Category: Şou Biznes

  • Damlanın atasının məzarından görüntülər: Müğənni göz yaşlarına boğuldu – VİDEO

    Məşhur müğənni Damlanın aylar öncə dünyasını dəyişmiş atasının məzarından görüntüləri yayılıb.

    Qəbristanlıqdan kadrlar Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində nümayiş etdirilib. Proqramda qonaq olan Damla təqdim edilən video qarşısında göz yaşlarına boğulub.

    Həmin kadrları sizə təqdim edirik:

    ///A24.Az

  • Bacıların arxiv VİDEOları üzə çıxdı: utandılar – Əlində banan… – VİDEO

    Sevil-Sevinc bacılarının azyaşlı vaxtı evlərində bir yığıncaq zamanı çəkilmiş videoları “5/5″də tamaşaçılara təqdim edilib.

    Median.Az xəbər verir ki, əkizlər həmin kadrları monitorda görüncə utandıqlarından əlləri ilə üzlərini tutublar.

    Sevil-Sevinc masadakı bananları mikrafon əvəzi istifadə ediblər.

    Həmin maraqlı kadrları təqdim edirik:

  • “İlhaməni aldadıb, 30 mini almaq istəyirdi” – Orxanın dələduzluğunu açıqladı

    Əməkdar artist Cavanşir Məmmədov mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan danışıb.

    Müğənni “Bizimləsən” proqramında hazırda həbsdə olan Orxanın dələduzluğundan bəhs edib:

    “İlhamə Quliyeva üçün mebel alanda 17 min endirim etdirdik. Özü incidi getdi ki, qiyməti baha idi. Türklər idi, tanımırdılar. Getdim onların yanına. Videomaterial apardım ki, o, çox böyük sənətçidir. Pul qazanan adam deyil, toylara getmir. Ev alan da 350 minə danışmışdı Orxan. Mən tapmışdım evi. Həmin gecə toyda idim, getdilər baxdılar evə. İlhamə xanım dedi ki, toydan çıxanda mənə zəng et. Dedim, Firuzə xanımla yol gəlirik. Dedi, 350 minə dedilər evi. Həmin vaxt 200 mini məndə idi, saxlamağa vermişdi. Bankda inflyasiyadan qorxdu, çıxartdı verdi mənə. 150 min də özündə idi. Dedi, pul çatır, elə 350 minə alarıq. Dedim, darıxma evin sahibini tapaq.

    Getdim tapdım. Dedi, 350-yə deyirlər, amma aşağı etmək olar. Orxanla makler dedi ki, ev həll olub. Mən də İlhamə xanıma dedim ki, gözünüz məndə olsun, evin sahibi ilə danışmışam. Makler məni çəkdi kənara, arxasınca da Orxan gəldi. Dedi ki, ortada 30 min pul var, adama 10 min bölərik. Dedim, o pulu necə bölsəz özünüz bilərsiz. Amma o sizə çatmayacaq, mənə də lazım deyil. Orxana dedim ki, sən necə gedirsən bu işə? Dedi, mən yox, makler gedir”.

    ///Axşam.az

  • Azərbaycanın “Eurovision” mahnısı təqdim edildi – VİDEO

    6 illik fasilədən sonra Azərbaycan yenidən “Uşaq Avroviziya” mahnı müsabiqəsinə qatılacaq.

    Ölkəmizi yarışmada 12 yaşlı Fidan Hüseynova təmsil edəcək.

    Fidanın yarışma zamanı səsləndirəcəyi mahnı və klipi artıq təqdim edilib.

    Təmsilçimiz müsabiqədə “I wanna be like you” adlı mahnı oxuyacaq. Bəstənin müəllifləri Aytən İsmixanova, Elvira Miçiyeva və İsa Məlikovdur.

    Qeyd edək ki, Fidanın adı Azərbaycanın “Qızıl kitabı”na düşüb.

  • İlhamə Quliyevanın ailəsində qalmaqal

    Mərhum İlhamə Quliyevanın vərəsələri olan bacı və qardaşları Orxan Nadirovun həbs edilməsi ilə bağlı açıqlama veriblər.

    Quliyevlər ailəsini təmsil edən vəkil Zaur Niftəliyev oxu.az-a bildirib ki, heç vaxt kimlərəsə qarşı əsassız ittihamla çıxış etmədikləri halda şər, böhtan və yalanın qurbanına çevriliblər.

    Quliyevlərin fikrini ifadə edən vəkil qeyd edib ki, əvvəla onların vərəsə olmalarını özləri deyil, qanun müəyyən edib:

    “Belə ki, mərhum İlhamə Quliyevanın onlardan yaxın qohumları (bacı və qardaş) olmadığından Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə altı vərəsə mərhum xalq artistinin vərəsəsi tanınıb. Özünü İlhamə Quliyevanın oğlu olaraq ictimaiyyətə təqdim edən Orxan Nadirov isə mərhum İlhamə xanımın oğlu deyil. O.Nadirov övladlığın tanınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilib.

    Bütün bunlara baxmayaraq Quliyevlər ailəsi dəfələrlə O.Nadirova söz-söhbətlərə son qoymaqla gəlib onlarla birlikdə olmağı (yəni qeyri rəsmi vərəsə olmağı) təklif etsələr də, Orxan yeganə vərəsə olduğunu, miras əmlakın yalnız ona çatacağını iddia edib təklifləri rədd etmişdir.

    Atalar isə başqa cür buyurub, çox istəyən azdan olar. Odur ki, mediaya çıxıb O.Nadirovu tərifləyən, onun mərhum İ.Quliyevanın oğlu olduğunu bəyan edən şəxslərə həqiqəti və düzgün danışmaqları tövsiyə olunur”.

    Son vaxtlar mediada O.Nadirovun həbs olunmasını az qala Quliyevlər ailəsi ilə əlaqələndirilməsinə fikir bildirən vəkil qeyd edib ki, bu tam ədalətsiz bir iddiadır. Belə ki, Orxan Nadirov əvvəllər də bir neçə dəfə məhkum və həbs olunub, onu kimsə dələduzluq etməyə məcbur etməyib:

    “Əksinə, uzun müddət güzəştə gedən Quliyevlər ailəsi artıq dözməyib O.Nadirovun haqqında miras əmlaka aid “BMW 750i” markalı avtomaşının talanması ilə bağlı Xəzər rayon Polis İdarəsinə, külli miqdarda mərhum İ.Quliyevanın mənzilindən əşyaların talanması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət ediblər” – deyə, o bildirib.

  • Flora Kərimovanın heç yerdə olmayan şəxsi arxiv görüntüsü yayıldı – FOTO

    Xalq artisti Flora Kərimovanın heç yerdə olmayan arxiv görüntüsü yayılıb.

    Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşat Kəsəmənli atasının anım günü münasibətilə sosial şəbəkədə fotolarını paylaşıb.

    Fotolardan biri – canlı əfsanə Flora Kərimova ilə çəkilən şəkil izləyicilərdə böyük maraq doğurub.

    Xatırladaq ki, şair, publisist Nüsrət Kəsəmənli 1945-ci ildə anadan olub, 2003-cü ildə 57 yaşında vəfat edib. Bir çox müğənnilər, eləcə də Flora xanım onun sözlərinə yayılmış bir çox mahnıları ifa ediblər.

    Sözügedən fotonu təqdim edirik:
    //baku.ws

  • “Qınamayın, efirlərə gəlməyəcəm” – Elza Seyidcahandan sərt tənqid (Video)

    ARB TV-nin “Hüseynova bacıları” verilişinin ilk buraxılışının qonağı Əməkdar artist, bəstəkar Elza Seyidcahan efirdə əsəbləşdi.

    Verilişin qonağı Ramin Abdullayev Mirzə Babayevi parodiya edəndən sonra Elza Seyidcahan hərdən efirdə yaranan məqamlara öz iradını bildirdi. Sənətçini narahat edən məsələ isə bəzi aktyorların düzgün danışa bilməməsi oldu.

    “Siz Mirzə Babayev kimi sənətkarları parodiya edəndə xoşuma gəlir. O deyir gəl. Amma son zamanlar “gəl” sözünə “cəl”, “cəl cedəy” deyirlər. Bu nə danışıqdır ay başınıza dönüm? Vallah, mən efirlərə gəlməyəcəm. Yetişən gənc aktyorlarımızın danışığından əsəb keçirirəm. Gör, mən əgər belə əsəbləşirəmsə, onda bizim ziyalılarımız, canlı əfsanələrimiz onlar nələr keçirirlər. Hirslənirəm, məni qınamayın”.(baku.ws)

  • Reper 50 Cent Həbibə 2 milyon dollar təklif etdi

    Amerikalı reper 50 Cent (Kertis Cekson) rusiyalı idmançı Həbib Nurməhəmmədova UFC-dən “Bellator”a keçməyə təklif edib.

    Median.Az xəbər verir ki, bunun müqabilində reper rusiyalı idmançıya 2 milyon dollar ödəməyə hazırdır.

    “Düşünürəm ki, UFC Konor Makqrerora qarşı etmədiyini Həbibə qarşı edir. UFC rəhbərliyi Həbibə qonorar ödəməməklə düzgün etmir”, – deyə o vurğulayıb.

  • İlkin Həsəni 7 aylıq qızı ilə – Video

    Aparıcı-aktyor İlkin Həsəninin qızı Alisa ilə yeni görüntüsü yayılıb.

    Görüntü restoranlardan birində lentə alınıb. İlkin bu dəfə də 7 aylıq qızının üzünü göstərməyib.

    Qeyd edək ki, Həsəni ötən il Aysel adlı xanımla ailə qurub. Cütlüyün övladı martın 18-də dünyaya gəlib.

  • Faiq Ağayev Röya ilə olan intim görüntüsündən danışdı – VİDEO

    Xalq artisti Faiq Ağayev “Hər şey daxil” proqramında qonaq olub.

    İlk dəfə qısa film tipli olan klipləri özünün çəkdirdiyini deyən “qızıl şlyager” Əməkdar artist Röya Ayxanla olan intim görüntülərindən də söhbət açıb.

    “Məqam gəldi, söyləməliyəm ki, insanlar bəzən məni və Röyanı öpüşdüyümüz kadrlar olan videoya görə qınayırlar. Ancaq həmin görüntülər mənim “Neyləyim” adlı klipimin çəkilişindəndir. Ssenariyə görə, Röya qatil idi, ancaq məni sevib, çarpayıma gələcək qədər mənə yaxınlaşmışdı.

    Həmin klipdə Tünzalə Ağayeva, Kənan MM də çəkilirdi. Bu görüntülər yayımlandıqdan sonra mən Röyaya dedim ki, sənin yerinə başqasını çəkəcəyəm və biz razılaşdıq”, – deyə Xalq artisti bildirib.//oxu.az