Category: Şou Biznes

  • Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı – VİDEO

    Rəqqasə Fatimə Fətəliyevanın “Cümhuriyyət suitası” adlı rəqsi qalmaqala səbəb olub.

    Median.Az xəbər verir ki, sözügedən rəqsə çəkilən klipdə Fətəliyevanın Şəhidlər Xiyabanında yerləşən alov abidəsinin önündə rəqs etməsi şəhid ailələri tərəfindən birmənalı qarşılanmayıb.

    Bu barədə onlar Open.Az-a danışaraq Fatimənin şəhidlərin ruhuna hörmətsizlik etdiyini deyiblər.

    Rəqqasə isə bütün bunlara sosial media hesabında cavab verib.

    “Nə oldu? Nə baş verdi? Nə edirəm, gözünüzə ox kimi batır. Bu vətənin qızı olaraq, Azərbaycana uyğun növbəti klipimi çəkdirdim. Niyə birmənalı qarşılamırsınız? Orada tənqid ediləsi heç bir hərəkət yoxdur. Klipi cümhuriyyətimizin 100 illiyinə həsr etmişəm və ayıb iş görməmişəm. Bu nədir? O dəqiqə top atəşinə tutursunuz, deyirsiniz ki, Şəhidlər Xiyabanında çəkdirib, anlamadım, niyə?

    İllər əvvəl orada hamı klip çəkdirib, onları qınamadınız, indi məni qınayırsınız? Şəhid ruhuna tərbiyəsizlik etməmişəm, etmərəm də. O şəhidlərin sayəsində sağlam ölkədə yaşayıramsa, onların qanı ilə ayaqdayamsa, ruhlarını incitmərəm, narahat olmayın. Məzarların önündə yox, alov abidəsinin qarşısında rəqs etmişəm.

    Rəqsim də toyxana rəqsi deyil, vətənimizin qələbəsinə həsr olunub. Ağzıgöyçəklər, susmağınız və işimi alqışlamağınız lazımdır. Vətən üçün edilən hər bir addım daş-qalaq olunmur, alqışlanır”, – deyə Fatimə bildirib.

    Qeyd edək ki, klipi Nail Naiboğlu lentə alıb. Rəqqasənin klipə 15 min manat pul xərcləyib.

  • “Maşın”da kimlər olacaq? – “Yox” deyənlər daha çoxdur…

    ATV-də yayımlanacaq “Maşın şou”nun başlamasına sayılı günlər qalıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qalmaqallı, müzakirələrə səbəb olan layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.

    Belə ki, ötən sezon bilməyərək əlini maşından götürən meyxanaçı Ələkbər Yasamallı yenidən yarışmada iştirak edəcək. Bu məqamda bildirək ki, aparıcı Murad Dadaşov elə ötən sezonda meyxana ustadının gələn şouda da yer alacağını elan etmişdi.

    Bundan əlavə, son zamanlar populyarlaşan bloqqer-aktyor Taleh Yuzbeyovun da layihədə iştirak edəcəyi qeyd edilir. Dəqiq siyahının layihə rəhbəri tərəfindən bir neçə həftə sonra açıqlanacaq.

  • Nura Suri geyimi ilə gündəmdə – FOTO

    Müğənni Nura Suri bu dəfə geyimi ilə gündəmə gəlib.

    42 yaşlı ifaçı sosial media hesabında transparan libasda fotosunu paylaşıb.

    Müğənni fotoya heç bir rəy yazmayıb. Lakin həmin paylaşım izləyicilər arasında müzakirələrə səbəb olub.
    //oxu.az

  • Röya: Sizin “haradan” hələ də “haraya” çatmayıb – FOTO

    Əməkdar artist Röya Ayxan son zamanlar “Instagram” paylaşımları ilə diqqət mərkəzindədir.

    Sənətçi bu dəfə onun keçmişinə nəzər salanlara yazı həsr etməsi ilə diqqət çəkib.

    Hamiləlik fotosu ilə indiki görüntüsünü kollaj şəklində paylaşıb.

    “Bəzən kimsə mənə “Haradan hara” deyir. Gülümsəyib, düşünürəm…

    Çox məyus oldum, sizin “haradan” hələ də “haraya” çatmayıb. Amma məqsəd və arzu sənin yaxın dostun olmalıdır, özümüzü sevək, xanımlar, çünki mən Röyanı sevirəm”.//oxu.az




  • Natavanın çəkilişdə başı yarıldı – FOTO

    Aktrisa Natavan Ələkbərovanın “Təhminə və Zaur” serialının çəkilişləri zamanı başı yarılıb.

    Aktrisanın başına səs aparatı düşüb. Natavan hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

    “Çəkiliş gedirdi, dayanmışdım bir də gördüm başıma aparat dəydi. Başım qanasa da, şükür ki, güclü xəsarət almadım. İndi yaxşıyam”.

  • Emin Ağalarov uşaqlarını “VAZ 2107″yə mindirib “avtoşluq” etdi (VİDEO)

    Müğənni bəstəkar Emin Ağalarov əkizləri Əli və Mikayılla birgə istirahət videosunu paylaşıb.

    Emin gərgin iş rejimi arasında ailəsinə də vaxt ayırır. Oğulları ilə maraqlı gün keçirən müğənni stress atıb.

    Eminin Instagram hesabından paylaşdığı videoda “VAZ 2107” sürdüyü əks olunub. Videoya sosial şəbəkədə xeyli maraq göstərilib.

    Həmin görüntüləri təqdim edirik:
    //Baku.ws

  • Azərbaycanlı aktrisa əməliyyat zamanı komaya düşdü – FOTO

    Aytəkin Babazadə komaya düşdü

    Median.Az xəbər verir ki, Milli.Az-a daxil olan məlumata görə, azərbaycanlı aktrisa-model Aytəkin Babazadə komaya düşüb.
    Belə ki, bir neçə saat əvvəl əməliyyata girən aktrisanın qəfildən halı pisləşib.
     
    Aktrisanın bədəninin hansı nahiyəsində əməliyyat etdirdiyi məlum deyil. Xəbəri sənətçinin yaxınları da təsdiqləyib.
     

     

     

     

     

  • Faiq Ağayev deputat olmaq istəyir – VİDEO

    ARB TV-nin “Kim var, kim yox?” verilişinin növbəti qonağı Xalq artisti Faiq Ağayev olub.

    Sənətçi deputat olmaq arzusundan söz açıb:

    “Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Bir az zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət”.

  • Əlixan Hüseyni və onun sevənlərini təhqir etdi – “Çoban və onun sürüsü” – VİDEO

    Tanınmış video blogger və aktyor Əlixan Rəcəbov “İnstagram” hesabında yeni video paylaşıb.

    Median.Az open.az-a istinadən xəbər verir ki, Rəcəbov videoda ötən gün paytaxta gələn video blogger Hüseyn Həsənovu və onun fanatlarını təhqir edib.

    Aktyor həmkarını “çoban” onu sevənləri isə “qoyun sürüsü” adlandırıb:

    “Eşitdiyimə görə Bakıda “28 Mall” tərəfdən bir sürü adam keçib. Nə məsələdir? Bəziləri dedi ki, sən paxıllıq edirsən. Yox, mən çobana və onun sürüsünə paxıllıq etmirəm. Səmimi sözlərimdir”.

  • Azərbaycan efirində BİABIRÇILIQ: Müğənninin əsl səsi üzə çıxdı (VİDEO)

    Azərbaycan telekanallarından olan “AYTV 1”-də daha bir biabırçılıq baş verib.

    Median.Az a24.az-a istinadən xəbər verir ki, aparıcı tərəfindən istedadlı müğənni kimi təqdim olunan “Kama” fonoqram üzərində oxuyarkən özünü biabır edib. Belə ki o, səslənən mahnının üzərində oxuyarkən əsl səsi üzə çıxıb. Məlum olub ki, əslində ifa edən şəxsin səsi bərbaddır.