Category: Şou Biznes

  • Tanınmış prodüser Təranə Səmədova həbs edildi

    Nərimanov rayon Məhkəməsində prodüser Təranə Səmədovanın CM-nin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Təranə Səmədovanın barəsində DİN İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanılıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub, həmin qadınlar işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

    İstintaq mərhələsində T.Səmədovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 müddətinə azadlıqdan məhrum olunub və o, iclas zalında həbs edilib.

  • Aygün “Tarqovu”da 5 nəfəri öpdü (VİDEO)

    ATV-də yayımlanan “ATV maqazin onlarla” verilişində yeni “Onlarla 3 dəqiqə” rubrikası start götürüb.

    Rubrikanın ilk qonağı Xalq artisti Aygün Kazımova olub.

    Rubrikanın şərtlərinə əsasən, pop-diva 3 dəqiqə ərzində 33 suala cavab verməli idi.

    Şərti yerinə yetirə bilməyən Aygün Kazımova 5 paytaxt sakinini öpməklə cərimələnib.
    //baku.ws

  • Xərçəngdən əziyyət çəkən azərbaycanlı məşhurlar danışdı – VİDEO

    Xərçəng müasir dövrün ən böyük bəlalarından biridir.

    Bir sözlə ifadə olunan bu xəstəliyin 200-dən artıq növü var. Ən çox yayılanı isə döş, ağciyər, bağırsaq xərçəngidir.

    Elə Azərbaycanda da yetəri qədər xərçəngin müxtəlif formasından əziyyət çəkən insanlar var. Uşaqların da daxil olduğu statistikaya əsasən qadınlar arasında döş xərçəngi daha çox yayılıbsa, kişilər ağciyər xərçənginə düçar olur.

    Bildiyiniz kimi, yerli tanınmışlar arasında da xərçəngdən əziyyət çəkən, əməliyyat olunan və hazırda da müalicəsi davam edən şəxslər var.

    Median.Az xəbər verir ki, News24.az saytı “Xərçəng ölüm deyil” motivasiya xarakterli sosial çarx hazırlayıb.

    Çəkilişlərdə aparıcı-aktrisa Zümrüd Qasımova, xeyriyyəçi-aparıcı Hacı Nuran və onların həmkarı Zülfiyyə Bayramova yer alıb.

  • ABŞ-da tanınmış repçi öldürüldü

    ABŞ-ın Yeni Orlean şəhərində “Young Greatness” ləqəbi ilə tanınan repçi Teodor Cons öldürülüb.

    Bununla bağlı “Billboard” nəşri polisə istinadən məlumat yayıb.

    Qeyd edilib ki, 34 yaşlı Cons şəhərdəki restoranlardan birinin qarşısında güllələnib, avtomobili isə qaçırılıb, ancaq daha sonra maşın aşkar edilib.

    Polis faktla bağlı araşdırmalara başlayıb.

    “Young Greatness” ləqəbli repçi 2015-ci ildə “Moolah” mahnısı ilə tanınıb. “Rolling Stone” jurnalı Consu “Tanınmalı olan on yeni artist” siyahısına daxil edilib.

    İyunda Pensilvaniyada 21 yaşlı repçi Trevon Smart, oktyabrda isə musiqiçi Frenk Snayder güllələnib.

  • İnsan alverində təqsirləndirilən müğənniyə hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan qadınlarını Türkiyəyə apararaq fahişəliyə cəlb edən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, T. Muradova barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

    Xatırladaq ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

    Qeyd edək ki, T.Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan T.Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb.

  • “Toppuş bacı”nın daha bir yalanı üzə çıxdı

    “Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyevanın daha bir yalanı üzə çıxıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, aktrisa təxminən beş ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

    Məhz həmin ərəfədə o, mədəkiçiltmə əməliyyatı üçün Fərid Rəfiyev adlı bariatrik cərraha müraciət edib. Ancaq F.Rəfiyev aktrisaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxs üçün belə bir əməliyyatın əks-reaksiyaya səbəb olduğunu bildirərək, bu əməliyyatı boynuna götürməkdən imtina edib. T.Əliyeva sonradan Tariyel Ömərov adlı həkimə müraciət edib və mədəsini kiçiltməyə nail olub.
    Qeyd edək ki, T.Əliyeva televiziyadakı çıxışlarında və mətbuatda verdiyi açıqlamalarda xəstəliyinə səbəblərdən biri kimi mədəkiçiltmə əməliyyatını göstərirdi. Halbuki aktrisa mədəkiçiltmə əməliyyatı keçirərkən onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilirmiş. Ancaq özü əks-göstəriş olduğunu bilə-bilə mədəkiçiltmə əməliyyatına razılıq verib.

    Xatırladaq ki, aktrisanın digər yalanı “Bizimləsən” verilişində keçirilən aksiyayla bağlı olmuşdu. Pulu xəstəliyi üçün yığdığını deyən aktrisa sonradan ipoteka borcunu bağlamaq niyyətində olduğunu etiraf etmişdi.

  • Natavanın paylaşımı ortalığı qatdı: Hamilədir – FOTO

    Müğənni Natavan Həbibinin həyat yoldaşı Dado (Səid Əliyev) ilə paylaşımı müzakirələrə səbəb olub.

    Buna reperin ad gününü təbrik edən Natavanın paylaşımına “Günün mübarək, biz səni təbrik edirik” yazması səbəb olub.

    Belə ki, izləyicilər Natavanın “biz” yazmasını onun hamilə olması ilə əlaqələndiriblər.

    Bu şərhdən sonra müğənnilər Niyam Salami, Murad Arif və digər izləyicilər müğənniyə təbrik yazıb.

    Müğənni Xuraman Şuşalı da Dadonu təbrik edərək “Nata, səni sevirəm. Şad xəbər olasan, inşallah”, – deyə şərhini bildirib.

    Natavan isə iddialara cavab verməyib.

    Qeyd edək ki, cütlük ötən ilin iyul ayında evlənib. Dekabr ayında isə ayrıldıqlarını açıqlayıblar.

    Daha sonra fevral ayında Natavan “Zaurla Günaydın” proqramında ayrıldıqlarını bildirsə də, avqust ayında yenidən barışdıqları ortaya çıxıb.//oxu.az

  • Coşqun Rəhimov xərçəngə qalib gəldi

    Əməkdar artist Coşqun Rəhimov “Zaurla Günaydın” verilişində qonaq olub.

    Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aktyor hazırda səhhətinin yaxşı olduğunu bildirib.

    “Robot, dəmir deyilik axı. Hər bir orqan kimi xəstəliklər də fərqli olur. Allah heç kimə qismət etməsin. İndi xəstəlik tam bitib, nəzarət altındayam. Burda əməliyyat olundum. Öz həkimlərimizə daha çox inandım”.

    ///Axşam.az

  • Damlanın prodüseri İradəni intim videoları ilə şantaj edir: Otellər kraliçası – FOTO, VİDEO

    Müğənnilər Damlanın prodüseri Şamil müğənni İradə Mehrini intim videolarını yayacağı ilə hədələyib.

    Median.Az BAKU.WS-a istinadən xəbər verir ki, prodüser bunu Damlanın ünvanına təhqiramiz ifadələr işlədən İradənin səsini kəsmək məqsədilə edib.

    Qeyd edək ki, bu düşmənçiliyə səbəb Damlanın həmkarının illər öncə ifa etdiyi “Sevmişdim” mahnısını repertuarına salması, üstəlik də klip çəkdirməsi olub. Bundan qəzəblənən İradə Mehri media və sosial şəbəkə vasitəsilə Damlaya iradını və etirazını bildirib.

    İşlədiyi müğənnini müdafiə etmək və qarşı tərəfin səsini kəsmək qərarına gələn Şamil İnstagram səhifəsində əlində İradə Mehrinin intim videoları olduğunu yazıb və əgər ağıllı olmazsa, onları yayacağı ilə şantaj edib: 

    “Əxlaq meyarlarından və qeyrətdən dəm vuran xanımcıq. Mən bilməzdim, sən otellər kraliçasısan. Faktlar əlimdə olduğu üçün əminliklə yazıram. Deyirəm, bəlkə ağıllı olasan? Bəlkə xatırlatma edim? Akva Park, Novxanı Əli… Oteldə camaatın arvadının səni sürüməsi… Ən əsas, əlimdə olan video görüntülər! Nə deyirsən, bəlkə paylaşım? Axı sən məşhur olmaq istəyirsən? Sumqayıtda hansı bölmədə şikayət olunmusan, bəlkə onu da açıqlayım?

    Sən çox təhlükəli qapını açmısan. Daha doğrusu, yalnız düyməni basmısan. Qız balana yazığın gəlsin. Quzu, canavara yem olmaq istəmirsənsə, sus, yerində sakit otur! Otel videolarını paylaşmaq üçün səbirsizlənirəm, mənim namuslu balam”.

    Bir müddətdən sonra prodüser bu paylaşımlarını silib. Lakin İradə Mehri prodüseri hədə və şantaj dolu paylaşımını və mesajlarını skrin edərək öz səhifəsində paylaşıb.

    Prodüser tərəfindən İradə Mehriyə göndərilən mesajlarda da açıq-aşkar təhdid var: Olan-olmayan nə varsa əleyhinə verəcəm. Özünü gözdən az sal. Mən sənə deyirəm bəsdir! Damla özü polisə gedib. “Banditizm”də dostları var, səninçün pis olacaq”!


    İradə Mehrinin bu şantaj və hədələrə qədər Damlaya ünvanladığı paylaşımlarını da təqdim edirik: 

    “O qədər cılızsan ki, sənə hər kəs bir şey edə bilər. Acızsən! Hər addımın sənı daha da gözdən salır və salacaq. Hələ çox çırpınacaqsan, çox. Amma unutma, hər çırpındıqca gözünü səhərlər bir kişinin yatağında açırsan və daim elə olacaqsan. Sənin ruhun satılıb, cismin bu dunyada gezsə nə fərq edər? Yazıq birisini seyr etməqdən zövq alıram və sənə pula görə əyilən kölələrini bir-bir itirəcəksən, yazıq kafir bəndə! Öz əsərini yaratmısan! Davam et”!


    “Hansı peşə sahibi olursansa ol, fərq etməz, sözüm ünvanlıdır; çaqqalın yanında çaqqallar olar. O caqqalın üzü o qədər şey görüb ki, onun üçün fərq etmir. Söyülür susur, danlayırlar susur. Bədbəxt neylesin, sonradan görüb. Başa düşürəm, yazıq qorxur ki, ne isə deyər, bütün paxırları açılar. Vaxtında səni bilirsən niyə yanımdan qovdum? Sənin namussuz və nə qədər tərbiyəsiz olduğunu gördüm. Bil ki, mən sənin kimi onun-bunun hesabına yaşamıram. Bir dənə də səhv addımını görsəm, sənin üçün ağır olacaq! Ağıllı ol, get ulamağında ol!
    Yazıqsan, sənin tula olduğunu bütün kişilər bilir, namussuz”! 

  • Xoşqədəmdən efirdə gözlənilməz etiraf: “Məni öldürə bilərlər” – VİDEO

    “Gedin işinizlə məşğul olun. Mən bu işə baş qoşmuşam. Məni öldürə də bilərlər, ləkələyə də bilərlər. Bunun üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdim ki, təhlükəsizliyimi təmin edin. Bu dəqiqə evim də, övladlarım da necə lazımdır nəzarətdədir.

    Bu sözləri Xəzər TV-də yayımlanan ”Səni axtrarıram” verilişində aparıcı Xoşqədəm Baxşəliyeva bildirib.

    Aparıcı tutduğu mövqeyindən vaz keçməcəyini bildirib:

    “Cənab Ramil Usubova öz dərin təşəkkürümü bildirirəm. Əziz tamaşaçılar sizin də dəstəyinizə ehtiyacım var. Bu Çinarə olayı deyil. Elçin məsələsində hər cür çirkinliklər var. Burada qadın alveri də var. Burada məni öldürə bilərlər”.//baku.ws