Category: Maraqlı

  • Beyinin ölümcül xəstəliyinə qarşı yeganə vaksin hazırlandı

    Molekulyar Tibb İnstitutunun və Kaliforniya Universitetinin alimləri Altsheymer xəstəliyi və demensiyaların digər növləri zamanı yaranan amiloid lövhələrinə qarşı vaksin hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübələr uğurlu olub və mütəxəssislər tezliklə insanların iştirakı ilə preparatın klinik sınaqlarına başlamağı planlaşdırırlar.

    Bu barədə “EurekAlert!” nəşrində yerləşdirilən press-relizdə deyillir.

    Vaksin beta-amiloid lövhələrin və tau-zulallardan ibarət neyrofibrilyar kələflərin yaranmasına qarşı yönəldilib. Hesab edilir ki, bu aqreqatlar beyində koqnitiv pozulmalar, qocalıq ağılsızlığı və ölümlə nəticələnən neyrodegenerativ dəyişikliklərin əsas səbəbidir.

    Qeyd edək ki, təkcə ABŞ-da təxminən 5,7 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir. Effektiv müalicə üsulları, etibarlı biomarkerlər və ya profilaktik strategiyalar hələ də məlum deyil.

  • Su faydalıdır, yoxsa çay?

    İnsan orqanizmi gündəlik 2 litr mayeyə ehtiyac duyur.

    Median.Az axşam.az-a istinadən bildirir ki, əksəriyyətimiz gün ərzində sudan çox çay içirik. Ancaq mütəxəssislər gündəlik 2 fincandan artıq çayın zərərli olduğunu deyir.

    Su isə orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir. Dehidrasyon, yəni bədənin həddindən artıq su itirməsi toxuma boşluqları, oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin yığılmasına gətirib çıxarar. Su bütün bunları təmizləyir. İmmunitet sisteminin mərkəzi olan sümük iliyində, bu sistemi xərçəng də daxil olmaq üzrə, müxtəlif xəstəliklərə qarşı gücləndirər. Dərini nəmləndirir, saçalrın daha canlı və palaq görünməsini təmin edir. Çay sevimli işkimiz olsa da tərkibində kofein var. Gündəlik limiti keçdikdə ürək döyünmə, yxusuzluq və bəzi hjallarda da qan azlığə yarada bilir. Ona görə də, xüsusilə də yay aylarında bədənin mayeyə olan ehtiyacını təmiz su ilə qarşılayın.

  • Yumurtanı belə yemək olmaz! – Mütəxəssislər

    İnsan sağlamlığı üçün ən önəmli protein qaynağı sayılan yumurtanı qızardıb yeyənlər olduğu kimi, soyutmasını yeyənlər də az deyil. Lakin bir çox insanlar soyutma yumurtanı ala-çiy xoşlayırlar.

    Median.Az medicina.az-a istinadən bildirir ki, yumurtanı ala-çiy yemək təhlükəlidır. Araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta immunitet sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilir.

    Mütəxəssislərin fikrincə, çiy yumurtanın 2 zərəri var. Birincisi, çiy yumurta orqanizmin B7 vitamini qəbuluna mane olur.

    İkinci zərər isə brlə yumurtanın salmonella mikrobuna səbəb olmasıdır. Xüsusilə, immuniteti zəif olan insanlara çiy yumurtadan salmonella mikrobu daha tez keçə bilir.

    Bəzi insanlar yumurtanı tam bişmədən, ala-çiy ona görə yeyirlər ki, tərkibindəki faydalı maddələr keyfiyyətini itirməsin, ancaq aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta ilə bişmiş yumurta arasında bu baxımdan ciddi fərq yoxdur.

    Odur ki, yuxarıda qeyd olunanlarla üzləşməmək üçün soyutma yumurtanı tam bişəndən sonra yemək məsləhət görülür.

  • Fincan qəhvənin dadına təsir göstərir – Tədqiqat aparılıb

    Kofe içdiyimiz qab onun dadına dolayısı ilə təsir göstərir.

    “Food Quality and Preference” jurnalının məlumatına əsasən, belə bir qərara braziliyalı alimlər gəliblər.

    Tədqiqatçılar müəyyən ediblər ki, kobud və nahamar daxili örtüyü olan fincanlardan içilən qəhvə acıtəhər dad verir. Hamar örtüklü fincanlar isə qəhvənin dadını şirin edir.

    Təcrübədə 230 nəfər iştirak edib, onların arasında həm həvəskar, həm də peşəkar dequstatorlar olub. Onlar xarici və daxili tərəfi hamar keramikadan və nahamar ağ keramikadan olan fincanlarda yüksək keyfiyyətli Braziliya qəhvəsi içiblər. Bu zaman, bütün fincanlar eyni forma və çəkidə olub.

    Dequstatorlar bildiriblər ki, hamar fincanlarda içilən qəhvə şirin, kobud fincanlarda içilənlər isə acıtəhər dad verib.

  • “Google” servisini əvəzləyəcək xidmət yaradılacaq

    “Huawei” şirkəti “YouTube”, “Gmail” və digər “Google” servislərini tam əvəzləyəcək xidmətlər yaratmaqla bağlı planlarını açıqlayıb. Bu işdə Çin şirkətinə Hindistan proqram tərtibatçıları yardımçı olacaq.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Huawei” və “Honor” şirkətlərinin Hindistan filiallarının baş direktoru Çarlz Penqin sözlərinə görə, “Honor” Hindistanın 150 populyar mobil əlavə tərtibatçısını öz platformasına cəlb etmək və “Google” servislərini əvəzləyəcək xidmətlər hazırlamaq məqsədilə onlarla danışıqlar aparır. Şirkət onlardan smartfonlar üçün “Huawei” servisləri ekosisteminə daxil ediləcək proqramlar almaq niyyətindədir:

    “Naviqator, messencer, ödəniş sistemi kimi əsas mobil əlavələr dekabrın sonunadək hazır olacaq”.

    Çin şirkəti təkcə Hindistan deyil, həm də Avropa mütəxəssisləri ilə əməkdaşlıq etmək niyyətindədir. “Huawei” nümayəndəsinin sözlərinə görə, şirkət hər regionda yerli istifadəçilərə 100-150 populyar mobil proqram təklif edəcək. Ekspertlərin fikrincə, “Huawei” bununla “Google” servisləri ilə rəqabət aparmağa çalışacaq.
    “Huawei” mobil əlavə ekosisteminə dünya üzrə təxminən 1 milyon proqram tərtibatçısı daxildir. Konkret olaraq Hindistanda əlavənin ekosistemə inteqrasiyası üçün mükafatın məbləği 17 min dollar təşkil edəcək. Tərtibatçıların həvəsləndirilməsi üçün nəzərdə tutulan “Huawei” qlobal fondunun vəsaitləri 1 milyard dollara yaxındır.

    Dekabrın 19-da “Huawei” nümayəndələri şirkətin növbəti qabaqcıl smartfonunun “Google” servisləri ilə təchiz edilmədən buraxılacağını təsdiq ediblər. Bununla yanaşı, “Huawei P40” smartfonu “Android 10” əməliyyat sistemi ilə təchiz ediləcək.

  • İnsanın başı da dəyişdiriləcək

    İnsanın ömrü boyu başını öz bədənində gəzdirməsi barədə arxaik təsəvvürlər tezliklə unudulacaq, çünki yaxın 10 ildə elm adamları baş nəqli texnologiyasını mənimsəyəcəklər.

    Life.ru-nun yaydığı məlumata görə, ingilis neyrocərrah Bryus Metyu bu barədə əminliyini ifadə edib.

    İngilis Hall Universitetinin robot cərrahiyyəsi üzrə ekspertinin fikrincə, əməliyyatın uğurlu olması üçün o və həmkarları başın köçürülməsi üsuluna yanaşmanı dəyişdirməlidirlər. Metyu əmindir ki, yeni bədənə yalnız baş deyil, həm də onurğa beyni köçürülməlidir.

    Hazırda alimlər başı və onurğanı bir-birindən ayırmağa, sonra isə yenidən birləşdirməyə cəhd edirlər. Ancaq yeni orqanizmdə bu uğurlu alınmır. Metyunun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırma işləri aparılır.

  • Yeni il yolkalarında zərərli maddə aşkarlandı — Uşaq orqanizminə təhlükədir

    Bayramöncəsi hər yerdə satılan, daha çox Çin, Tailand, Rusiya istehsalı olan süni Yeni il şam ağacları – yolkalarda orqanizm üçün təhlükəli olan formaldegid adlı maddə aşkarlanıb.
    Median.Az
    medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın keyfiyyətə nəzarət idarəsi olan “Roskaçestvo” məlumat verib. Onlar süni yolkaların materialının analizini ediblər.

    Yolkadan gələn kəskin kimyəvi qoxu formaldegidin normadan artıq olmasından irəli gəlir. Nə qədər yolka tünd yaşıl rəngdə və şuxdursa, bir o qədər bu maddə çoc vurulub.
    Ultrabənövşəyi şüaların təsirindən maddə daha da aktivləşir.

    Formaldegid kəskin qoxu verir, ağacın iynələri ovanda tökülür, asan alışır.
    Mütəxəssislər keyfiyyətli yolka almağı, xüsusən sertifikatı olan yolkalar seçməyi tövsiyyə edir.

    Uşaqlara bu yolkalara toxunmaq, yaxınlığında yatmaq, toxunub əllərini ağıza vurmaq olmaz.

  • Bu qidalar uşaqlarda miqren yaradır – DİQQƏT!

    Uşaqların çoxunda müşahidə edilən miqrenin səbəbi yedikləri qidadan ola bilər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli uzman həkim Yasemin.T həmin qidalar və uşaqlarda miqren haqqında məlumat yayıb. Onun sözlərinə görə, pendir, şokolad, portağal, naringi və s. digər qidalar miqren təhlükəsini çoxladır.

    Belə ki, ət, qatıq, qızartma və monosodyum qlutamat tərkibli hazır qidalar baş ağrısına səbəb olur. Xəstə uşaqların valideynləri bu qidaların onlarda baş ağrısı yaradıb-yaratmadığını test etməli və həmin qidalardan uşaqları uzaq tutmalıdırlar.

    Həkimin sözlərinə görə, qrip kimi infeksiyon xəstəliklərə uşaqlarda adətən imtahan ərəfəsi yorğunluq, gurultulu səsli yerlər, görmə pozğunluğu, iqlim dəyişiklikləri, uzun müddət televizora baxmaq , kompüter istifadə etmək və s. kimi amillər də səbəb ola bilər.

    Miqren olanuşaqlar digər uşaqlara nisbətən məktəbə getməyə həvəssiz olur. Ona görə də, uşaqlarda kəskin baş ağrıları zamanı həkimə müraciət etməli və gözünü də müayinə etdirmək lazımdır. Əgər görmə ilə bağlı şikayətləri davamlı hal alırsa o zaman yaxşı olar ki, uşaq nevroloqu tərəfindən də müayinə olunsun.

  • Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər

    Yaponiyada donuzun bədəninə insanın mədəaltı vəzini yerləşdirəcəklər.

    NHK-nın xəbərinə görə, Yaponiya Hökuməti yanında Dövlət Ekspert Şurası professor Xirosi Naqasimanın rəhbərliyi ilə Meidzi Universitetinin bir qrup tədqiqatçısına ilk təcrübəni aparmağa icazə verilib.

    Onlar döllənmiş donuz yumurtasını genetik manipulyasiya yolu ilə mədəaltı vəzi yaratmaq imkanından məhrum etməyi planlaşdırır. Sonra elm adamları ona insan mənşəli pluripotent kök hüceyrəni, daha doğrusu, bədənin istənilən hüceyrəsinə çevrilə bilən süni şəkildə əldə edilmiş hüceyrəni yerləşdirmək istəyirlər. Onlar yumurta hüceyrəsini donuzun bədəninə qaytardıqdan sonra, insan orqanına çox yaxın mədəaltı vəzi olan embriona çevrilməlidir.

    Təcrübə zamanı alimlər yalnız müəyyən bir səviyyəyə qədər prosesi izləməyi təklif edirlər.

    Tokio Universitetində də siçanlar ilə oxşar təcrübələrə hazırlaşırlar.

    Qeyd edək ki, eyni zamanda Yaponiyada heyvan orqanlarını insanlara transplantasiya etmək qadağandır.

  • Hər bir sürücüyə vacib olan məsləhət

    Əyləc sistemində problem yarandıqda mühərriki söndürməyə cəhd etməyin. Əvvəlcə maşını uyğun yerdə saxlayıb əraziyə göz gəzdirmək, daha sonra qəza siqnalını yandırmaq lazımdır.

    Bu barədə “Avto Vzqlyad” agentliyinə rusiyalı ekspert Yefim Rozkin bildirib.

    Onun sözlərinə görə, bu zaman əyləcləri bir neçə dəfə vurmaq, sonra isə sistemdə minimum təzyiq yaratmaq üçün pedalı basmaq lazımdır. Nəticədə, avtomobil yavaşlayacaq.

    Eyni zamanda, avtomobili mümkün qədər nəqliyyatların daha az hərəkət etdiyi sahəyə yönəltmək lazımdır, imkan varsa, maşın yoxuşa sürülməlidir, qar yığını, meşə, kol və sair.

    Ekspert bildirib ki, sözügedən problem zamanı əl əyləcindən də istifadə etmək olar, lakin o, mümkün qədər yumşaq şəkildə çəkilməlidir.