Category: Şou Biznes

  • İlhamə Quliyevanın oğlu evsiz qaldı: “Kirayədə yaşayıram”

    İlhamÉ Quliyevanın oÄlu evsiz qaldı:

    “Şou ATV” verilişinin növbəti qonağı mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov olub.
     
    O, müğənninin vəfat etməsindən sonra baş verənlərdən danışıb:
    “Dünya malı dünyada qalır. Hələ heç kəs bu dünyadan özünə heç nə aparmayıb. Sultan Süleymana qismət olmayan dünya malı heç kəsə qismət olmur. Mən morqa gedəndə saat hardasa 1-2 olardı. Gedən getmişdi. Qayıdanda artıq əksəriyyət şeylər evdə yox idi. Ev adamla dolu idi. Qarışıqlıq idi. Mal-mülk hayında deyildim. Bilmədim kim nə götürüb. Müəyyən müddətdən sonra insan əlin atır ki, nəsə götürsün. Amma yox idi. 

    Son dəfə rəhmətə getməmişdən əvvəlki gecə danışmışıq. Harada olduğumu soruşdu. Mən də dedim ki, şəhərdən kənardayam. Dedi, yaxşı, onda səhər görüşərik. Nə vardısa, üzdə idi. Amma nələrinsə rəhmətə getməsindən sonra itməsinə inam yox idi. Dəqiq bilmədim ki, evə kim girib, kim çıxıb. Çünki qarışıqlıq idi. Seyfdə olanlar elə seyfdən də çıxdı. Qalan gündəlik istifadə etdiyi zinyət əşyaları yox idi”.

    Orxan bildirib ki, hazırda evsizdir və kirayədə yaşayır:

    “Sürprizlər çox oldu. Ən böyük sürpriz isə hazırda kirayədə yaşamağımdır. Bu mövzudan artıq bezmişəm. Körpəlikdən onunla bir yerdə olmuşuq. Gözümü açanda onu görmüşdüm. Yəqin ki, özü istəyib götürmüşdü məni övladlığa. Özümü dərk edəndə artıq bilirdim övladlığa götürüldüyümü. Bu barədə heç kim deməmişdi. Evdəki vəziyyətdən özüm anlayırdım”.
     
    ///Axşam.az

  • ““Toppuş bacı” sağalıb, niyə, xərçənglə özünü reklam edir?” – Baş onkoloq

    “Sosial şəbəkələrdə çox xəstələr şayiələr yayır, reallığı əks etdirməyən məlumatlar paylaşırlar. Məsələn, hamımızın “Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır?”.

    Median.Az xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin Modern.az-a verdiyi müsahibəsində deyib.

    Baş onkoloq bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə müalicəsi davam edir:

    “Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. “Topuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur. Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir”.

  • “Maşın” şou yenidən başlayır

    Reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən start götürəcək.

    “M Group Production” şirkətinin istehsalı olan layihə dekabr ayında başlayacaq.

    Qeyd edək ki, Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şounun 16-cı mövsümü sosial mediada və TV reytinqlərində rekorda imza atmışdı.
    //oxu.az

  • Eldar Nigarla hovuzda yayılan videosundan danışdı: “Kimə nə dəxli var?!” – VİDEO

    “Avroviziya-2011” beynəlxalq musiqi yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camalın Yunanıstandan paylaşdıqları video sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

    Sosial şəbəkə istifadəçiləri iki uşaq anası Nigarın Eldarla yayılan videosunu kəskin tənqid atəşinə tutublar və onların sevgili olması haqda iddia səsləndiriblər.

    Eldar Qasımov paylaşdığı video və istifadəçilərin buna reaksiyası haqda azxeber.com-a açıqlama verib.

    Müğənni bu məsələnin heç kimə aidiyyatı olmadığını söyləyib: “Mən kiməsə görə hərəkət edib, kiməsə görə yaşamıram. Düşünürəm ki, mənim bu yanaşmama kifayət qədər dəstək verən insanlar var. Biz pul deyilik ki, fikirləşək kimin xoşuna gələcəm, kimin yox. Mənim də çox şeydən xoşum gəlmir. Azərbaycan mediasında bəyənmədiyim çox şeylər var. “Feysbuk” və “İnstagram” paylaşımlarının çoxundan xoşum gəlmir.

    Eldar deyib ki, sosial şəbəkədə yazılan şərhləri oxumur: “Sosial şəbəkələrə yalnız paylaşımlar üçün daxil oluram. Mənim kompleksim yoxdur. Paylaşımlar zamanı heç geyimlərə də baxmıram. Sadəcə paylaşım edirəm və çıxıram. Belə şeylər vecimə də deyil. Kim istəyir baxsın, kim istəyir baxmasın”.

    Nigarla sevgili olmasına dair yayılan iddialara münasibət bildirən Eldar bu məsələyə hər hansı şərh vermək niyyətində olmadığını bildirdi: “Bunun kimə nə dəxli var?! Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mənim şəxsi həyatımın heç kimə aidiyyatı yoxdur. Mənə sənətimə görə qiymət verin, şəxsi həyatıma görə yox”.

  • Azərbaycanda şadlıq evinin tualetindən meyit tapıldı

    Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb.

    “Report”un Zaqatala-Balakən bürosunun məlumatına görə, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən “Aişə” şadlıq sarayının sanitar qovşağında aşkar edilib.

    İlkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus oldğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Tolik və Niyam efirdə yerə uzandı, tənqid olundu – VİDEO

    Ötən gün “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında maraqlı anlar yaşanıb.

    Verilişdə qonaq olan Niyam Salami mahnı ifa edərkən proqramın aparıcısı Tarix Əliyev (Tolik) “Yıxılan ulduzlar” trendinə qoşulmaq istəyib və yerə yıxılıb.

    O, daha sonra uzanaraq, ayaqlarını yelləməyə başlayıb.

    Niyam Salami də müğənniyə qoşularaq yerə uzanıb, Tolik isə onun ayağından tutaraq sürüməyə başlayıb.

    Efirə gedən bu kadrlar tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar hər iki məşhuru tənqid edib.

    Qeyd edək ki, verilişin “Xəzər” TV-nin rəsmi “Youtube” kanalına yerləşdirilən videosunda həmin kadrlar yer almayıb.

  • Aygün Kazımova: Şou-biznesi yaradan mənəm – VİDEO

    Danışır qəbul etmirəm. Hər kəs danışanda öz mədəniyyətini nümayiş etdirir. Orada təbii ki, mən yoxam. Neqativ danışmaq istəyən, qeybət edənlərə “blok” qoyuram. Eşidirəm, amma eşitmirəm kimi davranıram.

    Bu sözləri xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişində deyib.

    Müğənni şou-biznesdən uzaqlaşdığını söyləyib:
    “Şou-biznesi yaradan mən və şou-biznesdən bu qədər uzaq olan da mən. Gecə həyatı demək olar ki, yoxdur məndə. Məsələn, dostlarım üzümə həsrətdirlər. Onlar məni səhər tezdən görə bilərlər. Bir çox məsafələr var ki, onları qoruyub saxlamaq lazımdır”.//1news.az

  • Ülviyyə od püskürdü: “Rəqsanə qələt edir” – QALMAQAL

    Tanınmış jurnalist Ülviyyə Alovlu ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal getdikcə alovlanır.

    Rəqsanənin jurnalistin ünvanına səsləndirdiyi sərt açıqlama qarşı tərəfi özündən çıxarıb.

    Yenicag.az-a açıqlama verən Alovlu qəzəblənib:

    “Rəqsanə qələt edir. Mən onunla cəmi bir ay işlədim. Ayın sonunda görəndə ki, pul verməyə canı çıxır, Firaya dedim ki, daha bununla işləmək istəmirəm. Amma o pulun ödənişini o qədər uzatdı ki, iş ikinci aya qədər uzandı. Deyir, guya məni Fira onun yanına gətirib. Çox güldüm. Mən o iki ay müddətində bir dəfə də olsun adam yerinə qoyub görüşünə getməmişəm. Niyə getməliydim ki? İşi Fira danışıb, Firaya görə razılıq vermişəm, daha bununla niyə görüşüm ki? Prodüseri Firadır, iş istəyən Firadır, ödəniş üçün vəd verən Firadır deyə, razılaşmışdım. Mən 4-cü dərəcəli müğənniciklərlə niyə görüşməliyəm ki? Ayda 50-sinin işini görürük. Yalançı şahid kimi adını hallandırdığı bəstəkar Hacı Nazim və Türkiyəli aranjemançı Canerə isə ödəməli olduğu toplam 16 min dollardan yalnız 3 minini ödəyib. Qalanını ödəməmək üçün isə min yerdən zəng elətdirib, hədə qorxu gəlib. Mən Rəqsanə haqda statusu paylaşanda tanımadığım adamlar şərhlərdə o qədər şikayətlər yazdı ki…. Hətta bir animator yazmışdı ki, bir neçə il öncə Rəqsanənin evinə şaxta baba kimi çağırılmışdım, bayramın günü pulumu kəsdi və məni evindən qovdu. İndi bu Rəqsanə özünü kimə tanıtdırır ki?

    Gəlmişdi də, niyə getdi? Özü də toy mövsümündə. Çünki borcu olduğu adamlar hamısı illərdir onu gözləyirdi. Bir neçə cinayət işi var və s.

    Odur ki, hünəri varsa, məni həqiqətən də məhkəməyə versin. O zaman bütün digər zərərçəkmişlər də həmin məhkəməyə gəlib ondan borclarını istəyərlər. Hələlik isə, aramızda məhkəməyə müraciət etməyə haqqı olan varsa, o da mənəm”.

    Qeyd edək ki, Rəqsanə Ülviyyə Alovlunu şəxsən tanımadığını deyib və onu səsləndirdiyi ittihamlara görə məhkəməylə hədələyib.

  • Tanınmış azərbaycanlı jurnalisti üç kişi ilə hotelə buraxmadılar

    Tanınmış jurnalist Afət Rahilqızını hotelə buraxmayıblar.

    O, bu barədə sosial media hesabında yazıb.

    A.Rahilqızı bildirib ki, “Çıxış yolu” proqramının çəkilişi üçün getdikləri rayonda moteldə qalmaq istəyiblər, ancaq buna icazə verilməyib.

    “Hər dəfə bölgələrə çəkilişlərə gedəndə hotellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. İki operator, bir sürücü və mən bir həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan mütəmadi olaraq qaldığımız hoteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik.

    Qapıda dayanan kişiyə, bizə bir gecəlik iki otaq lazım olduğu söylədim. “Üç kişi və mənəm” demişdim ki, kişi qaşlarını düyünləyib, “gecə vaxtı qadın xeylağını buraxa bilmərəm, gedin, nikah kağızı gətirin”, deyib, bizi geri qaytardı. Və biz yola davam etdik”.

    Qeyd edək ki, Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nikah kağızı təqdim etmək məcburiyyətində deyil.

  • “Hansı kişi məni belə geyindirib, yedizdirə bilər?” – Elza

    “Mənim kişilər kişisi olan sənətim var. Hansı kişi məni belə geyindirib, bəziyib-düzəyər, yedizdirər? Özü də ömür boyu… Tək məni yox, ailəmi də…”.

    Median.Az -ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan Nail Naiboğlunun “Stop” verilişində deyib. Müğənni sevgidən, keçmiş həyat yoldaşından danışıb.

    O bildirib ki, əgər yaxşı kişi qarşısına çıxsa, yenidən ərə gedər:

    “Əgər Allah mənə sənətimdən artıq alicənab yetirərsə, ərə gedərəm. Etiraf edirəm ki, ailəm, övladlarım, qohumlarım, keçmiş həyat yoldaşım da ailə qurmağıma yaxşı baxar. Amma indiki gündə gözəl sənətimə görə heç nəyə ehtiyacım yoxdur.
    Keçmiş ərimlə heç vaxt ailə kimi ola bilmərik. Ayrılıq heç bir zaman birləşə bilməz. Oldu, bitdi və getdi”.