Category: Şou Biznes

  • Azərbaycanda məşhur müğənninin anasını küçəyə atdılar

    Yasamal Rayon Məhkəməsinin qərarı ilə müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva 25 ildir məskunlaşdığı birotaqlı mənzildən zorla çıxarılır.

    Yenicag.az-a açıqlama verən T.Şahmalıoğlukömək istəyib:

    “Anamın 82 yaşı var, yaşlı qadındır. İllərdir ki, dünyasını dəyişən qardaşımın ailəsi ilə birgə yaşayır. İndi onu yaşadığı birotaqlı evindən çıxarırlar. Şəhid anasını küçəyə atırlar. Deyirlər, pulun var, gəl apar ananı saxla. Anama qurban olum, onu gözüm üstə saxlayaram, amma o gəlmir. Deyir, oğlumun ətrini o evdən alıram. Xahiş edirəm, kömək etsinlər, şəhid anasına qarşı belə davranmasınlar”.

    Qeyd edək ki, sənətçinin anasının evindən çıxarılması xəbərini ölkə.az saytı yayıb.

  • Flora Röyanı məhkəməyə verdi

    Xalq artisti Flora Kərimova və Əməkdar artist Röya Ayxan arasında olan qalmaqal səngimək bilmir. Kərimova bu dəfə Röyanı məhkəməyə verəcəyini açıqlayıb: “Mən demişəm, yenə təkrar edirəm. Məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Mən bu 78 ili “sizlər” kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm də dilçəyiniz.

    Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım, görürəm, ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək”.

    Qeyd edək ki, son olaraq Xalq artisti Röyaya köşə yazmışdı. O isə sənətçiyə sərt cavab vermişdi. Röya sonuncu dəfə jurnalistlərə müraciət edərək “Sənətkarı alçaltmayın” ifadəsini işlətmişdi. (oxu.az)

  • “Spice Girls” qrupunun sabiq üzvü xəstəxanaya düşdü

    “Spice Girls” qrupunun keçmiş solisti Melani Braun xəstəxanaya yerləşdirilib.

    Median.Az-ın NME nəşrinə istinadən verdiyi məlumata görə, o, pərəstişkarlarına müraciətində bildirib ki, reabilitasiya klinikasında travmadan sonrakı stressdən müalicə alacaq.

    Melani deyib ki, prodüser Stiven Belafonte ilə ayrılıq və atasının ölümü ona mənfi təsir edib.

    Üç uşaq anası bildirib ki, “ağrıları azaltmaq” üçün son aylarda spirtli içkilərdən çox istifadə edib.

    Qeyd edək ki, sonuncu müsahibələrin birində M. Braun “Spice Girls” qrupunun bərpası barədə yayılan məlumatları təsdiqləyib və hətta yeni layihəyə Viktoriya Bekhemi cəlb edəcəyini söyləyib.

  • Miri Yusif 10 aylıq oğlu ilə – Foto

    Müğənni Miri Yusif üçüncü övladı Mir Cahid ilə çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb.

    İfaçı üzünü gizli saxladığı 10 aylıq oğlu ilə fotosunu istirahətdə olarkən çəkdirib. O, şəklin altına “İki əqrəb. Kiçik oğlum Mir Cahid və mən” qeydini yazıb.

    Xatırladaq ki, Miri Yusifin üç övladı var. Sənətçinin üçüncü övladı onun doğum günündə – 27 oktyabrda dünyaya gəlib.///Axşam.az

  • İlhamə Quliyevanın heç yerdə olmayan görüntüləri yayıldı – VİDEO

    Mərhum xalq artisti İlhamə Quliyevanın arxiv videosu yayılıb.

    “Instagram”da paylaşılan videoda sənətkar opera ifaçısı Ülvı Qılınca görüntülənib.

    Videonu izləyən sosial şəbəkə izləyiciləri İ. Quliyevaya Allahdan rəhmət diləyiblər.

    Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib.//baku.ws

  • Anar Nağılbazın anası fəryad etdi: “Qoymurlar balamın qəbrini görüm”

    Mərhum reper Anar Nağılbazın anası Şərqiyyə Cəbiyevanın səhhəti pisləşib. O, buna görə oğlunun məzarını da ziyarət edə bilmir.

    Median.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən Şərqiyyə xanım göz yaşlarına hakim ola bilməyib:

    “Ölürəm, balamsız yaşaya bilmirəm. Məni dava-dərmanla saxlayırlar, yoxsa günü bu gün balamın yanına getməyə hazıram. Məzarını da görməmişəm. Qoymurlar gedəm balamın qəbrini ziyarət edəm. Qorxurlar ki, elə məzarının başında canımı tapşıraram. Hər gün evdə Anarımın səsyazısını dinləyib, şəkillərinə baxıb, gözümün yaşını tökürəm. Balam ürəyimə dağ çəkdi. Onsuz çətin yaşaya biləcəm”.

  • Natavanla Dado yenə barışdı – VIDEO

    Uzun müddətdir ayrı yaşayan müğənni Natavan Həbibi ilə repçi həyat yoldaşı Dado (Səid Əliyev) barışıb.

    Bu barədə Dado mətbuata açıqlamasında bildirib. O, ötən gün Natavanın Novxanıda baş tutan konsertində iştirak edib.

    Repçinin səhnədə olan xanımını izləyən görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Bu zaman o, Natavanla barışdığını, hər şeyin qaydasında olduğunu və onu çox sevdiyini bildirib.

    Dado daha sonra konsertdə çəkdiyi videonu şəxsi instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

    Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra barışdıqları barədə aparıcı Zaur Kamal video paylaşmışdı.

    Daha sonra fevralın əvvəlində ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində əriylə birdəfəlik ayrıldığını demişdi.

  • “Hamı yaxşı bilir, səni hansı kişi saxlayır” – Samirə biabır etdi

    Meyxanaçı-müğənni Samirə Yusifqızı qalmaqallı açıqlamalar verib.

    Median.Az bildirir ki, yenicag.az-a danışan Samirə şou-biznes aləmində olan bəzi sənətçiləri yıxıb-sürüyüb:

    “Bəzi xanım müğənnilər efirə çıxıb, qeyri-səmimi açıqlamalar verir ki, ay mənim həyatımda heç kim yoxdur, sevmirəm və s. Yalan danışırlar. Ya mərdi-mərdanə olanı etiraf et, ya da heç olmasa, sus, danışma. Xalqın gözündən pərdə asa bilməzsən. Onsuz da bilən bilir. Ucqar rayonlarda kimsə sənin həyatından xəbərsiz ola bilər. Amma hamı bilir ki, səni hansı kişi saxlayır. Lap əvvəllərdən belə şeylər olub. Arvadı ola-ola, başqasının ərini əlindən alıb, zorla özlərini arvad ediblər. Həmin kişinin də arvadı blokda gəlib həmin qadını çırpıb”.

  • Azərbaycanlı aparıcı paylaşımlarına görə tənqid olundu – FOTO

    Aparıcı və aktrisa Mələk Heydərova sosial şəbəkədə paylaşımları ilə müzakirə olunmağa davam edir.

    Aparıcı bu dəfə evdə çəkdirdiyi şəkillərə görə tənqid hədəfi olub.

    Belə ki, izləyicilər onun oturuş şəklini düzgün qiymətləndirməyərək, Heydərovanı tənqid ediblər. Yüzlərlə izləyici rəyi alan Mələk isə tənqidlərə fikir verməyib.

    Sözügedən fotoları təqdim edirik:
    /oxu.az


  • Maral Tahirqızı tanınmaz halda – VİDEO

    Stilist Pərviz Mirzəyev bu dəfə Maral Tahirqızının imicini dəyişib.

    O, Maralın saçlarını qırmızıya boyayıb və fərqli makiyaj edib.

    Tahirqızının görüntüləri sosial mediada paylaşılıb.