Category: Şou Biznes

  • Aygün Kazımova “Altın Kelebek” aldı – VİDEO

    Ötən gün Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

    Gecədə Xalq artisti Aygün Kazımovaya “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim olunub.

    “Altın Kelebek” mükafatını almaq üçün Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərlinin namizədliyi irəli sürülsə də, Azərbaycanda keçirilən səsvermə nəticəsində qalib Aygün Kazımova seçilib.

  • “Problemdir sevgimiz” – Röyadan YENİ KLİP

    Əməkdar artist Röya Ayxan “Problemdir sevgimiz” mahnısına çəkdirdiyi klipi təqdim edib.

    Ekran işinin rejissoru Zaza Orasşvilidir.

    Mahnının sözləri Cavid Əhmədova, musiqisi Pərviz Mahmudova məxsusdur.

  • DJ Fateh evləndi – VİDEO

    Ötən gün tanınmış radio aparıcısı DJ Fatehin (Məmmədov Məmmədəli) toyu olub.

    “Manpası” verilişinin aparıcısının toy mərasimi Bakı restoranlarının birində keçirilib.

    Mərasimə şou-biznesin tanınmış simaları qatılıblar.

    Toydan fotolar sosial şəbəkədə paylaşılıb.
    //oxu.az

  • Elza Seyidcahan: Deputat olmaq istəyirəm – VİDEO

    Əməkdar artist Elza Seyidcahan “ATV Maqazin 10larla” verilişində maraqlı açıqlama verib.

    Overilişdə ən böyük 3 arzusunu deyib.

    “İstəyirəm xalq artisti adına layiq görülürəm, istəyirəm millət vəkili olum, istəyirəm oğul nəvəm olsun”.

    Əməkdar artistinin videosunu təqdim edirik:

  • Səmra yenə iddialı geyimdə şəkil paylaşdı: “Guya vecimədir”

    “Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli yenə də geyimi ilə gündəm olmağı bacarıb.

    Müğənni “Altın kelebek” mükafatladırma mərasimində diqqət mərkəzində olub.

    Bodi və uzun boğazlı çəkmədə tədbirə gedən Səmra şəklini 87 minlik izləyicisi olan İnstaqram səhifəsində paylaşıb.

    Sənətçi fotosuna maraqlı şərh də yazıb:

    “Fikirləşdim ki, konsert qızlar üçündür, sərbəst geyindim. Guya başqa vaxt çox vecimədir”.
    Səmranın fotosuna bir saatda 2 mindən çox bəyəni gəlib. Onun qalmaqallı şəkli bu dəfə də müzakirələrə səbəb olub. Bəziləri onun çox seksual göründüyünü desə də, bir çoxları tənqid edib.
    ///Axşam.az

  • Elza Seyidcahan: Məni it kimi yox, at kimi basdırın – VİDEO

    Müğənni Elza Seyidcahan yenə maraqlı açıqlamaları ilə diqqət çəkməyi bacarıb.

    “ATV Maqazin” proqramında iştirak edən müğənni aparıcının suallarına maraqlı cavablar verib.

    “At muraddır” deyən müğənni “öləndə məni it kimi yox, at kimi basdırın” deməklə, yenə gündəmə damğasını vurub.

    Müğənni Kərim barədə suala isə o, “Kələm kimdir?” deməklə kifayətlənib.
    //oxu.az

  • Canlı efirdə QALMAQAL – Nazpəridən Elzaya: Bazar adamı ilə oturmaram… – VİDEO

    “Azərbaycanın Səsi” mahnı müsabiqəsinin ötən günkü buraxılışında qalmaqal yaşanıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, proqramda iki münsif – xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

    Belə ki, əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən N. Dostəliyevaya sərt reaksiya verib: “Nazpəri xanım hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim “Qadasını aldığım” və ” Ömrümdən getmə” mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub. Siz mənə bir qəpik də pul ödəməmisiz. Yanımda amma özünüzə bahalı ətirlər almısız. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə etməmisiz, tələbəyə nə edəcəksiz?”.

    Xalq artisti, əvvəlcə Elzanın çıxışına gülüşlə reaksiya versə də, daha sonra verilişi tərk edib: “Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm”.

  • 79 yaşlı Xalq artisti canlı yayımda “jim” etdi – VİDEO

    “Xəzər” TV-nin “Hər şey daxil” proqramında qonaq olan Xalq artisti Teymur Mustafayev hər kəsi təəccübləndirib.

    79 yaşlı xanəndə canlı efirdə 50 dəfə “jim” edib.

    Yaşına baxmayaraq, hələ də qıvraq qaldığını sübut edən qocaman xanəndə proqramın qonaqlarının köməyilə ayağa qalxıb və alqışlanıb.

  • Aygün Eyyubla ayaqyalın oynadı – Video

    Xalq artisti Aygün Səmədzadə müğənni Vüsal Hacıyevin toyunda etdiyi rəqsi ilə səs-küy yaradıb.

    Bəstəkar xalq artisti Eyyub Yaqubovla birlikdə rəqs edib. Daha sonra isə A.Səmədzadə əməkdar artist Nurlan Növrəsli ilə oynayıb.

    Bəstəkar videoları sosial şəbəkədə yayımlayıb. Onun görüntüləri maraqla qarşılanıb.

    ///Axşam.az

  • Bezrukov: Yenidən Mərdəkana getmək istəyirəm – VİDEO

    Moskva quberniya teatrının bədii rəhbəri, aktyor Sergey Bezrukov yenidən Bakıya gəlmək istədiyini bildirib.

    Median.Az xəbər verir ki, bununla bağlı Bezrukov “Moskva-Baku”ya müsahibəsində danışıb.

    “Mən yenidən Bakıya getmək istəyirəm, bu dəfə teatrla birlikdə. Dəvət edin, biz məmnuniyyətlə gələcəyik!”, – Bezrukov bildirib.

    “Mən çoxdandır Bakıda olmamışam, bu şəhəri çox sevirəm. Həmişə imkan olanda Sergey Aleksandroviç Yeseninin “Fars motivləri”ni yazdığı Mərdəkana gedirəm… Orada onu “Bakinskiy Raboçiy” qəzetinin redaktorları qəbul edirdilər.

    Bura mənim üçün tanış yerdir. Bildiyim qədəri ilə Tolstoy küçəsində Yesenin muzeyi var. Onların orada necə yaşadıqlarını bilmirəm, uzun müddətdir onlarla danışmamışam”, – aktyor əlavə edib.