Category: Maraqlı

  • Qaynadılmış su təhlükəlidir? – alimlər açıqladı

    Qaynadılmış suyun adi sudan daha təhlükəli olduğu iddia olunur.

    Median.Az e-tibb.az-a istinadən xəbər verir ki, İsveçrədən olan alimlər qaynadılmış suyun bəzi hallarda adi, süzülmüş sulardan daha təhlükəli ola biləcəyini açıqlayıblar. Bir qayda olaraq suyu qaynatmaqla onu patogenlərdən və zərərli mikroorqanizmlərdən təmizləmək olur.

    Alimlər isə qeyd edirlər ki, qaynayan zaman suyun tərkibində olan xlor çökərək digər kimyəvi maddələrlə reaksiyaya girir. Nəticədə xəstəliklərin yaranmasına səbəb olan zəhərli birləşmələr meydana gəlir. Elə viruslar, ağır metallar və digər birləşmələr var ki, qaynadıqdan sonra da məhv olmur. Yığılan çöküntü nəticədə insan bədəninə daxil olur və bu toksinlər müxtəlif orqanlarda fəsadlar yaradır. Qaynadılmış suyun daimi içilməsi həm də müxtəlif faydalı mineralların bədəndən xaric olmasına səbəb olur.

    Bundan başqa, onlar hesab edir ki, suyu bir dəfədən çox qaynatmaq lazım deyil. Həmçinin çaydanda ərp əmələ gəlməməlidir.

    Suyu isitmək üçün ona qaynadılmış su ələvə etmək də məsləhət deyil. Bu da ziyanlı hesab olunur.

    Suyu zərərli elementlərdən təmizləmək üçün filtrdən keçirməyin daha məqsədəuyğun olduğu bildirilir.

  • Qorxunc film reallaşa bilər – Edam cəzasının alternativi tapıldı

    Günümüzdə edam cəzasının mübahisə mövzusu olduğu vaxtda elm adamları alternativ cəza üsullarının tətbiqi barədə danışıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu cəza üsullarından biri kimi “Qara Ayna” (“Black Mirror”) serialından nümunə göstərilib.

    Serialın bir səhnəsində cinayətkarlara zehni olaraq gerçəkdə yaşadıqlarından daha uzun müddət yaşama hissi verən texnologiya ilə cəza tətbiq olunub. Nəticədə məhkumlar bir saatı bir ay kimi yaşayıb. Bu metod əsasən dəhşətli cinayət törədənlərə qarşı işə salınıb.

    Məşhur filosof Rebeka Rouç dərmanların insan beynini aldadacağını və zamanın daha sürətli keçdiyini hiss etdirə biləcəyini deyib.

    R.Rouç açıqlamasında bildirib ki, “günahkarlara 1000 il həbs cəzası çəkirmiş kimi hiss etdirən bir dərman, ya da mayenin olduğunu xəyal edə bilərsiniz. Sürətlənmə faktoru bir milyon olsa, səkkiz saat içində min illik düşüncə reallaşa bilər”.

  • İP ünvanınızı bu üsulla öyrənə bilərsiniz

    İnternetdəki şəxsiyyət nömrəsi adlandıra biləcəyimiz İP ünvanlarımızı tez öyrənmək üçün nə etməliyik?

    İnternetin dərin hissələrinə dalmırsınızsa və ya şəbəkə əlaqələrini istifadə edərək ətraflı əməliyyatlar etmirsinizsə, hər zaman IP ünvanınızı bilmək məcburiyyətində deyilsiniz. Ancaq mütləq IP ünvanınızı bilməli olduğunuz məqamlar da olur. İP sorğu əməliyyatı edərək şəxsi ünvanınızı öyrənə bilərsiniz.

    Nəzərinizə çatdıraq ki, IP ünvanı düşündüyünüz qədər mürəkkəb deyil. İnternetə qoşulan hər cihazın IP ünvanı var. IP sorğu prosesi nəticəsində qarşınıza çıxan ünvan- nöqtə ilə ayrılmış 4 nömrədən ibarətdir. Nömrələrin hər biri maksimum üç xanalı və “254” sayına qədər olur. IP sorğu ilə əldə etdiyiniz ünvan sizə özəl olur.

    Gəlin əvvəlcə neçə cür İP ünvanları olduğuna nəzər yetirək

    Dedik ki, internetə qoşulan hər cihazın bir IP ünvanı var. Ancaq IP ünvanı düşündüyünüz kimi bir yox, ikidir. Səbəb isə hər birinin fərqli funksiyaya malik olmasıdır.

    Fərqində olmasanız da IP ünvanlarınız internet dünyasında mövcud olma və yerli şəbəkələrlə qarşılıqlı əlaqə qurmağa imkan verir. Cihazınıza aid iki İP ünvandan biri xüsusi IP, digəri açıq IP adlanır.

    Xüsusi(Lokal) IP:

    Median.Az ted.az-a istinadən bildirir ki, xüsusi, yəni lokal IP ünvanı sizin yerli şəbəkədəki cihaz mənsubiyyətinizdir. Yerli Şəbəkə və ya orjinal adı ilə desək LAN (Local Area Network) yaxınlıqda olan digər cihazlarla qarşılıqlı əlaqəni ifadə edir. Məsələn, kompüterinizlə printer arasındakı əlaqə ən çox istifadə olunan nümunələrdən biridir. Lokal şəbəkə üzərindən edilən əməliyyatlar daha sürətli və səmərəli olduğu üçün buna əsasən ofis mühitində üstünlük verilir.

    Açıq IP:

    Açıq IP ünvanı dünyaya açılan bir qapınızdır, deyə bilərik. Bu İP ünvan növü cihazınızın internetə bağlanması və digər internet istifadəçiləri ilə ünsiyyət qurmaq üçün lazım olan şəxsiyyət nömrəsidir. Açıq IP ünvanı yaşadığınız bölgə və internet provayderiniz kimi məlumatları əks etdirir. İctimai IP ünvanınız hər kəs tərəfindən görülə bilər. Modemi söndürdüyünüz zaman açıq IP ünvanı dəyişəcək, lakin buna baxmayaraq, heç vaxt tam məxfilik olmur.

    İP ünvanını necə öyrənə bilərik?

    CMD üzerinden Local IP sorğusu:

    -Başlat vasitəsi ilə axtarış çubuğuna daxil olun

    -Axtarış çubuğuna “CMD” yazın.

    -Görünən variantlardan “Əmr xətti” düyməsini basın.

    -Ekrana “ipconfig” sözünü yazın və Enter düyməsini sıxın.

    -Qarşınıza mürəkkəb ekran görüntüsü çıxacaq, narahat olmayın.

    -“Ipv4 Ünvanı” sətrini tapın

    -Bu sətirdəki nömrə lokal IP ünvanınızdır.

    Açıq İP ünvanını öyrənmək

    -İnternet brauzerinizi açın.

    -Hər hansı bir axtarış motoruna “IP sorğu” yazın.

    -Axtarış motoru açıq IP ünvanınızı aşkar edəcək.

    -Yoxdursa göstərilən veb saytlardan birinə daxil olun.

    -İnternet saytında IP ünvanınızı, yerinizi və internet brauzerlərinizi görə bilərsiniz.

    Qeyd edək ki, gündəlik internet istifadəsi zamanı IP ünvanlarınızı bilməyə ehtiyac yoxdur, çünki bu ünvan əməliyyatlarınız zamanı avtomatik olaraq, cihazınız tərəfindən istifadə olunur.

    Ancaq IP ünvanını bilmək lazım olan bir vəziyyət yaranarsa, bəhs etdiyimiz üsullardan istifadə edərək, asanlıqla IP sorğunu yerinə yetirə bilərsiniz.

  • 40 yaşından sonra hər gün bir fincan içməlisiz — 20 dərdin dərmanı

    40 yaşından sonra istər qadın, istər kişilərdə ürək-damar xəstəliklər riski artır.
    2014-cü ildə Harvard universitetində tibb alimləri 1600 kliniki tədqiqatın nəticələrini analiz edərək bu nəticəyə gəldilər ki, kakao bu ürək-damar problemlərini azaldır. O, təmiz tünd şokoladdan da effektivdir.

    Median.Az Medicina.az-a istinadən hər gün bir fincan kakao içməyin faydalarını təqdim edir:

    – Damarın varikoz genişlənməsinə qarşı

    – Təzyiqi normallaşdırır

    – Miqren tutmalarının sayını azaldır

    – Qanda şəkəri tənzimləyir
    – Damarların divarını elastikləşdirir

    – Qanın mikrodövranını artırır

    – İnfarkt və insult riskini azaldır

    – Preddiabet mərhələsində şəkər xəstəliyə keçidin qarşısını alır

    – Qadınlarda erkən klimaksın qarşısını alır

    Ona görə də sabahdan yaxşı keyfiyyətli kakao tozu alıb, hər gün için.

  • Beyinin işini yaxşılaşdıran ən asan üsul tapıldı

    Kanadanın Qərbi Ontario Universitetinin alimləri 20 dəqiqə davam edən gəzintinin beyinin işini səhərlər içilən bir fincan qəhvə ilə eyni dərəcədə yaxşılaşdırmağa qadir olduğunu müəyyən ediblər.

    Bu barədə “MedicalXpress”də yerləşdirilən press-relizdə deyilir.

    Tədqiqatda 30 nəfər kofeman və 29 nəfər kofe içməyən insan iştirak edib. Könüllülər bir aerob məşq tsikli yerinə yetirir, yaxud da bir fincan kofeyə ekvivalent olan kofein dozası qəbul edirdilər. Bundan sonra insana hazırda işlədiyi informasiyanı yadda saxlamağa kömək edən xüsusi test edilirdi.

    Məlum oldu ki, sürətli və qısa gəzinti yaddaşa kofein qədər (hətta daha çox) təsir edir. Bu nəticə kofe sevənlər, həm də onu içməyənlər üçün eyni olub.

    Nəticələr kofeinin istifadəsi zərərli olan insanlar üçün faydalı ola bilər, məsələn, əzələlərin tremorundan əziyyət çəkənlər üçün.

  • Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq

    1503-cü ildə dünyaya gələn və proqnozların atası kimi tanınan Nostradamusun 2020-ci il üzrə açıqladığı öncəgörmələr təşvişə düşməyəcək tərzdən deyil.

    Median.Az xəbər verir ki, Türkiyə, İran və ABŞ-da ard-arda meydana gələn zəlzələlərdən sonra fransız həkim, əczaçı və astroloqun proqnozları gündəm olub.

    BÖYÜK ZƏLZƏLƏLƏR

    Nostradamusa görə, dəqiq harada olacağı bilinməsə də, 2020-ci il boyunca Amerikada şiddətli zəlzələlər qeydə alınacaq. Qitədəki ən seysmik zonalar analiz ediləndə bu nöqtələrin Meksika və Çili olacağı gözlənilir.

    QLOBAL MİQYASDA İQTİSADİ BÖHRAN

    Böyük iqtisadi güclər zəifləyəcək və uzun müddət yüksələ bilməyəcək. Dünya iqtisadi durğunluq yaşayacaq.

    TAXTDA YENİ KRAL

    Nostradamusun 2020-ci proqnozlarından biri də krallıqla bağlıdır. Ölkə adı verməsə də, əhəmiyyətli bir kral və ya kraliçanın taxtdan gedəcəyini deyir. Yerli mətbuatda bunun İngiltərə kraliçası II Elizabet olduğu iddia edilir.

    TRAMP ÇƏTİN İL KEÇİRƏCƏK

    Nostradamusun ən mübahisəli təxminlərindən biri sui-qəsd və ölüm haqqındadır. Çünkü Nostradamus təxminində Amerika qitəsindəki əhəmiyyətli dünya liderlərindən birinin ölümündən bəhs edir. Bir çox insanın fikrincə, burada ölüm simvolik xarakter daşıyır və burada ABŞ prezidenti Donald Trampın impiçmentinin onun siyasi ölümünə səbəb olacağı deyilir.

    İKİ BÖYÜK QÜVVƏ ARASINDA MÜHARİBƏ

    Nostradamusa görə, 2020-ci ildə iki dünya gücü arasında qarşıdurma olacaq. Bunun da ABŞ və Çin arasındakı ticarət savaşı ilə əlaqəsi olduğu düşünülür.

    KOSMİK SƏYAHƏT

    Kosmik səyahət bu ildə insanlara daha yaxın olacaq və getdikcə kütləvi hal alacaq.

    ATOM BOMBASI

    “Qapıların yaxınlığında və iki şəhər içində bənzəri olmayan fəlakət yaşanacaq. Vəba içində qıtlıq olacaq. İnsanlar poladla söndürüləcək, ölümsüz Tanrıdan yardım istəyərək ağlayacaqlar”.

    RUSİYAYA ASTEROİD DÜŞƏCƏK

    Rusiyaya 2020-ci ildə nəhəng asteroid düşəcək. (publika.az)

  • Bütün Avropanı velosipedlə gəzən azərbaycanlı 51 gündür yoldadır – Fotolar

    Səyahəti sevən insanlar, adətən, təyyarə, qatar, avtobus kimi nəqliyyat vasitələrindən istifadə edir. Azərbaycanlılardan biri isə bütün Avropanı velosipedlə gəzmək qərarına gəlib.

    Median.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Ağa Mehdi 51 gündür yoldadır. Estoniyanın paytaxtı Tallindən velosipedlə yola çıxan həmvətənimiz səfərini Lissabonda (Portuqaliya) başa vurmaq fikrindədir.


    Ağa Mehdinin məqsədi adi səyahət deyil. O, dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə, xüsusilə qlobal istiləşməyə çəkmək istəyir.

    Azərbaycanlı səyyah sosial şəbəkə hesablarında səfəri barədə ətraflı məlumat paylaşır, şəkillər, videolar yerləşdirir. Buradan görünür ki, Ağa artıq İsveçrədədir. O, son şəkillərdən birini isveçrəli yeniyetmələrlə çəkdirib. Səyyah İsveçrənin təbiətinin gözəlliyini, ekoloji təmizliyi xüsusi qeyd edib.


    Ağa Mehdi daha çox almanlar haqda yüksək fikir yazıb. Onun fikrincə, bu xalqın nümayəndələri ilk imkandaca gözəl niyyətini ortaya qoyur.

  • Xərçəng xəstəliyi yoxdur, B17 vitamini çatışmazlığı var – Qəpik-quruşa ÖLUMdən xilas olun!

    Xərçəng xəstəliyi yoxdur, B17 vitamini çatışmazlığı var – Qəpik-quruşa ÖLUMdən xilas olun! 

    Median.Az Türk mətbuatına istinadən xəbər verir ki, son zamanlarda klassik müalicə metodlarını rədd edən bütün həkimlərin ümumi iddiası xərçəngin müalicəsi və qarşısını almaq üçün B17 vitamininin istifadəsidir.

    Xərçəngin ölümü B17 vitamini çatışmazlığından qaynaqlanır… Bəs hansı qidalarda B17 var?
    Bu gün xərçəngdən əziyyət çəkənlərin sayı artır. Ölüm riski yüksək olan xərçəngin hələ də müalicəsi yoxdur. Ancaq B17 sayəsində bildiyimiz bütün şişlər yox olur!

    Bu sizə mənfi təsir etməməlidir. B17 vitamini ilə əlaqəli son araşdırmalara görə, xərçəngə şəfa verən və bütün zərərli hüceyrələri dayandıra biləcək vitaminlərin olduğu müəyyən edildi.
    B17 vitamini nəinki zərərli hüceyrələri məhv edir, həm də xərçəngin inkişafının qarşısını alır. Laboratoriya işlərinə görə B17 vitamininin xərçəng hüceyrələri üçün çox zəhərli olduğu bildirilir.

    Bir çox xərçəng xəstəsi B17 vitamini qəbul edərək, xəstəliyi aradan qaldırmağa çalışdıqları üçün, dərman istehsal edən şirkətlər bu vəziyyətdən çox da məmnun deyillər. Amigdalin olaraq da bilinən B17, xərçəngi yox etdiyini bilən dərman şirkətləri bu vəziyyəti bölüşməməyə çalışırlar.

    Vitamin B17-yə bu gün asanlıqla çata bilərsiniz.

    B17 VİTAMİNİN İSTİFADƏSİ VƏZİFƏLƏRİ VƏ Meyvələr

    APRİKOT TƏHLÜKƏSİZLƏRİ: B17 vitamini yalnız əsas meyvədə deyil, həm də toxumundadır. Meyvə və toxumlarda, məsələn, alma, şaftalı, albalı, gavalının toxumundadır.

    Fındıqda da B17 vitamini var. Səhiyyə Birliyinin tövsiyələrinə əsasən, böyürtkən, qarağat, moruqda bu vitamindən var.

    Bir çox paxlalılar B17 vitamini ehtiva edir. Sağlamlıq Mərkəzinin tövsiyələrinə görə lobya və noxudda orta hesabla 100 ilə 500 mq B17 vitamini var.

    B17 yalnız bunlarla deyil, mərcimək, yaşıl lobya və quru lobya kimi digər paxlalılar qrupunda olan qidalarda çox zəngindir.

    Ərik dənələri haqqında aşağıdakı şərhlərdə sizin üçün faydalı olacaqdır.
    İstifadəçi Şərhi: (Leyla Xanım) “Bəli, xərçəng müalicəsi alan biriyəm. Ərik ləpəsini(acı və şirin) uzun müddət yedim. Ancaq yeməkdə çətinlik çəkənlər ləpəni əzib bal ilə şirinləşdirə bilər. Əlbəttə ki, bir çox bitki mənşəli dərman istifadə etdim. Şükürlər olsun, nəticələrim indi yaxşıdır ”

    İstifadəçi şərhi: (Könül Hanım) “Şəkər və bir çox xəstəlik üçün faydalıdır, bu dənələrdən gündə 5-7 ədəd yedim. Şəkər və xərçəng xəstəliyim yaxşı vəziyyətdədir.”

    Qeyd: Biz bir çox xarici saytlarda gedən bu mövzunu dərc etsək də, siz həkimləriniz mə mütəxəsislərlə mütləq məsləhətləşin.

  • Suyu XLORdan təmizləmək üçün bunu edin

    Bizdə evlərə gələn suyun dezinfeksiyası üçün xlordan istifadə olunur.

    Lakin xlor insan orqanizmində toplanaraq sağlamlıq üçün təhlükə yaradır – həzm sistemi üçün ziyanlıdır, öd daşı xəstəliyinin riskini artırır, kanserogen təsirə malikdir. Bu səbəbdən, məsələn, Avropa ölkələrində suyu xlorla dezinfeksiya etmirlər, daha müasir və təhlükəsiz üsullardan istifadə edirlər.

    Təəssüf ki, adi qaynatma suyu xlordan tam təmizləmir.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər suyu xlordan təmizləmək üçün əvvəl onu bir qaba doldurub ən azı 8 saat ərzində saxlamağı tövsiyə edirlər. (Diqqət! Su olan qabın üzərini örtməyin!) Bundan sonra suyu ehtiyatla süzmək (qabın dibində çöküntü qalacaq) və qaynatmaq lazımdır. Bu üsulun köməyi ilə suyu xlordan demək olar tam təmizləmək mümkündür.

    Suya əlavə olunmuş limon şirəsi də xloru zərərsizləşdirir.

    Müasir filtrlər suyu xlor və digər ziyanlı birləşmələrdən yaxşı təmizləyir.

  • Alimlər Günəş sisteminin əsas sirrini açıblar

    Alimlər Günəş sisteminin əsas sirrini – qayalı planetləri və qaz nəhənglərini ayıran şərti sərhədlərin sirrini çözməyi təklif ediblər.

    “EurekAlert”in xəbərinə görə, araşdırma Kolorado Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.

    Onların fərziyyələrinə görə, əvvəlcə Günəş sistemi günəş ətrafında disk əmələ gətirən müəyyən bir quruluşla iki hissəyə bölünüb.

    Bu üzük formasında yüksək və aşağı sıxlığı olan toz və qazın alternativ lentləri var ki, o da maddə üçün müxtəlif “anbar” yaradır.

    Nəticədə, Merkuri, Venera, Yer və Mars eyni anbarda olub, yer planetlərinin siyahısını təşkil ediblər. Başqa bir anbarda nəhəng planetlər meydana gəlib.

    Eyni zamanda, alimlər müəyyən bir miqdarda “uçan maddələr”in Yer qrupu planetlərinin atmosferini formalaşdırdıqlarına inanırlar.