Category: Şou Biznes

  • Bir vaxtların məşhur müğənnisi indi küçələrdə dilənir – VİDEO

    Vaxtilə böyük səhnələrdə çıxış edən müğənni, mərhum meyxanaçı Nizami Rəmzi ilə “Aşiq canan” mahnısını duet ifa edən Əzizə xanım indi acınacaqlı vəziyyətdə yaşayır və küçələrdə dilənir.

    Bu haqda müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” və “ATV maqazin onlarla” verilişində məlumat verib.

    Əzizə xanıma kömək etmək istəyən R. Zərgərli bildirib ki, hazırda onun axtarışındadır və bununla bağlı aparıcısı olduğu “Bakı vaxtı ilə” verilişində artıq tamaşaçılarına da müraciət edib.//baku.ws

  • “Azəri Vandam”ı efirə çıxaran veriliş bağlandı – VİDEO

    ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” adlı proqram yayımını dayandırıb. “Qafqazinfo” xəbər verir ki, bir neçə gündür ki, sosial şəbəkələrdə tənqid olunan veriliş kanal rəhbərliyi tərəfindən bağlanıb.

    Median.Az xəbər verir ki, məlumatı əməkdar artist “Qafqazinfo”ya təsdiqləyib. O, verilişinin yayımının son olayla bağlı dayandırıldığını qeyd edib.

    Qeyd edək ki, ötən həftə M. Xanlarovanın qonağı sosial şəbəkələrdə məşhurlaşan “Azəri Vandam” olmuşdu.

    Aparıcı-aktrisanın qonağı ilə birgə şpaqat açaraq “Azəri Vandamı” təqlid etməsi birmənalı qarşılanmamışdı.

  • Xərçəngdən əziyyət çəkən “Toppuş bacı”nın ölüm xəbəri yayıldı

    Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın ölüm xəbəri yayılıb.

    Median.Az xəbər verir ki, xeberchi.az aktrisanın ailəsi ilə əlaqə saxlayıb. Özünü “Toppuş bacı”nın qardaşı qızı kimi təqdim edən xanım bu xəbəri təkzib edib:

    “Tünzalə sağdır, yayılan xəbər yalandır. Amma indi Tünzalə danışacaq vəziyyətdə deyil”.

    Qeyd edək ki, T.Əliyeva uşaqlıq boynu xərçəngindən əziyyət çəkir.

  • Anarı Braziliya qızları inanılmaz coşqu ilə qarşıladılar – Video

    Tanınmış stilist Anar Ağakişiyevi Braziliyada qadınlar böyük sevinclə qarşılayıb.

    Artıq dünyada məşhur olan azərbaycanlı makiyaj ustası Brazilyaya işgüzar səfərə yollanıb. O, Braziliyada xanımlara ustad dərsləri keçib.

    Makiyaj ustası səfəri boyu yaddaqalan maraqlı anları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb: “Şükür sənə, Tanrım! Mənə bu günü yaşatdın. Xoşbəxt təsadüfdən ayın 23-ü Azərbaycan və Braziliya Diplomatik Münasibətlərinin 25 illiyidir”.

    A.Ağakişiyevin tədbirə kürəyində strazlarla işlənmiş Azərbaycan bayrağının rəsmi olan geyimdə gəlməsi diqqətdən qaçmayıb. Brazilyalı xanımlar həmyerlimizi böyük coşğu və sevinclə qarşılayıb.//publika.az

  • ATV-nin aparıcısı kampaniyaya başladı: “Televiziyalardakı səviyyəsizliyə son”

    Tanınmış teleaparıcı, ATV-də yayımlanan “5-ci element” veriilişinin aparıcısı Ranar Musayev son günlər aparıcıların verilişlərdə etdiyi hərəkətləri tənqid edib.

    Ranar İnstaqramda paylaşım edərək bunları yazıb:

    “Bəyəni və şərh xatirinə təpik atan, dombalaq aşan, dilənçilik edən, firildaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr… Eləcə də bu videoları paylaşıb şərh edən insanlar müraciətim sizədir: Əslində onları tənqid yox təbliğ edirsiz. Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiz. Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur. Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdılar. Onları bu müzakirələrlə tənqid yox, təbliğ edirsiz, məşhurlaşdırırsız, yaşadırsız… Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar.

    Əgər gələcəkdə övladınızın, cəmiyyətimizin onlara oxşamasını istəmirsizsə, mübarizəyə qoşulun. Hansısa belə bir videoya rast gəldiyiniz zaman baxmayın, baxış sayını artırmayın, şərh yazmayın. Qoy bilsinlər, mənəviyatımızı məhv etmək istəyən şəxs və ya səhifə şəxsən siz tərəfdən öz cəzasını alacaq.

    Televizoru onun üçün söndürmədik ki, indi də sosial medianı zibilləsinlər. Bu mövzular ətrafında hay-küyü öldürməklə, onları diqqət dairəmizdən çıxarmaqla, bu tipdə paylaşımları rədd etməklə vətənimizi, millətimizi bu dəhşətdən qurtara bilərik. Əks halda bu faciə hər birimizin əksinə işləyəcək. Yeni nəsil bunları görüb yetişir və norma kimi qəbul edir. Çünki gözünü açandan bu səviyyəsizliyi görür. Övladlarımızın onlara bənzəməsi qaçılmazdır. Amma çıxış yolu var, mübarizəyə qoşulun. Hər şey çox sadə və asandır. Hazırsız? Onda “Səviyyəsizliyə stop” kampaniyasına qoşulun”.

    Qeyd edək ki, bir neçə gün əvvəl əməkdar artist Mehriban Xanlarova aparıcısı olduğu verilişdə şpaqat açıb, təpik atıb. Onun bu hərəkəti izləyicilər tərəfindən təhqir edilib.//azxeber.com

  • Xalq artisti özündən 10 yaş kiçik əri ilə – FOTOLAR

    Xalq artisti, tanınmış aktrisa Naibə Allahverdiyeva həyat yoldaşı ilə tədbirlərin birinə qatılıb.

    Aktrisa özündən on yaş kiçik əri ilə fotokameramızdan yayınmağa çalışsa da, buna nail ola bilməyib.

    Qeyd edək ki, xalq artisti ikinci dəfə ailə həyatı qurub. Onun həyat yoldaşı bizneslə məşğuldur.

    //yenicag.az

  • Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi (VİDEO+FOTOLAR)

    Tanınmış azərbaycanlı müğənni Elnur Məmmədov fanatı olduğu rusiyalı döyüşçü Həbib Nurməhəmmədovdan hədiyyə alıb.

    Həbib Elnura fotosunun yer aldığı avtoqraflı köynəyi hədiyyə edib.

    Bundan əlavə, rusiyalı döyüşçü müğənniyə video da ünvanlayıb:

    “Salam aleykum. Azarkeşlik etdiyin üçün təşəkkür edirəm. Sənə sağlamlıq və uğurlar arzu edirəm. Görüşənədək”.//baku.ws


  • Miri Yusif “dəli” oldu – VİDEO

    Əməkdar artist Miri Yusif yeni klipini təqdim edib. 
     
    İfaçı “Dəli oluram” mahnısını ekranlaşdırıb. 

    Rejisor Əli Fərhadın lentə aldığı ekran işində Miri Yusif psixoloji problemi olan obrazı canlandırıb. 

    Yeni klipini izləyiciləri ilə bölüşən Miri Yusif “Kliplərim arasında interval uzun olanda #dəlioluram” sözlərini əlavə edib.  
    /baku.ws

  • Ələkbər Yasamallı: “O qız hansısa yaxşı oğlanın yoldaşı ola bilər, diqqətli ol” – VİDEO

    Azərbaycanda söz sənətkarlarının növbəti battle (döyüşü) baş tutub.

    Tədbirdə münsif kimi iştirak edən tanınmış meyxanaçı Ələkbər Yasamallı yenə də verdiyi cavabla diqqət mərkəzinə düşüb.

    O iştirakçılardan birinin bacı atmacasına özünəməxsus şəkildə cavab verib: “Sən deyirsən ki, kiminsə bacısına “whatsapp”da nəsə yazarsan. Ancaq unutma ki, kiminsə bacısı, hansısa yaxşı oğlanı yoldaşı ola bilər və həmin oğlan gəlib sənə cavab verər”.

    Ələkbərin bu cavabı sosial şəbəkədə trendə çevrilib və bəyəni toplayıb.

    Həmin görüntüləri təqdim edirik:
    /azxeber.com

  • Pərvin Abıyevanın nəfəskəsən ehtiraslı rəqsi – VİDEO

    Aktrisa Pərvin Abıyeva bir neçə gün əvvəl doğum gününü qeyd edib.

    Dünən isə aktrisa 28 yaşını daha geniş dost çevrəsi ilə və daha təmtəraqlı şəkildə qeyd edib. Pərvin gecəyə ehtiraslı rəqsləri ilə damğa vurub.

    O, doğum günü üçün bir neçə gün əvvəlcədən azərbaycanlı rəqqas və xoreoqraf Mehmandan dərs alıb. İdeal bədən quruluşuna malik olan aktrisanın cazibədar rəqsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Onun peşəkarcasına rəqs etməsi diqqət çəkib.//1news.az