Category: Şou Biznes

  • Hacı Nuran Həccə gedir – FOTO

    Ötən həftələrdə ölümlə pəncələşən tanınmış aparıcı Hacı Nuran Həcc ziyarətinə gedir.

    Aparıcı bu barədə sosial media hesabında məlumat verib.

    “Ziyarət təkcə “hacı” titulu deyil, bu mənəvi təmizlənmə, Allahdan yardım istəmə və yardım etməyə güc istəməkdir. Müqəddəs Həcc ziyarəti yola düşəcəyik. Allah ziyarətimizi qəbul eləsin”, – deyə Nuran yazıb.

    Qeyd edək ki, Nuran Almaniyadan müalicədən yeni vətənə qayıdıb. O, ağciyərində onkoloji şiş olması səbəbilə Almaniyaya yollanmışdı./oxu.az

  • Azərbaycanlı aktrisa kürklə dənizə girdi – FOTO + VİDEO

    Aktrisa Leyla Hümbətova çimərlik geyimi ilə kürk geyinib və dənizə girib.

    “Lider maqazin” proqramına danışan Leyla fotoları barədə açıqlama verib.

    O bildirib ki, etdiyi hərkətdə qəbahət sayılacaq heç nə yoxdur:

    “İnanıram ki, bütün sənətçilər mənə qulaq asıb dənizə belə girəcəklər. Bu yaxınlarda bir çox məşhurlar çimərlik geyimində fotosessiya etdirdi. Mən də qışda bu cür şəkillər çəkdirmişdim. Burada bir qəbahət yoxdur. Amma məni də yıxdılar, ayağa qalxdım.

    Başa düşdüm ki olmaz. Namus ağacına qalxmaq və düşmək asan deyil. Hər kəsin ağlı hara kimi işləyirsə, ora kimi qəbul edəcək. Soyundum vay, geyindim vay? Hər zaman belə olmaq lazımdır. Ağıllı olub dərd çəkməkdənsə, dəli olum, mənim dərdimi çəksinlər”.

    Qeyd edək ki, aktrisa bundan öncə də, qarlı havada çimərlik geyimində fotosessiya etdirmişdi. //oxu.az











  • Anar Nağılbazın ikinci arvadı olub? – FAKT

    Xəstəlik səbəbilə həyatını itirən reper Anar Nağılbazın ikinci dəfə evlənməsi xəbəri bir neçə ay öncə yerli mediada yayımlanmışdı. Lakin onun dəfnində ikinci xanımının iştirak etməməsi reperin evliliyinin yalan olması ilə bağlı iddiaların ortaya çıxmasına səbəb olub.

    Xüsusilə, Nağılbazın anası Şərqiyyə Cəbiyevanın ikinci gəlini Aytən haqda açıqlamaları birmənalı qarşılanmamışdı. Sosial şəbəkə istifadəçiləri Cəbiyevanı yalan danışmaqda ittiham edərək, belə bir şəxsin olmaması barədə iddialar səsləndirmişdi.

    Oxu.az reperin nikah şəhadətnaməsini əldə edib.

    Belə ki, şəhadətnamədə Nağılbazın 25 yanvar 2018-ci il tarixində Aytən Həmidova ilə evləndiyi qeyd olunur.

    Şərqiyyə Cəbiyevanın açıqlamalarına görə, Aytən xaricdədir və xərçəng xəstəliyindən əziyyət çəkir.

    Qeyd edək ki, Anar Nağılbazın ilk evliliyi Anjelika Cəbiyeva ilə olub. Onlar qalmaqallı şəkildə boşanıb.

  • Aygün makiyajsız halı ilə təəccübləndirdi – FOTOLAR

    Xalq artisti Aygün Kazımova növbəti dəfə makiyajsız fotolarını paylaşıb. 

    A. Kazımova fotolara “Səni düşündükcə” şərhini yazıb. 

    Məşhurun izləyiciləri onun həm makiyajlı, həm də makiyajsız halda çox gözəl olduğunu qeyd ediblər. 


    //Baku.ws

  • Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı – FOTO/VİDEO

    İllərdir küsülü olan Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova və Əməkdar artist Röya Ayxan barışıb.

    Barışıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert zamanı baş verib.

    “Crystall Hall”da baş tutan konsertdə kulislərində olan ifaçılar gündüz saat 15:00 radələrindən məkana gəlib.

    Barışma prosesi isə Brilliant Dadaşovanın Röyanın otağına gəlməsindən sonra baş tutub.

    Belə ki, Xalq artisti otağa gələrək Röyanın kulisindən içki istəyib. Sonra sözarası bildirib ki, içki özünə yox, Aygün Kazımovaya lazımdır.

    Röya isə onun bu sözündən sonra Kazımovanı otağına dəvət edərək, onlarla birgə əyləşməyi təklif edib.

    Aygün isə Röyanın dəvətini geri çevirməyib və onun otağına gəlib. Birlikdə xeyli vaxt keçirən sənətçilər söhbət edib və əyləniblər.

    Brilliant Dadaşovanın isə Aygün Kazımova ilə necə barışması məlum deyil.

    Qeyd edək ki, Röya və Aygün 2012-ci ildə aparıcı Kamilə Babayevanın toyunda dalaşıb. Ondan sonra tərəflər mətbuatda və efirdə bir-birinin ünvanın xoş sözlər desələr də, barışıq baş tutmayıb.

    Dadaşova və Kazımovanın münasibətləri isə Röya və Aygünün “Kral Müzik Ödülleri”ndə namizəd olub, qalib ola bilməməsindən sonra korlanmışdı.//oxu.az

  • Nazın Instagram səhifəsi bağlandı: 18+ VIDEOya görə

    Türkiyənin Star televiziyasında yayımlanmış ” Zühal Topalla izdivaç” verilişində məşhurlaşan Naz Milanın İnstagram səhifəsi bağlanıb. 

    1 milyondan çox izləyicisi olan səhifə sosial şəbəkədə bloklanıb. 

    İddialara görə, səhifənin bağlanmasına səbəb Nazın +18 videolar paylaşması olub. Bir neçə dəfə bağlanmış səhifə sonradan fəaliyyətini davam etdirib. 

    Ancaq bu dəfə səhifə birdəfəlik İnstagram-dan silinib. //baku.ws

  • Çəkiliş zamanı Nigarın sinəsi açıldı – Video

    ARB TV-nin “Turist” verlişinin növbəti qonağı müğənni Nigar Camal olub

    Çəkiliş zamanı sənətçi hovuza atlanıb. Bir az üzdükdən sonra hovuzun kənarına gəlib aparıcı ilə söhbət edən Nigarın başına iş gəlib. 

    Dərin sinə dekolteli geyimi ifaçının başına oyun açıb. Sudan çıxmaq istəyən Nigarın sinəsi açılıb. Müğənni tez sinəsini örtməyə çalışıb./azxeber.com

  • Anar Nağılbazın heç yerdə yayımlanmayan görüntüsü – Video

    Mərhum reper Anar Nağılbazın heç yerdə yayımlanmayan görüntüsünü yayılıb.

    Median.Az xəbər verir ki, ölümündən iki ay əvvəl Yenicag.az-a müsahibə verən reper həmin müsahibədən sonra Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən Kefli İsgəndərin monoloqunu səsləndirib və lenta almağı xahiş edib.
    Anarın sözlərinə görə, o, monoloqu yaxın günlərdə ekranlaşdıracağı filmə daxil edəcəkdi. Reper həmin filmin intihar mövzusunda çəkiləcəyini bildirmişdi.

    Nağılbazın heç yerdə yayımlanmayan görüntüsünü təqdim edirik:

  • Tarkan bir aylıq qızına ev aldı – FOTO

    Xəbər verdiyimiz kimi, Türkiyənin dünyaca məşhur ifaçısı Tarkan ötən ay qız atası olub.

    Almaniyada dünyaya gələn qızına Liya adını verən meqastar ona İstanbuldan ev alıb.

    18 yaşı tamam olanda mülk Liyanın adına keçəcək.

    Bundan əlavə, həyat yoldaşı Pınar Tevetoğlu ilə qızının adına bank hesabı açan cütlük hər ay davamlı olaraq ora pul köçürəcək.

    Qeyd edək ki, Tarkan yaxın dostlarına bunları övladının gələcəkdə yaxşı həyat yaşaması üçün etdiyini deyib.

  • Röya yeni mahnısından imtina etdi: Bəstəkar onu tənqid etdiyi üçün

    Əməkdar artist Röya Ayxan Muxtar Abseynovdan aldığı mahnıdan imtina edib.

    Buna səbəb bəstəkarın Röyanın “Mənə sevgindən bəhs et” mahnısını plagiat adlandırması olub. Belə ki, müğənni Elnarə Xəlilova Uitni Hyustonun “İ have nothing” mahnısını paylaşaraq Röyaya söz atıb. Paylaşıma Abseynov da şərh yazaraq, onun sözlərini təsdiqləyib. R.Ayxan isə ona “Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə” sözlərini yazıb.

    E.Xəlilova isə bu gün “İnstagram” hesabında paylaşım edərək bu sözləri yazıb: “Həftənin birinci günü Muxtarla olan yazışmamızdan… İnsan təbii ki, sevdiklərinin uğuruna sevinər. İlk tələbəm atdı mənə linki “Youtube”dan ki, Elnarə xanım, bilmirsiz bu mahnı nə vaxt çıxacaq? Mən də bəstəkarından soruşdum. Özünün nömrəsi 10 ildir məndə olmadığı üçün… Sevmirəm özələ burun soxmağı. Vermirdi, mən də istəmirdim. Nə yaxşı ki, belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm”.//azxeber.com