Category: Şou Biznes

  • Hacı Nuranın səhhəti pisləşdi

    Yaxşı deyiləm, özümü pis hiss edirəm. Səhhətim yerində deyil.

    Bu sözləri oxu.az-a açıqlamasında “Həyat” fondunun prezidenti, aparıcı Hacı Nuran Hüseynov deyib.

    O bildirib ki, hazırda səhhəti qənaətbəxş vəziyyətdə deyil.

    “Bu günlərdə Almaniyaya gedəcəyəm. Ağrılarım var, günü-gündən arıqlayıram. Özümü narahat hiss edirəm”, – deyə Hacı Nuran bildirib.

    Qeyd edək ki, Hacı Nuran ötən günlərdə xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicə üçün Almaniyaya göndərilmişdi.

  • Ali təhsili olmayan azərbaycanlı müğənnilər: Aygün, Röya, Eyyub…

    Son dövrlər bəzi gənclərimiz özünü daha çox şou əhlinə oxşatmağa çalışır. Geyimində, davranışlarında onların hərəkətlərini yamsılayan kifayət qədər insanlar olsa da, bir çoxları hələ də bilmir ki, bir çox məşhur müğənnilərimizin elementar ali təhsilləri belə yoxdur.

    Azxeber.com ali təhsili olmayan müğənnilərlə bağlı araşdırma aparıb.

    Araşdırma zamanı məlum olub ki:

    Aygün Kazımova orta məktəbin VIII sinfindən Bakı Mədəni Maarif texnikumuna qəbul olunub (o zamankı qanuna görə, VIII sinifi bitirən şagirdlər texnikuma sənəd verə bilirdilər). Sonradan texnikum təhsilini yarımçıq qoyub və ailə həyatı qurub. Bu səbəbdən Aygün orta məktəbi də tam bitirə bilməyib.

    Xumar Qədimova da ali təhsili olmayan müğənnilərdəndir. Orta məktəbi bitirdikdən sonra ifaçılıqla məşğul olan müğənni deyilənə görə, heç zaman ali məktəbə sənəd verməyib.

    Tünzalə Ağayeva Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alsa da, heç bir ali məktəbi bitirməyib. Yəni ali təhsili yoxdur.

    Mətanət İsgəndərova orta məktəbi bitirdikdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” xorunda oxuyub. Ali təhsili olmayan müğənni peşəkar fəaliyyətə 25 yaşında qədəm qoyub.

    Röya Ayxan BDU-nun Hüquq fakültəsinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub. Müğənni kimi fəaliyyətə başladıqdan sonra əsas diqqətini bu sahəyə yönəldən Röya sonradan ali təhsil almayıb.

    Damla (Məsumə Məmmədova) orta məktəbi bitirdikdən sonra universitetə imtahan versə də, qəbul ola bilməyib. Bundan sonra səhnəyə çıxan Damla qısa müddətə populyarlıq qazanıb.

    İradə İbrahimova da ali təhsili olmayan müğənnilərdəndir. Hazırda Türkiyədə yaşayan müğənni bir zamanlar çox məşhur olub.

    Mətanət Əsədova üçüncü sinifdən ifaçılığa başlasa da, heç bir universitetdə təhsil almayıb. İlk dəfə “Kəsmə şikəstə” oxuyub.

    Şəbnəm Tovuzlu da orta məktəbi bitirməklə kifayətlənən müğənnilərdəndir. O, heç bir ali təhsil müəssisəsində təhsil almayıb.

    Türkan Vəlizadə son dövrlər populyar olsa da, ali təhsili yoxdur. Yenicə müğənniliyə başlasa da, kifayət qədər məşhurluq qazana bilib.

    Nadir Qafarzadə 10 yaşından müğənniliklə məşğul olsa da, heç bir universiteti bitirməyib.

    Bilal Əliyev Musiqi Texnikumunun “Xanəndə” fakültəsini bitirən ifaçı orta ixtisas təhsili ilə kifayətlənməli olub.

    Eyyub Yaqubov orta ixtisas təhsilli olsa da, ali təhsil almayıb. Xalq artisti Musiqi Texnikumunu bitirib və bundan sonra ali təhsil almayıb.

    Zamiq Hüseynov da orta ixtisas təhsilli müğənnilərdəndir. O, Musiqi Texnikumu bitirib və bundan sonra peşəkar fəaliyyətə başlayıb.

    Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Üzeyir Mehdizadə, Elşad Xose və digərlərinin də ali təhsili yoxdur.
     
    Qeyd edək ki, məlumatlar ifaçıların wikipedia səhifələrinə istinadən hazırlanıb. 

  • Röyadan keçmiş görüntüsünə lağ edənlərə sərt cavab – FOTO

    Əməkdar artist Röya Ayxan sosial şəbəkələrdə uzun illərdir paylaşılan və onun keçmişini əsk etdirən fotosuna münasibət bildirib.

    O, dəyişib başqa formada olmasına və keçmiş görüntüsünə lağ edənlərə sərt şəkildə cavab verib.

    “Gələcəyini görməyən birinə vurğulamaq istərdim ki, bu, keçmiş deyil, keçmiş başqa söz və mənadır. O, başqa mövzudur, o heç…

    Burada Röyanın 14 yaşı var, yeganə fotodur. Bunu da Gəncədən tapdıq və özümüz paylaşdıq. Çünki buradakı gözlərdə utancaq bir qızın hekayəsi var. Hansı ki, siz onu yox, bax, mən Röyanı görmək istədiniz.


    Mən də qarşınızda böyüyüb siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox, çətin çata”, – deyə Röya bildirib.
    //oxu.az

  • Natavanla Tolik arasında qalmaqal – FOTO + VİDEO

    Müğənni Natavan Həbibi ilə prodüser Tarix Əliyev (Tolik) ”Instagram”da mübahisə edib.

    Onların arasındakı mübahisəyə səbəb Tolikin “Hər şey daxil” verilişində bioenergetikə Natavan və reper əri Dado ilə bağlı verdiyi sual olub.

    Belə ki, Tolik “Çoxu onların evliliyinin, sadəcə, göstəriş olduğunu desə də, bu, belə deyil. Sizcə, övladları olacaq?” sualını verib. Bioenergetik isə “Evlilikləri saxta deyil, amma çox ciddi sevgi bağları yoxdur. Övlad üçün isə hələ tezdir” cavabını verib.

    Bununla bağlı paylaşım edən Tolikə Natavan “Instagram”da cavab verib. Məşhurların arasında olan dialoqu təqdim edirik:
    Natavan: Sonda bir detektiv də tutaq, bizi araşdırsın.

    Tolik: Yox, mən elə birindən soruşdum ki, deməsinlər ki, elə yox, belə. Allah xoşbəxt eləsin. İstəməyən kor olsun

    Natavan: Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var.

    Tolik: Baxma, mənə söz atarsan. Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır.

    Natavan: Səninlə bunları keçmişik. “Xoş” xatirələrim qalıb. Heç aidiyyəti yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam.

    Qeyd edək ki, hər iki məşhur arasında sonu məhkəmə ilə bitən dava baş vermişdi. Tolik Natavanın erməni olduğunu iddia etmişdi.//oxu.az


  • Röya yetimxanada klip çəkdirdi – FOTO/VİDEO

    Əməkdar artist Röya Ayxan Türkiyədəki yeni işini təqdim edib.

    “Afaki” adlanan mahnının klipi “Poll Production” şirkətinin iki milyondan çox abunəsi olan “Youtube” kanalında paylaşılıb.

    Söz və musiqisi Oğuz Yılmaza aid olan mahnını Orçun Mutlu ekranlaşdırıb.


    Fransız Seyn Jozef yetimxanasında çəkilən ekran işində ağ və krem rənglər üstünlük təşkil edib. Sənətçi klipdə üç geyimdən istifadə edib. Onun biri bodi tipli olması, digəri uzun yarıqları, üçüncüsü isə uzun qolları ilə diqqət çəkib.

    27 nəfərdən ibarət komanda ilə 20 saata çəkilən klipdə Əməkdar artistin sadə makyajdan istifadə etməsi gözdən yayınmayıb.


    Qeyd edək ki, “Afaki” Röyanın Orçun Mutlu ilə çalışdığı ikinci ekran işidir. O, bundan öncə “Ummadığım anda” mahnısının klipini də Orçuna həvalə etmişdi.//oxu.az

  • Murad Dadaşov: Rozanın imtina etdiyi maşını tamaşaçıya verəcəyik

    Xalq artisti Murad Dadaşov “Maşın” realiti şouda Roza Zərgərlinin qazanıb götürmədiyi avtomobildən danışıb.

    O, jurnalistlərə açıqlamasında bildirib ki, avtomobili tamaşaçıya verəcəklər.

    “Maşını hələ də saxlamışıq. İnsanların verdiyi səs boşa getməyib. Roza maşından imtina etdi, biz nə edə bilərik? Rozanı da başa düşürəm. Onun üzərində o qədər göz, nəzər, söz-söhbət var ki…

    İlk dəfə deyirəm ki, avtomobili tamaşaçıya verəcəyik. Bir formada yarış keçirəcəyik, tamaşaçıya təqdim edəcəyik”.

    Qeyd edək ki, müğənni Roza Zərgərli maşının xeyriyyə məqsədilə istifadə edilməsini istəmişdi.//oxu.az

  • Nusretin restoranında beş nəfər yandı – FOTO/VİDEO

    Məşhur ət restoranı “Nusret”də üç turist və iki işçi olmaqla, beş nəfər yanıb.

    Balayı üçün İstanbula gələn ingiltərəli cütlük və Məhəmməd Xamis Səlim adlı şəxs yanıq xəsarəti alıb.


    Ətlə şou göstərilən zaman masanın üstündəki alovlar ətrafa yayılıb. İşçilərdən biri odun qarşısını almaq üçün əlindəki mayeni masaya töküb və alov daha da genişlənib. Bu zaman qadın turistin geyimi alovlanıb. Bədənində ağır yaralar əmələ gələn qadın xəstəxanaya aparılıb. Hadisə zamanı restoranın iki işçisi də yanıq zədələri alıb.


    Turistlər polisə verdiyi ifadədə restoranın sahibi və işçilərindən şikayətçi olub.//oxu.az

  • Rəqsanənin ana olması xəbəri yalan çıxdı – AÇIQLAMA

    Ötən gecə yerli mediada yeddi aylıq hamilə olan müğənni Rəqsanə İsmayılovanın ana olması ilə bağlı xəbərlər yayılıb.

    Müğənninin meneceri Nigar bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

    O söyləyib ki, müğənni hazırda Rusiyada xəstəxanada həkim nəzarəti altındadır.

    Xatırladaq ki, Rəqsanə İsmayılova ana bətnində suyun qurtarması və erkən doğma riskinin olması diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

  • “Toppuş bacı”: Pulları Zaur kimə istəyir, versin – VİDEO

    “Bizimləsən” proqramında xeyriyyə marafonu ilə pul yığıb, ipotekada olan evinin ödənişini bağlamağa çalışan Əməkdar artist Tünzalə Əliyeva ünvanına yazılan təhqirlərdən söz açıb.

    Aktrisa veriliş zamanı onun üçün yığılan puldan imtina etmək istədiyini söyləyib.

    “Fikirləşdim ki, görəsən, mən tamaşaçılara bu qədərmi özümü yaxşı tanıda bilmədim? Görəsən, harada səhv elədim ki, mənə bunları yazdılar? Evdə də çox dedik. Bəlkə, çəkilim bu yoldan. Ailəmiz, sambalımız. Ailəlikcə utandıq. Düşündüm, geri çəkilsəm, daha yaxşıdır. O məbləği də Zaur kimə istəyir, versin. Amma sonra yol boyu buraya gələ-gələ fikirləşdim ki, 10 nəfər saxta profil açıb mənim haqqımda neqativ sözlər yazırsa, onlar mənim tamaşaçım ola bilməzlər”, – deyə Tünzalə söyləyib.

    Qeyd edək ki, insanlar Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınamışdılar.//oxu.az

  • “Toppuş bacı”: Deyirlər ki, niyə maşının satıb müalicə olunmur? – VİDEO

    Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevaya “Bizimləsən” proqramında xeyriyyə marafonu start götürüb.

    Günlərlə ətrafında qalmaqalın səngimədiyi verilişdə “Toppuş bacı” ona tutulan iradlardan danışıb:

    “Deyirlər ki, niyə maşının satıb müalicə olunmur? Vallah, sata bilmirəm. Maşınım məhkəmədədir. Alınsa, niyə satmıram ki? Axırıncı məhkəməni udmuşam, satmağım isə yalnız oktyabr ayından sonra mümkün olacaq”.

    Qeyd edək ki, proqramda əvvəlcə Tünzalənin xəstəliyi ilə bağlı pul yığıldığı bildirilsə də, sonradan onun ipotekada olan evinə görə xeyriyyə aksiyasının təşkil olunduğu deyilib.

    Onu da bildirək ki, Əliyevanın “Hummer” markalı avtomobili olub, ona sonradan həbs qoyulub.//oxu.az