Category: Şou Biznes

  • Silvestr Stallonesiz yeni “Rembo” filmi çəkilir

    Dünya şöhrətli aktyor Silvestr Stallonenin rol aldığı “Rembo” seriyasına yeni bir film əlavə olunur.

    Yeni ekran işi 1982-ci ildə çəkilən “İlk qan” filmindəki hadisələrdən əvvəlki dövrü əhatə edəcək. Filmin rejissoru Jalmari Helanderdir.

    Qeyd olunub ki, “Rembo” seriyasının yeni filmində Silvestr Stallone rol almayacaq. Baş qəhrəman obrazını bu il nümayiş olunan “Küçə döyüşçüsü” filmində əsas rolu canlandıran Noa Sentineo ifa edəcək. Ekran işində həmçinin Ceyson Tobin, Kuinsi Aysaya, Cefferson Uayt və Aym Tapthimmonq rol alacaq.

    Filmin çəkilişlərinə Taylandın Banqkok şəhərində start verilib.

  • Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu – FOTO

    Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təltif olunublar.
     
    Median.Az  bildirir ki, bu haqda Teleqraf-a Xalq artisti Gülyanaq Məmmədova məlumat verib.
     
    “Mənsum İbrahimovla birlikdə Özbəkistanda böyük bir tədbirə dəvət aldıq. Orada ölkənin Mədəniyyət Nazirliyinin “Mədəniyyət və incəsənət fədaisi” medalı ilə təltif olunduq. Eyni zamanda, “Yeni Özbəkistan Ulduzları”milli mədəniyyət və incəsənət mükafatının təntənəli təqdimetmə mərasimində konsertdə fəxri qonaq kimi iştirak etdik”, – Xalq artisti əlavə edib.

  • “Avroviziya”nın aparıcıları onlar olacaq

    “Avroviziya 2026” müsabiqəsinin aparıcılarının kimliyi bəlli olub.

    Median.Az xəbər verir ki, bu il yarışmanın aparıcılığı Viktoriya Svarovski və Maykl Ostrovskiyə həvalə edilib.

    Qeyd edək ki, V.Svarovski televiziya aparıcısı, model, dizayner və müğənnidir. M.Ostrovski isə aktyor və aparıcı kimi fəaliyyət göstərir.

    Onu da qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya – “JJ” ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. “Avroviziya” müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

  • Aygün yoxsa Röya? – Zamiq kimi seçdi? – VİDEO

    Müğənni Zamiq Hüseynov Real FM-in qonağı olub.
     
    Median.Az xəbər verir ki, sənətçi ona ünvanlanan “Zamiq üçün Aygün yoxsa Röya?” sualına cavab verməkdən imtina edib.
     
    Müğənni bildirib ki, hər iki xalq artisti onun dostudur:
     
    “Mən hər zaman bu tərz suallardan qaçmışam. Çünki belə insan deyiləm. Hər iki sənətçi mənim dotumdur, hər ikisinin də tədbirlərində iştirak edirəm. Onlar küsülü olanda da mənim dostlarım idilər, elə indi də. Elə bir adam deyiləm ki, onlar küsülü olanda mən də özümə bir tərəf seçim. İndi barışıblar, yenə də hər ikisi mənim dostumdur. Küsülü qalmaqlarını heç istəmirdim. Hər iksinin yeri qəlbimdə ayrıdır. Onları bir-birindən heç vaxt ayıra bilmərəm”.//sfera.az

  • Niyaməddin Musayevin qızının işdən çıxarılmasına Təranə Qumraldan REAKSİYA

    Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva işdən çıxarılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.
     
    Məsələni gündəmə gətirən müğənni Təranə Qumral bununla bağlı AZXEBER.COM-a açıqlama verib:
     
    “Mən bu xəbəri sizdən eşitdim, tamamilə məlumatsızam bu məsələdən. Ola bilər ki, bu məsələni mən gündəmə gətirmişəm, amma bu mənim yenə də mətbuatdan eşidib, bildiklərim idi. Hər kəsin haqqında xeyirlisi olsun”.//azxeber.com

  • Təhqir iddiası ilə məhkəmə: Rəqsanə İsmayılovanı 6 aya qədər həbs gözləyə bilər

    Xəbər verdiyimiz kimi, aparıcı Səidə Bəkirqızı onu təhqir edən müğənni Rəqsanə İsmayılovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

    Xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənnini hansı cəzanın gözlədiyi ilə bağlı  açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, aparıcı Səidə Bəkirqızı təhqir olunduğunu məhkəmədə sübuta yetirərsə, xüsusi qərarın çıxarılmasına nail ola bilər:

    “Əvvəlcə qeyd edim ki, Səidə Bəkirqızı özünü təhqir olunmuş hesab edirsə, bununla bağlı Rəqsanə İsmayılovanın qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etməlidir. Əgər aparıcı təhqir olunmasını sübuta yetirərsə, Rəqsanə İsmayılovanın barəsində xüsusi qərarın çıxarılması mümkündür”.

    Vəkil həmçinin qeyd edib ki, Rəqsanə İsmayılovanı 6 aya qədər azadlıqdan məhrumetmə cəzası da gözləyə bilər:

    “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən təhqir cinayət sayılır. Təhqir faktı sübuta yetirilərsə, həmin şəxsə 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri və ya 6 aya qədər müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər”.//azxeber.com
     

  • Samir Bağırovun yeni imici – Video

    Müğənni Samir Bağırov xarici görünüşü ilə diqqət çəkib.

    İfaçının yeni imici üzərində stilist Anar Ağakişiyev işləyib.

    Samirin yeni görüntüsü maraqla qarşılanıb.

  • Elşad Xosenin ailə – Fotosu

    Reper Elşad Xose həyat yoldaşı ilə birlikdə paylaşım edib.

    Median.Az xəbər verir ki, o, xanımı Lətifə ilə şəhər gəzintisinə çıxıb.

    Qeyd edək ki, Elşad bir müddət əvvəl küçədə söyüş söydüyü üçün 15 günlük azadlıqdan məhrum edilmişdi.

  • Elşad Xose sərbəst buraxıldı

    Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.

    Median.Az “news24.az”a istinadən xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.

    Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.

    Repçi qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və xəstəlikdən müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı.

  • 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

    “Wax Poetics” leyblı prodüser və artist “Ge-ology”nin şəxsi kolleksiyasına həsr olunmuş unikal hərrac başladıb.

    Yeniavaz.com xəbər verir ki, hərrac, Tupak Şakurun təxminən 1988-ci ildə, cəmi on altı yaşında ikən yazılmış ən erkən məlum səsyazmalarından birinə həsr olunub.

    “Ge-ology”nin Baltimordakı ailə evində yazılmış səsyazmada, o zamanlar “MC New York” kimi tanınan Tupakın “Born Busy” qrupunun üzvləri ilə birlikdə akapella ifası yer alır.

    Kolleksiyaya yalnız nadir kasetlər deyil, həm də əlyazma sözləri və gündəlik həyatdan fotoşəkillər: həyətlər, məktəb tədbirləri və əyləncələr daxildir.

    “Ge-ology” bu əşyaların tarixi dəyərini vurğulayıb:

    “Bu, ifa və ya buraxılış üçün səsyazma deyildi. Qafiyələri öyrənə və onlara uyğun ritmlər yarada bilməyim üçün akapellaları yazırdıq. Bu kaset, Tupakın dünya onu tanımamışdan əvvəl yazılmış ilk sənədlərindən biridir. Mən onu on illərdir qoruyuram və indi onu tarixin bir parçası kimi paylaşmağın vaxtıdır”.