Category: Şou Biznes

  • Sərxanın vəziyyəti yenidən ağırlaşdı – “Huşsuz vəziyyətdədir, nəfəs ala bilmir”

    Dünən halı pisləşən və sonradan vəziyyəti stabilləşən tanınmış aparıcı Sərxan Kərəmoğlunun səhhəti yenidən ağırlaşıb.

    Median.Az bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, tənəffüs çatışmazlığından əziyyət çəkən aparıcı üçün təcili yardım maşını çağırılıb. Həkimlər onu oksigen balonu ilə xəstəxanaya aparıblar. Aparıcının vəziyyətinin hazırda kritik olduğu deyilir.

    S.Kərəmoğlu ilə əlaqə saxladıq, telefonunu cavablandıran yaxını xəbəri təsdiqlədi:

    “Sərxan son günlər çox stress və əsəb sarsıntısı keçirdi. Bu da ağır nəticə. Yaxşılaşmışdı, qəfildən halı pisləşdi. Huşsuz vəziyyətdədir, nəfəs ala bilmir. Həkimlər onun durumunu ağır qiymətləndirir”.

  • “Toppuş bacı” əməliyyatdan sonra efirə qayıtdı – Video

    Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir.

    Əməliyyat olunan aktrisada bu günlərdə yenidən bədxassəli şiş aşkarlanıb. Xəstəxanaya yerləşdirilən “Toppuş bacı” artıq evə buraxılıb.

    T.Əliyeva çəkilişlərə başlayıb. O, “Qız atası” serialının beşinci mövsümündə də yer alacaq. Aktrisanın çəkiliş məkanından görüntüsünü həmkarları sosial şəbəkədə paylaşıblar. Əliyevanın xeyli arıqlaması diqqətdən qaçmayıb.

    Qeyd edək ki, Tünzalənin uşaqlıq yolunda şiş aşkarlanıb və kəsilib. Hazırda isə onda yenidən şiş aşkarlanıb və müalicə olunur. Tünzalə bildirib ki, kimyaterapiya almağa başlayıb.

    ///Axşam.az

  • Azərbaycanlı aparıcı avtomobil qəzasına düşdü

    Tanınmış aparıcı Könül Muxtarova avtomobil qəzasına düşüb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, avtomobili əzilən Könül qəza zamanı bərk stress keçirib.

    Boynundan və bədəninin müxtəlif hissələrindən zədə alan aparıcı saytımıza açıqlamasında dəhşətli ağrılar keçirdiyini bildirib:

    “Həmin an şokda idim. Məni taksiyə qoyub evə göndərdilər. Dodağım partladı, ciddi deyil deyib fikir vermədim. Üzüm də şişmişdi. İki gündür boynumda dəhşətli ağrılar var. Burnum da göyərib. Maşınım isə əldən gedib. Çox pis vəziyyətdədir”.

    Qeyd edək ki, Könül Muxtarova “Lider” TV-də yayımlanan “7 gün”, “Fortuna” kimi verilişlərinin aparıcısıdır.

  • ŞOK! – Məşhur azərbaycanlı model bakirəliyini 100 min avroya satışa çıxarıb (FOTO, VİDEO)

    Azərbaycanıın ən məşhur modellərdən biri olan Məhbubə Məmmədzadə bakirəliyini hərracda satmağı qərara alıb.

    Məhbubə Məmmədzadə bakirəliyini satmaq üçün dünyaca məşhur olan Cinderella Escorts saytında anket yerləşdirib. Saytda yerləşdirilən məlumata görə, modelin qızlığının qiyməti 100.000 avrodan başlayır. M.Mammrdzadənin aşağıda təqdim olunan videoda dediyinə görə, qazandığı pula anasına ev almaq, Azərbaycanda kimsəsiz itlərə sığınacaq tikdirmək və xaricdə ən məşhur olan model agentliyində karyerasını dəvam etdirmək istəyir.

    Saytda verilən məlumatda deyilir ki, M.Məmmədzadənin bakirəliyi həkim tərəfindən təsdiq olunub, və lazımı tibb sənədləri gələcək alıcıya təqdim oluna bilər. 


    “Gələcək alıcı ilə bir gecəlik görüş Almaniyada baş tutacaq. Otelin seçimi müştərinin öhdəliyinə verilir.


    Xatırladaq ki, bir neçə ay bundan öncə, azərbaycanlı model Məhbubə Məmmədzadə Türkiyənin istirahət şəhəri olan Antalyada baş tutan “Dosso Dossi Fashion Show” çərçivəsində keçirilən dəfilədə dünya ulduzu Peris Hiltonla eyni podiuma çıxıb.


    Median.Az

  • “Təranə Qumral məhkum olundu” – Məhkəmə bitdi

    Müğənnilər Nazəninlə Təranə Qumral arasında uzun müddətdir davam edən məhkəmə prosesinin sonuncu iclası bu gün baş tutub.

    Median.Az xəbər verir ki, Nazəninin vəkili, “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev Axşam.az-a açıqlamasında bildirib ki, Təranə məhkum edilib:

    “Müğənni Təranə Qumralın əməlində cinayət tərkibinin olması bu gün Nərimanov rayon məhkəməsində sübuta yetirilib. Üç zərərçəkmiş şəxs sayılan Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdan müğənni üzr istəmədiyinə, eləcə də, onların barəsində dediyini təkzib etmədiyinə görə, məhkəmənin hökmü ilə məhkum olundu və 4000 manat cərimə ödəyəcək”.

    Vəkil bildirib ki, Nazənin qalib hesab edilsə də, qərarla razılaşmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcək.

    Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

  • Manaf Mətanətin videosunu yayan adamı “razborka”ya çağırıb diz çökdürdü

    Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi “razborka”ya çağırıb. Həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb.

    Median.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən M.Ağayev həmin qadının şəhid anası olduğu üçün onun övladını bağışlayıb:

    “Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, həmin videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən, sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik”.

  • İkinci dəfə xərçəng aşkarlanan “Toppuş bacı”: Dualarınıza ehtiyacım var – FOTO

    Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb.

    Kimyaterapiyaya başladığını bildirən “Toppuş bacı” palatadan fotosunu paylaşıb.

    “Dualarınıza ehtiyacım var”, – deyə aktrisa paylaşımına yazıb.

    Qeyd edək ki, Tünzalə ötən həftələrdə əməliyyat olunub, daha sonra evə buraxılmışdı.

  • “Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

    Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.

    Əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.

    Aktrisa bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:

    “Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm”.

    ///axşam.az

  • Azərbaycanlı aparıcıya canlı efirdə elçi düşdülər – VİDEO

    ATV-də yayımlanan “Salamlar” verilişinin canlı efirində maraqlı anlar yaşanıb.

    İslam Mehrəliyev və Rəqsanə İmirin aparıcılığını etdiyi proqrama bir xanım tamaşaçı telefonla bağlanıb.

    Əvvəlcə İslamı tərifləyən izləyici Rəqsanəyə elçi gözü ilə baxdığını bildirib. O söyləyib ki, aparıcıya elçi göndərəcək.

    Onun bu sözləri Rəqsanəni utandırıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Hacı Nuran məşhur müğənni ilə Məkkədə – FOTO

    Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Hacı Nuran Həcc ziyarətinə yollanıb.

    O, hazırda Səudiyyə Ərəbistanının Məkkə şəhərindədir.

    “Holy” məscidinə baş çəkdiyini bildirən məşhur bu barədə sosial media hesabında paylaşım edib.

    O, getdiyi ziyarətdə son zamanlar həyat yoldaşı ilə adı qalmaqalda hallanan türkiyəli ifaçı Mustafa Ceceli ilə də qarşılaşıb.

    Nuran ənənəsinə sadiq qalaraq onunla da foto çəkdirib.