Category: Şou Biznes

  • Tanınmış azərbaycanlı aparıcı vəfat etdi – FOTO

    Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.

    Sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən aparıcı bir neçə gün öncə Bakıya gətirilmişdi.

    O, bu gün səhər saatlarında dünyasını dəyişib.

    Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var idi.

    O, “Space” TV və AZTV-nin Xəbərlər Departamentində çalışıb.

    ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.

    Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.

    2015-ci ilin dekabr ayında “AYB kitab” layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb. Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Ardınca “Nazimin Bakı izləri”, “Ölsəm, yaşat” adlı sənədli filmləri təqdim olunub.

    2016-ci ilin dekabrında 36 xüsusi müsahibədən ibarət “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı” (Aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.

  • Film, klip və reklamlarda dijital effektlər necə yaradılır? – VİDEO

    Rejissor və qrafist animator Natiq Zeynalov “Youtube” səhifəsində indiyədək gördüyü işlərin qısa hesabatını paylaşıb.

    Videoda indiyədək Azərbaycanda çəkilmiş bir sıra film, reklam və kliplərdən səhnələr yer alıb.

    Bundan başqa, görüntülərdə videoların kadrarxası anları, montajsız vəziyyəti də var.

    Sözügedən videonu təqdim edirik:

  • Canlı oxumaqdan imtina edən müğənni efiri tərk etdi – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları müğənni İzzət Bağırov və Sevda Sanaliyeva olub.

    Proqramın aparıcısı Elgiz Əkbər, sənətçiləri canlı ifa etmək üçün səhnəyə dəvət edib.

    Dəvətin ardından İzzət Bağırov səhnəyə çıxsa da, Sevda Sanaliyeva canlı ifa etməkdən imtina edərək aparıcı ilə mübahisə edib. Daha sonra əsəbiləşən müğənni anidən efiri tərk edib.

    Həmin görüntüləri təqdim edirik:

  • “Rembo” qayıdır – FOTO

    Amerikalı aktyor Silvestr Stallone “Instagram” hesabında Con Rembo obrazının fotosunu paylaşıb və bəyan edib ki, çəkilişlər tezliklə başlayacaq.

    “Tezliklə başlayacağam və çox həyəcanlıyam”, – Stallone yazıb.

    O bildirib ki, dünya dəyişir və heç nə hələ sona çatmayıb.

    Stallone filmdə həm ssenari müəlli, həm də Rembo rolunun ifaçısı olacaq. Yeni filmdə hadisələr Meksikada cərəyan edəcək.

  • Nadir Qafarzadə: Fahişələrin 60 faizi “Instagram”dadır – VİDEO

    Müğənni Nadir Qafarzadə “Instagram”da paylaşdığı video ilə diqqət çəkib.

    Yayılan görüntülərdə müğənni bildirib ki, “Instagram” əxlaqsız saytdır.

    “18+ sayt olan “Instagram”dan artıq bzmişik. Bic, səviyyəsiz, pozğun, fahişələrin 60-65 faizi buradadır. Bu, 18+ saytdırsa, xəbərdar etsinlər, bilək”, – deyə Qafarzadə söyləyib.

    Qeyd edək ki, müğənni zaman-zaman emosional çıxışları ilə izləyicilərdə qıcıq yaradır.//oxu.az

  • Altı yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir – FOTO

    Altı yaşlı azərbaycanlı model və aktyor İmran Çələbi Rusiyada yayımlanan “Yolka 7” serialında rol alacaq.

    Median.Az xəbər verir ki, Ramilə Çələbi “Instagram” hesabında çəkiliş meydançasından fotoları paylaşaraq məlumat verib.

    İmran İvan Urqantın canlandırdığı “Boris Vorobyov”un oğlu rolunu oynayacaq.

    Qeyd edək ki, serialın çəkilişləri hələ də davam edir.

    Onu da bildirək ki, İmran Çələbi valideynləri ilə Sank-Peterburqda yaşayır. O, indiyədək müxtəlif brendlərin reklam çəkilişlərində iştirak edib, dəfələrlə podiuma çıxıb.









  • “Xəstəlik məni 10 kiloqram arıqlatdı” – Hacı Nuran

    Aparıcı Hacı Nuran Hüseynov tədbirlərin birində fotokameramıza tuş gəlib.

    Median.Az xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı Həcc ziyarətindən danışıb. O bildirib ki, ziyarəti rahat keçib və işinin başına qayıdıb.

    Hacı Nuran yeni mövsümdə “Həyat” verilişinin davam edəcəyini deyib:

    “Veriliş elə bir formatdadır ki, orada böyük dəyişikliklər edə bilmərəm. Ona görə də olduğu kimi davam edəcək. yenə də yardıma ehtiyacı olanlara kömək etməyə çalışacağıq”.

    Aparıcı xəstəliyindən də bəhs edib:

    “Müalicə alıram. Ayda bir dəfə gedib yoxlanmalıyam. Bu xəstəlik məni 10 kiloqram arıqlatdı”.

  • Bakirəliyini satışa çıxaran azərbaycanlı hücuma məruz qaldı – FOTOLAR

    Bakirəliyini satışa çıxaran azərbaycanlı model Məhbubə Məmmədzadənin başına iş gəlib.

    Bu haqda model şəxsi “Instagram” hesabında məlumat verib. Belə ki, model Bakıda küçə pişiyinin hücumuna məruz qalıb.

    M. Məmmədzadənin “Tarixçə”də yerləşdirdiyi fotolardan da görünür ki, onun əlləri və ayaqları cırmaq-cırmaqdır.

    Qeyd edək ki, azərbaycanlı model bir müddət əvvəl bakirələyini satışa çıxarmaqla həm yerli, həm də xarici medianın gündəmini zəbt etmişdi.//baku.ws





  • Bufetçi, fəhlə, satıcı, müəllim – Toylardan yüzminlər qazanan məşhurların keçmişi

    Hər bir insanın həyatında müxtəlif mərhələlər olur. Elə insanlar var ki, ona məşhurluq qazandıran sahəyə gələnə qədər digər sahələrdə özünü sınayır. Bəzən ehtiyacdan, bəzən də digər səbəblərdən həyatın müxtəlif sınaqlarından keçirlər.

    Azxeber.com bu yazıda vaxtilə digər sahələrdə çalışmış məşhurlardan, daha doğrusu şou-biznesin məşhur simalarından bəhs edəcək.

    Xalq artisti Ağadadaş Ağayev böyük səhnəyə ötən əsrin 81-ci ilində qədəm qoyub. Buna qədər doğulub boya-başa çatdığı Cəlilabad rayonunda müəllim işləyən müğənninin hazırda 62 yaşı var.

    Əməkdar artist Baloğlan Əşrəfov da cavanlıqda müəllim olub. Masallı rayonunun Bədəlan kəndində pedqoji fəaliyyət göstərən müğənni böyük səhnəyə 1989-cu ildə gəlib və hazırda 67 yaşı var.

    Əməkdar artist Ədalət Şükürov vaxtilə rejissorluq, rəssamlıq, dizaynerlik və biznes fəaliyyəti ilə məşğul olub. Uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan müğənninin hazırda 52 yaşı var.

    Cəmiyyətdə “Samiraldo” ləqəbi ilə tanınan Samir Əliyevin həyatı böyük məşəqqətlərlə dolu olub. Məşhur stilist bu sənətə gələnə qədər uzun illər fəhləçilik edib. Çörək zavodunda və tikinti müəssisələrində çalışıb.

    Tanınmış müğənni Elçin Cəfərov müğənniliyə qədər ticarətlə məşğul olub. “Binə” Ticarət Mərkəzində hazırda diş həkimi olan qardaşı İlkinlə birgə geyim məhsullarının satışını həyata keçirib.

    Xalq artisti Briliant Dadaşova hələ gənclik yaşlarından musiqiylə məşğul olsa da, ilk fəaliyyəti müğənniliklə bağlı olmayıb. Tanınmış estrada müğənnisi musiqi alətlərində ifa edib və toylara gedib.

    Tanınmış müğənni Sevda Yəhyayeva səhnəyə gələnə qədər piroq satıb. O bununla bağlı yayılan iddiaları heç zaman təkzib etməyib. Burada satışın sirlərini öyrənən müğənni “Yeni Ulduz” yarışmasında populyarlıq qazanıb.
     
    Tanınmış müğənni Mətanət İsgəndərova uşaqlıqda həkim olmaq istəsə də, bu istəyinə nail olmayıb. Paytaxtdakı xəstəxanaların birində bufetçi işləyən Mətanət sonradan yolunu müğənnilikdən salıb.

    Tanınmış müğənni Xatirə İslamova populyarlıq qazanana qədər tibb bacısı işləyib. 5 il bu sahədə fəaliyyət göstərən gələcək müğənninin də “ağ xalatlı” olmaq arzusu olub. Bu arzusunu gerçəkləşdirməsə də, səhnədə məşhurlaşmağı bacarıb.

    56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camal ixtisasca iqtisadçıdır və bir müddət bu sahəylə məşğul olub. 8 il keçmiş həyat yoldaşı ilə birgə Londonda yaşayan Nigar artıq 8 ildir peşəkar səhnədədir.

  • Dünyanın ən kök modeli məşhur jurnalın üz qabığında – FOTO

    Dünyada ən kök model sayılan Tess Hollideyin fotosu “Cosmopolitan” dərgisinin Britaniya versiyasının üz qabığında yer alıb.

    T. Hollideylə müsahibədən çıxarışlar dərginin internet saytında yerləşdirilib.

    Müsahibədə T. Hollidey iki dəfə seksual zorakılığa məruz qaldığını bildirib.

    Qeyd edək ki, T. Hollidey dünya moda industriyasında ən ağır çəkili model sayılır. Onun çəkisi 130 kiloqrama yaxındır.