Category: Maraqlı

  • 2019-cu ilin üç ən yaxşı filmi açıqlandı – SİYAHI

    “The Hollywood Reporter” jurnalının kino tənqidçisi Todd MakKarti 2019-cu ilin ən yaxşı filmlərinin siyahısını təqdim edib.

    Siyahıda ilk yeri Kventin Tarantinonun “Bir vaxtlar Hollivudda” filmi tutur.

    Filmin baş rolunda Leonardo DiKaprio və Bred Pitt çəkilib. Filmin premyerası 2019-cu ilin yay ayında baş tutub.

    Siyahıda ikinci yeri baş rolda Bena və Coşua Sefti qardaşlarının rol aldığı “Yonulmamış cəvahirat” kriminal trilleri tutur. Üçüncü sırada amerikalı rejissor Qreta Qerviqin çəkdiyi “Kiçik qadınlar” filmi qərarlaşıb.

  • Uzun yuxu həyat üçün təhlükəlidir – TƏDQİQAT

    Gecə ərzində 9 saatdan çox yatan, eləcə də günorta yatmağı xoşlayan insanlarda insult təhlükəsi daha yüksəkdi.

    Çin alimləri tədqiqatlarının nəticələrini “EurekAlert!” portalında dərc ediblər.

    6 il davam edən tədqiqatda 31750 insan iştirak edib. Sınaqdan keçirilən insanların orta yaş həddi 62 olub. Bu müddət ərzində onlarda ümumilikdə 1557 insult qeydə alınıb.

    İştirakçıların 24 faizi 9 saatdan çox yatıb və onlarda insult təhlükəsinin daha yüksək olduğu müəyyən edilib: 7-8 saat yatan insanlardan 23 faiz çox. Gecə çox yatan və günortalar yuxulayan insanlarda isə insult təhlükəsi digərlərindən 85 faiz çoxdur.

    Alimlərin fikrincə, tədqiqatın nəticələri orta və yuxarı yaş təbəqəsində olan insanlar üçün mülayim yuxu rejiminin vacibliyini sübut edir.

  • Yupiterin peykində böyük su buxarı aşkarlandı

    ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiter planetinin “Europa” təbii peykində böyük su buxarı aşkar ediblər.

    Astronomlar Havay adalarındakı Kek rəsədxanasının göy cisimlərinin atmosferinin kimyəvi tərkibini müəyyən etmək üçün spektroqrafdan istifadə etməklə aparılan 17 müşahidənin nəticəsində əldə olunan məlumatları təhlil ediblər. Onlar bu qənaətə gəliblər ki, su buxarının yaranması əvvəllər hesab olunduğu kimi o qədər də aktiv baş vermir. Onlar ayrı-ayrı intensiv püskürmə nəticəsində meydana gəlirlər.

    Bildirilir ki, NASA-nın qarşıdakı “Europa Clipper” missiyası 2023-cü ilədək Yupiter planetinin buzlu təbii peykinin səthini təfərrüatı ilə öyrənməyə imkan verəcək. Bu kosmik aparat təbii peykin ətrafında 45 dəfə dövr edərək kameralar, spektrometrlər və radarları vasitəsilə geniş tədqiqat aparacaq.

  • İnsanın yaddaşı dola bilərmi? – ARAŞDIRMA

    Əsrlər boyu insan yaddaşı haqqında müxtəlif ehtimallar və suallar insanları düşündürüb. Onlardan biridə yaddaşımızın nə zamansa dolub-dolmaması ilə əlaqədardır. Artıq insanları düşündürən bu sualın cavabı tapılıb.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, amerikalı professor P.Reber bildirib ki, insanın yaddaşının dolması mümükündür. Professorun sözlərinə görə, insanların ömrü yetmədiyi üçün bu halla üzləşən olmayıb. Lakin faktiki olaraq yaddaşımızın dolması fikri doğrudur. Unutmaq olmaz ki, insan beyni təxminən 2 kvardilliyon bayt həcmində yaddaşa malikdir. Əgər insan beyni yüksək keyfiyyətli və daimi olaraq videoyazı qeydə alan kamera olsaydı onun yaddaşı bizə 300 il bəs edərdi. Məsələn həyatınız boyu öyrənəcəyiniz dillərin sayı yaşadığınız illər və göstərdiyiniz səylə ölçülür.

    Bu limit yaddaşda yox həyatın uzunluğundadır. “Mənim beynim çox yüklənib” deyən insanlar sadəcə olaraq ondan istifadə etməyi bacarmırlar. Onları da anlamaq asandır. Təsəvvür edin ki, yaddaşında milyonlarla mahnı olan hər hansı bir qadjetdən yaxşı axtarış sistemi olmadan özünüzə lazım olan mahnını tapmaq çətindir. Axtarış sistemi isə öz üzərində işləyən və daim öyrənən insanlarda yaranır.

  • Xərçəng soyuqdəymə kimi bir xəstəlik olacaq

    Xərçəng sahəsində mütəxəssis olan və dünya tərəfindən tanınmış adlar, xərçəngin yaxında soyuqdəymə kimi bir xəstəlik olaraq görülə biləcəyindən bəhs edir. Yəni xərçəngli xəstələr də normal həyatlarına davam edə biləcəklər.

    Mütəxəssislər, xərçənglə əlaqədar araşdırmaların, xərçəngin təbiətini anlamağa bizi gedərək daha da yaxınlaşdırdığından və olan yeni müalicə üsullarının getdikcə daha ümidverici hala gəldiyindən bəhs etdi. Mütəxəssislər, indiki vaxtda aparılan xərçəng araşdırmalarının, eynilə diabet xəstələrində olduğu kimi, xərçəngli xəstələrin də normal həyatlarına davam etmələrini təmin etməyə istiqamətli olduğunu ifadə etdi.

    Yaşlılarda xərçəng riskinin daha çox olduğuna diqqət çəkildi.

    Aparılan yeni araşdırmalar, bu halın iki ucunu da həll etməyə istiqamətlidir. Yəni həm xərçəngin qarşısını almağı və ya müalicə etməyi, həm də yaşlanmaqda olan və ya yaşlanmış toxumaları cavanlaşdırmağı məqsəd qoyur. Bu səbəblə, əgər xərçəng və yaşlılıq arasındakı bu əlaqənin necə işlədiyini həll edə bilsək, iki dərman istifadə edərək eyni anda həm xərçəng hüceyrələrini öldürməyi, həm də yaşlanmaqda olan hüceyrələri yeniləməyi bacarmaq mümkündür.

    Xərçəngin yaxın gələcəkdə soyuqdəymə kimi sıravi bir xəstəlik kimi görüləcəyi nəzərdə tutulur. Xərçəng, keçmişdən bu yana həmişə ölümlə əlaqələndirilib. Amma bu vəziyyət dəyişmək üzrədir. Artıq əksər xərçəng növünün müəyyən mərhələlərində istifadə edilən dərmanlar var. Radiasiya və immunoterapiya müalicələrində də əhəmiyyətli inkişaflar oldu.

    Bu sahədə olan inkişaflar da olduqca ümidverici görünür.

    ///milli.az

  • Xəstəxanalarda yoluxa biləcəyiniz ağır infeksiya və xəstəliklər

    Xəstəxanadaxili infeksiyalar, bakteriyalar həkimlərin çox qorxduğu bir problemdir. Baxmayaraq ki, klinika, xəstəxana dedikdə ağlımıza sterillik, təmizlik, təhlükəsizlik gəlir və biz ora sağalmaq üçün qaçırıq. Əslində elə xəstəxana, əməliyyatxana infeksiyaların daha ağır formasının məskəni ola bilər. Burada adi insanlar, xəstələr və tibb personalı bağırsaq çöpündən tutmuş pnevmoniya, hepatitə kimi yoluxa bilər.

    Median.Az medicina.az-a istinadən xəstəxana daxilində hansı infeksiyalara yoluxa biləciyinizi xəbər verir.

    Xəstəxana parazitləri çox davamlı, dözümlü olur, spirt, antiseptik, dərman və antibiotiklərə alışmış olur.

    Mütəxəssislər də birağızdan deyir ki, xəstəxana daxili infeksiyalar çöldə, evdə, başqa yerdə, insandan insana keçən bütün infeksiyalardan daha dəhşətlidir.
    Səbəb olaraq o göstərilir ki, bu göbələklər, parazitlər artıq illərdir eyni qapalı məkanda qalır, dövr edir, dezinfeksiya məhlulları, sterilizasiya, spirt və s. alışıb, standart müalicələrə reaksiya vermirlər.

    Xəstəxanaya hər cür infeksiyalı insan gəlir. Ağır bağırsaq infeksiyalı xəstə gəlir, ətrafdakı sağlam insanlar bunu bilmir, həkim özü də müayinə otağında diaqnoz qoyur və artıq gecdir.

    Xəstəxanaya infeksiya və bakteriyaları elə tibbi personalın özü də gətirə bilər. Beləliklə, hər gün poliklinika, xəstəxana, palatalar müxtəlif patogen mikroorqanizmlərlə dolur, pasiyentlər arasında var gəl edir, tibbi heyətdə birindən digərinə keçir.

    Ən çox yayılanlar:

    Qızılı stafilakokk bakteriyası – infeksion şöbələrdə, reanimasion palatalarda, doğum evlərində çox olur. Hətta bir çox dövlətlərdə bu infeksiya aşkarlananda həmin müəssisə bir müddət bağlanır.

    Stafilakok dərini zədələyir, yara, irin, abses, furunkul əmələ gətirir. Eləcə də daxili orqanlara keçib, pnevmoniya, meningit, endokarditə səbəb olur.
    Bu bakteriya antibiotiklərə dözümlüdür, soyuq, istiyə davamlıdır,antiseptik məhlullarla sterilizasiyadan yayınır. Hava damcı, toz, ağız suyu, yaradan açıq dəri yarasına düşmə yolu ilə yayılır. Steril olmayan yerdən, alətlərdən əllərə, orda qidaya, eləcə də iynə vurma zamanı, əməliyyatlar zamanı keçə bilər.

    QİÇS infeksiya nadir də olsa xəstəxanalarda ola bilir. Xüsusən QİÇSli xəstə heç kimi məlumatlandırmadan o xəstəxanada tibbi yardım alır, müayinələrə gəlir, əməliyyat olur, yarası işlənirsə. Qan köçürmə, qan alma zamanı tibbi personalın səhlkənkarlığı ucbatından özlərinə və sağlam xəstələrə keçə bilir.

    Bağırsaq infeksiyaları, zəhərlənmə – stasionarın daxilində çox rast gəlinir. İstər uşaq, istər böyüklər üçün olan infeksion şöbələrdə yayılır. Rotaroviruslar çox güclüdür, bir saniyəyə yoluxur. Bağırsaq infeksiyası olan bir insanın toxunduğu, uzandığı əşyaya toxunmaq, sonra o əllərlə ağıza, gözə toxunmaq, yemək kifayətdir ki, yoluxasız.

    Herpes – xəstəxanadan tutula biləcəyiniz virusdur. Hava damcı yolu ilə keçir, orqanizmə düşdüsə ömürlük orda qalır, heç bir müalicə ilə keçmir, ara sıra özünü biruzə verdirir.


    Personalın alətləri və əlləri vasitəsilə yayılan infeksiyalardan biri də irin çöpləridir. 

    İnsana açıq yaralar, dəri, hava damcı, qida, selikli qişa, gözlər vasitəsilə keçir, sistit, otiti, stomatit pnevmoniya kimi ağırlaşmalar verir. 
    Müalicəyə tabe olmayan ən təhlükəli infeksiya hesab olunur. 

    Uşaq xəstəxanalarında qızılca, məxmərək, svinka da geniş yayılıb. Qapalı şəraitdə hava damcı yolu ilə keçir. Hətta xəstə uşağının yanında qalmağa məcbur olan valideynlər də yoluxur. 

    Bəs nə etməli? Klinikalarda necə qorunmalı?

    İlk növbədə sterillik, təhlükəsizlik xəstəxananın və tibbi heyətin peşəkarlığı, diqqəti, vicdanına qalır. Çünki onlar da hər gün təhlükədədir. 

    Bəs adi insanlar nə etsin? Xəstəxanaya gedib gələndən sonra bütün geyimlərinizi, ayaqqabılarınızı evə daşımadan çıxarıb, isti su rejimində paltaryuyanda yuyursuz. Özünüz çimib, əllər, üz spirtlənir. Xəstəxanada maskada və tibbi əlcəkdə gəzirsiz, onları hər 1 saatdan bir dəyişirsiz. 

    Əllərinizi elə xəstəxanada divara vurulan sterilizasiya mayesində yuyursuz. Evə gələndə heç nəyə toxundurmadan isti su, sabunla yuyub, antiseptik məhlulla silirsiz. Xəstəxana daxilində çalışın yemək yeməyin. Açıq yemək aparmayın, açıq su içməyin. Qış aylarında xəstəxanada çox qalmalı olacaqsızsa, müayinələr arası soyuq havaya çıxın. 

  • İt pişik balasına süd verdi – VİDEO

    Türkiyənin Sparta şəhərində bir it küçədə pişik balasına süd verib.

    Bu barədə DHA xəbər yayıb.

    Yoldan keçən insanlar itin anasız pişik balasının ac qalmaması üçün əmizdirməsini kameraya çəkiblər.

  • Siqareti atmağın elmi yolu tapılıb – ALİMLƏR

    Elm adamları nikotinə qarşı iyrənmə hissindən məsul beyin hüceyrələrini aşkar edib.

    Median.Az qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda aparılan tədqiqatın nəticələri ilə bağlı “Proceedings of National” Elmlər Akademiyasının jurnalında dərc edilmiş məqalədə deyilir.

    Tədqiqatçılar hesab edirlər ki, bu kəşf siqaretdən imtina etmək üçün effektiv dərman yaratmağa kömək edəcək.

    Məqalədə deyilir ki, ilk çəkilən siqaret onu çəkənin beyninə ikiqat təsir göstərir və həm iyrənməyə, həm də zövqə səbəb olur. Siqaret bir vərdiş halına gəldikdə isə ilk ləzzətin əvəzinə nikotinə qarşı davamlı bir meyil yaranır.

    İndiyə kimi, bu təsirin nikotinin beynin iki fərqli hissəsində reseptorları aktivləşdirməsi ilə əlaqəli olduğuna inanılırdı. Toronto Universitetinin kanadalı alimləri isə siqaret çəkməyin ilk epizodları zamanı əks hisslərə mükafatlandırma sistemi və vərdişlərin formalaşmasına cavabdeh olan orta beyin neyronlarının fərqli populyasiyalarının səbəb olduğunu müəyyən ediblər.

    “Artıq biz bilirik ki, nikotin beynin müxtəlif hissələrində neyronları aktivləşdirir. İyrənmə hissi daim mövcud olmalıdır, lakin bir insan nə qədər çox siqaret çəkirsə, onda onun reseptorlarında və beynin mükafat sistemində siqnal ötürülməsi proseslərində daha çox dəyişiklik baş verir”, – araşdırma rəhbəri Tarin Qrider deyib.

    İş ondadır ki, nikotindən asılı olmayan heyvanlarda iyrənclik hissi üçün cavabdeh olan həmin dopamin neyronları mükafat olaraq asılılıqdan əziyyət çəkən insanlarda çəkməkdən imtina şəklində bir sevinc hissi yaradır.

    “Asılılıq yarandığı zaman beynin motivasiya sistemində bir keçid meydana gəlir, – tədqiqatçı alim Qrider deyib. – Artıq söhbət özünü yaxşı hiss etməkdən deyil, orqanizmdə nikotinin çatışmazlığından qaynaqlanan mənfi hisslərdən qurtulmaqdan gedir”.

    Alimlər ümid edirlər ki, nikotinə qarşı iyrənnmə hissi yaradan neyronların aşkar edilməsi alkoqol asılılığından qurtulmaq istəyən insanlarda spirtli içki qəbul edərkən ürək bulanmasına səbəb olan dərmanların təsiri zamanı olduğu kimi, siqareti atmaq istəyənlər üçün də effektiv müalicə metodu yaratmağa kömək edəcək.

  • 2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ?

    Münəccimlər gələn ilin ən şanslı bürclərini elan edib.

    Median.Az xəbər verir ki, gələn ilin ən şanslı zodiak işarəsi Dolça bürcü seçilib. Dolça düşünüldüyü kimi su deyil, havanın elementlərinə aiddir. Bu bürclər əhval dəyişikliyinə və temperamentə çox meyllidir.

    Dolça bürclərinin nümayəndələri inkişaf etmiş intuisiya sahibi olan yaradıcı insanlardır. Və bu ilin qışından etibarən Dolçaları ailədə harmoniya, işdə isə uğurlar gözləyir. Onlar hər zaman arzusunda olduğu uğur, sərvət və ən əsası sağlamlığa qovuşacaq. Bu Bürc işarəsinin bütün nümayəndələri çox istedadlı insanlardır.

    Hər kəs zəngin varlanmaq istəyir, amma hamı buna nail ola bilmir. Yeni il bəzi bürc nümayəndələrinə maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün əlverişli vaxt ola bilər. Astroloqlar 2020-ci ildə sərvətlərini artıra biləcək bürcləri də açıqlayıb.

    Bəşəriyyətin güclü yarısı arasında Oxatan, Şir və Dolça bürcləri gələn il ailə büdcəsini artıra biləcək. Bunun üçün Oxatan bürcləri qarşısına yalnız aydın bir məqsəd qoymalı və heç bir şübhə etmədən ona doğru getməlidir. Xeyirxah əməllər Dolçaların da maddi rifah əldə etməsinə kömək edəcək. Şirlərin varlanmasına isə nizam-intizam təsir göstərəcək.

    2020-ci ildə Qız, Xərçəng və Əkizlər bürcləri altında dünyaya gələn qadınların gəlirlərini artıra bilməsi üçün imkanlar açılacaq. Diplomatiya Qız bürclərini yaxşı maliyyə durumunu düzəltməyə kömək edəcək. Xərçəng yeni işi sayəsində var-dövlətlərini, qazanclarını üç qat artıracaq. Əkizlər isə emosional problemlərini həll edə bilsələr, qarşılarına varlanmağın müxtəlif yolları çıxacaq.//publika.az

  • Süd xərçəng yaradırmış

    Amerikalı alim Kolin Kampbel südün ən zərərli qida olduğunu deyib.

    “Sondakika” xəbər verir ki, Çin Tibb Akademiyası, Cornell Universiteti, Oksford Universiteti tərəfindən aparılan araşdırmanın nəticəsinə görə, südün tərkibində olan casein maddəsi xərçəng yaradır.

    Süd ticarəti ilə məşğul olanların reaksiyası ilə qarşılaşan tədqiqatçı bu günə qədər caseinin bədəndə cox gec parçalandığını və parçalandığı zaman bəzi orqanlara zərər verdiyini bildirib.

    Casein parçalandığı vaxt ayrılan“casomorphin” adlı maddə qana qarışanda heroin təsiri yaradır, bu da süd məhsullarına asılılıq yaradır.

    Tədqiqatın nəticələrinin ən təəccüblü tərəfi isə südün tərkibindəki kalsiumun sümüklərimizi bərkitmək əvəzinə əritdiyi fikridir.

    Südün, eyni zamanda, həzm probleminə, qaşınma və səpki yaranmasına səbəb olduğu bildirilib.