Category: Maraqlı

  • Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq… Pediatrdan XƏBƏRDARLIQ

    “Heç fikir vermisiniz ki, balaca uşaqlar niyə çox yıxılır? Və həmişə də yıxılanda başları yerə dəyir. Çünki yaş xüsusiyyətinə görə baş ölçüsü bədəndən böyükdür”.

    Bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb.

    Belə hallarda valideynlərin adətən təşviş içində həkimə müraciət etdiyini qeyd edən pediatr bunları vurğulayıb: “Bəzi ixtisas və qeyri-ixtisas həkimlərinə üz tutan valideynlər çox vaxt izafi tədqiqat üsulları ilə qarşılaşırlar. Lazımsız rentgen, kompüter tomoqrafiyası MRT, EEG edilir. İnsanın almalı olduğu radiasiya dozası 3-3.2 mSv (zivert) ikən nə qədər şüalanma olduğunu təxmin etmək olar. Bir döş qəfəsi rentgenoqrafiyası 0.01m Sv-dirsə, 5 yaşlı uşaq beyin Kompüter Tomoqrafiya müayinəsi olunanda 100 o qədər şüa alır.

    Həyatı və gələcəyi irəlidə olan övladlarınızı yersiz şüalanmadan qoruyun. Travma zamanı ilk saatlarda müayinə, valideynlərə bilgi verilməsi və sonrakı nəzarət yersiz müayinələrin qarşısını alar”.

  • Dietoloq Yeni il süfrəsi arxasında aşırı yeməməyin sirrini açdı

    Yeni il süfrəsi arxasında həddindən çox yeməmək üçün buna əvvəlcədən hazırlaşmaq lazımdır, mütləq səhər yeməyi ilə yanaşı, gün ərzində də yemək lazımdır.

    Bu barədə RİA “Novosti”yə “Amy Gorin Nutrition” şirkətinin təsisçisi, Nyu-Yorkdan olan dietoloq Emi Qorin bildirib.

    “Əgər siz bütün əsas xörəkləri və deserti yemək istəyirsinizsə, gününüzü öncədən planlaşdırın. Mütləq az porsiyalarla da olsa, səhər və nahar yeməkləri yeyin. Əks təqdirdə, çox ac olduğunuz üçün şam zamanı aşırı yeyəcəksiniz”.

    O əlavə edib ki, orqanizmə labüd olan yağ, protein və sellülozadan başlamaq lazımdır.

    “Wallet Hub” portalının hesablamalarına əsasən, yetkin insanın bayram süfrəsinin arxasında qazandığı çəkini atmağı üçün 10 saatdan çox fiziki iş lazımdır. Yeni ildən öncəki formaya qayıtmağa isə təxminən yarım il vaxt gedə bilər.

  • Onkoloqlar döş xərçəngindən müdafiə olunmağın yolunu araşdırdılar

    Bədən çəkisinin azalması süd vəzilərinin xərçənginin inkişaf riskini azaltmağa kömək edəcək.

    “EurekAlert” portalının məlumatına əsasən, belə bir qənaətə Amerika Onkologiya Cəmiyyətinin mütəxəssisləri gəliblər.

    Əvvəlki tədqiqatlar da onkologiya və artıq çəki arasında əlaqənin olduğunu göstərirdi. Lakin bu araşdırmanın müəllifləri xəstəliyin inkişafının yüksək riskini azaltmağın mümkün olub-olmadığını öyrənməyə çalışıblar.

    Alimlər 50 və daha çox yaşı olan 180 mindən artıq qadının məlumatlarını təhlil ediblər. On il ərzində onların çəkisi üç dəfə qeydə alınıb: təcrübənin əvvəlində, beş və doqquz ildən sonra. Tədqiqatın nəticələri göstərib ki, iştirakçılar nə qədər çox çəki itirirdilərsə, onkologiyanın inkişaf ehtimalı da bir o qədər azalırdı. Xəstələr artıq risk qrupunda olduqları halda belə, çəkiləri azaldıqca xərçəng xəstəliyinə tutulma şansları da azalırdı.

    “Bizim nəticələrimiz göstərir ki, 50 yaşdan yuxarı qadınlarda hətta orta çəki itkisi də döş xərçənginin inkişafının riskini azaldır”, – deyə tədqiqatın aparıcı müəllifi Lorens Teras bildirib.

    Onkologiyanın inkişaf riski iki kiloqramdan dörd kiloqram yarıma qədər arıqlamış iştirakçılarda 13 %, dörd kiloqram yarımdan 9 kiloqrama qədər çəki itirənlərdə 16 %, doqquz kiloqramdan artıq arıqlayanlarda isə 26 % azalıb.

  • Mobil telefonunuzu gecə rejiminə qoymayın – XƏBƏRDARLIQ

    Alimlər smartfonların gecə rejiminə qoyulmasının təhlükələri barədə xəbərdarlıq edir.

    Bu barədə Mançester Universitetinin saytında məlumat verilir.

    Tədqiqatçıların fikrincə, telefondakı bu rejim bədənin sirkad ritmlərinə mənfi təsir göstərir.

    Qeyd olunur ki, telefon qaranlıq rejimdə olan zaman (“Dark mode”) mobil cihazın fonunda sarı rəng üstünlük təşkil edir, bu isə orqanizmin bioloji saatına ziyan vurur.

    Mobil telefon adi rejimdə olan zaman isə ekranda mavi rəngin spektrləri üstünlük təşkil edir. Mavi rəng orqanizm üçün təbiidir və ona ziyan vurmur.

  • 10 yaşlı qız IQ səviyyəsinə görə Eynşteyn və Hoakinqi üstələyib

    Britaniyanın Birmingem şəhərində məktəbli qız “Mensa” təşkilatında yetkinlik yaşına çatmayanlar üçün IQ testindən keçib və 162 bal toplayaraq Albert Eynşteyn və Stiven Hoakinq kimi alimlərin göstəricisini (hər ikisi 160 bal) üstələyib.

    Median.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “The Sun” yazıb.

    10 yaşlı Freya Manqotra Birmingem ətrafındakı Ecbastondakı məktəbdə oxuyur. Qız dahi kimi qəbul olunub, artıq qızlar üçün Kral VI Eduard məktəbindən ona təqaüd də təklif olunub.

    Manqotranın həmçinin taekvondo üzrə qara kəmər sahibi olduğu, teatr, şahmat, üzgüçülük və Bollivud filmləri üslubundakı rəqslərlə maraqlandığı da məlumdur.

  • Uşaq qan-tər tökür, qan ağlayır – VİDEO

    Hindistanın Tripura ştatından olan səkkiz yaşlı qız nadir xəstəliklə əlaqədar qan ağlamağa və qanlı tərləməyə başlayıb.

    Bu barədə “The Sun” xəbər yayıb.

    Çvanqsas Debbarmada qeyri-adi simptomlar ilk dəfə aprel ayında görünüb. Həmin dövrdən etibarən onun mütəmadi olaraq burnundan və qulağından qan axıb, həmçinin, qolunun altında, üzündə, əl və ayaqlarında qanlı tərlər görünməyə başlayıb.

    Qız öz şəhərində Qefsiman bağında dua edərkən qan-tər olan İsa Peyğəmbərlə (Tövrata görə) müqayisə edilir.

    Xəstəxanaya aparılan uşaqda həkimlər hematogidrozdan şübhələniblər. Lakin diaqnoz qoymaq üçün əlavə yoxlamalara ehtiyac olub. Tibb işçiləri qıza dərman təyin ediblər. Bir neçə gündən sonra qızın vəziyyəti düzəlib.

    Lakin az sonra uşaqda qanaxmalar başlayır, bu dəfə qan onun dodaqlarından, dilindən, alnından, başından, gicgahlarından, əllərindən, ayaqlarından, gözlərindən, ayaq barmaqlarından, qulaqlarından, biləklərindən və barmaq uclarından axmağa başlayır. Debbarma özünü pis hiss edir, döş qəfəsinin ağrıdığını bildirirdi.

    Həmin dövrdən etibarən uşaq ştatın müxtəlif xəstəxanalarında bir neçə həkimin müayinəsində olub, lakin ona kömək edən tapılmayıb.

    Hematogidroz – pasiyentdə dəri vasitəsilə qanın axması vəziyyətidir. Bu xəstəlik 10 milyondan bir adamda görünür. Qanama, adətən, öz-özünə dayanır. Bu, təhlükəli deyil, ancaq bədənin susuzlaşmasına və diskomforta səbəb ola bilər. Xəstəlik çox nadir olduğundan elm adamları hematogidrozun yaranmasının nə ilə əlaqədar olduğunu tam müəyyənləşdirə bilməyiblər.

  • Ən təhlükəli spirtli içkilərin adları açıqlandı

    Viski, heres və port şərabı ən təhlükəli spirtli içkilərdir.

    “Daily Mail” xəbər verir ki, bunu Britaniyanın Brayton universitetinin alimi Xal Sosabovski bildirib.

    Onun sözlərinə görə, heres və port şərabında etanol göstəriciləri ən yüksək (20 faizə yaxın) səviyyədədir.

    Viski isə mədə sisteminin işinə təzyiq göstərir və ağır dərəcəli sərxoşluğa gətirib çıxarır.

  • İlin ən etibarsız parolları açıqlandı

    “NordPass” şirkəti 2019-cu ilin ən təhlükəli parollarını açıqlayıblar.

    Bu barədə Lenta.ru xəbər verib.

    Ekspertlər bildiriblər ki, internetə sızan 500 milyon paroldan ibarət baza toplayıblar.

    Etibarsız parollar arasında ən geniş yayılanlar sadə rəqəmlərin kombinasiyası (12345,111111,123321), həmçinin, QWERTY klaviaturasında üfüqi, yaxud şaquli xətdə yerləşən hərflər (asdfghjkl, qazwsx, 1qaz2wsx) olub.

    Ekspertlər vurğulayıblar ki, parol kimi geniş yayılan qadın adlarından istifadə etmək də təhlükəlidir.

    Həmçinin, məlum olub ki, 800 mindən artıq insan “password” parolundan istifadə edirlər ki, bu da təhlükəlidir.

    Bundan başqa, siyahıda “iloveyou”, “test”, “princess”, “sunshine”, “monkey”, “family”, “football” kimi sadə parollar da var.

    Mütəxəssislər bildiriblər ki, cari ildəki zəif parollar siyahısı ötənilkilərlə eyniyyət təşkil edib. Onlar bildiriblər ki, buna səbəb insanların uzun və mürəkkəb parolları yadda saxlamaq istəməməsi, həmçinin, gizlətməli heç nələrinin olmadığını düşünmələridir.

  • Uşaqların boyunun uzanmamasının səbəbləri: araşdırmalar nə deyir?

    Valideynlərin əksəriyyəti övladlarının uzun boylu olmasını arzulayır. Hətta bunun üçün müxtəlif vasitələrə əl atırlar. Uşaqlarının daha yaxşı boy atması üçün dərmanlardan mədəd umanlar da az deyil. Görəsən, uşaqların boyunu atmasına hansı amillər mane olur?

    Fizioterapevt Zaur Əliyevin bildirdiyinə görə, uşaqların boyunun atmasında birincisi, genetik, ikincisi, onurğa sütununun əyri olması amili əsas rol oynayır: “İnsan onurğa vasitəsilə boy atır, böyüyür. Əgər onurğada əyrilik, fəqərənin pozulması kimi problemlər varsa, bunun nəticəsində boy artmır. Bundan başqa, əgər insanın genində, nəslində boy qısalığı varsa, bu amil irsən ötürülür. Qidalanma amilinin rolu azlıq təşkil edir”.

    Həkimin sözlərinə görə, yetkinlik yaşına çatmış insanlarda boyun 1 metr 60-65 santimetrə qədər uzanması normal hesab olunur.

    Onun sözlərinə görə, uşaqların boyunun yaxşı atması üçün vaxtında müayinə etdirmək, onurğasında problemi, fəqərə burulması varsa, aradan qaldırmaq lazımdır: “Onurğasında problemi olan uşaqlar inkişaf etmir”.

    Z.Əliyev onu əlavə edib ki, uşaqlar 18-yaşına çatdıqdan sonra boyatma dayanır.

    Qeyd edək ki, dünyada aparılan tədqiqatlara görə, boyun 190 sm-ə qədər uzanması insana yaraşıq versə də, həmin göstəricidən çox olması artıq normal sayılmır.

    Bundan başqa, aparılan araşdırmalar boyatmada böyümə hormonunun (Somatotropin) da rol oynadığını ortaya qoyur. Çünki həmin hormon uşaqların sümük toxumalarını xəbərdar edər və onların boylarının uzanmasına təsir göstərər.

    Hormonun az ifraz olunması boyun uzanmasına mənfi təsir edir. Uşaqlarının boyu balaca olan valideynlər bu hormonun miqdarını yoxlatdıra bilərlər.

    Dünyada aparılan araşdırmalar nizamlı və sağlam qidalanmanın da boya təsir etdiyini ortaya qoyur. Proteinli qidalar uşaqların boyunun uzanmasına müsbət təsir edir. Buna görə də uşaqların süd və süd məhsulları, eləcə də ət məhsulları ilə qidalanması önəmlidir.

    Bundan əlavə, uşaqlar müxtəlif tərəvəz və meyvələr, qoz-fındıq da istifadə etməlidir.

    Alimlərin fikrincə, insanların yaşadıqları bölğə və iqlim şərtləri də boya təsirsiz ötüşmür. Məsələn, şimalda soyuq iqlimdə yaşayan uşaqlar isti cənub ölkələrində olanlardan daha çox boy atır. Elm adamları hesab edir ki, Günəş şüalarının çoxluğu boyartma prosesinə mənfi təsir edir.

    Həkimlərin verdiyi məlumatlara görə, sağlam uşaqlar daha yaxşı boy atır. Tənəffüs yolları problemləri, qan azlığı, bağırsaq və ürək narahatlıqları boyun uzanmasına əngəl ola bilir.

    Bundan başqa, uşaqların ruhi vəziyyəti də boy artmasında rol oynayır. Psixoloji pozğunluqlar, stress kimi faktorlar boyun uzanmasına mənfi təsir edir.

    Dünyada aparılan tədqiqatlara görə, qızlarda 19, oğlanlarda 21 yaşında boyun uzanması tamamlanır. Əgər uşaqlar bir ildə 5 santimetrdən az boy atırsa, son bir ildə geyimlərinin, ayaqqabısının ölçüsündə dəyişiklik qalmayıbsa, sinifdə hamıdan balaca olması ilə bağlı şikayət edirsə, yaşıdlarından balaca olduğundan, özü üçün daha azyaşlı dostlar seçirsə, boyunun balacalığından dolayı özünə olan güvənini itirir və dərslərində geri qalırsa, deməli, narahatlığa əsas var.//lent.az

  • Yuxusuzluq yaradan məhsullar müəyyən edildi

    Kolumbiya Universitetinin (ABŞ) nəzdində olan Həkimlər və Cərrahlar Kollecinin tədqiqatçıları tərkibində yüksək miqdarda təmizlənmiş karbohidratlar olan ərzaq məhsullarının yuxusuzluq ehtimalını artırdığını müəyyən ediblər.

    Alimlərin gəldikləri nəticə “Medical Xpress” portalında təqdim olunub.

    Belə məhsullara, məsələn, ağ çörək və düyü daxildir. Bu ərzaqlar qanda şəkərinin səviyyəsinin sürətlə artmasına gətirib çıxaran yüksək qlikemik indeksə malikdir.

    “Qanda şəkərin səviyyəsi sürətlə artan zaman, orqanizm insulin ifraz edərək reaksiya verir və nəticədə, qanda şəkərin azaldılması adrenalin və kortizol kimi hormonların hasil edilməsinə gətirib çıxarır ki, bu da yuxusuzluğa səbəb ola bilər”, – məqalədə deyilir.

    Belə bir əlaqə yaratmaq üçün həkimlər qidalanma gündəliklərini aparan 50 mindən artıq qadının məlumatlarını araşdırıblar.

    Bununla yanaşı, onlar müəyyən ediblər ki, tədqiq olunanların yuxusuna tərəvəz, meyvə və sellülozalı rasion yaxşı təsir edib.