Category: Maraqlı

  • Uşaqları infeksion xəstəliklərdən necə qoruyaq? — VİDEO

    “Mövsümü xəstəliklər əsasən hava və damcı yolu ilə keçir. Belə hallarda qoruyucu maskadan istifadə etmək faydalıdır”.

    Median.Az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Respublikanın Baş İnfeksionisti Cəlal İsayev deyib.

    Onun sözlərinə görə, infeksion xəstəliklərə yoluxmamaq üçün qida rasionuna diqqət yetirmək və təmiz havada çox gəzmək də lazımdır.

  • Bu insanlara naringi yemək OLMAZ — XƏBƏRDARLIQ

    “Naringi meyvəsinin həm faydası həm də zərərləri var”.
    Median.Az
    “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə müsahibəsində rusiyalı dietoloq Yelena Solomatina deyib.

    “Naringini yemək olar və lazımdırda.Bu meyvənin tərkibində çox miqdarda vitamin, mikro və makro elementlər, antioksidanlar var. Bundan əlavə naringi bakterial göbələklərin böyüməsinə də maneə olur”.

    Bundan əlavə mütəxəssis sitrus meyvələrinin payız-qış aylarında xüsusilə faydalı olduğunu da qeyd edib. Çünki onların tərkibində olan C vitamini virus xəstəliklərinin profilaktikası üçün böyük faydaları var.
    Dietoloq həmçini naringinin hansı xəstəlikdən əziyyət çəkən insanlara qadağan olduğunu da açıqlayıb.

    “Mədə-bağırsaq xəstəlikləri, qastrit və mədənin turşuluğu çox olan insanlara naringi qəbul etməməyi tövsiyə edirəm. Naringini həmçini ac qarnına yemək təhlükəlidir. Çünki boş mədəyə qəbul edilən meyvə sağlam insanlara belə pis təsir göstərə bilər”,- deyə qeyd edib.

  • İnsanın naməlum əcdadı tapıldı

    Almaniya, Bolqarıstan, Avstraliya və Kanadadan olan beynəlxalq alimlər qrupu 11,6 milyon il əvvəl miosen dövründə yaşamış indiyə qədər elmə məlum olmayan primat növünün daşlaşmış qalıqlarını aşkar edib. Tapıntı meymun və insanların son ümumi əcdadının necə olduğunu təxmin etməyə imkan verir.

    Məqalə “Nature” jurnalında dərc olunub.

    Ətrafların sümüklərinin saxlandığı yeni növ “Danuvius guggenmosi” adlandırılıb. Bu heyvan ön pəncələri ilə budaqlardan yapışaraq sallana bilərdi, lakin gibbon və ya oranqutan kimi digər meymunlardan fərqli olaraq, tez-tez gəzmək üçün istifadə edilən düz arxa ətraflara malik idi. Həmçinin primatın baş barmağı var idi ki, bu da “D. Guggenmosi”nin barmaqların sümüklərinə deyil, ayaqlarına söykəndiyini göstərir.

    Əvvəllər alimlər hesab edirdilər ki, ikiayaqlı hominid həmişə dörd pəncənin bütün aşağı səthinə dirənən dördayaqlı primatdan yaranıb. Lakin “D. Guggenmosi” həm ağaca dırmaşma, həm də arxa ayaqları üzərində gəzişməni ehtiva edən tamamilə fərqli hərəkət edirdi.

  • Qaranlıqda telefonla oynayanlar kor ola bilər – ALİMLƏR

    Mobil telefon asılılığı olduqca qorxulu bir təhlükə olaraq ortaya çıxıb. Həkimlər yataqda smartfon istifadəsinin “göz iflici”nə səbəb olduğunu söyləyiblər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bir çox insan yatmazdan əvvəl smartfonlar vasitəsilə sosial mediaya baxır, oyun oynayır və ya bir şey oxuyur. Əslində bu günümüzdə olduqca adi bir haldır. Ancaq bu günahsız vərdişin gözlərə ziyanı hətta göz iflicinə səbəb olacağını bilirsinizmi?

    Çində bir adam, qaranlıqda daim telefonuna baxdıqdan sonra müvəqqəti korluq yaşadığı üçünhəkimə müraciət edib. Çinli həkim Lei Tao, elektron cihazlara uzun müddət baxmağın göz iflicinə səbəb ola biləcəyini söyləyib. Hər ay ən azı 20 gənc xəstəliyi müvəqqəti korluq səbəbiylə xəstəxanaya gəlir.

    Retinada damarların tıxanması korluğa səbəb olan bu xəstəliyin ani, ciddi və ilk əlamətidir. Araşdırmalara görə, göz iflici xəstəliyi hər il artır və xüsusilə gənclər arasında yayılır. Bu, yalnız müvəqqəti deyil, həm də xəstənin həyat keyfiyyətinə və cəmiyyətdə fəaliyyətinə təsir edən davamlı korluqla da nəticələnir.

    Bir gözdə qəfil görmə itkisi, smartfon korluğunun ilk əlaməti. Bu adətən qaranlıqda bir tərəfi üstə yatıb, telefonun ekranına tək gözlə baxmaqdan yaranır.

    Ümumiyyətlə narahatlıq 15 dəqiqə ərzində yaxşılaşır, ancaq daha uzun müddət çəkərsə təcili olaraq bir həkimə yaxınlaşmaq lazımdır.

  • Dünyanın ən xoşbəxt xalqı məlum oldu

    “Eurostat”ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən özünü ən az xoşbəxt hiss edənlər latviyalılardır.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, aparılan sorğularda məlum olub ki, Latviya əhalisinin yalnız 31 faizi özünü xoşbəxt hiss etdiyini bildirib. Özlərini ən xoşbəxt hiss edənlər Belçikada (76 faiz) yaşayır.

    Bundan əlavə on ballıq şkala üzrə insanların həyat şəraitindən razılığı da hesablanıb. Belə ki, Avropa İttifaqı üzrə ortalama razılıq faizi 7,3 təşkil edib. Latviyada bu göstərici 6,7, Estoniyada 7, Litvada 6,4-dür. Burada ən az göstərici Bolqarıstanda (5,4), ən yuxarı isə Finlandiyada (8,1) qeydə alınıb.

  • Fil turistlərin gözü qarşısında ərazisinə gələn begemota dərs verdi — VİDEO

    Zimbabvedə “National Park”da turistlər fil və begemot arasındakı qarşıdurmanın şahidi olublar. Şahidlər tərəfindən çəkilən görüntülər “Newsflare” saytında yerləşdirilib.

    Belə ki, begemot fillərin əhatə etdiyi su hövzəsinə tərəf getmək istəyib. Fillərdən biri bu hərəkəti bəyənməyib. Kadrlardan da göründüyü kimi fil sürətlə begemota tərəf gedib və xortumu ilə onu yaxalamağa çalışıb. Üstəlik yüksək səslə bağırmağa başlayıb. Begemot bundan qorxaraq sürətlə fildən qaçmağa çalışıb.

    Qeyd edək ki, “National Park”da yüzə yaxın məməliyə rast gəlinir. Fil və begemotlarla yanaşı, burada aslanlar, fərqli cinslərdən olan itlər, çita və Afrika bəbirləri var.

  • Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

    Qida qəbulu zamanı tez doyma halı qaraciyər xərçənginin ilkin əlaməti ola bilər.

    “Express.co.uk” xəbər verir ki, Britaniyanın Xərçəng tədqiqatları mərkəzinin mütəxəssisləri belə qənaətə gəliblər.

    Alimlərin sözlərinə görə, ciyərdəki şiş təzyiqi artırır və damarlardakı maye qarın boşluğuna sıxışdırılır ki, bu da öz növbəsində yalançı doymaq hissi yaradır.

    Onkoloji xəstəliyin digər əlamətləri çəkinin azalması, dərinin və gözlərin saralması, qaşınma və zəiflik ola bilər.

  • Dünyanın ən çox tələb olunacaq peşələri

    Mütəxəssislər yaxın on ildə ən çox tələb olunacaq peşələrin siyahısını hazırlayıb.

    Siyahıda həm 2020–2023-cü illərdə yüksək tələbat görəcək perspektivli peşələr müəyyənləşdirilib, həm də gələcəkdə, 2024–2025-ci illərdən sonra ortaya çıxacaq peşələr göstərilib.

    Həmin siyahını sizə təqdim edirik:


    Biomühəndis

    Müxtəlif tibbi problemləri həll etmək, sağlamlığı qorumaq üçün biologiya və tibbdə mühəndislik prinsiplərindən istifadə edərək canlı orqanizmin xüsusiyyətlərini öyrənən və dəyişdirən (eyni zamanda yenisini inkişaf etdirən) mütəxəssis.


    Biofarmokoloq

    Yeni bioloji məhsulların – canlı bioloji sistemlərin, bədən toxumalarının, biotexnologiyaların köməyi ilə əldə edilən tibbi məhsulların yaradılması üzrə mütəxəssis.


    “Ağıllı” cəmiyyət yaradıcısı

    İşləməsi, idarə olunması, yenidən qurulması və optimallaşdırılması üçün zəruri olan məlumatları müstəqil qəbul və ötürmə qabiliyyətinə malik texnologiyalar hazırlayan İT mütəxəssisi.


    Kiber təhlükəsizlik üzrə mütəxəssis

    Xüsusi infrastrukturun yaradılması, dəstəklənməsi və yaxşılaşdırılması, informasiya sistemləri və rəqəmsal mühitin kiberhücumlardan, məlumatların sızmasından, digər kiber təhdidlərdən qoruyan, habelə kiber cinayətlərin araşdırılmasında iştirak edən İT mütəxəssisi.


    Neyropsixoloq

    Onun fəaliyyəti psixologiya və nevrologiyanın kəsişməsindədir. O, beynin quruluşu və prinsipləri ilə zehni proseslər və insan davranışları arasındakı əlaqəni öyrənir.


    Proqramist

    Bu peşə hazırda da çox tələb görür və insan həyatının, fəaliyyətinin bütün sahələrinin rəqəmsallaşdırılmasını nəzərə alsaq, getdikcə bu tendensiya daha da zəruri hal alacaq.


    3D çap üzrə mütəxəssis

    Riyazi və yaradıcılıq qabiliyyətləri olan üçölçülü dizayn üzrə mütəxəssis.

    Bu iş müxtəlif sahələrdə, memarlıq, inşaat, tibb, geyim və ayaqqabı istehsalında da tələb görəcək.

  • Alimlər siqaret çəkməklə şizofreniya arasında bağlılıq aşkarladılar – TƏDQİQAT

    Britaniyalı genetiklər siqaret çəkən insanlarda şizofreniya xəstliyi və depresiya ehtimalının daha çox olduğunu müəyyən ediblər. Onların tədqiqatı “Psychological Medicine” nəşrində dərc olunub.

    Elmi tədqiqat üçün alimlər yarım milyon britaniyalıdan DNK analizi götürüblər.

    Onlar müəyyən ediblər ki, şizofreniyadan və depresiyadan əziyyət çəkən insanlar digrlərindən daha çox siqaret çəkiblər.

    Alimlər hesab edirlər ki, nikotin beyin hüceyrlərinə mənfi təsir göstərir – serotanin və dofaminin sintezinə maneə törədir.

  • Kişilər və qadınlar üçün təhlükəli “ölüm yaşı”nı alimlər tapdı

    Amerikalı və finlandiyalı alimlər kişilər və qadınlar üçün ürək-damar xəstəliyindən ölüm riskini artıran təhlükəli yaşı açıqlayıblar.

    Median.Az xəbər verir ki, Texas sağlamlıq mərkəzinin mütəxəssisləri Helsinki mərkəzi xəstəxanasının əməkdaşları ilə birlikdə bu mövzuda tədqiqat apararaq bir neçə min insanın tibbi göstəricilərini təhlil ediblər. Məlum olub ki, qadınlarda təhlükəli yaş 30-dan sonra başlayır. Belə ki, qadın cinsinin nümayəndələrinin çoxunun infarkt və iflic riski artır. Kişilərdə təhlükəli yaş 40-dan sonra başlayır.

    Həkimlər ürək-damar sisteminin problemindən yayınmaq üçün düzgün qidalanma, idmanla məşğul olmağı və zərərli vərdişləri tərgitməyi məsləhət görürlər.

    Xatırladaq ki, danimarkalı elm adamları psixiatrik xəstəliklər və ömür uzunluğu ilə əlaqə olduğunu müəyyənləşdiriblər. Mütəxəssislərin sözlərinə görə, psixi xəstəliklər ömrü 7-10 il azaldır. /lent.az