Category: Şou Biznes

  • Tünzalə 22 ildən sonra onu görüb göz yaşlarına boğuldu – VİDEO

    ATV-də yayımlanan “BizimləSən” verilişində əməkdar artist Tünzalə Əliyeva sürprizlə qarşılaşıb.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, aparıcı Zaur Baxşəliyev onu 22 ildir görmədiyi Rafiq adlı şəxslə görüşdürüb.

    Vaxtı ikən ona sənət yolunda dəstək olan Rafiq müəllimi görən T. Əliyeva göz yaşlarına boğulub:

    “Rafiq müəllim, üzr istəyirəm, sizi axtarmadım. Həyat məni çox yordu. Dostlarımı axtara bilmədim”.

  • 79 yaşlı Xalq artisti: Arvaddan qorxmayan kişi deyil – VİDEO

    Xalq artisti Teymur Mustafayev “Xəzər” TV-də yayımlanan “5/5” proqramının qonağı olub.

    Veriliş zamanı aparıcı Zaur Kamal ona “Xanımınızdan qorxursunuzmu?”, – sualını ünvanlayıb.

    Xanəndə isə “Arvaddan qorxmayan kişi deyil. Özümü nəzərdə tuturam. Bəlkə, kimsə qorxmur. Amma bizdə evdə o, nə desə, qanundur. Evdə dəsturu xanımım verir. Mən onun nazı ilə oynayıram”, – söyləyərək Zaura cavab verib.

    Qeyd edək ki, 79 yaşlı Xalq artisti veriliş zamanı xanəndə Cabbar Qaryağdıoğlunun 112 yaşında vəfat etdiyini, ona görə uzun yaşamaq istədiyini dilə gətirib.//oxu.az

  • Samir Bağırov intihar etmək istəyib: “Özümü 12-ci mərtəbədən atırdım” – VIDEO

    Müğənni-bəstəkar Murad Arifin “Popumuz var” layihəsinin növbəti qonağı Samir Bağırov olub.

    İfaçı uzun müddət səhnədən uzaq qalmasından danışıb. S.Bağırov cəsarətli etirafları ilə diqqət çəkib.

    O bildirib ki, tək qaldığı vaxtlarda intihara cəhd edib:

    “Başa düşdüm ki, mən oxumaqdan başqa iş görə bilmərəm. Özümə sual verirdim ki, yenidən səhnəyə lazımam? Amma geri qayıdandan sonra şərhləri gördüm və sevindim. Efirə çıxmasam da, sevgini və ulduz olduğumu hiss etdim.

    Güclü insan deyiləm. Özümü öldürmək istəyirdim. 12-ci mərtəbədən yerə atdanmağı düşünürdüm. Həmin an özümə nifrət etdim. Amma daxilimdən gələn “Sən nə edirsən? Dəli olmusan?” sözləri məni saxladı”.

    Samir bir vaxtlar narkotik maddə aludəçisi olduğundan söz açıb:

    “Sona çatmışdım. Yaşadıqlarımı düşmənimə də arzulamıram. Bu mövzulara qayıtmaq istəmirəm. Bunlar artıq mənə aid deyil”.

    M.Arifin “30 ildir səhnədəsən, nə qazanmısan” sualına müğənni belə cavab verib:

    “Heç nə. Tam fərqli insanam, ev, maşın, villa arzulamıram. Hər zaman dolu səhnə, gözəl dekorasiya xəyalı qurmuşam. İndiki ifaçıların arzusu ancaq ciblərini doldurmaqdır”.

    ///Axşam.az

  • “Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir

    Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb.

    O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

    Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

    Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.

  • Rəqsanənin qızı: Atam məni puluma görə istəyir – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.

    Aysun doğma atası ilə bağlı maraqlı faktlar açıqlayıb:

    “Doğma atamla “salam-sağ ol”umuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, onu tanımaram. Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etməyib.

    Mənə deyib ki, mən səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən bir müddət keçdi. Aysun artıq modelyer olaraq tanınır, Aysun daha sonra müğənni olaraq tanınır və ondan sonra başqa-başqa adamların adından nənəmə və ya anama zəng edirlər ki, atası Aysunu görmək istəyir.

    Gözüm aydın. Aysunun indi pulu var deyə, görmək istəyir. Mənim on ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O, öz uşaqlarından daha çox mənə can yandırır”.

  • Dima Bilan avtomobil qəzasına düşdü

    Rusiyalı müğənni Dima Bilan avtomobil qəzasına düşüb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Moskvada baş verib.

    Müğənninin idarə etdiyi “Ford Mustang” markalı avtomobil arxadan “Hyundai” markalı maşını vurub.

    Xəsarət alan olmayıb.

  • “Toppuş bacı”: Ölmək istəmirəm – VİDEO

    ATV-də yayımlanan “Bizimləsən” proqramının qonağı Əməkdar artist Tünzalə Əliyeva olub.

    Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa efirdə ağlayaraq, yaşamaq istədiyini bildirib.

    “Həkim dedi ki, sizdə bədxassəli şiş var. Gəldim və dedim ki, mən xərçəngəm. Bunu heç özümə yaraşdırmadım. Bu xəstəlik 5-6 ildir var imiş, sadəcə olaraq dayanıb. Son günlər yemək yemədim, immunitetim aşağı düşdü və xəstəlik inkişaf etdi.

    Bir həftə psixoloji durğunluq keçirdim. Hər kəs başıma yığılmışdı, hamı mənimlə birgə ağlayırdı. Atam və anam hələ də bilmir. İndi ölmək istəmirəm. Qızım Zəhra çox balacadır. Mən onu məktəbə yola salmaq istəyirəm. Onu gözəl paltarda görmək istəyirəm. Amma mən o anı görə biləcəyəmmi? Buna heç kim zəmanət vermir. Ruhum Allahla birdir, ona yalvarıram ki, mənə möhlət versin. Hamıdan xahiş edirəm, mənə kömək edin”, – deyə Tünzalə söyləyib.

    Studiyada göz yaşlarını saxlaya bilməyən Tünzalə bildirib ki, çox gücsüz insandır:

    “Çox gücsüz insanam. Sanki içimdəki narahatlıq məni bərkiməyə qoymur. Ayaqlarım işləmir. Uşaqlıq boynunun bədxassəli şişindən əziyyət çəkirdim. Həmin vaxt həkimim şübhələnərək, ayağımdan 38 limfa götürmüşdü. Arıqlamaq üçün etdiyim əməliyyatlara görə çox peşmanam.

    Hər dəfə evdən çıxanda övladımı qayınanama əmanət edirəm. O qədər qanım aşağı düşüb ki, kimya ala bilmirəm. Hər dəfə özümə təskinlik verirəm ki, qayınanam evdədir. Mənə çox böyük dəstəkdir. Yemək yeyə bilmirəm. Buna görə də sağalma ehtimalım azalır. Mədəmi kiçiltdim, iştahım yoxdur. Hər gün yeməliyəm ki, kökəlim.

    Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. Çox yeyəndə qaytarıram. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Həyat yoldaşım deyir ki, get “kapron” mədə qoydur. Həmişə deyirdim ki, mənim kilom nə vaxt ikirəqəmli olacaq. O da belə oldu”.

    Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirib.

    Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.
    /oxu.az

  • Tolikdən ağır sözlər: “Qoyun sürüsü” – Efirdə biabırçılıq – Video

    Prodüser Tolik müğənniləri təhqir edib.

    Prodüser “Hər şey daxil” verilişində musiqiçilərin ünvanına sərt fikirlər səsləndirərək, onları “qoyun sürüsü” adlandırıb.

    Həmin görüntünü təqdim edirik.
    /yenicag.az

  • Məşhurlar övladları ilə məktəbdə – FOTO

    Yeni dərs ili bəzi məktəblərdə ötən şənbə günündən başlasa da, bu gün ilk dəfə övladını dərsə yola salanlar çoxluq təşkil edir.

    Onların sırasında yerli məşhurlar da var.

    Tanınmışlardan bəziləri övladını ilk dəfə yola salır, bəziləri isə artıq ikinci və üçüncü ilindədir.

    Məşhurlar övladlarını məktəbə yola salır – FOTO
    Onlar yeni dərs ilinin sevincini sosial mediada izləyicilərlə bölüşür.

    Məşhurların övladları ilə fotolarını təqdim edirik.










    //oxu.az

  • Müğənnilərdən MTRŞ-ə müraciət: Verilişlərə nəzarət olunsun – YENİLƏNİB

    Xəbər verdiyimiz kimi, müğənnilər sosial media vasitəsilə Milli Televiziya və Radio Şurasına müraciət edərək, milli-mənəvi dəyərlərə ziyan verən verilişlərlə bağlı müvafiq ölçülərin götürülməsini istəyiblər.

    Məsələ ilə bağlı oxu.az-a danışan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, MTRŞ şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmir.

    “Müğənnilərin müraciətini görməmişəm və oxumamışam. Bizə belə müraciət çatmayıb. Şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmirik. Rəsmi şəkildə olsa, baxarıq”, – deyə Dadaşov bildirib.

    Qeyd edək ki, Əməkdar artist Lalə Məmmədova, müğənnilər Nura Suri, Günay İbrahimli, Elnarə Xəlilova, Səidə Sultan, Nadir Qafarzadə, Kərim Abasov, Elvin Abdullayev sosial şəbəkədə aşağıdakı fikirləri paylaşmışdılar:
    “Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun”.