Category: Şou Biznes

  • Rəqsanə təsdiqlədi: polis rəisi evini əlindən alır

    Artıq bir neçə gündür müğənni Rəqsanə İsmayılovanın adı məmurla qalmaqalda hallanır.

    Yayılan xəbərlərə görə, Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu ifaçının mənzilini əlindən almaq üzrədir.

    Median.Az bildirir ki, ifaçı yayılan xəbərlərə ilk dəfə ARB TV-də yayımlanan “Show news” verilişində aydınlıq gətirib.

    R.İsmayılova xəbərdə dərc olunan bütün məlumatları təsdiq edib. Müğənni həmin şəxsdən əvvəllər də sələmə pul aldığını və problem yaşamadığını bildirib:

    “Hardasa 2014-cü ildə də belə bir problem olmuşdu. Mən o insana 2 otaqlı evi zamin qoydum və ondan 100 min dollar pul götürdüm, aybaay 3 min dollar pul ödəyirdim. 6 ay müddətində 100 min dolları bağladım, evimi dala qaytardım. Sözügedən 4 otaqlı evimi ona göstərdim. Həmin evə görə mənə Azərbaycan manatı ilə pul verdilər. Evimi girov qoyaraq, hər ay ona 12 min dollar ödəmişəm”.

    Müğənni onu da əlavə edib ki, məlum inflyasiyadan sonra aylıq 12 min dollar ödəmək ona çətinlik yaradıb. O, qarşı tərəfdən aylıq faiz dərəcəsini 3-dən 2-yə endirilməsini xahiş edib. Qarşı tərəf razılığa gəlmədiyindən müğənni pulu dollarla ödəyə bilməyib və hazırda evi əlindən çıxmaq təhlükəsindədir.

    R. İsmayılova iddia edir ki, qarşı tərəf qanunsuz yolla ona vəkil tutub və daha sonra məhkəmə keçirilib. Rəqsanənin isə nə ona tutulan “vəkil”dən, nə də məhkəmədən xəbəri olub.

    Müğənninin iddiasına görə, onun evi qanunsuz yolla əlindən alınıb. O, xəbərdə qeyd olunan 419 min manat pulu həqiqətən də aldığını gizlətməyib və bu gün də həmin pulu müəyyən zaman çərçivəsində ödəməyə hazır olduğunu bildirib. Lakin müğənnidən faizlə 332 min dolları alan qarşı tərəf artıq evi müğənniyə qaytarmaqdan imtina edib.

    R. İsmayılova dediyi bütün sözləri sübuta yetirmək üçün əlində yetərincə dəlil-sübut olduğunu da əlavə edib:

    “Mən evimdə olanda həmin şəxs evimə gəlib. Ona faizi verən yerdə görüntülər var, kameralar çəkib. Həm də evimdə bütün səslər yazılır. O özü orada ağzı ilə deyir ki, Rəqsanə xanım, tək siz deyilsiniz, hazırda mənim nə qədər məhkəmələrim var. Mən də orada ona təklif edirəm ki, 3 faizlə vermisən, gəl 2 faizə endir. Məndən ev alan insan niyə mənimlə faiz söhbəti edir ki… Əlimdə videogörüntülərim var”.

  • “Rammstein” qrupunun vokalisti Bakıda dincəlir – FOTO

    “Rammstein” rok qrupunun vokalisti Til Lindeman yenidən Azərbaycanın paytaxtına qonaq gəlib. Belə ki, sənətçinin meneceri Anar Reyband “İnstagram” hesabından T.Lindemanın Bakının restoranlarından birində istirahət etdiyini əks etdirən foto paylaşıb.

    Dekabrın 15-i saat 18:00-da T.Lindeman Bakı kitab mərkəzində eksklüziv avtoqraf sessiyası təşkil edəcək və özünün şeirlər toplusu olan “Səssiz bir gecədə. Lirika” kitabını imzalayacaq.

    Xatırladaq ki, T.Lindeman ilk dəfə Bakıya 2017-ci ildə “Jara” beynəlxalq musiqi festivalının qonağı qismində səfər etmişdi.

  • Emin “Maşın Şou”nun qonağı oldu – VİDEO

    “Maşın Şou” təkcə ulduz iştirakçılarla deyil, həm də məşhur qonaqları ilə maraqlıdır.

    Bu gün “Maşın Şou. Hind Kinosu” iştirakçılarının qonağı populyar müğənni, Azərbaycanın Xalq artisti Emin olub.

    O, çoxlarının bəyəndiyi “Bakıya qaçaq” mahnısını ifa edib.

    Şounun aparıcısı Murad Dadaşov xüsusi qeyd edib ki, bu günlərdə Eminin ad günü olub və bu münasibətlə müğənniyə sürpriz hazırlanıb. Müğənninin kiçik fiquru ilə tort Eminlə yanaşı şou iştirakçılarını da sevindirib.

    Qeyd edək ki, dekabrın 14-də Eminin Heydər Əliyev Sarayında konserti olub. Konsertdən dərhal sonra müğənni “Maşın Şou. Hind Kinosu”na baş çəkib.//oxu.az

  • Təyyarədə Eminə sürpriz – Video

    Xalq artisti Emin Ağalarov ötən gecə Rusiyadan Bakıya gələrkən təyyarədə sürprizlə qarşılaşıb.

    Bir neçə gün əvvəl 39 yaşı tamam olan müğənniyə təyyarə bələdçiləri üzərinə şamlar düzülən tort gətirib.

    Bələdçilər Emin üçün “Happy birthday oxuyublar. Sözügedən videonu Emin və Azal rəsmi “Youtube” səhifəsində paylaşıb.

    ///Axşam.az

  • “Maşın Şou. Hind Kinosu” başladı – VİDEO

    Azərbaycanın ən çox gözlənilən televiziya hadisəsi “Maşın Şou. Hind Kinosu” başladı.

    Artıq neçə həftədir tamaşaçılar sosial şəbəkələrdə bu şouda kimin iştirak edəcəyini müzakirə edirdilər.

    Ən qeyri-adi fərziyyələr və təxminlər səsləndi. Bu gün isə sirr açıldı. Minlərlə insan səbirsizliklə “Maşın Şou. Hind Kinosu”nun yayımlandığı ATV telekanalında baş verənləri izlədi.

    Şounun aparıcısı Murad Dadaşov sponsorların nümayəndələri və layihə tərəfdaşlarının gurultulu alqışları ilə iştirakçıları təqdim etdi. Biz isə iştirakçıların tam siyahısını təqdim edirik:

    Nazilə Səfərli

    Ruhəngiz Allahverdiyeva

    Ranar Musayev

    Xose Bernardo

    Ramil Nabran

    Oqtay Kamil

    Mina Hüseyn

    Xəyalə Quliyeva

    Aysel Nazim

    Nərgiz Əliyeva

    Allahverdi Yolçuyev

    Sərxan Kərəmoğlu

    Aydan Axundzadə

    Səmra Rəhimli

    Dilarə Kazımova

    Samir Cavadzadə

    Taleh Yüzbəyov

    Mansur Şərif

    /oxu.az

  • Rusiyalı ulduzlardan Azərbaycan rəqsi – VİDEO

    Rusiyalı ulduzlar Azərbaycanın Xalq artisti Emin Ağalarovun ad günündə Azərbaycan rəqsini oynayıblar.

    Müğənninin ad günü görüntüsü “Instagram” sosial şəbəkəsində yayılıb.

    Qeyd edək ki, Emin Ağalarov dekabrın 12-də ad günü şənliyini keçirib. Onun 39 yaşı tamam olub.

  • Rəqsanə polis rəisindən 419 min manat borc alıbmış – Evi əlindən alınır

    Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır.

    Median.Az open.az-a istinadən xəbər verir ki, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

    İşə Nəsimi Rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib.

    Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılaraq xüsusi qərar çıxarılıb. Qərara əsasən, Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib.

    Bununla da razılaşmayan müğənni Konstutisiya Məhkəməsinə müraciət edib. Hazırda onun şikayəti icraata götürülüb.

    Qeyd edək ki, Rəqsanə İsmayılova bir neçə il əvvəl Ə.İbrahimovdan 419 min manat borc alıb və müqabilində Nəsimi rayonu ərazisində yerləşən mənzilini girov qoyub.

    Müğənni pulu qaytara bilmədiyindən polis rəisi onun mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

    Əldə etdiyimiz məlumata görə, Rəqsanə İsmayılova iddia edib ki, borc aldığı pulun 332 min dollarını qaytarıb, lakin əsas borcu qaytara bilməyib. O, borcu tam qaytara bilməməsini dolların qalxması ilə əlaqədar olduğunu bildirib.

    Hazırda Əli İbrahimov Rəqsanə İsmayılovadan 450 min manat pul tələb edir.

  • DiKaprio “Oskar”ı geri qaytardı

    Hollivud ulduzu Leonardo DiKaprio “Oskar” mükafatını geri qaytarmağa qərar verib.

    Məsələ bundadır ki, illər boyu layiq olsa belə, bu mükafatı ala bilmədiyini dilə gətirən məşhur ulduza, biznesmen Jo Lo Marlon Brandoya məxsus “Oskar” mükafatını 600 min dollara alaraq hədiyyə etmişdi.

    Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu günlərdə həmin iş adamının adının korrupsiya faktlarında hallanması Hollivud ulduzunu mükafatdan imtina etməyə təşviq edib. Aktyor J.Lonun həbsindən sonra belə bir qərara gəlib.

    Leonardo DiKaprio 2016-cı ildə “Sağ qalmış” filmindəki roluna görə “Oskar”a layiq görülüb.

  • Roza Zərgərlinin imtina etdiyi maşını Murad nə edib? – VİDEO

    Bu ilin iyununda başa çatan “Maşın”dan Roza Zərgərlinin qazandığı avtomobilin aqibətinə nəhayət şounun prodüseri və aparıcısı Murad Dadaşov aydınlıq gətirib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, xalq artisti bununla bağlı Zaurun “Ötən maşının aqibəti necə oldu?” sualını cavablandırarkən “Bizimləsən”də açıqlayıb.

    M.Dadaşov Rozanın imtina edərək “Xeyriyyə üçün istifadə edin” dediyi avtomobilinin aqibətindən danışarkən maraqlı məqamın üstünü açıb.

    Şoumen açıqlaması zamanı R.Zərgərlinin maşından imtina etməsinin əslində səbəbinin başqa olduğuna diqqət çəkib:

    “Roza orijinal addımlı bir insandır. “Maşın”da da orijinallığından geri qalmadı. Şounun bitməsi ərəfəsində bir ideyası var idi. Amma final günündə belə bir fikir söylədi ki, “Mən maşını götürmürəm”. O, istədiyi şərtlərlə maşını ala bilmədiyi üçün dedi “Yox, mən o zaman maşını götürmürəm”.

    O, maşının aqibəti ilə bağlı bizə çoxlu müraciətlər olunub. Bu “Maşın”ın sonuna qədər ondan qabaqkı maşının (Rozanın imtina etdiyi maşın) aqibəti həll olunacaq”.

  • “Maşın”da iştirakı dəqiqləşdirilmiş tanınmışlar – Siyahı

    Bir neçə gün sonra ATV-də məşhur “Maşın” realiti şousu start götürəcək. Yenə də, 18 şou-biznes üzvü avtomobil uğrunda mübarizə aparacaq.

    “Qafqazinfo” qalmaqallı müsabiqədə iştirak edən məşhurların siyahısını əldə edib. Onlar arasında müğənnilər, aktyorlar, aparıcılar, sosial şəbəkə fenomenləri də var.

    Səmra Rəhimli

    Dilarə Kazımova

    Samir Cavadzadə

    Ranar Musayev

    Nərgiz Əliyeva

    Sərxan Kərəmoğlu

    Allahverdi Yolçuyev

    Taleh Yüzbəyov

    Ələkbər Yasamallı

    Nazilə Səfərli

    Mina Hüseyn

    Ramil Nabran