Category: Şou Biznes

  • Pərvin gecəyarısı küçədə rəqs etdi – Video

    Aktrisa Pərvin Abıyevanın sosial şəbəkədə yayımladığı videosu müzakirələrə səbəb olub.

    Videoda Pərvinin gecəyarısı küçədə rəqs etməsi əks edilib. Aktrisa avtomobilini saxlayıb, yağışın altında oynamağa başlayıb.

    Abıyeva videonu “Sevgi” şərhi ilə İnstaqramında paylaşıb. Onun görüntüsü 64 mindən çox izlənilib.

    Bu arada Pərvinin yeni avtomobili də diqqət çəkib. Bundan əvvəl “Porsche”si ilə gündəmdən düşməyən aktrisa özünə “Range Rover” markalı maşın alıb.

    ///Axşam.az

  • Beyons azərbaycanlı dizaynerin kolleksiyasından geyindi – FOTO

    Dünya şöhrətli ifaçı Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib.

    Bu barədə Rüfət özü sosial media hesabında məlumat verib.

    “Beyonsu 2019-cu ilin dəbli idman geyimində görmək məni həyəcanlandırdı”, – deyə Rüfət yazıb.

    Qeyd edək ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Ötən aylarda Nyu-York Moda Həftəsində onun geyimləri nümayiş olunmuşdu.


  • Dj Çina “Mustang”la qəzaya düşdü: dəmirlərə çırpıldı – VIDEO/FOTO

    Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
     
    Qəza bir az əvvəl “Sahil” metro stansiyasının qarşısında qeydə alınıb.
     
    Belə ki, “Ford Mustang” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir lövhəyə çırpılıb. Hadisə nəticəsində ölən və yaralananın olmadığı deyilir.
     
    ***
     
    Əldə etdiyimiz məlumata görə, qəzaya düşən avtomobil dicey Çingiz Mustafayevə (Dj Çina) məxsusdur və sükanda da özü olub.//primetime.az







  • Övladlarından imtina edən Rəmiş: “Məni saymadılar” (VİDEO)

    Məşhur gitara ifaçısı, xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV-də yayımlanan “Şou ATV” verilişində qonaq olub.

    Sənətkar efirdə övladlarından bir xeyli giley-güzar edib:

    “Doğma balalarım məni saymadı. Mən onlardan imtina etdim. Mənim balam da, anam da, arvadım da, bacım da Gülüdür. Pis günlərimdə məni heç kim yada salmadı”.

    Qeyd edək ki, Rafiq Hüseynovun iki qız övladı var.
    //baku.ws

  • “Maşın” şounun yeni mövsümdə İŞTİRAKÇILARI BƏLLİDİR

    Azərbaycanın ən reytinqli şousu – “Maşın” ekranlara qayıdır. “Maşın” şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.

    “M Group Production”ın Mətbuat Xidmətindən aldığımız xəbərə görə, artıq “Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da…

    “Maşın”ın sayca 17-ci sürəti olan budəfəki layihədə hamını sürprizlərlə dolu bir həyəcan gözləyir. “MGP”nin verdiyi məlumata görə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın budəfəki konsepsiyası da artıq hazırdır. Həmçinin layihənin anonsu da hazırlanır. Bu ayın sonuna kimi efirə çıxacaq anonsu görən izləyicilər əslində “Maşın”ın yeni mövzusunun nədən ibarət olacağını anlaya biləcəklər. Şounun tizeri isə artıq yayıma buraxılıb.

    Onu da vurğulayaq ki, “Maşın” şounun müəllif hüquqlarının sahibi olan “MGP” özünün 15 illik yubileyini və Azərbaycanlıların Həmrəylik Gününü, həmçinin Yeni il bayramını da xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünüb.

    “Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqramlar düşünüb hazırlamağa davam edir. Bir sözlə, “MGP”nin ofisində gərgin iş rejimi, gündəlik toplantılar ciddi şəkildə davam edir.

    Beləliklə, “Maşın” realiti şou 17-ci sürəti ilə yenə də reytinqləri alt-üst etməyə gəlir…

  • Elza yenə heyrətləndirdi – FOTO

    Əməkdar artist Elza Seyidcahan yeni fotoları ilə diqqət çəkib.

    Qorxulu obraza bürünən sənətçinin görüntüsü görənləri təəccübləndirib.

    Onun görüntüsünü isə Stilist Sevanna ərsəyə gətirib.










    //oxu.az

  • Təranə Səmədova məhkəməyə müraciət edib

    İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

    T.Səmədovanın vəkili ilkin şikayətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    T.Səmədova barəsində bəraət qərarının çıxarılmasını istəyir.

    Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T. Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

    İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

    O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

    İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.//oxu.az

  • Röya paylaşımları ilə diqqət çəkir – FOTO

    Əməkdar artist Röya Ayxan “Instagram” paylaşımları ilə diqqət çəkir.

    Türkiyəli fotoqraf Orçun Mutlunun obyektivi qarşısına keçən müğənni bir-birindən fərqli fotoları ilə sosial medianın dilindədir.

    Sənətçinin stilisti isə Gülben Ergen, Derya Uluğ, Alina Boz kimi məşhurlarla çalışan Yüksel Özgürdür.




  • “Maşın”ın başlama tarixi bəlli oldu – VİDEO

    Reytinqləri alt-üst edən “Maşın” realiti şousunun başlama tarixi müəyyənləşib.

    Şou 13 dekabr tarixində başlayacaq.

    Qeyd edək ki, realiti şou “ATV” kanalında yayımlanacaq.

  • “Xəzər TV”dən Tahir İmanova cavab: “Zibil yeşiyi…” – VİDEO

    Azərbaycanın əməkdar artisti. Çox təmtəraqlı səslənir. Bu adı almaq qədər onu daşımaq da məharət istəyir. Amma deyəsən aktyor Tahir İmanov bu adın verdiyi məsuliyyət yükünün altında əziyyət çəkir. Əgərə belə olmasaydı öz tükənmişliyiniin günahını başqalarında axtarmazdı.

    Tahir İmanov bugünlərdə mətbuata açıqlama verib və öz ağlınca baltanı kökündən vurub. Ki, bəs, Azərbaycanın bütün özəl TV kanallarını zibil yeşiyinə atardım. Səbəbini də deyib: güya bu kanalların hamısı ucdantutma onun kimi istedadları başa düşəcək səviyyədə deyilmiş.

    Bu şəxs daha sonra bir az da irəli gedərək iddia edib ki, hazırda Azərbaycan mediasının 95%-i sarı mediadır. Yəni ona inansaq ölkədə ciddi media yox imiş.

    Bəs, belə iddiaları dilə gətirməyə onu vadar edən nədir? Deyir ki, sonuncu konsertimizə çağırdığımız jurnalistlər konsertdən deyil, başqa şeylərdən yazıblar. Biz də sual edirik: niyə? Cavab sadədir: ona görə ki, təqdim edilən konsert sadəcə gözlənilən marağı doğurmayıb. Bu da bu adamın istedadının tükənməsinin sübutu ola bilər.

    İstedadın tükənməsindən söz düşmüşkən, Tahir İmanov deyir ki, son illər ərzində filmlər çəkiblər, amma arzu olunan diqqətlə qarşılaşmayıblar. Elə bu faktın özü bir daha sübut edir ki, istedad tükənib, ictimai maraq dairəsi daralıb. Ona görə də media artıq bu adamların tamaşalarına əvvəlki kimi diqqət göstərmir. Yəni belə bir şəxsin özünün tükənməsini dərk etmək yerinə durub Azərbaycan mediasının 95 faizini günahlandırması, jurnalistləri az qala ucdantutma savadsız elan etməsi artıq onun özünün problemli olmasından xəbər verir.

    Və sonda. Tahir İmanov doğurdanmı hesab edir ki onun məhşurlaşmasında, təmaşaçı rəğbəti qazanmasında lap elə bu əməkdar artist adını almasında indi zibil yeşiyinə atmağa hazır olduğu mətbuatın eləcə də özəl televiziyaların rolu olmayıb.

    Əgər aktyor tükənibsə ortaya yeni maraqlı heç nə çıxara bilmirsə tamaşaçı özü onu zibil yeşiyinə atır. Əgər Tahir İmanov şənliyini və hazırcavablığını itiribsə burada televiziyaları günahlandırmaq ən azı çörəyi dizinin üstündə olmaqdır.
    ///xezerxeber