq istənilən virus və soyuqdəymədən qoruyan ən sadə qaydadır.

    Lakin professor xəbərdarlıq edib ki, əlləri adi sabunla yumaq lazımdır. Daim dezinfeksiyaedici vasitələrdən, spirtdən istifadə etmək ziyanlıdır. Bu vasitələrdən sui-istifadə ekzemanin inkişafına səbəb olur. Bunun səbəbi dərinin təbii qoruyucu qatın, mikrofloranın pozulmasıdır.

    Milli.Az saglamolun.az-a istinadən bildirir ki, professorun sözlərinə görə, maskalar da viruslardan müəyyən dərəcədə qoruyur. Çöldə maskanın taxılması mənasız və hətta ziyanlıdır, açıq havada viruslar tez məhv olur, nəm maska ilə bir müddətdən sonra özü infeksiya mənbəyinə çevrilir.

    Maskaları qapalı yerlərdə, nəqliyyatda taxmaq lazımdır. Nəzərə alın ki, maskanı hər 1,5 saatdan bir dəyişmək, maskanı çıxardıqdan sonra əlləri sabunla yumaq lazımdır.

    Professor Nikiforov açıq havada gəzməyi, evin havasını tez-tez dəyişməyi, evin döşəmlərini gündə bir neçə dəfə silməyi tövsiyə edir.

    Epidemiyalar zamanı insanların çox olan yerlərdən mümkün qədər uzaq olmaq lazımdır.

    Həmçinin kifayət qədər su içmək və meyvə-tərəvəz, göyərti kimi təbii vitamin mənbələrinin istehlakını artırmaq lazımdır.

  • Xolesterin və trombu əritmək üçün necə qidalanmaq lazımdır?

    Tromb, onun qopması, fəsadları, hətta ölümə səbəb olması barədə çoxları məlumatlıdır.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər hansı qidaların bunun qarşısını almağa kömək edəcəyini açıqlayıblar.

    Qan damarında, ürək boşluğunda yaranan laxta qan zaman keçdikcə böyüyərək tromba çevrilir, tıxanmaya səbəb olur. Bu səbəbdən damarda qan axını pozulur və bu, işemik infarktla nəticələnə bilir. Trombozun qarşısının alınmasına hələ gənc yaşlarda başlamaq məsləhət görülür.

    Effektiv müalicə üsulları arasında qan laxtalanmasını azaldan və ürək əzələlərini gücləndirən müntəzəm fiziki aktivlik də var. Bundan əlavə, doymamış yağ qəbulunu məhdudlaşdırmaq və qidalanmaya diqqət etmək lazımdır.
    Mütəxəssislər qan laxtalanmasının qarşısını almaq üşün bir neçə məhsulun adını xüsusilə çəkirlər. Hesab olunur ki, limon bu mənada xüsusilə faydalıdır, çünki tərkibindəki turşu bədəndəki kiçik qan laxtalarını əridir.

    Daha faydalı olması üçün həftədə bir limonu şəkərsiz yemək lazımdır.
    Damar cavanlığının qorunmasında başqa bir köməkçi çuğundur sayılır.
    Barts və London Tibb Məktəbinin alimləri sübut ediblər ki, çuğundur şirəsi və ondan hazirlanmış qidalar qan təzyiqini normallaşdırır və infarkt, insult riskini əhəmiyyətli dərəcədə azaldır.
    Alimlər, sarımsağı qan damarlarının tıxanmasına qarşı mübarizədə təsirli bir vasitə adlandırıblar. Sarımsaq hətta xolesterol ərplərini, duz artıqlarını həll etməyə qadirdir.
    Xüsusi bir effekt üçün altı limonun şirəsinə bir baş sarımsaq əlavə etməklə qarışıq da hazırlamaq olar. Bu qarışıq mütamadi qəbul olunsa, yuxarıda qeyd etdiyimiz problemlə qarşılaşmarıq!

  • Stresi azaltmaq üçün ən faydalı metod hansıdır?

    Gündəlik həyat stressiz yaşamağı, onu tamamilə aradan qaldırmağı mümkünsüz etsə də, stresin azaldılması və ciddi bir sağlamlıq probleminə çevrilməməsi üçün edə biləcəyimiz işlər var.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, aparılan araşdırmalara görə, onlardan biri də kitab oxumaqdır.

    Məlum olub ki, kitab oxumaq stresi aradan qaldıra bilir. Alimlər hesab edir ki, oxunanların tanınması və deşifrləmə prosesi beynin səkkiz bölgəsini və onaların arasında sinir əlaqəsini aktivləşdirir.

    Tədqiqatçılar könüllüləri stres vəziyyətinə salıblar. Bundan sonra onlara ən çox yayılmış istirahət üsullarından birini istifadə etmək imkanı verilib. Nəticə əzələ gərginliyinin və nəbzin nisbətinin azaldığını göstərib. Alimlərə görə, oxumaq yalnız fikir yayındırma deyil, həm də təxəyyülün fəallaşmasıdır. Kitab oxumaq daha çox beyin hüceyrələrini aktiv edir və onlar arasında əlaqə yaradır. Oxuyan zaman təxəyyüldə obrazlar yaradaraq onlar kimi düşünmək məmnunluq hissi yaradır, buna görə də stres azalır.
    Hesab olunur ki, oxumağın faydaları narahatlıq və stresi azaltmaqdan da yüksəkdir. Tədqiqatçılar kitab oxumağı beyin sağlamlığı ilə əlaqələndirirlər. Stresi azaltmaq üçün ən yaxşı metod oxumaq sayılır. Araşdırma zamanı məlum olub ki, oxumaq stresi 68 faiz, musiqi dinləmək 61 faiz, bir fincan qəhvə 54 faiz, piyada gəzmək isə 42 faiz azalda bilir.

  • İnsanların bədən istiliyi azalır

    Atmosferə salınan istixana qazların gətirib çıxardığı düşünülən istixana təsiriylə qlobal istiləşmə artır və dünya istilənir. Ancaq istilənən dünyanın əksinə insan bədəninin istiliyi azalır. Amerikalı araşdırmaçılar, insan bədəninin orta hesabla istiliyinin son iki əsrdə düşdüyünü ifadə edir.

    Araşdırmaçılar, ilk olaraq 1862 ilə 1930-cu illərdə Amerikan Vətəndaş müharibəsinin veteranları, ikinci olaraq 1971 ilə 1975-ci illərindəki ABŞ Milli Sağlamlıq və Bəslənmə Araşdırma Anketinə qatılanların, son olaraq da 2007 ilə 2017-ci illərində Stanford Sağlamlıq Xidmətlərinə gələn yetkin xəstələrin bədən istiliyi qeydlərini araşdırdı.

    Söz mövzusu qeydlərin çarpaz idarəsiylə əldə edilən nəticələrə görə, 21-ci əsrdə dünyaya gələn kişilərin bədən istiliyinin 19-cu əsrdə dünyaya gələnlərə nisbətlə 0,6 dərəcə, qadınların da 1890-cı illərdə doğan həmcinslərinə müqayisə etdikdə 0,03 dərəcə daha aşağı olduğu müəyyən edilib.

    Araşdırmanı aparan qrupun rəhbəri Stanford Universitetinin professoru Culi Parsonet, köhnə məlumatlarla yeni göstəriciləri müqayisə edərək insan bədənindəki bu istilik enişinə nəyin səbəb olduğunu tapmağa çalışdı.

    Parsonnet, fizioloji dəyişikliklə yanaşı evlərin istiliyi, mikroorqanizmlərlə təmas və istehlak edilən qidalar da daxil yaşanılan ətrafın dəyişdiyinə diqqət çəkdi.

    Araşdırmaçılar, bu enişin, ekoloji faktorlar səbəbiylə ola biləcəyini də bildirdi.