Category: Şou Biznes

  • Xulio İqlesias cinsi təcavüz ittihamlarına ilk dəfə cavab verdi

    İspaniyalı müğənni Xulio İqlesias onu cinsi təcavüzdə ittiham edən iki qadının iddialarına ilk dəfə cavab verib.

    Bu barədə “El” Pais sənətçinin açıqlamasına istinadən məlumat yayıb.

    “Dərin təəssüflə evimin iki keçmiş işçisinin ittihamlarına cavab verirəm. Hər hansı bir qadına qarşı zorakılıq, məcburiyyət və ya hörmətsizlik ittihamlarını rədd edirəm. Bu iddialar tamamilə yalandır”, deyə 82 yaşlı İglesias bildirib.

    Xulio İqlesiasın malikanəsində ev işçisi işləyən iki qadın dünən sənətçini qısnama və cinsi təcavüzdə ittiham edib. Qurbanlardan biri müğənninin onu cinsi əlaqəyə məcbur etdiyini, şillə vurduğunu, təhqir etdiyini və döydüyünü iddia edib. Digər bir işçi isə yersiz toxunma, təhqir, alçaldıcılıq və daimi təcavüz atmosferindən şikayətlənib.

    Daha sonra internetdə Xulio İqlesiasın köhnə bir videosu yayılıb və orada o, televiziya aparıcısı Susana Ximenezi onu öpməyə məcbur edir.
    //qaynar.az

  • Aygündən Röyaya dəstək – FOTO

    Xəbər verdiyimiz kimi, xalq artisti Röya bu gün yeni klip təqdim edib.
     
    Median.Az xəbər verir ki, ona ən böyük dəstək uzun zaman küsülü olduğu və yeni barışdığı həmkarı, xalq artisti Aygün Kazımovadan gəlib.
     
    Xalq artisti Aygün Kazımova həmkarının yeni klipini paylaşaraq ona uğurlar arzulayıb. \azxeber.com
     

  • Röya Ayxandan yeni mahnı – “Ayrılan adamlar” (Video)

    Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib. Sənətçi “Ayrılan Adamlar” adlı yeni klipini izləyicilərin ixtiyarına verib.
     
    Mahnının sözləri və musiqisi tanınmış bəstəkar Murad Arifə, aranjimanı isə Samir Şirinova məxsusdur. Klipin çəkilişləri Lənkəranın füsunkar təbiətində baş tutub. Ekran işinin rejissoru Roman Yaşardır.
     
    Klipdə Röya Ayxanın tərəf müqabili kimi aktyor Türkay Cəfərli yer alıb.
     
    Qeyd edək ki, sənətçi bu mahnını ilk dəfə 25 illik yaradıcılıq yubileyi münasibətilə keçirilən möhtəşəm konsertində səsləndirmişdi.
     

  • Miri Yusif də robot it aldı – Video

    Xalq artisti Miri Yusif də robot it alıb. 
     
    Median.Az xəbər verir ki, həmin görüntüləri müğənnini xanımı Nərgiz Sosial şəbəkədə paylaşıb. 
     
    O, övladlarının evdə robot itlə oynadığı görüntüləri yayımlayıb. 
     
    Qeyd edək ki, Miri Yusif və Nərgiz cütlüyünün 3 övladı var. axşam.az

  • Azərbaycan “Avroviziya-2026″nın ikinci yarımfinalında çıxış edəcək

    Azərbaycan təmsilçisi “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.

    İştirakçıların siyahısı püşkatma nəticəsində müəyyən edilib. Nəticələr müsabiqənin rəsmi saytında dərc olunub.

    Bildirilib ki, yarımfinal mərhələsində iştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi mart ayının sonlarında bəlli olacaq. İlk yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.

    Xatırladaq ki, builki “Avroviziya” Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq.

  • Türkiyədə saxlanılan Oktay Kaynarcadan ilk açıqlama

    Türkiyədə saxlanılan məşhur türkiyəli aktyor, “Kurtlar vadisi”, “Adanalı”, “Kardeş payı” və “Ben bu cihana sığmazam” kimi seriallardakı rolları ilə tanınan Oktay Kaynarca ilk açıqlamasını verib.

    Bu barədə Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

    “Alnım açıq, başım dikdir”, – deyə aktyor bildirib.

    Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərə qarşı genişmiqyaslı əməliyyat çərçivəsində Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla altı nəfər saxlanılıb.

  • Türkiyənin məşhur aktyoru Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanıldılar

    Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, 6 nəfər saxlanılıb.

    İstanbul Baş Prokurorluğundan məlumat verilib.

    Məlumata görə, Oktay Kaynarca səhər saatlarında jandarmların müşayiəti ilə Vilayət Jandarm Komandanlığına aparılıb.

    İstanbul Baş Prokurorluğunun verdiyi açıqlamada bildirilir ki, Oktay Kaynarca və Emel Müftüoğlu ilə yanaşı, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıblar.

  • “Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi

    “Evdə tək” (“Home Alone”) filmində quldur Marv obrazı ilə tanınan aktyor Daniel Stern inzibati qaydada cərimələnib.

    Median.Az TMZ-yə istinadən xəbər verir ki, 68 yaşlı aktyor Kaliforniya ştatında yerləşən otellərdən birində pullu görüşlə bağlı razılaşma əldə etməyə cəhd göstərib. Hadisəyə hüquq-mühafizə orqanları müdaxilə edib.

    Nəticədə Daniel Stern fahişəliyə təhrik etməkdə ittiham olunub və ona pul cəriməsi tətbiq edilib. Aktyor məsələ ilə bağlı hələlik açıqlama verməyib.

  • Türkiyəli aktyor vəfat etdi

    Türkiyəli aktyor Koray Ergün 68 yaşında vəfat edib.

    Bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.

    Qeyd olunur ki, Ergün son aylarda səhhətindəki problemlərlə mübarizə aparırdı. Uzun illər Ankara İncəsənət Teatrı (AST) və Ekin Teatrı kimi görkəmli səhnələrdə çıxış edən sənətçi həm teatr əsərlərindəki performansları, həm də film və televiziya seriallarındakı personajları ilə geniş tamaşaçıların rəğbətini qazanıb.

  • Mahnısına görə məhkəmə qarşısında: 3 ilə qədər həbs tələbi

    Türkiyəli müğənni Mabel Matiz “Perperişan” mahnısının sözlərində ədəbsiz ifadələr yer aldığı iddiası ilə məhkəmə qarşısına çıxarılıb.
     
    Barəsində 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan sənətçinin işi İstanbul 54-cü Birinci İnstansiya Cinayət Məhkəməsində araşdırılıb. İttihama əsasən, mahnının sözlərində dolayı yolla cinsi məna daşıyan ifadələr var və yaş məhdudiyyəti olmadan yayımlandığı üçün uşaqlar üçün risk yaradır.
     
    Mabel Matiz müdafiəsində bildirib ki, mahnı xalq ədəbiyyatından ilhamlanıb və cinsi məna daşımır. Hakimin mahnının kişi üçün yazılıb-yazılmadığı sualına isə “Hər kəs mahnılarımı hər kəs üçün oxuya bilər” cavabını verib.
     
    Məhkəmə mahnının ədəbsiz olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq qurumdan rəy alınmasına qərar verib. Növbəti iclas 27 mart 2026-cı il tarixinə təyin olunub.//milli.az