Category: Maraqlı

  • Yüksək təzyiqi aşağı salmaq üçün ən yaxşı şirə müəyyənləşdi

    Mərsin şirəsinin uzun müddətli istifadəsi yüksək qan təzyiqini azaldır və damarların funksiyasını yaxşılaşdırır.

    “Medicalxpress” nəşrinin məlumatına əsasən, belə bir nəticəyə Helsinki Universitetinin tədqiqatçıları apardıqları eksperimental araşdırmalar zamanı gəliblər.

    Mərsinin tərkibində ürək-damar xəstəliklərinin riskini aşağı salan polifenolların miqdarı yüksəkdir. Polifenollarla, həmçinin qaragilə, quşüzümü və qara qarağat zəngindir.

    Təbiət elmləri üzrə magistr Enn Kivimyaki mərsin, quşüzümü və qaragilə şirələrinin xüsusiyyətlərini araşdırıb. Siçovullar üzərində aparılan eksperiment zamanı o müəyyən edib ki, durulaşdırılmış mərsin şirəsi təzyiqi əhəmiyyətli dərəcədə aşağı salır, tərkibində böyük miqdarda polifenol olan şirə, həmçinin qan damarlarının pozulmuş funksiyasını bərpa edir.

    Nəticələr təzyiqi bir az yüksək olan insanlar üzərində sınaqdan keçirilməlidir. Alim qeyd edir ki, dərman əvəzinə onlara həyat tərzini dəyişdirməyi və düzgün pəhriz saxlamağı tövsiyə etmək olar. Eyni zamanda, Kivimyaki vurğulayıb ki, mərsin şirəsi dərmanları tamamilə əvəz etmir və yalnız ümumi terapiyaya əlavə olaraq məsləhət görülə bilər.

  • Sağlam uşaq böyütməyin 7 qızıl qanunu

    Gələcəyin vətəndaşı olan kiçikyaşlı uşağın sağlamlığı onun həyatının ən vacib məsələsidir. Səhhəti zəif olan, xəstələnən insanın illərlə başı öz xəstəliyi ilə mübarizəyə qarışır.

    Median.Az medicina.az-a istinadənpediatr, professor İsmayıl Osmanovun valideynlərə lazım olacaq 12 vacib məsləhətini təqdim edir.

    1. İynə, peyvənddən qorxmamalıdır

    Pediatriyada və gələcəkdə ən təhlükəli infeksiya, xəstəliklərin sayını azaltmaq üçün peyvənd kəşf edilib. Peyvənd olunmayan uşaqlar arasında ölüm halları daha çoxdur. Profilaktik peyvəndlərdən imtina etməyin. Hepatit B peyvəndini də uşaqlıqdan etdirin.

    Uşağı sağlam böyütmək istəyirsizsə, peyvənd təqviminə tam əmin edin. Vərəm, pnevmokokk, göy öskürək, poliomielit, hemofil infeksiya, qızılca, meningit – bunlardan övladınızı bir peyvəndlə qoruya bilərsiz. Bu xəstəlikləri keçirən hər uşaq ölmür, düzdür, amma xəstəliyin fəsadları, sinir, beyinə vurduğu zərbə illərlə qalır

    2. Doğulandan düzgün qidalanma

    İdeal uşaq 2 yaşına kimi ana südü yeməlidir. Uşaq sonradan evdəkilərin, valideynlərin qida vərdişlərini təkrarlayır. Masanızda nə qədər az şirniyyat, hazır qida, konserva, rafinəedilmiş qidalar olsa, uşağın dad zövqü və ağız dadı bir o qədər düzgün formalaşar.

    Uşaq 1 yaşından mürəkkəb karbohidratlar, lifli tərəvəz, meyvə, balıq, yumurta, süd məhsulları, keyfiyyətli ətlə qidalanmalıdır

    3. Evdə sağlam psixoloji durum

    Uşaq məktəbə qədər evdəki ab-hava ilə yoğrulur. Psixoloji sağlamlıq indi dünyanın bir nömrəli problemidir. Sizin probleminiz, nevrozunuz, mübahisələriniz uşağa ötürülməməlidir. Uşaq nə qədər psixoloji normal durumda böyüsə bir o qədər sakit, stabil, sağlam, xeyirxah olacaq.

    Uşaq tez-tez qucaqlanmalı, gülümsəməlidir. Onun ideya və seçiminə hörmət olunmalıdır. Yalan danışmayın.
    Övladınızı dərindən analiz edin, tanıyın.

    4. Günün rejimi

    Yatmaq, qalxmaq, gəzmək, hava, oyun, mütaliə, hətta evdə iş – gündəlik rejim məhsuldar qurulmalıdır. Günün yarısını yatan, ya yarısını televizora baxan, yarısını oynayan uşaq normal inkişaf edə bilməz. Düzgün rejim bioritmləri sağlamlaşdırır. Uşaq daha işgüzar, aktiv olur. Yuxusu normallaşır, əsəbləşmir.

    5. İdman və gimnastika

    Uşağı idmana qoymaq üçün onun böyüməsini gözləməyin. Uşaqlıqdan kiçik məşqlər, hərəkətlər etməlidir. Bu onun əzələ, sümük inkişafına təsir edir, çəkisini normallaşdırır, əhvalını yaxşılaşdırır. Səhərlər gimnastika gün boyu enerji verir.

    Bağça və məktəbyaşlı uşaqlar isə həftədə 2 dəfə idmanla məşğul olmalıdır. Eləcə də uşağa kiçik yaşdan açıq havada yüngül qaçışı təlqin edin.

    6. Yaxşı yatmayan uşaq sağlam ola bilməz

    Yuxu sağlamlığın yarısıdır. Uşaq beyni, sinir sistemi yuxuda inkişaf edir. Uşağın ilk aylarında yuxu saatı 12-16 saat olmalıdır. 6 aydan sonra 12-15 saat, 1 yaşdan -3 yaşa kimi 11-12 saat, bağça müddətində 10-12 saat, çəktəb yaşında 9-10 saat yatmalıdır.

    Kiçik yaşlı uşaqlar nə qədər ki, evdəkilər yatmır çətin yuxuya gedələr. Ona görə onun yatması üçün gərək valideynlər də yatsın. Uşaq yuxuya getdikdən sonra qalxa bilərlər.

    Yuxu tam olsun deyə, uşaq yuxudan öncə təmiz hava almalı, otaq havalandırılmalı, çox ağır yeməklər yeməməlidir. Otaq hərarəti 18-20 dərəcədən artıq olmamalıdır.

    Matras düz və bərk, yataq dəsti, yastıq isə yumşaq, təbii materialdan olmalıdır.

    7. Qadjetlər – tv, planşet, telefondən UZAQ

    Günün yarısını TV, planşetdə keçirən uşaqlar stresli, nevroq, diqqət yayqınlığı, görmə zəifliyi, onurğa problemi, nitq geriliyi, fikrini çatdıra bilməmək, əqli dözümsüzlük, yorğunluqla böyüyür.

    Virtual aləmdə yaşayan uşaq hipodinamikdir, tez-tez ağlayır, tənbəldir.

    Məktəb yaşına qədər uşaqlara komputer, planşet verilməsin. Verilsə də gündə 2 saatdan artıq olmaz.

  • Alimlər ən təhlükəli pəhriz növünü açıqladı: Xərşəng, dibaet yaradır…

    İnsan sağlamlığı üçün ən təhlükəli pəhriz keto pəhrizidir.

    Median.Az xəbər verir ki, bu haqda məlumatı rosbalt.ru yayıb.

    Alimlər bildirir ki, həmin dieta növü insanlara karbohidratları azaltmaq və yağları artırmaqla pəhrizini kəskin şəkildə dəyişdirməyi təklif edir, – U.S. News xəbər saytı həkimlərin və elm adamlarının nəticələrinə istinadən yazır.

    Həkimlərin sözlərinə görə, keto pəhrizin köməyi ilə çəki azaltmaq mümkündür, lakin ona uzun müddət əməl etmək mümkün deyil, çünki bu, xərçəng və diabet də daxil olmaqla müxtəlif xəstəliklərin inkişafına səbəb olur.

    Belə bir pəhrizdən sonra insanlarda bədən ağrıları, şübhəcillik və təcavüz müşahidə edilir. Alimlər bu halda gücün azalması və idrak qabiliyyətinin zəifləməsinin də nəzərə çarpdığını bildirib.

  • Finlandiyada “havadan” qida almağın yolunu tapıblar

    Finlandiyada alimlər torpaq bakteriyalarından zülal almağın yolunu tapıblar.

    BBC xəbər verir ki, bunun üçün bakteriyaları hidrogenlə qıdalandırırlar, hidrogeni isə suyun parçalanması nəticəsində alırlar.

    Bakteriyalardan alınan zülal dadsız ağ toza bənzəyir.

    Tədqiqatçıların fikrincə alınan toz qida məmulatlarına əlavə kimi də istifadə oluna bilər. Məsələn o palma yağını əvəz edə bilər.

    Layihə artıq 5,5 milyon avro (10,4 milyon manat) investisiya cəlb edə bilib.

  • Yaşamaq üçün ən yaxşı şəhərlərin REYTİNQİ

    Yaşayış üçün ən yaxşı şəhərlər reytinqində London birinci yerdə qərarlaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, reytinq “Resonance Consultancy” agentliyi tərəfindən tərtib olunub.

    Reytinqdə əhalisi bir milyondan çox olan şəhərlərin iqlimi, təhlükəsizlik səviyyəsi, istirahət və asudə vaxt üçün infrastruktur, vətəndaşların gəlir səviyyəsi və şəhərin sosial şəbəkələrdə populyarlığı kimi parametrlər təhlil edilib.

    Bu göstəricilərə görə London Nyu-York və Parisi qabaqlayıb. İlk beşliyi Tokio və Moskva tamamlayıb.

    İlk onluqda, həmçinin Dubay, Sinqapur, Barselona, Los Anceles və Roma yer alıb.

  • Həddən artıq su içmək ölümə aparır

    Türkiyəli professor Mahmut Yavuz bildirib ki, həddən artıq və şüursuz şəkildə su içmək insanın orqanizmində tarazlığı poza bilir. Buna görə də, su bədən indeksi və sərf olunan kalori nisbətinə görə tələb olunan miqdarda içilməlidir.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, həkim bildirib ki, insan orqanizminin 60%-i, yəni təqribən 70 kq-lıq bir şəxsin 42 kq-ı sudan ibarətdir. Belə ki, bədənimizdə fırlanan qan dövranı ilə yanaşı, hüceyrələrin içində və toxumaların arasında da su mövcuddur. Yəni su insan üçün həqiqətən həyat mənbəyidir.

    Göz yaşından ağız quruluğuna,beyin funksiyalarından dəriyə qədər demək olar ki, bütün orqanizm və orqanlarımız üçün su əhəmiyyətli təsirə malikdir. Lakin miqdarını düzgün təyin etmədikdə həm də orqanizm üçün təhlukəlidir.

    Həkimin sözlərinə görə, son zamanlar xüsusilə pəhriz saxlayanlar arasında çox su içmə dəb halını alıb. Lakin bunun ciddi fəsadlarla nəticələnəcəyi heç kimi narahat etmir.

    Həddindən artıq su içdiyiniz zaman, ürək çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Bundan əlavə, artıq su bədəndəki duzun azalmasına səbəb olur. Bunun isə beyində ödem və hətta ölümlə nəticələndiyi tibdə uzun zamandır məlumdur.

    Mahmut Yavuz, sağlam bir insan gün ərzində bir litr su içərsə, kifayətdir deyə bildirib. Lazım olan digər bir litri isə insan gün içərisində yediyi qidalar vasitəsilə təmin etmiş olur.

  • Darçının tərkibində gizlənən — ÖLÜM SİRLƏRİ

    Açıq şəkildə satılan və “Vyetnam” darçını kimi tanınan növün tərkibində qan duruldan və qara ciyər fermentlərini artıra biləcək kumarin maddəsi var. Mütəxəssislər xəbərdarlıq edir ki, bu maddə daxili və beyin qanaxmasına səbəb ola bilər.
    “Ölkə.Az” xəbər verir ki , fitoterapevt Ümid Aktaş bildirir ki, açıq şəkildə satılan darçınların keyfiyyətinə güvənmək olmaz. Maliyyə baxımından ucuz başa gələn olsa belə, açıq şəkildə satılan darçınlar sağlamlığa birbaşa ziyan vura bilər.

    Darçının fərqləri

    Darçın tibbdə istifadə edilir, zəhərli deyil. İstifadəyə yararlı iki növü var- seylan və Çin darçını. Seylanın ətri daha xoş, dadı daha gözəldir. Buna görə də qida maddələrində istifadə edilir. Çin darçınının isə təsiri daha çoxdur. Qoxusu daha fərqlidir. Darçın bahalı bitki olduğu üçün fərqli üsullarla hazırlanır. Vətəni Şri-Lanka, Vyetnam və İndoneziyadır. Darçının emal üsulları fərqlidir. O, bitkinin odun tərəfindən götürülür. Seylan darçınında isə bu odun hissəsi çıxarılır. Odun əsasən istifadə edilməməlidir. Lakin daha çox qazanc əldə etmək üçün odun hissəsini də əmtəəyə çevirənlər var.

    Seylan darçını 10 manata başa gəlir, lakin 100 manata satılır. Çin darçını isə1 manata başa gəlsə də 100 manata satılır. Buna görə də həqiqi darçını digərlərindən fərqləndirmək olmur. Darçının tərkibində “ojenol” maddəsi var. Ancaq odun hissəsində yüksək miqdarda kumarin də mövcuddur. Kumarin qan duruldan, qara ciyər fermentlərini artıra biləcək maddə olduğu üçün təhlükə yaradır.

    Hamilələr, diqqət!

    Seylan darçınında isə bu maddə olduqca az miqdardadır. Yüksək miqdarda kumarin qəbul etmək qaraciyər çatışmazlığına yol aça bilər. Hamilə qadınlar isə ümumiyyətlə qəbul etməməlidir. Darçından ən çox şəkər xəstələri istifadə edir. Bu baxımdan onların daha çox diqqət etməsi vacibdir.
    Necə etməli?
    Bu təhlükələrdən uzaq qalmaq üçün nəinki darçını, heç bir ədviyyatı açıq şəkildə almamaq vacibdir. Toz şəklinə salınmış bütün ədviyyatlarda qarışıq maddələr var. İşbazlar bununla ədviyyatın miqdarını artırmağa çalışırlar. Ədviyyatın içinə kirəmit tozundan una qədər qarışdırırlar.

    Darçının yüzlərlə faydası olduğu kimi zərərləri də var. Xüsusilə, tünd rəngli darçının tərkibində yüksək miqdarda kumarin olur. Buna görə də açıq rəngli darçın almaq lazımdır. Toz darçından uzaq durmaqda fayda var. Bu qədər faydalı bitkilərin ucuz satılması normal deyil. Onların hər qramı qızıl dəyərindədir.

    Saxlanma qaydası:

    Plastik torbalarda aldığınız darçını şüşə qabda saxlayın. Sərin və qaranlıq yerə qoyun.

    Təbii darçını necə tanımalı?
    Yaxşı darçını digərlərindən ayırd edə bilmək üçün onu qırın. Qırılan zaman ətrafa xoş qoxu yayılacaq. Ətri xüsusilə dəmləndikdən sonra ortaya çıxacaq.

  • Yeni teleskop Yerə bənzər planetlər axtaracaq

    ABŞ Kosmik Agentliyinin (NASA) yeni “HabEx” teleskopu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq. Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət “ehtiyat planetə” ehtiyac duyacaq. Bu məqsədlə “NASA” belə göy cisimlərinin axtarışı üçün teleskop təklif edib: “Habitable Exoplanet Observatory” (HabEx) adlı missiya məhz şəraiti Yerdəkinə yaxın planetləri axtaracaq.

    “Bizim məqsədimiz həyatı dəstəkləyə bilən planeti axtarmaqdır. Tərəfimizdən Günəş sistemindən kənar bir neçə planetin identifikasiya edilməsinə baxmayaraq indiyədək onların heç birində həyat üçün zəruri elementlər aşkarlanmayıb. “HabEx” missiyası bizə bu işin öhdəsindən gəlməyə kömək edəcək”, – “NASA” əməkdaşı və Ohayo Universitetinin elmi əməkdaşı Skott Qaudi bildirib.

  • Həyatın yaranmasının yarım əsrlik sirri açıldı

    Vaşinqton Universitetinin (ABŞ) alimləri fosfat çatışmazlığının yarım əsrlik sirrini açıblar. Belə ki, fosfat ilk canlı orqanizmlərin yaranması üçün zəruri olsa da, konsentrasiyası qədim su hövzələrində olduqca az idi.

    Bu barədə “EurekAlert!” portalında yerləşdirilmiş press-relizdə deyilir.

    Mütəxəssislər quraqlıq şəraitində ətraf mühitdəki suyun çökmüş relyeflərə axması nəticəsində yaranan karbonatla zəngin gölləri öyrəniblər. Yüksək buxarlanma səbəbindən göldə duzlu qələvi qarışıqların miqdarı artır. Belələrini sodalı hövzələr adlandırırlar. Tədqiqatçılar Kaliforniyadakı Mono, Keniyadakı Maqadi və Hindistandakı Lonar da daxil olmaqla, belə göllərdə fosforun miqdarını müəyyən ediblər.

    Məlum olub ki, karbonatla zəngin olan su hövzələrində fosforun miqdarı dəniz suyu, çaylar və digər göllərdən 50 min dəfə yüksəkdir. Bu, həyat üçün vacib olan kimyəvi elementin toplanmasına kömək edən ümumi mexanizmin mövcudluğunu göstərir. Aydın olub ki, karbonatlar fosforu suda sərbəst halda saxlayaraq, əsasən kalsiumla birləşmə yaradır.

    Qədim zamanlarda su hövzəsində fosfatların fövqəladə səviyyəsi kimyəvi reaksiyalara gətirib çıxarıb ki, bunun da nəticəsində RNT komponentləri, zülallar, yağlar və həyat üçün vacib olan digər birləşmələr yaranıb. Erkən Yerin karbon qazı ilə zəngin atmosferi (təxminən dörd milyard il əvvəl) bu göllərin formalaşması üçün ideal idi və onlarda fosforun maksimum səviyyəsinə nail olmağa kömək edib.

  • Fərqli xalqların fərqli Yeni il süfrəsi – MARAQLI

    Hər bir xalqın öz kulinar ənənələri var. Milad Bayramı və Yeni ildə süfrələrə qoyulan hər bir təamın həmin xalq üçün xüsusi mənası, mahiyyəti olur.

    Danimarka

    Bu ölkədə Milad bayramında süfrəyə bişmiş qaz, farş olunmuş meyvə, kartof və qırmızı kələmlə bişirilmiş donuz ət süftədə olmalıdır. Desert kimi isə müxtəlif giləmeyvələrin də qatıldığı qryutse adlı düyü sıyıqı təqdim olunur. Danimarkalılar əsasən. Süfrədə içki növü kimi qleq və pivə içirlər.

    Nepal

    Hinduzimə sitayiş edən Nepalda Yeni il aprelin ortalarında qeyd olunur. Bisket Catra adlanan bayram daha çox teatrlaşdırılmış səhnələri ilə diqqət cəlb edir. Burda əsas yemək mərcimək, pomidor, soğan, düyü və ədviyyatların qatıldığı dal bat təamıdır.

    İtaliya

    Katolik ölkəsi sayılan İtaliya Yeni ili və Milad bayramını çılğın şənliklərlə qeyd edir. Bu zaman süfrədə mütləq donuz kolbasası – kotekino mütləq olmalıdır. Özü də bu kolbasa ev sahibi xanım tərəfindən şəxsn hazırlanmalıdır. Uzunömürlülük simvolu mərcimək də masadan əskik olmamalıdır.

    Meksika

    Meksikalılar acılı yeməklər sevirlər. Farş edilmiş hinduşka, qarğıdalı, lobya və romeritos (əsas inqridientləri krevetka və kartofdu) meksikalıların əsas təamları sayılır. İçkilərdən isə yüngül çaxırlar, punş və tekilaya üstünlük verilir.

    Vyetnam

    Vyetnamda Yeni ilə Tet bayramı deyilir və Ay təqviminə uyğun olaraq yanvarın 20-si tarixləri ilə fevral ayı arasında keçirilir. Bayram yeməkləri əsasən düyü və ətdən bişirilir. Məsələn, kokos südündə donuz əti yaxud ban çunq (bambuk yarpağına bükülmüş düyü və donuz əti) piroqu menyuya daxildir.

    Fransa

    Fransızlarda Yeni il süfrəsi istridyə, buterbrod, pendir və məşhur fransız çaxırı olmadan təsəvvür olunmur.

    Yaponiya

    Yaponlar şabalıdı uğur simvolu saydıqları üçün istər desert, istərsə də qarnirlərə onu qatırlar. Yeni İl süfrəsində dəniz kələmi, lobya və siyənək balığının kürüsü olur.

    ABŞ

    ABŞ-da əksər Qərb ölkələrində olduğu kimi Yeni il süfrəsinin yaraşığı farş edilmiş hinuşka sayılır. Onu adətən, çörək, pendir, göbələk, alma və kələmlə verirlər. Modern.az