Category: Şou Biznes

  • Bakirəliyini satışa çıxaran azərbaycanlı qız: “Ən yüksək qiymətlə razılaşacam”

    Məşhur eskort saytlarının birində bakirəliyini satışa çıxarması xəbəri ilə mətbuatın gündəmini alt-üst edən azərbaycanlı model Məhbubə Məmmədzadə A24.az-a maraqlı müsahibə verib.

    Median.Az həmin müsahibəni təqdim edir:
     
     
    – Məhbubə xanım, necə oldu ki, model olmağa qərar verdiniz?

    – Balacalıqdan model olmaq istəyirdim. Bu, xaricdə- ərəb ölkəsində yaşadığım üçün alınmırdı. Sonra Azərbaycana gəlib, universitetə daxil oldum. Burada model agentliklərindən birinə müraciət etdim və məndə alındı. Mən peşəkar modeləm. Heç bir gözəllik müsabiqəsində iştirak etməmişəm.

    – Sizcə, modellik Azərbaycanda hansı səviyyədə inkişaf edib?

    – Azərbaycanda modellərin vəziyyəti bütün dünyadan kənardı. Modelə oxşamayanlar özünü model adlandırır. 1.60 boyu var, özünə model deyir. Azərbaycanda dünya səviyyəsində model agentlikləri yoxdur. Onlar ölkədən kənarda heç bir fəaliyyət göstərə bilmirlər. Bakının öz aləmi üçün model agentlikləri var. Xaricdə hər şey tamam başqa cürdür.

    – Hazırda Azərbaycanda yaşayırsınız, yoxsa sadəcə gəzməyə gəlmisiniz?

    – Azərbaycanda yaşayıram. Sadəcə, işimlə əlaqədar, müqavilələrim olduğu üçün çox vaxt səfərlərdə oluram. Mən heç bir ölkədə qala bilmirəm.

    – Son günlər mətbuatın gündəmini zəbt edən xəbər- bakirəliyinizi satışa çıxarmağınızla bağlı nə deyə bilərsiniz?

    – Bu, mənim fikirimdə çoxdan var idi. Yanvardan buna qərar verdim. Bizim media sadəcə, yeni xəbər tutub.

    – Buna görə sizi qınayanlar oldumu?

    – Olsa da, olmasa da mənə fərqi yoxdur. Öz həyatımdır, özüm bilərəm. Heç kimin həyatına qarışmıram, heç kim də mənim həyatıma qarışmasın. Hərracda “satış” davam edir. Təklifləri mən almıram. Təkliflər gəlir. Bununla maraqlanan insanlar təklifləri alır. Hərrac bitməyib. Bu, 5 günlük bir iş deyil. Ən yüksək qiymətlə razılaşsam, baş verəcək, razılaşmasam yox.

  • “Toppuş bacı”ya AĞIR İTKİ

    “Toppuş bacı” kimi tanınan əməkdar artist Tünzalə Əliyevaya ağır itki üz verib.

    Yenicag.az-a bu barədə Gəncə Dövlət Dram teatrının mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyev məlumat verib.

    O, aktrisanın anasının bu gün dünyasını dəyişdiyini bildirib.

    Mərhum Gəncə şəhərində dəfn olunub.

    Allah rəhmət eləsin!

  • Aydın Xırdalanlının son görüntüsü – Video

    Məşhur meyxanaçı Aydın Xırdalanlının son görüntüləri yayılıb.

    Median.Az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı a24.az saytına müsahibə verib. Görüntülərdə A. Xırdalanlının səhhətinin ağır durumda olduğu, xarici görünüşünün dəyişdiyi hiss olunur.

    Meyxanaçı sayt üçün son yazdığı qəzəllərdən birini səsləndirib.

    Həmin videonu təqdim edirik:

  • Tanınmış azərbaycanlını döyməsinə görə ələ saldılar – FOTO

    Türkiyədə evlilik yarışmasına qatılması ilə məşhurlaşan azərbaycanlı Naz Mila bədənində ingilis dilində döymə etdirmək istəyib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Metro” nəşri məlumat yayıb.

    “Only God can judge my mistakes and truths” (Təkcə Allah məni səhvlərimə və xeyirxahlıqlarıma görə mühakimə edə bilər) ifadəsini döymə etdirmək istəyən Mila gülünc vəziyyətə düşüb.

    Nə o, nə də döymə ustası ingilis dilini bilib. Nəticədə, 26 yaşlı qızın bədəninə səhvlərlə dolu gülməli cümlə əks olunub: “I can judge a single god with my wrongs and wrongs” (Mən tək Allahı öz səhvlərim və yanlışlarımla mühakimə edə bilərəm).

    Mila bədənindəki yeni döyməni “Instagram”dakı 860 min istifadəçiyə göstərib. Çoxları onun bu fotosunu gülüşlə qarşılayıb.

    “Qız və döymə ustası axmaqdırlar”, – bəziləri təhqir edib.

    “İndi onunla evlənmək lazımdır? Biabırçılıqdır, sən dəli olmusan”, – bəziləri yazıb.

  • İlhamə Quliyevanın oğlunun həbsinin – TƏFƏRRÜATI

    Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova qarşı qaldırılan ittihamın detalları məlum olub.

    O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib.

    O.Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.

    Ona qarşı və dostu K.İsayevə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

    Qeyd edək ki, O.Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

    Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

    Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

  • “Toppuş bacı” Zaurun verilişində 60 min pul topladı – VİDEO

    Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva üçün “Bizimləsən” verilişində xeyriyyə marafonu başlamışdı.

    Başladığı gündən etibarən müzakirələrə səbəb olan marafon artıq yekunlaşıb.

    Xəstəliyinə görə, işləmək məhdudiyyəti qoyulan “Toppuş bacı” üçün 60 min pul yığılıb.

    Məsələ ilə bağlı müsahibə verən aktrisa bildirib ki, xoşbəxtdir:

    “Xoşbəxtliyimin pikindəyəm. Kəndimizə gedəcəm ki, təmiz hava alım. Mənə kömək edən hər kəsə təşəkkür edirəm. Evi olmayanlara Allah ev qismət etsin”.

    Qeyd edək ki, Tünzalə Əliyeva bir neçə müddətdir Milli Onkologiya Mərkəzində müalicə alır.

  • İlin müğənnisinin adı açıqlandı

    Müğənni Teylor Svift “American Music Awards”da “İlin müğənnisi” nominasiyasına sahib olub.

    Median.Az bununla bağlı mükafatın rəsmi saytına istinadla məlumat yayıb.

    Mükafatın bu nominasiyasına eyni zamanda Ed Şiran, “Imagine Dragons” qrupu, reper Post Meloun və müğənni Dreyk namizəd olub.

    Teylor Svift həmçinin “Reputation” albomuna görə “Ən yaxşı pop/rok albom” nominasiyasında da qalib olub.

    Ötən il “İlin müğənnisi” nominasiyasına Bruno Mars sahib olmuşdu.

  • Azərbaycanlı aparıcıdan Həbib Nurməhəmmədova sevgi etirafı – VİDEO

    Azərbaycanlı aparıcı Gülər Nemət dağıstanlı samboçu Həbib Nurməhəmmədova sevgi etirafı edib.

    ARB-nin “Səhər-səhər” proqramının aparıcısı idmançıya sevgisini sosial şəbəkədə bəyan edib.

    “Düz deyiblər, ilanın başını vaxtında əzmək gərək… Bu, bütün müsəlman dünyasının uğurudur. Həyəcanla döyüşü izlədim, arada elə bilirdim Həbibin yerinə mən döyüşürəm. Qürur və namusunu qoruyan, hətta buna görə karyerasından da imtina edə biləcək, yalnız Allaha güvənən şəxs tək ola bilməz, Allah səni qoruyacaq. Qeyrətinə, sənə aşiq oldum, Həbib”!

    Qeyd edək ki, dağıstanlı samboçu Həbib Nurməhəmmədov ABŞ-ın Las-Veqas şəhərində baş tutan qaydasız döyüşdə irlandiyalı boksçu Konor Makqreqoru məğlub edərək, çempionluğunu qoruyub saxlayıb.

  • Xatirə: “Toppuş bacı”nın ipoteka üçün pul yığdığını bilməmişəm

    Müğənni Xatirə İslamın sosial şəbəkədə xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yazdığı şərh müzakirə yaradıb.

    İzləyicilərdən biri Xatirəyə onu sevdiyi müğənnilər sırasından sildiyini deyib.

    “Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm”, – deyə izləyici yazıb.

    Xatirə də izləyicisinə maraqlı cavab verib. O bildirib ki, “Toppuş bacı”nın ipoteka krediti üçün pul yığdığından xəbərsiz olub.

    “Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən haradan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın”.

    Xatirə daha sonra paylaşımına yazılan şərhləri bağlayıb və bu sözləri silib.//oxu.az

  • “Məni 400 manat qarşılığında aparıb 1 ay saxladılar” – Rəqsanənin qızı

    “Maşınımın benzin pulu 400 manatdır”.

    Median.Az xəbər verir ki, bu sözləri ARB TV-nin “Show News” verilişinin növbəti qonağı müğənni Aysun İsmayılova bildirib.

    Aysun uzun müddət söz-söhbətə səbəb olacaq odlu-alovlu açıqlamalar verib:

    “Bugünkü günü mənim əslində bir ordum var. Mənim bəziləri kimi “İnstagram” izləyicilərimin heç biri saxta deyil. Mən biraz az tanınıram deyə, bu o demək deyil ki, heç kimdən nə artıq, nə də əksikəm. Məsələn mənə heç kim deyə bilməz ki, yolda gedəndə “şəkil çəkdirək” deyənə yox deyim. Kim yaxınlaşır deyirəm gəl, hələ qucaqlaşırıq da…”

    Aysun eyni zamanda Azərbaycanda çəkilən yerli filimləri ələ salıb:

    “Azərbaycanda çəkilən yerli filmlərə baxanda adamın ağlamalı yerində gülməyi, gülməli yerində isə ağlamağı gəlir. Mən Azərbaycanda Türklərin çəkdiyi bir filmə çəkildim.

    O filmin üstündən 10 il keçib, film hələ də ortada yoxdur. Nə də heç kimin pulunu verməyiblər, hamıya atdılar. Apardılar İsmayıllıda saxladılar. Hər kəsə bir katec tutulmuşdu. Mən dedim ki, qala bilmərəm camaatla.

    Mən özüm öz otağımın, yeyib-içməyimin, yanımdakı qorumanın və sürücümün pulunu ödədim. Hələ o vaxt mən bu qədər tanınmırdım. Onunla belə kişinin oğlu mənə kontakta 400 manat yazıb. Neynirəm sənin 400 manatını. Mənim maşınımın benzin pulu 400 edir. Dedim qurbandı istəmirəm. Biyabırçılıq…”.