Category: Şou Biznes

  • Miri Yusif qızı ilə rəqs etdi – Video

    Xalq artisti Miri Yusif qızı Adellə kamera qarşısına keçib. 
     
    Müğənni məşhur rəqs trendinə qoşulub. 
     
    O, videonu sosial şəbəkə hesabında yayımlayaraq “Köhnə və yeni” qısa şərhini yazıb. 
     
    Qeyd edək ki, Nərgiz adlı xanımla ailəli olan müğənninin 3 övladı var. 

  • Ancelina Colinin səhhəti pisləşib: Məşhur aktrisaya övladları qulluq edirlər

    Dünyaca məşhur aktrisa Ancelina Colinin səhhətində ciddi problemlər yaranıb.

    Median.Az “Radar Online” nəşrinə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı Bred Pittlə uzunmüddətli məhkəmə çəkişmələrindən sonra Colinin halı pisləşib.

    Hüquqi müstəvidə mübarizələrin stresi aktrisanın sağlamlığına o qədər ciddi təsir edib ki, uşaqları ona gecə-gündüz qulluq edirlər.

    Məlumata görə, “Oskar” mükafatı laureatı 2017-ci ildən bəri vaxtının çox hissəsini Los-Ancelesdəki 24.5 milyon dollarlıq malikanədə keçirir.

    Aktrisanın altı uşağı analarını tək qoymamağa razılaşıb.

    Bir məlumatlı şəxsin sözlərinə görə, aktrisanın sağlamlıq vəziyyəti hər kəsin təsəvvür edəcəyindən də daha pisdir.

    Qeyd edək ki, Coli və Pitt 12 illik münasibətlərdən sonra 2024-cü ilin sonunda rəsmən boşanıblar.

  • Elşad Xose həbs edildi

    Məşhur reper Elşad Xose həbs edilib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

    Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.

    Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını edib.

    Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

  • Məşhur aktyor ev pulunu verə bilmir – İanə toplayır

    Son vaxtlar görünüşü tam dəyişən məşhur aktyor Mikki Rurk borcunu ödəmək üçün vəsait toplamağa başlayıb.

    Qaynarinfo xəbər verir ki, Los Ancelesdəki evin sahibi aktyora icarə haqqını ödəmədiyinə görə məhkəmə iddiası qaldırıb.

    “The Hollywood Reporter”in yazdığına görə, 73 yaşlı aktyor borcunu ödəmək üçün vəsait toplamağa kömək edən populyar platformaya müraciət edib – təxminən 60 000 dollar toplamağı planlaşdırır. Maraqlıdır ki, Rurkun pərəstişkarları artıq ianələr etməyə başlayıblar.

    Mikki Rurkun dostu bildirib: “Mikki indi çox çətin dövr keçirir və bir çox insanın onun üçün narahat olduğunu və kömək etmək istədiyini görmək inanılmaz dərəcədə təsirlidir. Həyat həmişə düz xətt üzrə getmir və onun işləri nə qədər uğurlu olsa da, indi maliyyə çətinliyi ilə üzləşib və bu, onun yaşadığı evi təhlükə altına qoyub”.

    Qeyd edək ki, Rurk mart 2025-ci ildə ayda 5 200 dollara icarə müqaviləsi imzalayıb. Daha sonra bu məbləğ ayda 7 000 dollara yüksəldilib. Dekabrın 18-də isə ona evdən çıxarılma bildirişi gəlib, lakin o, heç bir şərti yerinə yetirməyib.

  • KİV: Amerikalı aktyor Uill Smit cinsi təcavüzdə ittiham olunub

    Amerikalı skripkaçı Brayan Kinq Cozef Kaliforniyanın Los-Anceles şəhərində Hollivud aktyoru Uill Smiti cinsi təcavüz ittiham ilə məhkəməyə verib.

    Bu barədə “Fox News” məlumat yayıb.

    Musiqiçi iddia edir ki, Smit “cinsi istismar məqsədilə” onun etimadını qazanmağa çalışıb.

    İddia ərizəsində qeyd olunur ki, 2025-ci ilin mart ayında skripkaçı Smitin musiqi turnesində iştirak edib və bu müddət ərzində aktyor tərəfindən bir sıra travmatik hadisələr və sistematik təcavüzkar davranışlar yaşayıb.

  • Ajda Pekkan Azərbaycandan gələn cəlbedici təklifdən imtina edib

    Məşhur türkiyəli müğənni Ajda Pekkan Yeni il gecəsində təşkil olunan tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn cəlbedici təklifi qəbul etməyib.

    Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat verib.

    Məlumata görə, tanınmış sənətçiyə Ankaradan, Bakıdan və Kipr şəhərlərindən birindən fantastik təkliflər göndərilib.

    İddia olunur ki, superulduz bir gecə üçün 20 milyon lirə (təxminən 792 min manat) qarşılığında səhnəyə çıxmaqdan boyun qaçırıb.

    Məşhur sənətçinin müalicə olunan bacısı Semiramis Pekkanı tək qoymamaq üçün belə addım atdığı vurğulanır.

    Təşkilatçıların qonorarı artırmaq təklifləri Pekkanın mövqeyini dəyişdirməyib. O, Yeni ili bacısı ilə birlikdə Bodrumdakı villasında keçirib.

  • “Evdə tək” filminin ulduzu Makoley Kalkin pərəstişkarlarına ona yaxınlaşmağı qadağan etdi

    Ən məşhur milad filmlərindən biri olan “Evdə tək” filminin ulduzu Makoley Kalkin pərəstişkarları üçün qaydalar hazırlayıb.

    Bu barədə “New York Post” məlumat yayıb.

    “Yemək süfrəsi arxasında mənə yaxınlaşmayın. Bu mənim xoşuma gəlmir. Uşaqların yanında olanda mənə yaxınlaşmayın”, – deyə Kalkin bildirib.

    O həmçinin əlavə edib ki, ayaqyoluya onun arxasınca getmək qəti qadağandır.

    Aktyor pərəstişkarlarını ailəsi ilə vaxt keçirən zaman ona yaxınlaşmamağa çağırıb.

    Xatırladaq ki, Kris Kolambusun “Evdə tək” filmi 1990-cı ildə ekranlara çıxıb və bütün zamanların ən çox gəlir gətirən komediya filmi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Makoley Kalkin həmin filmdə evdə tək qalan “Kevin Makkallister” rolunu oynayıb.

  • Türkiyədə narkotik əməliyyatı çərçivəsində ifşa olunan məşhurlar həbs edildilər

    İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatlarında saxlanılmış 17 nəfər şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində həbs olunanların arasında tanınmış iş adamı Mahmut Uğur Ziylan, sosial media fenomenləri Melisa Fidan Çalışkan və Nuran Çokçalışkan da daxil olmaqla sahibkarlar, nüfuzlu şəxslər, modellər və menecerlər də var.

    Qeyd olunan şəxslər narkotik maddələrin istehsalı və qaçaqmalçılığı, fahişəliyə cəlbetmə kimi bir sıra cinayətlər üzrə təqsirli bilinirlər.

  • Müğənnilərin Yeni il qiymətləri: 15 min manata qədər artır (SİYAHI)

    Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq.

    Sfera.az saytının apardığı araşdırmaya əsasən, tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq (təxminən 5–6 mahnı) çıxış üçün tələb etdiyi məbləğlər 2 min manatdan 15 min manata qədər artır.

    Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir.

    Araşdırma nəticəsində məlum olub ki, Yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir:

    Aygün Kazımova -15 000 manat
    Tünzalə Ağayeva – 7 000 manat
    Zamiq Hüseynov – 5 000 manat
    Şəbnəm Tovuzlu – 5 000 manat
    Rəqsanə İsmayılova – 4 000 manat
    Aysun İsmayılova – 3 500 manat
    Vəfa Şərifova – 3 500 manat
    Almaxanım – 2 500 manat
    Elza Seyidcahan – 2 000 manat
    Kəmalə Günəşli – 2 000 manat

    Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur.

    Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər.

  • Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir: Yusuf Güney dindirilmək üçün çağrıldı

    Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və şou-biznes dünyasını dərindən sarsıdan istintaq çərçivəsində bütün diqqətlər məşhur müğənni Yusuf Güneyə yönəlib.

    Bu barədə Median.Az “Sabah” nəşrinə istinadən məlumat verir.

    Məlumata görə, sənətçi İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində tibbi müayinədən keçirilib.

    Bir həftədir telefonuna zəng çatmayan və harada olduğu böyük suallar doğuran Yusuf Güneyin bu gün (dekabrın 22-də – red.) məhkəmə binasına gəlməsi və prokuror qarşısına çıxması gözlənilir.

    Sənətçinin vəkilindən əldə edilən ən son məlumatına görə, Güney günortadan sonra şübhəli qismində ifadə vermək üçün məhkəmə binasında olacaq.

    Xatırladaq ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib. Bir çox məşhur barəsində saxlanılma qərarı verilib və evlərində axtarış aparılıb. Barəsində saxlanılma qərarı verilən Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar.

    Həmçinin Türkiyədə tanınmış şəxslərdən olan və hazırda ölkə xaricində olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barələrində də saxlanılma qərarı verilib.