Category: Şou Biznes

  • Azərbaycan müğənnilərinin yeni toy qiymətləri – SİYAHI

    Məhərrəm ayı başa çatıb və Azərbaycanda toyların keçirilməsində (Məhərrəm ayı ərzində ölkənin əksər bölgələrində toy mərasimləri olmur) yaranan fasilə də bitib.

    Median.Az-ın xəbərinə görə, “Report” tanınmış müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini öyrənib.

    Suala sənət adamlarından bir hissəsi özləri, bir qisminin isə produserləri cavab verib.

    Nuri Sərinləndirici – 13 min dollar (ödəniş yalnız dollar ilə qəbul olunur)

    Əməkdar artist Abbas Bağırov – ansambl ilə 16 min manat

    Əməkdar artist Nadir Qafarzadə – ansambl ilə toyun idarə olunması 13 min manat, tək ifa 8 min manat

    Samir Piriyev – ansambl ilə 10 min manat

    Zamiq Hüseynov – ansambl ilə 10 min manat, tək ifa yarım saat 4 min manat

    Xatirə İslam – yarım saat tək ifa 3 min 500 manat, öz ansamblı ilə bütöv toy 10 min manat

    Əməkdar artist Könül Kərimova – ansambl ilə 8 min manat, yarım saat 3 min manat

    Elçin Cəfərov – yarım saat ansambl ilə 7 min manat

    Əməkdar artist Mətanət İsgəndərli – ansambl ilə 7 min manat

    Əməkdar artist Röya Ayxan – 6 mahnı 7 min manat

    Nigar Camal – yarım saat 6 min manat

    Yeganə Mürsəlova – ansambl ilə 6 min manat, tək ifa 3 min 500 manat

    Damla – yarım saat 2 min manat, saat 19:00-dan 23:00-a kimi 5 min manat

    Xalq artist Səməd Səmədov – 4 min manat

    Cahan qrupu – ansambl 6 nəfərlik 2 min 500 manat, ansambl 12 nəfərlik 3 min 500 manat

    Meyxanaçı Namiq Qaraçuxurlu – yarım saatı 3 min manat

    Qismət qrupu – 14 nəfərlik ansambl ilə 3 min manat

    Sevda Yəhyayeva – yarım saat 3 min manat

  • Röya küsülü olduğu Aygünü dəstəklədi – VİDEO

    Əməkdar artist Röya Ayxan meqastraların qatıldığı “Altın Kelebek” mükafatlandırma mərasiminin namizədlərindən danışıb.

    Müğənni bildirib ki, bir vaxtlar bu yarışmaya gedəndə hər kəs onu qınayıb, zərbə vurmağa çalışıb.

    Lakin indi bütün tanınmış müğənnilər bu yarışlara can atırlar. Bu il namizədliyi verilmiş Aygün Kazımova, Xatirə İslam, Günay İbrahimli, Səmra Rəhimli, Aysel Əlizadə, Dilarə Kazımova, Roza Zərgərli arasında seçim edən Röya Aygünün namizədliyini dəstəklədiyini bildirib.

    “Bu il “Altın Kelebek” mükafatına Aygün Kazımovanın layiq olacağını görürəm. Başqa heç kəsi. Cici qız özü də artıq hazırlaşır”.

    Qeyd edək ki, Azərbaycandan ilk dəfə sözügedən mükafatı Röya Ayxan alıb.//oxu.az

  • Azərbaycan televiziyasında biabırçılıq, aparıcı işdən qovuldu – VİDEO

    “ARB Kəpəz” telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb.

    Median.Az xəbər verir ki, bu barədə Report-a televiziyadan bildirilib.

    Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib.

    “Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilib yapışdırılmaqla internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur.

    Adətən, bu cür hallara görə aparıcılar cəzalandırılmır. Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır. Buna görə də “ARB Kəpəz” telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib.

    Bu, həm bizim telekanalımızın, həm də televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır”, – deyə məlumatda bildirilib.

  • Fidan Hüseynova “Eurovision”da ilk məşqini etdi – VİDEO

    Minskdə keçiriləcək “Eurovision” Uşaq Mahnı Müsabiqəsinin ilk məşqləri baş tutub.

    Bu il Azərbaycanı müsabiqədə, prezident təqaüdçüsü, adı azərbaycanlı istedadlı şəxslərin “Qızıl kitabı”na daxil edilmiş 13 yaşlı Fidan Hüseynova təmsil edir.

    Püşkatmanın nəticəsinə əsasən, Fidan “I Wanna Be Like You” (Sənin kimi olmaq istəyirəm) adlı mahnı ilə səhnəyə yeddinci çıxacaq.

    Müsabiqənin finalı noyabrın 25-də Minskdə keçiriləcək.

  • Tanınmış modelyerin məhkəmədə ürəyi getdi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə zərərçəkmiş L.Əhmədovanın vəkili vəsatət qaldıraraq, N.Ağayevlə A.Lütfəliyevin də barəsində həbs-qətimkan tədbirinin seçilməsini və onların məhkəmə zalında həbs edilməsini istəyib.

    Təqsirləndirilən N.Ağayevin vəkili isə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib.

    Vəsatətlərə münasibət bildirən L.Əhmədova ağlayaraq, N.Ağayevin C.Eyvazovu onun üstünə göndərdiyini deyib.

    L.Əhmədova çıxış edən zaman onun ürəyi gedib. İcra məmuru Nuru Müzəffərov ona yardım edib, zərərçəkmiş şəxs özünə gəlib.

    Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.

    Qeyd edək ki, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.

  • Təranə Səmədovaya ağır cəza istənilir – MƏHKƏMƏ

    İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən zərərçəkmiş şəxslər tərəfindən də apellyasiya şikayəti verilib.

    Onlar şikayətlərində T.Səmədovaya daha ağır cəza verilməsini tələb edirlər.

    İş üzrə məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

    Qeyd edək ki, T.Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

    Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub.

    Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

    İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.//oxu.az

  • Anasının böyrəyi ilə yaşayan aparıcı Vüsalə Əlizadədən pis xəbər – FOTO

    Tanınmış aparıcı Vüsalə Əlizadə İstanbulda əməliyyat olunub.

    “Dəb mənəm” verilişinin aparıcısının səhhətində problemlər yaranıb. Bunun üçün o, İstanbula yola düşüb. Əldə etdiyimiz məlumata əsasən, özəl xəstəxanaların birində həyata keçirilən əməliyyat uğurla başa çatıb. Vüsalə Əlizadə hazırda müalicəsinə Türkiyədə davam edir.

    Qeyd edək ki, Vüsalə uzun illər əvvəl böyrəyindən əməliyyat olub. O, hazırda anasının böyrəyi ilə yaşayır.

    ///publika.az

  • Murad Bozdan azərbaycanlı qıza gözlənilməz təklif – VİDEO

    Türkiyənin məşhur müğənnisi Murad Boz “O ses Türkiye” yarışmasının iştirakçısını Azərbaycandakı konsertinə dəvət edib.

    Median.Az xəbər verir ki, “O ses Türkiye” müsabiqəsində yarışan əslən azərbaycanlı olan Funda adlı yarışmaçını öz komandasına qatmaq istəyən Murad Boz onu 21 dekabrda Bakı Konqres Mərkəzində keçiriləcək konsert proqramına da dəvət edib.

    Murad Funda ilə konsertdə birgə duet etmək istədiyini bildirib:

    “Əgər məni seçsən, Bakıda keçiriləcək konsertimdə səninlə birgə duet oxuyarıq”.

    Murad Bozun bütün səylərinə baxmayaraq, Funda anasının da istəyi ilə digər münsif Seda Sayanı seçib.

    Qeyd edək ki, “TV 8” sahibi və yarışmanın aparıcısı Acun Ilıcalı da Murad Bozun Azərbaycanda keçiriləcək konsertidən danışıb.

  • Eminin “parik”siz görüntüsü gündəm oldu – FOTO

    Xalq artisti Emin Ağalarov sosial media paylaşımı ilə diqqət çəkib.

    Sənətçi “Instagram” hesabında keçəl görüntüsünü paylaşıb.

    Fotoda saçları tökülmüş vəziyyətdə olan Emin “Parik”siz ilk fotom şərhini yazıb.

    “Uzun müddətdir bunu gizlədirdim, amma etiraf etmək qərarına gəldim”, – deyə yazıb.

    Onun bu paylaşmı sosial mediada müzakirələrə səbəb olub. Fotoya 6 mindən çox rəy yazılıb.

    Qeyd edək ki, fotoya diqqətlə baxsanız, Xalq artistinin görüntüsünün telefon proqramı ilə dəyişdirildiyini görmək olar.//oxu.az

  • “Azərbaycanın səsi”ndəki bərbad ifa lağa qoyuldu – VİDEO

    ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının iştirakçısı Yeganə Salayeva sosial şəbəkələrdə lağa qoyulub.

    Buna onun səhnədə mahnını bərbad ifa etməsi səbəb olub.

    Belə ki, əvvəlcə gözləmə otağında aparıcı Ruslan Ağayevin təqdim etdiyi iştirakçı özünü tanıtmaqda çətinlik çəkib.

    Daha sonra səhnəyə çıxan Salayeva “Heç küsməyin yeridirmi?” adlı mahnını bərbad şəkildə ifa edib.

    Onun bu ifası aparıcılar Cavid Gül, Afaq Gəncəli və münsiflərin gülüşünə səbəb olub.

    Həmin kadrlar isə sosial şəbəkələrdə yayılıb və iştirakçının ifası qınaq və lağ obyektinə çevrilib.//oxu.az