Category: Şou Biznes

  • Yetim Eyvazın oğlu cinsini dəyişdi – VİDEO

    Azərbaycanda Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanovun oğlunun cinsini dəyişdirməsi barədə “Instagram” sosial şəbəkəsində məlumat yayılıb.

    Türkiyədə əməliyyat olunan Aqşin qadın olub.

    Xatırladaq ki, Yetim Eyvaz uzun illər öncə ailəsindən ayrıldığı üçün Aqşin anasının himayəsində böyüyüb. Hətta atasının yas mərasiminə də qatılmayıb.

    Müğənni kimi tanınan Aqşin bir dəfə səs yarışmasına da qatılıb. Onun yeni şəxsiyyət kimi, hansı adı daşıyacağı hələlik məlum deyil.//oxu.az

  • “Narkotikdən istifadə etmişəm” – Elton etiraf etdi

    Sonuncu dəfə yalan danışmışam. Evdən zəng gələndə demişəm ki, studiyadaym , amma çayxanada idim. Cəmi bir dəfə xəyanət etmişəm”.

    Bu sözləri müğənni Elton Hüseynəliyev “ATV maqazin onlarla” proqramına qonaq olarkən deyib. O, verilişdə hər kəsi təəccübləndirəcək etiraflar edib:

    “Narkotik maddələrdən vaxtilə istifadə etmişəm. Amma mənim üçün onlar narkotik sayılmır. Cavan vaxtlarım olub, indi isə belə şeylər yoxdur”.

    Qeyd edək ki, Elton Tamilla Hüsyenova ilə evlidir. Onun bu nikahdan iki qız övladı var.

  • Röya əli gipsdə səhnəyə çıxdı – VİDEO

    Xəbər verdiyimiz kimi, Əməkdar artist Röya Ayxan noyabrın 23-də avtomobil qəzası keçirib.

    İki gün əvvəl avtomobil qəzasına düşən müğənni əli gipsdə səhnəyə çıxıb.

    Müğənni repertuarından bir neçə mahnı ifa edib.

  • Uşaq Avroviziyasının qalibi məlum oldu – FOTO

    “Uşaq Avroviziya – 2018” beynəlxalq mahnı müsabiqəsinin qalibinin adı məlum olub.

    20 ölkə nümayəndəsinin qatıldığı yarışmanın baş mükafatına polşalı Roksana Vengiel layiq görülüb.

    13 yaşlı R. Vengiel müsabiqədə “Anyone I want to be” mahnısını oxuyub.

    Qeyd edək ki, gənc ifaçı “The Voice Kids Poland” müsabiqəsinin qalibidir.


  • Faiq Ağayev onu qınayanlara cavab verdi

    Azərbaycanın xalq artisti Faiq Ağayev sosial şəbəkələrdə onun fikirlərini yanlış təhrif edənlərə cavab verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, F.Ağayev sosial şəbəkələrdəki bir neçə əhəmiyyətsiz səhifə istifadəçilərinin vicdan, əxlaq, gerçəklik, ədalət və din-imanı unudub, onu ləkələmək üçün “hücum”a keçdiklərini bəyan edib.

    Xalq artisti qeyd edib ki, bu ilin avqust ayında yazdığı status təhrif edilərək ixtisar edilib və insanlarda yanlış təəssüratlar yaradılıb:

    “Həqiqəti qəbul etmək üçün qərəzsiz olmaq gərəkdir”.

    Xatırladaq ki, Faiq Ağayevin məlum paylaşımında “Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi – Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər” fikirləri təhrif olunaraq ixtisarla verilmişdi.

  • Şou biznesin ən varlısı KİMDİR? – ÖZLƏRİ AÇIQLADILAR – VİDEO

    ARB TV-nin “Show News” verilişinin növbəti buraxılışında yerli məşhurlar arasında “Şou biznesin ən varlı nümayəndəsi kimdir?” sorğusunu keçirib. 

    Maraqlı cavabları ilə diqqət çəkən şou əhlindən kimisi ad çəkərək, kimisi özünü, kimisi də mənəviyyatını zəngin dəyərləndirib:

    Rəqqasə Fatimə Fələliyeva: “Pul olaraq da insan olaraq da Rüfət Axundovu alqışlayıram. Zəhmətkeş insandır. Daxildən özüm varlıyam, amma özümü oliqarx siyahısında görmürəm”.

    Müğənni Samir Piriyev: “Kimin nəyi var özünə qismət. Ayıb olar ad çəksəm. Bir onu bilirəm ki, ən kasıbı mənəm”.

    Müğənni Nadir Qafarzadə: “Maşallah hamısı normaldır. Kim çox ağlıyırsa, bil ki, o varlıdır. Göz qaytarırlar. Mənim nəyim var odur”.

    Müğənni Xatun: “Şou biznesdə ümumiyyətlə elə adam yoxdur. Yazıqlar qazandıqlarını elə maşına verirlər ki, harasa gedəndə özlərinə görə hörmət etməsələr də, maşınlarına görə etsinlər. Ən zəngin, bahalı həyat yaşayan sənətkar Zeynəb Xanlarovadır. Mən fikirləşirəm ki, o, çox varlıdır”.

    Daha ətraflı sözügedən sujetdən izləyə bilərsiniz:
    //milli.az

  • “Atam polis rəisi olub…” – Nigar Camal

    Müğənni Nigar Camal “Zaurla Günaydın” proqramının qonağı olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Londondan Bakıya gələn ifaçı hava limanından birbaşa olaraq verilişə qatılıb.

    Sənətçi efirdə ilk dəfə ailəsi barədə açıqlama verib. O, atasının keçmiş rəis olduğunu vurğulayıb: “Bakıda çox qala bilmirəm. Bir həftə sonra Londona qayıdacam. Bakıda anam,atam və bacım qalır. Anam müəllimədir, bacım evlidir. Atam isə Sabunçu rayonunun keçmiş polis rəisi olub”.

  • Röyanın qəzadan sonrakı – FOTOSU

    Xəbər verdiyimiz kimi müğənni Röya Ayxan qəza keçirib.

    Qəza nəticəsində müğənninin sol əli əzilib. O xəstəxanada rentgen olunandan sonra evə buraxılıb. 

    Röyanın qəzadan sonrakı fotosunu təqdim edirik:

  • RÖYA AĞIR QƏZAYA DÜŞDÜ – XƏSTƏXANADAN AÇIQLAMA

    Müğənni Röya avtomobil qəzasına düşüb.
     
    Median.Az BakuPost.az-a istinadən xəbər verir ki, hazırda o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılır.
     
    Müğənninin HB Güvən klinikasına apaırldığı bildirlir.
     
    Klinikadan xəbəri təsdiqləyiblər. Bildiriblər ki, klinika rəhbərliyi xəstənin qəbul üçün xüsusi tapşırıq verib: “Bütün tibbi personalın toplanması üçün tapşırıq verilib. Röya xanım əvvəlcə rentgen olunacaq”.

  • Bir-birini məhkəməyə verən aparıcı və müğənni barışdı

    Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında bir neçə ildir davam edən “müharibə”yə son qoyulub. Uzun məhkəmə çəkişməsindən bezən tərəflər barışıb.

    Median.Az Yenicag-a istinadən xəbər verir ki, barışıq addımını Samir atıb.

    Keçmiş dostlar restoranların birində gizli görüş təyin ediblər. Görüşdə Samir aralarındakı davaya son qoyduğunu deyib. Kamranın ona ödəməli olacağı 85 minlik borcu qarşı tərəfə bağışlayıb və deyib ki, gələcəkdə imkanı olarsa, hissə-hissə qaytarar. Olmasa isə, canı sağ olsun.

    Xatırladaq ki, Samir Piriyev teleaparıcı Kamran Həsənlini dələduzluqda ittiham edirdi. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul sahibinə qaytarılmayıb.