Category: Maraqlı

  • Şorabanı çox yeyənlərə xəbərdarlıq — TƏHLÜKƏ VAR

    Maraqlıdır, turşuların həqiqətən də insanlar üçün mənfi təsiri ola bilərmi? Qış aylarında ən çox istifadə edilən qidalardan biri də turşu və şorabadır. İştahanı artırmaq üçün insanların əksəriyyəti yemək zamanı turşu istifadə edir Bəs bunun insan orqanizminə təhlükəsi varmı? Bəzi həkimlər çox turşu yeməyin insan üçün zərərli olduğunu bildirirlər.

    Median.Az bildirir ki, terapevt Həsən Məmmədovun Lent.az-a dediyinə görə, turşunun zərəri faydasından çoxdur:

    “Bu qida növünün bəzi mikroblara qarşı öldürücü təsiri olsa da, ümumilikdə insan orqanizmi üçün olduqca təhlükəlidir. Çünki turşu insanlarda qan təzyiqinə, böyrək xəstəliklərinə, qaraciyərdə və digər orqanlarda problemlərə səbəb ola bilər.
    Qeyd edim ki, turşu ilə tez-tez qidalanmaq qan təzyiqi çox olan insanlarda ürək döyüntüsünü artırır. Bundan başqa, turşu və şorabalarda olan duz onurğada, skelet əzələlərində və müxtəlif orqanlarda yığılaraq narahatlıqla nəticələnə bilər”.

    Həkim onu da deyib ki, duz, un və şirniyyatlar da insan orqanizmi üçün olduqca zərərlidir.

  • Bu ştrix kodu olan məhsulları almayın, süni və zərərlidir – Azərbaycanda da var

    Ərzaq məhsullarının üzərində bu ştrix kodlar varsa, ondan yan keçməyiniz məsləhətdir: 6-90 -dan 6-93-ə kimi.
    Bu kod məhsulun Çində istehsal olunur. Amma hər məhsul da kodlu olmur. Xüsusən tərəvəzlər, çəki ilə satılanlarda kod tapa bilməyəcəksiz.

    Hazırda Çin MDB ölkələrinə ən çox qida ixrac edən ölkədir. Ümumiyyətlə, 20 ildən sonra Çİn bütün dünya əhalisinin 20%-ni yedirəcək.
    Median.Az medicina.az-a istinadən bu məhsulların hansı zərər verdiyini araşdırıb.

    Birinci səbəb Çinin hava, su çirklənməsi, ekologiyadır.

    Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Çinin 70% ərazisində havanın çirklənməsi 5 dəfə artıqdır. Ölkənin 75% çayları, su hövzələri kirlənib. Torpaq sahəsi isə əkinçilik üçün çoxu yararlı deyil.

    Buna baxmayaraq Çİn həm milyardlıq əhalisini doyurmaq, həm də qazanmaq üçün kənd təsərrüfatı məhsulları yetişdirib digər ölkələrə ixrac edir. Bu məhsulların ucuz olması isə Rusiya, MDB dövlətləri kimi ölkələr üçün cəlbedicidir.
    Ən çox nə gətirilir:

    1.Birinci yerdə balıqdır.

    Süni göllərdə yetişdirilən treska, tıxsız balıq və tilapiya. Bu balıqlar cəmi 1 aya çox çirkli sularda hormon və antibiotiklərlə yetişdirilir. Analizlər göstərib ki, Çin tilapiyasında 80% çox fosfor var.
    Bu balıqlar böyrək və qaraciyəri çökdürür, damarları tutur.

    2.Alma şirəsi

    Xüsusən uşaqlar üçün hazır alma şirələrini hətta ABŞ belə Çindən alır. Rusiya və digər ölkələrə Çİn alması etiketsiz gəlir, ona Rusiya, Qazaxıstan etiketi vurulur və başqa adla satılır. Məhz ucuz və pestisidli Çin almasından alma şirələri, alma püreləri hazırlanıb marketlərə paylanılır.

    3.Sarımsaq

    Yəqin ki, marketlərdə eyni ölçüdə, ağappaq və qoxulayanda kəskin sarımsaq qoxusu belə gəlməyən ucuz sarımsaqları ilboyu, hətta soyuq qışda belə görürsüz. Hazırda Azərbaycanda 90% marketlərdə Çin sarımsağı satılır. Onların üzərini xüsusi məhlulla işləyirlər ki, uzun müddət qalsın və çürüməsin.
    Əslində təbii torpaqda yetişən əsl sarımsaq bir müddət sonra çürüyüb, quruyub, cücərməlidir.
    Məlum olub ki, Çin sarımsağının suvarıldığı suda plastik zərrəcikləri və qrunt suları toksinləri var.

    4.Duz

    İndi Avropa bazarlarına da Çin duzu sızıb. Çinlilər qida yox, sənaye duzunu elə formada işləyib dəyişirlər ki, qida duzundan fərqlənmir. Onun tərkibi də plastiklə zəngindir.

    2008-ci ildə Çinin özündə süd ilə bağlı böyük qalmaqal olmuşdu. Südün tərkibində melamin aşkarlanmışdı. Bu maddəyə görə 300 min uşaq zəhərlənmişdi, 7 uşaq isə ölmüşdü. Əgər Çin hökuməti öz vətəndaşlarına belə südü satıbsa, deməli, bu südü digər ölkələrə də satır.

    Ona görə Çin istehsalı sarımsaq, duz, tilapiya balığı, eləcə də şübhəli xarici marka südlərindən, 6-90 kodlu qida məhsullarından uzaq durun.

  • Uşağın beynini necə inkişaf etdirək?

    Beyni inkişaf etdirməyin müxtəlif yolları var. Müəxəssislərin fikrincə, yaxşı olar ki, valideynlər uşaqlarının beyninin inkişafına kiçik yaşlardan başlasınlar.

    Median.Az xəbər verir ki, uşağın beynini inkişaf etdirəcək 5 möhtəşəm üsul mövcuddur:

    – Onu video-lentə alın, əvvəl səsini dinlədin, sonra həmin görüntünü izlədin. Övladınızın beyin inkişafında bu misilsizdir. Bu videolarda o özünü seyr edərək, harada səhv olduğunu tədricən sezə biləcək. Məsələn, şeir söyləyəndə – daha gözəl necə edə biləcəyini özü görə biləcək.

    – Mütaliə etməsinə və xəyal qurmasına şərait yaradın. Mütaliənin beyin inkişafında gördüyü işlərin həcmi inanılmazdır. Övladınız düşüncələri oxuyaraq, düşünməyi öyrənər. “Xəyallar elmdən üstündür” deyən Eynşteynə qulaq asaraq, onu da xəyal qurmağa sövq edin. Xəyal qurmaq uşaqda yaradıcı zəkanı inkişaf etdirir.

    – Ondan hekayələr qurmasını istəyin. Övladınızın hekayələr danışması fərdi inkişaf baxımından əla fürsətdir. Ondan günün necə keçdiyini söruşun. Danışmaq beyni inkişafı etdirən ən əla üsuldur. Fkirlərini, duyğularını, istəklərini dilə gətirməkdə ürəkləndirilən uşaqların beyin inkişafı sürətlənir.

    – Ondan danışdıqlarının rəsmlərini çəkməsini istəyin. Uşaq danışdıqlarını kağız üzərinə köçürəndə beynin bir çox nöqtəsini xəbərdar etmiş olur və bu da inkişafa dəstək verən yaradıcı bir amildir.

    – Ona özünü sevmək və özünə hörmət etmək məsələsində daim dəstək olun. Özünü sevən və hörmət edən uşaqların beyin inkişafı çox sürətli olur. Onda uşağınız inandığı şeyləri etməkdə və anlamaqda hər zaman uğur qazanacaq.//axar.az

  • Uşaqlarda HİPERAKTİVLİK – Səbəblər və əlamətlər

    Median.Az saglamolun.az-a istinadən psixoloq Vüsalə Hüseynovanın yazısını təqdim edir.

    Hiperaktivlik uşağın yaş və inkişaf səviyyəsinə uyğun olmayan aşırı hərəkətlilik, istəklərini ərtələyə bilməmə (impulsivlik) və diqqət yayınıqlığı ilə müşahidə olunan psixoloji problemdir.

    Başlama yaşı 3-4 yaş olaraq görülsə də, əlamətlər daha erkən vaxtlarda özünü göstərə bilir. Hələ körpəlik dövründən uşağın az yatması, narahatlığı, tez-tez ağlaması hiperaktivliyin ilkin göstəricilərinə misal ola bilər.

    Oğlanlarda qızlara nisbətən 3-4 dəfə daha artıq müşahidə olunur.

    Hiperaktivliyin hansı səbəblərdən yaranması elmə hələ tam aydın olmasa da, bununla bağlı müəyyən fikirlər mövcuddur.

    Genetik yolla ötürülmə: Hiperaktiv uşaqların birinci dərəcəli qohumlarında da bu tip əlamətlər görülməkdədir. Ailə ilə bağlı edilən araşdırmalarda üzə çıxan nəticələr onu göstərir ki, hiperaktiv uşaqların ata-analarında bu əlamətlərin görülmə ehtimalı 2-8 dəfə , bacı-qardaşlarında isə başqa uşaqlarla müqayisədə 2-3 dəfə daha çox rast gəlinir. Həmçinin əkizlər üzərində aparılan tədqiqatlarda eyni yumurta əkizində problemin cüt görülmə ehtimalı 80-90%, fərqli yumurta əkizlərində isə 30%-dir.

    Mühitin təsiri: Birbaşa olaraq hiperaktivliyə səbəb olmasa da, genetik yatqınlığı olan şəxslərdə bu problemin üzə çıxmasına şərait yaradır. Bu təsirlərə ailənin quruluşu, keçirdiyi travmatik hadisələr, doğum öncəsi (hamiləlik dönəmində ananın keçirdiyi stress, istifadə etdiyi zərərli maddələr), doğum anı (ərkən doğum) və doğum sonrasında (keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar və s.) baş verən müəyyən hadisələr aiddir.

    Hiperaktivliyin əsas göstəriciləri aşırı hərəkətlilik, diqqət yayınıqlığı və impulsivlikdir (istəklərinə, danışığına və hərəkətlərinə nəzarət edə bilməmə). Bəzi uşaqlarda bunların ikisi qabarıq görüldüyü halda (məsələn, diqqət dağınıqlığı ilə hərəkətlilik və ya impulsivliklə hərəkətlilik), bəzi qismində 3-cü dərəcəli hiperaktivlik adlandırdığımız ən ağır forma impulsivlik, diqqət yayınıqlığı və hərəkətliliyin üçü birgə görülür.

    Hiperaktivliyin əsas əlamətləri:

    – çox ağlamaq,

    – az yatmaq,

    – yatılı vəziyyətdə də çox hərəkət etmək,

    – oturmağı sevməmək, otursa belə, əlini- ayağını oynatmaq,

    – nəticəni düşünmədən özünü təhlükəyə atmaq,

    – evdə divanın üstündə gəzmək,

    – diqqətini bir işə və ya dərsə verə bilməmək,

    – başqa uşaqları itələmək, vurmağı sevmək,

    – tez həyəcanlanmaq və əsəbləşmək.

    Hiperaktivlik yeniyetməlik və yetkinlik dönəmində aşırı hərəkətliliklə müşahidə olunmasa da, uşaqlıqda düzgün korreksiya olunmayıbsa və sağlıqlı ailə ortamı yaradılmayıbsa, diqqət yayınıqlığı, qərarsızlıq, depressiyaya meyillilik, bir yerdə qərar tuta bilməmə, unutqanlıq kimi hallar özünü göstərə bilər.

  • Çində pomidor “5G” texnologiyası ilə yetişdirilir

    “Daoji Agriculture” şirkəti tərəfindən “ağıllı” əkinçilik texnologiyasının inkişafı proqramı çərçivəsində Çinin şərqində yaradılmış və beşinci nəsil (5G) texnologiyasını dəstəkləyən “ağıllı” istixanada ümumilikdə 18 pomidor çeşidi yetişdirilir.

    Median.Az “ictnews”a istinadla xəbər verir ki, Çinin Çjetszyan əyalətində yerləşən Vujen şəhərində 2019-cu ilin martında ilk “5G” baza stansiyaları istifadəyə verilib.

    2019-cu ilin oktyabrın sonuna olan məlumata görə, Vujen şəhəri “China Mobile” operatorunun beşinci nəsil şəbəkəsi ilə tam əhatə olunub. Qeyd edək ki, bu şəhərdə hər il Ümumdünya İnternet Konfransı (“World Internet Conference”) keçirilir.
    “SCMP” nəşrinə müsahibəsində “Daoji Agriculture”nin baş direktoru Donq Yonqze şirkətin “5G” istixana layihəsinə təxminən 1,4 milyon dollar investisiya qoyduğunu bildirib.

    Yeni nəsil mobil rabitə 2800 pomidor kolunun yetişdirildiyi 32 kv.m-lik istixanada mükəmməl şəraitin yaradılmasına kömək edir. “China Mobile” şirkətinin “5G” şəbəkəsinə qoşulmuş sensorların köməyi ilə bitkilərin suvarılması və qidalı maddələrlə təmin edilməsi təşkil edilib. Real vaxt rejimində işləyən sensorlar, demək olar, hər bir şeyə nəzarət edir: temperatur, işıqlandırma, suvarma tezliyi, rütubət və gübrə verilməsi. “5G” texnologiyası sayəsində məlumatlar real vaxt rejimində idarəetmə sisteminə daxil olur və sonuncu daha sürətli rabitə sayəsində sazlamaları daha dəqiq tənzimləməklə bol məhsul əldə etməyə kömək edir.

    Həmçinin istixanada “5G” şəbəkəsinə qoşulmuş zərərvericilərə və xəstəliklərə qarşı mübarizə sistemi işləyir.

  • Kofe cavanlaşdırır, amma…

    Alimlər orqanizmdə yaşlanma prosesini ləngidə bilən 8 məhsulun adını açıqlayıblar. Onlardan biri də qəhvədir. Alimlər hesab edir ki, qəhvə cavanlaşdırır. Amma bu, bütün qəhvələrə aid deyil. Burada söhbət bişmiş qəhvədən gedir, bişməmiş, sadəcə, suda həll olunan qəhvə analoqundan yox.

    Amerika Milli Onkologiya İnstitutunun tədqiqatçıları hesab edirlər ki, əsl, yəni bişmiş qəhvədə olan bioloji aktiv birləşmələr melanomadan (dəri xərçəngi) qorunmağa kömək edir. Mütəxəssislərin bədəndə qocalma prosesini ləngitdiyini iddia etdikləri məhsullardan biri də tünd şokoladdır. Onların fikrincə, tünd şokolad antioksidantlar və flavonoidlərlə zəngindir. Dəriyə müsbət təsir göstərir.

    Sonra yaşıl çayın adı çəkilir. Onun tərkibindəki kollagen və polifenollar dəri üçün “tikinti materialı” dır.

    Pomidor, avokado, yaban mersini və qarpız da dərinin cavan qalması üçün çox faydalıdır. Onların tərkibində çox miqdarda lif, yağ turşuları və kalium var. Bundan əlavə, göyərti dərini hamarlaşdırır.

    Dietoloqlar hesab edir ki, bu qidalardan biri də ən çox omeqa-3 yağı ilə zəngin olan qızılbalıqdır.

  • Valideynlərin nəzərinə – Aspirin uşaq ölümünə gətirir

    Aspirin on iki yaşa qədər olan uşaqlara yalnız qrip deyil, digər xəstəliklər zamanı da əks göstərişlidir.

    Bu barədə rusiyalı həkim İrina Yartseva “Zvezda” telekanalına bildirib.

    O qeyd edib ki, virus infeksiyası ilə asetilsalisil turşusunun uzlaşması uşaqda Rey sindromunun yaranmasına səbəb ola bilər. Bu xəstəlik zamanı qaraciyər sıradan çıxır.

    “Heç kim də düşünmür ki, uşaqda belə bir hal ola bilər. Ona görə də, qaraciyəri yoxlamaq, və ya müayinə etmək heç kimin ağlına gəlmir”, – deyə həkim bildirib.

    Yartsevanın sözlərinə əsasən, bu cür ağırlaşma uşağın ölümü ilə nəticələnə bilər.

  • Gələcəkdə ofis işçilərinin bədəni belə olacaq — Dəhşətli görüntü – VİDEO

    Alimlər 10 ildən artıq ofis şəraitində çalışan ofis işçisinin, belə deyək “yazı -pozu, computer işində” çalışanların görünüş, bədənini modelizə edib, proqram maketini hazırlayıblar.

    Median.Az medicina.az-a istinadla xəbər verir ki, alimlər Fransa, Almaniya, Britaniyada 3,500 ofis işçisi arasında sorğu keçirmiş, onların bədənlərində, sağlamlıqlarında illər ərzində nə kimi dəyişikliklər baş verdiyini öyrəniblər. Onların cavablarından və gələcəkdə həmin dəyişikliklərin daha da dərinləşəcəyini də nəzərə alıb, Emma adlı ofis işçisinin modelini hazırlayıblar.

    Emmanın 38 yaşı var, uzun saatlar monitora baxdığından gözləri dərinləşib və daim qızartılıdır.

    Dərisinin rəngi sağlam və parlaq deyil, alnı qırışıb və üzü narazı görkəmdədir, çünki qadın daim açıq havada yox, süni işıqlandırılmış otaqda gününü keçirib.
    Günün 8 saatını oturduğu üçün ayaqlarında varikoz var, beli və ayağı, qarnında artıq çəki, piy qatı var, onurğası, qaməti əyridir, boynunda isə qabarıq əmələ gəlib.
    Qadının əlləri, ayaqları gün sonuna şişir.

    Alimlər ofis işçilərinin iş şəraitlərinin, istirahət və idman vaxtlarının artırılmasının vacibliyini bildirir. Çünki bu insanlar 50-60 yaşa doğru səhhətlərində digər peşələrə nisbətdə daha çox problem yaşayacaqlar.

  • Evdəki bu əşya xərçəngə səbəb olur – ÜST xəbərdarlıq etdi

    Evdə nə qədər təmizlik aparmağımızdan asılı olmayaraq, bakteriyalar bəzən fərqli yerlərdə qarşımıza çıxır. Median.Az medicina.az-a istinadən bildirir ki, gözlənilməz yerlərdə toplaşan bu bakteriyalar sağlamlığımızı təhdid edir. Bəs, xərçəngə səbəb olan bu bakteriyalar evimizin əsasən hansı hissələrindədir?

    Qab yuyan süngər

    Bütün günü təmizləyici vasitələr ilə köpüklədiyimiz süngərin milyonlarla bakteriya daşıyacağını düşünməmiş ola bilərik, amma təəssüf ki, bu həqiqət deyil. Tədqiqatlar göstərir ki, bir qab süngərinin bir kvadrat santimetrində 50 min bakteriya yaşayır. Buna görə bu süngərləri həftədə bir dəfə dəyişdirməli və ya hər gün ağartma ilə islatmalısan.

    Su kranları

    Hər gün təmizlənməsi üçün su tökdüyümüz bir bölgənin təmiz ola bilməyəcəyi təsəvvür edilmir. Ancaq alimlər bir mətbəx kranının hər santimetrində 6 min bakteriya yaşadığını söyləyir. Eyni şəkildə vanna otağı kranları bu şəkildə minlərlə bakteriya qəbul edir.

    Kompüterlər

    Əlinizdə olan kompüterləri gün ərzində tez-tez təmizləməlisiniz. Çünki əllərinizlə toxunduğunuz hər yerdən bakteriya toplayırsınız. Xüsusilə kompüter qarşısında yemək vərdişiniz varsa, bakteriyaların sayı milyonlarla çata bilər. Tez-tez yalnız kompüterinizin ekranını deyil, həm də klaviaturanı təmizləməlisiniz.

    Xalçalar

    Xalçaları nə qədər təmizləsək də, hər növ bakteriyaların saxlandığı yer olduğu fikrinə artıq çoxdan öyrənmişik. Bu səbəblə bir çox xalça markaları antibakterial xalçalar kimi satışa çıxararaq vəziyyətin qarşısını almağa çalışır. Ancaq bilməliyik ki, ayaqlarımızla xalçamıza hər növ mikrobu daşıyırıq və onları hər gün təmizləməliyik.

  • Fitnesin hansı növləri insanı cavanlaşdırır?

    Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitnesslə məşğul olaraq da etmək mümükündür.

    Fitnes – qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb , onun bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə sizin məqəsədinizdən asılıdır.

    Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaq

    Güc sərf olunan məşğələlərdən əzələlərdə yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu somatotropin sayılır.

    Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin – hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir.

    Əgər bu hormonun azlığını hiss etmiriksə, endorfin hormonunun azlığını əhvalın pisliyi ilə çox aydın hiss etmək olar. Bu emosiyalar isə hər bir insanı bir neçə yaş qoca göstərə bilirlər. Əlbəttə ki endorfinin səviyyəsini şokolad yeməklə qaldırmaq olar.Lakin məşğələlədən bu hormonu almaq daha xeyirlidir. Belə ki, şirnidən aldığımız həzz yalnız 40-50 dəqiqə olduqda, məşqdə əldə olunan nəticə ondan isə daha çox olacaq.

    Həmçinin serotonin adlı xoşbəxtlik hormonu haqda da unutmayın. Belə ki, məşğələ zamanı onun istehsalı tezləşir, o isə depressiya və stressin qarşısını alır.

    Məqsəd: ürək və damarları gücləndirmək

    Gəzinti və qaçış bizə bərabər intensiv kardioyüklənməni təmin edərək, infarktın təhlükəsini azaldaraq, ürək-damar sistemini gücləndirir. Bundan əlavə gəzinti və qaçış – arıqlamağa kömək edir, oynaq və əzələləri məşq etdirir, düz qaməti təmin edir, qanı oksigenlə zənginləşdirir və maddələr mübadiləsini aktivləşdirir.

    Məqsəd: qadın sağlamlığını möhkəmlətmək və həyəcandan xilas olmaq

    Yoqa. Heç müşahidə etmisiz ki, yoqa instruktorları hər zaman öz yaşlarından daha cavan görsənirlər? Bunun başlıca səbəbi düzgün tənəffüs, oynaq və bel sümüyünə olan mötədil yüklənmədir. Yoqa ilə məşğul olmaq diqqət konsentrasiyası ilə stressdən azad edir. Bu rasional tənəffüs sayəsində olur ki, o, orqanizmə oksigenin daha çox daxil olmasını təmin edir. Kapilyarların düzgün işləməsi üçün edilən məşğələlər onların oksigeni daxili orqanlar və hüceyrələrə çatmasına kömək edirlər. Bu isə dərinin möhkəmliyi və dərini rəngini gözəl olmasın təmin edir.

    Məqsəd: dərinin vəziyyətinin yaxşılaşdırılması

    Üzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyünə, antiselüllit, qan dövranını yaxşılaşdıran massaj seanslarını əvəz edə bilir. Bel sümüyü və oynaqlara təsir etməyən yüklənmə travma və zədələnmələri aradan qaldırır. Su ilə təmas isə mikrosirkulyasiyanı yaxşılaşdırıraraq,dərinin elastikliliyini artırır.Tezləşən limfaaxını metobolizmin bir çox məhsullarını xaric edərək, hüceyrələrin bərpa olunmasını tezləşdirir.

    Məqsəd: qırışlardan azad olmaq

    Feysbilding – Bu prosedur həm qırışlardan, həmçinin əzələ sıxlaşmalarından azad olmaq üçün istifadə edilir. Bu kimi problemlərdən azad olmaq üçün üzü tam rahatlamaq və lazımı əzələləri məşq etdirmək lazımdır. Bu kimi hərəkətləri həfətədə 3 dəfə requlyar etmək lazımdır.

    Mütəxəssislər həmçinn daha çox su içməyi tövsiyə edirlər, belə ki, su dərini daha elastik edir və xırda qırışların yaranmasının qarşısını alır.(milli.az)