Category: Şou Biznes

  • “8 aydır narkotikdən uzaqlaşmışam, düşmənimə də arzulamıram” – Mirkamil

    Müğənni Mirkamil Kamilov son günlər paylaşımları, açıqlamaları ilə gündəmdən düşmür.

    Ötən gün İnstaqramda canlı yayıma girən ifaçı izləyicilərinin suallarını cavablandırıb. O, yazılan təhqirlərə cavab verib. Qəribə hərəkətləri ilə diqqət çəkən Mirkamil İnstaqram səhifəsini özü işlətdiyini yazıb:

    “İşıqlı dünyada qaranlğı sevdirdilər mənə. Deyirlər, başım qaçır. Qaçdığı gün özümü vuracam. Azərbaycanda ən zəif oğlan mənəm. Yaxşı olmaq istədim, amma dedilər, pis ol. Mən də acımasız oldum”.

    Mirkamil bir neçə gün əvvəl narkotikdən müalicə olunması ilə bağlı açıqlamasına aydınlıq gətirib. O, izləyicinin “Əsas narkotiki atmısız” sözlərinə “8-9 aydır uzaqlaşdım. Hansı kruqda oldum, onlara da can sağlığı diləyirəm.

    Uzaqlaşmışam, şükür. Düşmənimə də diləmirəm” cavabını verib.

    Müğənni beyin xərçəngindən əziyyət çəkdiyini də söyləyib:

    “Beynimin sağ tərəfində şiş var idi. Özüm sağaltmışam. Psixoloji fikirlərlə hər şeyi etdim. Başqa cür yaşamaq istəyirdim, buna vadar etdilər”.

    ////Axşam.az

  • Qızından Miri Yusifə musiqili ad günü hədiyyəsi – FOTO/VİDEO

    Əməkdar artist Miri Yusif özünün 41, oğlu Mir Cahidin 1 yaşını təmtəraqlı şəkildə qeyd edib.

    Median.Az xəbər verir ki, Mirinin doğum günündə Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Günay İbrahimli, Azad Şabanov və başqa məşhurlar olub.

    Doğum gününün görüntüləri sosial şəbəkədə paylaşılıb.

    Əməkdar artistin qızının atasına hədiyyəsi də maraqla qarşılanıb. Belə ki, Adelya Miri üçün rus dilində mahnı ifa edib.

    Miri Yusif daha sonra həyat yoldaşı və qızı ilə səhnəyə çıxaraq mahnılarını oxuyub.



    //oxu.az

  • Rəqsanənin 17 il əvvəlki – Fotosu

    Müğənni Rəqsanə İsmayılova 17 il əvvəlki fotosunu paylaşıb.

    Sənətçi 495 minlik İnstaqramında yerləşdirdiyi şəklində ötən gün dünyasını dəyişən təşkilatçı Nahid Emiloğludan yazıb.

    İzləyicilərin isə diqqətini Rəqsanənin əməliyyat etdirməzdən əvvəlki görüntüsü çəkib.
    ///Axşam.az

  • Hacı Nuranın görüntüsü dünyaca məşhur səhifədə – FOTO

    Tanınmış aparıcı Hacı Nuranın şəkil çəkdirmək sevdası hər kəsə məlumdur.

    Nuranın dünya ulduzlarından tutmuş robot Sofiyaya qədər hamı ilə fotosu var.

    O, hər zaman fotolarını sosial mediada paylaşır, hər kəsin ad günü və bəd günlərini yada salır. Bu dəfə isə fərqli bir hadisə baş verib.

    Bu günlərdə aparıcının fotosu məşhur səhifələrdə paylaşılmağa başlanıb.

    Belə ki, dünya şöhrətli müğənni Meray Kerrinin fan səhifələri ifaçının Hacı Nuranla görüntüsünü paylaşaraq, “Meray Kerri Bakıda jurnalist Hacı Nuranla” rəyini yazıblar.

    Nuran isə bundan fərəhlənərək “screenshoot” edib və fotonu səhifəsində paylaşıb.//oxu.az

  • Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdi

    Bakı Apellyasiya Məhkəməsində müğənni Təranə Qumral barəsində cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

    Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara görə, Təranə Qumralın apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral dörd min manat məbləğində cərimə edilib.

    Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb.

    Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib.

    Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib.

    Buna görə də Nazənin məhkəməyə müraciət edib.

    Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.

    Təranə Qumralın Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməsi, dediklərinə təkzib verməsi barədə qərar verilib.

    Lakin Təranə Qumral məhkəmə qərarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.//oxu.az

  • «Aya» uçan ilk azərbaycanlı ulduzlar! – VIDEO

    Aygün və Raufdan şoubiznesə çoxdanışılacaq mesaj! #yerdəyoxdurbizəyer

    Onlar 2018-ci ilin fevral ayında şəxsən tanış oldular. Elə o ərəfədə Aygün Kazımovaya Raufun komandasından 2 hazır mahnı təqdim olundu. Təsdiqləndi və işlərə başlandı. İlk hit «Yaraşdın mənə» onların tanışlığını ifadə edirdisə, növbəti hit sənətdə və yerli şou-biznesdə zəncirləri qıran, çərçivələri sevməyən, sərhədləri keçən hər iki ulduzun səhnədə yaşadıqları sevgiyə qovuşmasıdır. Bu sevgi yerdəki ulduzlara görə deyil, bu sevgi zirvədə, atmosfer qatlarının ən üstündə, nəhayət Ayda yaşanmalıdır!

    İdeyası, musiqisi və sözləri hər zamankı kimi Mərkəz productionun kreativ direktoru olan Nicat Məlikova aid növbəti hitin saund prodüseri yenə də Fərid İsmayılovdur. Çox böyük səs gətirəcəyi gözlənilən «Aya» hitinə Aygün Kazımovanın komandası olan SS production və Mərkəz productionla bərabər bənzərsiz və çox orjinal bir klip çəkilib. Rejissorluğu da öz öhdəsinə götürən Nicat Məlikovun bu dəfəki çəkiliş qruppasının əsas adlarından biri operator Rauf Qurbanıliyevdir.

    «AYA» hiti sanki buludların üzərində canlanır. Qalmaqaldan, sosial şəbəkələrdəki, efirlərdəki biyabrçılıq və zövqsüzlüklərdən qaçan Aygün və Rauf əsl ulduzların yeri olan Ayı özlərinə məskən seçirlər. Musiqi ilə pozitiv bir eşq yaşayırlar, rəqsləri və şıltaqlıqlar ilə tam bir harmoniya içindədirlər. «Yerdə yoxdur bizə yer» «Uçuruq Aya» deyən əsl ulduz cütlüyü həm də yeni ulduz müharibələrinə hazırlaşırlar. Amma bu dəfə onlara qoyulmuş yerli çərçivələrdən kənarda və bəlkə də çoxlarının əli çatmayacaq qədər uzaqda!

    Möhtəşəm «Aya» klipində Mərkəz Production və SS productionla yanaşı bir çox peşəkərların imzası var. SS productionun rəhbəri Aysel Rəcəblinin başına topladığı komandanın tərkibində xaricdəki moda defileləri ilə haqqında çox danışılan dizayner Rüfət İsmayıl və tamınmış stilist Ruxa var. Onlarla bərabər Raufun yeni imici üzərində Kadir Amir işləyib. Texniki təchizatı Anar Məmmədxanlının yadigarı olan hazırda Pərviz Məmmədovun rəhbərlik etdiyi Ultra production təmin edib. Pirotexnika «Bolshoy prazdnik» sayəsində mükəmməl nəticə verib. «Aya» hitinin masterinq və səs uzlaşması ilə həmişəki kimi Ramin Vəlibəyov məşğul olub.

    Aygün və Raufla «Aya» uçmağa hazırsınız?!

    O zaman bu youtube linkini klikləyin, izləyin, dinləyin!

  • Məşhur azərbaycanlı prodüser vəfat etdi – FOTO

    Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlu vəfat edib.

    Onun ölümünə səbəb ürəyində yaranan problem olub.

    Məlumat üçün bildirək ki, prodüser 2014-cü ildə ürək əməliyyatı keçirib. Onun ürəyinə stent qoyulmuşdu.

    N. Emiloğlu xeyli müddətdir xəstəlikdən əziyyət çəkirmiş.



    Qeyd edək ki, N. Emiloğlu bir çox xarici müğənninin Azərbaycanda konsertini təşkil edib.

  • Alim Qasımovun qızı Bülənt Ərsoyla eyni səhnəni bölüşdü – VİDEO

    Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Türkiyədə səfərdə olub.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı Türkiyə Cümhuriyyətinin 95-ci ildönümünə həsr olunmuş tədbirdə yer alıb.

    F.Qasımova daha sonra müğənni Bülənt Ərsoyun yer aldığı restorana yollanıb. Muğam ifaçısı onunla birlikdə səhnə bölüşüb. Ərsoy Fərqanəni səhnəyə dəvət edərək, mahnı oxumasını istəyib.

    Videosunu sosial şəbəkədə paylaşan müğənni “Gözəl xatirələrdən biri. Türkiyənin böyük sənətkarı Bülənt Ərsoyla eyni səhnədə olmaq qürurvericidir” sözlərini yazıb.

  • Azərbaycanlı aparıcı özünü “Sofiya”ya bənzətdi – FOTO

    Xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədəki maraqlı paylaşımı ilə diqqət çəkib.

    Zülfiyyə “Təbi intellekt süni intellektə qalib gəlir” sözlərini yazaraq, dünyanın ən ağıllı robotu “Sofiya” ilə birləşdirdiyi fotosunu paylaşıb.

    Xəstəliklə bağlı saçları tökülən və başını keçəl edən aparıcının paylaşımına izləyiciləri də fərqli rəylər yazıb, onu robotla oxşadıblar.

    Qeyd edək ki, aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı olan Zülfiyyə mədə xərçəngindən əziyyət çəkir.
    /azxeber.com

  • “Ərinə denən sənə verdiyimiz 2 min manatı hazırlasın” – “Toppuş bacı”ya növbəti zərbə

    Uzun müddətdir xəstəliyi ilə gündəmdən düşməyən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yeni xəbərlər yayılıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın “Bizimləsən” verilişində evinin ipoteka kreditini ödəmək üçün pul toplaması sosial şəbəkədə müzakirələrə səbəb olmuş və qınanılmışdı.

    Ötən gün isə T.Əliyevanın beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. Həmin vaxt mədəsini kiçiltmək üçün həkimə müraciət edən aktrisaya bunun mümkünsüz olduğu deyilib. Amma buna əhəmiyyət verməyən “Toppuş bacı” bıçaq altına yatıb. Bu ilin avqustunda əməliyyat olunan Tünzalə uşaqlıq yolunda olan bədxassəli şişi kəsdirib. O bildirib ki, şişdən yeni xəbəri olub.

    T.Əliyeva bu iddialara qarğışla cavab verib. Onun “Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözləri hər kəs tərəfindən tənqid edilib.

    Müğənni Mirkamil Kamilov Tünzalənin açıqlamasını İnstaqram səhifəsində yayımlayaraq bunları yazıb:

    “Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə hərəkətlər fikirləşən yoldaşın mütləq bu yazımı oxuyacaq. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulunu rahat xərcləyə bilərəm”.

    Əməkdaşımız T.Əliyeva ilə əlaqə saxlamağa çalışıb. Aktrisa artıq bundan sonra heç bir mediaya açıqlama verməyəcəyini deyərək, telefonu söndürüb.

    Qeyd edək ki, bir çox sənət adamı Tünzaləyə maddi dəstək olub. Onlardan biri də xalq artisti Mələkxanım Əyyubova idi. M.Əyyubova Mirkamilin bibisidir.