Category: Maraqlı

  • Suşinin ölümcül təhlükəsi: Alimlərdən ciddi xəbərdarlıq

    Bütün dünyada məşhurlaşan bu yapon yeməyi orqanizmə sağalmaz ziyan vura bilər.

    Median.Az azxeber.com-a istinadla xəbər verir ki, dünyaca məşhur “Telegraph” nəşri suşinin insan orqanizmi üçün təhlükəsi barədə geniş material dərc edib.

    Florida Atlantik Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmalar nəticəsində suşinin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkar olunub.

    Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər. Mütəxəssislər çiy balıq ilə suşi yeyən insanların orqanizmində dəniz məhsullarından zəhərlənməyə səbəb olan “vibrio alginolyticus” bakteriyalarının dərmanlara qarşı güclü müqavimət göstərdiklərini müəyyənləşdiriblər.

    Bu növ bakteriyalar dəniz suyunda aktiv şəkildə çoxalaraq yayılırlar. Həmin bakteriya bir çox ölkələrdə məşhur olan yapon yeməklərinin içindəki çiy və yarımçiy balıqlardan asanlıqla insan orqanizminə daxil ola bilirlər.

    Alimlərin delfinlər üzərində apardıqları uzunmüddətli müşahidələr zamanı müəyyən edilib ki, heyvanların orqanizmindəki “məhvedilməz” bakteriyalar 2009-15-ci illər ərzində ikiqat artıb.

    Mütəxəssislər bu sınaqların subyekti qismində delfinlərin seçilməsini həmin məməlilərin dənizlərdə yaşayan bütün digər canlıların indikatoru olmaları ilə izah ediblər.

  • Asqıranda burun və ağzınızı tutmayın! – Alimlərdən XƏBƏRDARLIQ

    Adətən biz asqıranda ağız və burnumuzu tuturuq. Lakin mütəxəssislərin fikrinə görə, bu çox ziyanlı və təhlükəli adətdir.

    Median.Az saglamolun-a istinadən xəbər verir ki, Lester Universiteti hospitalında çalışan həkimlər BMJ Case Reports jurnalında dərc olunmuş məqalədə bu haqda xəbərdarlıq edir.

    Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burnumuz toz, allergenlər və selikdən azad olur.

    Asqırma zamanı burundan çıxan havanın sürəti 120 m/san, daxili divarlara olan təzyiq isə 100 mm c.st. təşkil edir. Əgər asqırma zamanı siz burnunuzu tutursunuzsa, güclü hava axını burun-udlaq və qulaqda olan evstaxiy borusuna yönələcək ki, bu da təzyiqin xeyli artmasına səbəb olacaq. Nəticədə damarlar, daxili qulaq və qulaq pərdəsi zədələnə bilər.Bundan əlavə insanda baş ağrısı əmələ gələ bilər.

    Daha ağır fəsadlar arasında:

    – qida borusu divarının yırtılması (Bu yaxınlarda belə hadisə Böyük Britaniya qeydə alınıb.)

    – qulaq pərdəsinin deşilməsi

    – beyin anevrizmasının yırtıqlması (ölümlə nəticələnə bilər).

    Beləliklə, alimlər asqırma zamanı burun və ağızı sıxmağı tövsiyə etmir. Ədəb qaydalarına riayət etmək üçün dəsmaldan istifadə edin.

  • Arıqlama həbləri bu xəstəliklərə səbəb olur

    Arıqlama vasitələrindən mütəmadi olaraq istifadə etmək həzm sistemində ciddi fəsadlarla nəticələnə bilər. Bu, genişmiqyaslı tədqiqatlardan sonra aydın olub.

    RİA Novosti-nin məlumatına görə, araşdırmanın nəticələri “American Journal of Public Health” jurnalında dərc olunub.

    Chan adlı Harvard Xalq Sağlamlığı Məktəbinin və Boston Uşaq Xəstəxanasının amerikalı alimləri müəyyən ediblər ki, çəkilərinə nəzarət etmək üçün mütəmadi olaraq arıqlama həblərindən və bağırsaq yumşaldıcı dərmanlardan istifadə edən qadınlar 1-3 il ərzində həzm sistemi xəstəlikləri riski ilə üzləşə bilərlər.

    Aparılan tədqiqatlardan məlum olub ki, əvvəllər sağlam olan 14-36 yaş arası qadınların 1,8 faizi arıqlama həblərindən azı 1 il istifadə etdikdən sonra növbəti 3 il ərzində hər hansı həzm sistemi xəstəliklərinə yoluxublar.

    Arıqlama həbləri əvəzinə bağırsaq yumşaldıcı dərmanlardan istifadə edənlərdə isə bu göstərici 4,2 faizdən artıq olub.

    Müqayisə üçün bildirilir ki, dərman qəbul etməyən həmyaşıd qadınlarda bu göstərici 1 faizi ötməyib.

  • Siqaret çəkən adamın ağciyərinin qorxunc görüntüsü yayıldı – VİDEO

    Çinin Çyansu əyalətində həkim ölmüş xəstəsinin ağciyərinin videosunu sosial şəbəkədə paylaşıb.

    Sürətlə yayılan video “siqaret çəkməyin ən yaxşı antireklamı” adlandırılıb.

    Həkim Çenq Cinqyunun bunu etməkdə məqsədi siqaret çəkməyin ağciyərə necə mənfi təsir etdiyini göstərmək olub.

    Lenta.ru-nun xəbərinə görə, 52 yaşlı mərhum 30 il siqaret çəkib.

    O, öldükdən sonra ağciyərini donor olaraq bağışlamaq istəyib, lakin uzun müddət siqaret çəkdiyi üçün onun ağciyəri donora yararlı olmayıb.

  • Sən demə, soyuq havada maşını qızdırmaq olmaz

    “Qışda avtomobilin mühərrikini mütləq qızdırın”. Bu avto mütəxəssislərin ən dəyərli məsləhətlərindən biridir.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, araşdırmalar müasir maşınlarda bu cür isitməyə ehtiyac olmadığını göstərir.

    Əsas səbəblərdən biri budur ki, bir qram belə əlavə yanacağın küçəyə atılması ekoloji tarazlığı pozur. Bu, həm də qlobal istiləşmənin “dəyirmanına su tökmək” kimi bir şeydir.

    Əslində ekoloqlar bu məsələdə haqlıdır. Çünki motorun qızdırılması üçün hər dəfə əlavə bir litr yanacaq sərf edilir. Hər səhər və axşam motorun 10-15 dəqiqə qızdırılmasının ekoloji və iqtisadi baxımdan nə qədər zərər verdiyini düşünün. Hər bir sürücü bilməlidir ki, əslində maşın hərəkət edəndə mühərrik daha sürətlə qızır, nəinki dayanıqlı vəziyyətdə. Üstəlik, dayanıqlı vəziyyətdə mühərrikin işləməsi həm iqtisadi baxımdan itkilərə, həm də avtomobilin hissələrinin zərər görməsinə səbəb olur.

    Müasir maşınların əvvəldən qızdırılması motorun ömrünü qısaldır.

  • NASA Yer kürəsində milyonlarla insanı məhv edəcək asteroidin düşmə tarixini açıqladı

    NASA Yer kürəsinə yaxınlaşan asteroidin olduğunu açıqlayıb. Açıqlamaya görə, asteroidin gedişində pozuntu olmasa, o, 2022-ci ildə Yer kürəsinə çırpılacaq.

    Median.Az
    xarici mətbuata istinadən xəbər verir ki, PJF1 adı verilən göy cismi Misirdəki Xeops ehramı böyüklüyündədir.

    2022-ci ilin 6 may tarixində Yer kürəsinə ən yaxın mövqedə olacağı gözlənilən asteroidin zərbə anında 230 kilotonluq bir atom enerjisinə bərabər dağıntı törədəcəyi gözlənilir. Bu isə Xirosimaya atılan atom bombasının 15 qatı qədərdir.

    Mütəxəssislər belə fəlakət olacağı halda bir şəhərin Yer üzündən silinəcəyini, milyonlarla insanın həlak olacağını ehtimal edirlər.

    Haqqında danışılan asteroidin konkret olaraq hansı ölkə ərazisinə düşəcəyi haqqında hələlik heç bir məlumat yoxdur.

  • Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

    ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi “Android” smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, ekspertlərin araşdırmasına görə, “Bluetooth” standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.

    Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.

    İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər.

    Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar.

    Qurğunu daim yeniləyərək təhlükəsizliyi qorumaq olar. Çünki istehsalçılar hər yeniləmədə aşkar edilmiş boşluqları aradan qaldırırlar.

  • Qadın ürəyi üçün təhlükəli olan peşələr açıqlandı

    Bəzi peşələr ürək-damar sisteminin vəziyyətini pisləşdirir. Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu amerikalı alimlər aydınlaşdırıb.

    Müvafiq tədqiqatda 60 yaşa yaxın 65 mindən çox qadın iştirak edib. Elmi işin müəllifləri ən tələbatlı iyirmi peşəni nəzərdən keçirib. Əldə olunan nəticələrə görə, ən “ziyanlı” iş sahibləri sosial işçi, pərakəndə satış kassiri və tibb bacılarıdır.

    Belə ki, birincilərdə ürək probleminin yaranma ehtimalı digərlərinə nisbətən 36 %, ikincilərdə 33 %, üçüncülərdə isə 14 % yüksəkdir. Alimlər qeyd edib ki, səhiyyə sahəsi ümumilikdə təhlükəlidir. Tibb bacıları ilə yanaşı, psixiatriya sahəsində çalışan mütəxəssislər, eləcə də pasiyentlərə evdə qulluq edən baxıcılar yüksək riskə məruz qalırlar.

    Ürək üçün ən təhlükəsiz peşə sahibləri isə daşınmaz əmlak məsələləri üzrə makler, satış üzrə agent və katibələrdir.

  • Nə üçün yatarkən ağzımızdan su gəlir? – Bilmədiyiniz SƏBƏBLƏR

    Ağız suyu – ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.

    Median.Az medicina.az-a istinadən ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.

    Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.
    Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.

    Qarşısını necə almalı?

    Yuxuda olan zaman ağzınızdan su axması məlum olmayan sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyənləşdirməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət edin.

    Ağzınızdan su gəlməsi hər hansı ciddi xəstəlik əlaməti deyilsə, öz üsullarınızla bunun qarşısını ala bilərsiniz. Məsələn, yastıq alçaqdırsa, onu hündürüylə dəyişdirə bilərsiniz.

    Həmçinin şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə dəyişiklik yaranırsa, həkiminizə bildirin. Burun əti və ya anatomik pozğunluq olursa, qulaq, burun, boğaz həkiminə gedib vəziyyət aydınlaşdırın və müvafiq müalicəyə başlayın.

    Həkimlər kürəyi üstə yatmağı tövisyə edir. Çünki belə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız, vəziyyətinizdə əhəmiyyətli dəyişiklik olduğunu görəcəksiniz. Bədəninizin şaquli vəziyyətdə olması kömək edəcək ki, ağzınız qapalı qalsın.

  • Klinikalarda boşuna təyin olunan analizlər – Qara siyahıda D vitamini də var

    Tibbi təcrübədə boşuna verilən, təyin olunan, vaxt və pul itkisi hesab edilən analizlərin qara siyahısı hazırlanıb.
    Onları vermək və nəticələri xəstənin müalicəsinə elə də qiymətli məlumat vermir.

    Median.Az medicina.az-a istinadən bizim klinikalarda da az qala hər xəstəyə təyin olunan analizlərin qara siyahısını təqdim edir:

    1.Disbakterioz təyini üçün əkmə analizi

    Disbakterioz adlı xəstəlik Dünya Səhiyyə Təşkilatının siyahısında olmadığı kimi belə analiz də mövcud deyil.
    Qarın işləməsi, pozulması, ishal, qıcqırma zamanı bağırsaq mikroflorasında zərərli və faydalı bakteriyaların miqdarını yoxlamaq üçün nəcis əkməsi verilir. Daha çox uşaqlarda bu analiz təyin olunur.

    Analiz heç bir dəqiq informasiya vermir, çünki bağırsaqda 2000-dən çox bakteriya növü yaşayır, analiz materialına isə cəmi 150-200 növü düşə bilər.
    Laboratoriya isə cəmi 20 növ bakteriyanı təyin edə bilir. Ona görə, bu analiz absurd və mənasızdır, bağırsaqların xəstəliyini göstərmir, müalicəyə əsas vermir.

    2.Qanda vitamin D təyini analizi

    Bu gün hər kəsi bu analizə göndərirlər. Qiyməti də ucuz deyil. İnsafən Azərbaycan günəşdən kasad ölkə olmasa da, əhalisi D vitamini defisiti yaşayır.
    Bu analizi həqiqətən əlamətlər və zahiri simptomlarla D vitamini əskikliyinə şübhə olanda verirlər.

    Əgər insan normal qidalanırsa, küçədə, açıq havada çox olursa, yayda günəş şüası alırsa, D vitamini normaya yaxın olmalıdır.
    Amma qış aylarında hər bir kəs D vitamini və Bad qəbul etməlidir.

    Risk qrupuna daxil insanlar:

    -Bütün günü qapalı şəraitdə işləyənlər
    -Evdən, ofisdən çölə az çıxanlar
    -Yaşlılar, hamilələr
    -İmmun xəstəliyi olanlar
    -Qanda fosfor və kalsiumu az çıxanlar
    -Yeni doğulmuşdan 3 yaşa qədər körpələr
    -Osteoporozu olanlar

    3.İmmunoqramma

    Bu analizlə immun sistemin aktivliyini göstərən antitel və digər maddələrin sayı yoxlanılır. Bu tez-tez xəstələnən və zəif insanlara təyin edilir. Əslində isə bu analiz effektsizdir, həkimə dəqiq məlumat vermir, çünki immun sistemi yoxlamağa heç bir analizin gücü yetməz.

    Əgər siz ciddi immun çatışmazlığı xəstəliyindən əziyyət çəkmirsizsə, normal insanlar kimi yaşayırsızsa, deməli, sizin immunitetiniz işləyir, onu bahalı analizlə yoxlamağa gərək yoxdur.

    Hətta analizdə normadan yayınmalar görünsə də, siz onu düzəltmək üçün heç nə edə bilməyəcəksiz.
    Nə bahalı immun dərmanları, siroplar, nə xalq təbabəti immun sistemi möhkəmlətmir.

    İmmunoqramma analizi çox ağır xəstələrə, birincili və ikincili immundefisitdə, QİÇS kimi xəstəliklərdə təyin oluna bilər

    4.Mikoplazma və ureaplazma əkməsi

    Sidiklə verilən bu bakterioloji analiz sistit, uretrit, vaginit, sidik və böyrək xəstəlikləri ilə gələn hər xəstəyə, eləcə də hamilələrə çox təyin olunur.
    Amma alimlər bu mikrobları təyin etmək üçün analizə ehtiyac olmadığını bildirir.

    Mikoplazma və ureaplazma hər insanın sidik sistemində yaşayır, ona görə analiz onları 100% göstərəcək.
    Avropa həkimləri hətta bu bakteriyalar tapılsa belə, müalicə üçün antibiotiklərə başlamır. Bu dərmanların da faydası sübut olunmayıb.

    5.Mədədə helikobakterinin seroloji analizi

    Helicobacter Pylori – mədə yara, xora, qastritinin birinci səbəbkarıdır.

    Seroloji analiz bu infeksiya ilə mübarizə aparan antiteli aşkarlayır. İndi bu analiz effektsizdir. Lakin xəstəxanalar hələ də onu təklif edir.
    Avropa və Amerika helikobakterini nəfəs testi və ya nəcis analizi ilə təyin edir.

    6.PSA analizi

    Bu analiz prostat vəzi xərçəngini təyin etməkdə 40 yaşından yuxarı hər kişiyə təyin olunur.
    Lakin çoxsaylı araşdırmalar göstərib ki, PSA yüksək çıxması heç də xəstədə artıq xərçəng olacağını göstərmir.

    Yüksək PSA çıxdıqda, xəstəyə əlavə müayinələr təyin olunur, dərmanlar yazılır, xəstə stres keçirir.

    Halbuki bu analizlə yanlış müalicə edilən xəstələr olub. Bu test 55 yaşdan sonra kişilərə həkim təyinatı ilə edilə bilər. O yaşa qədər mənasızdır və tam informativ deyil.