Category: Şou Biznes

  • “Rahat yat canım, tezliklə mən də gələcəyəm” – Anar Nağılbazın ikinci həyat yoldaşı

    Bir həftə əvvəl dünyasını dəyişən Anar Nağılbazın həyat yoldaşı Aytən xanım reperin məzarı üstünə əklil göndərib.

    Median.Az xəbər verir ki, Anarın anası Şərqiyə xanım baku.ws-ə açıqlamasında, Aytənin Azərbaycanda yaşamadığını bildirdi:

    “Aytən xaricdə yaşayır. Anarın dostlarına pul göndərib və xahiş edib ki, onun adından əklil hazırladıb bu sözlərlə məzarına göndərsin: “Rahat yat canım, tezliklə mən də gələcəyəm. Sənin Aytənin”.

    Şərqiyə xanım Aytənin oğlunun pərəstişkarı olduğunu söylədi: “İnternetdə tanış olmuşdular. Bakıya gəldi, bizimlə tanış oldu, sonra çıxıb getdi. İşdən icazə alıb gəlmişdi, çox qala bilmədi. Anar işlərini səhmana salandan sonra onun yanına gedəcəkdi. Yazıq balam, arzusu ürəyində qaldı.

    Oğlumu çox sevirdi. İnanın, yazıqlar heç bir həftə bir yastığa baş qoymayıblar. Bilsəniz, bir-birlərini nə qədər çox sevirdilər? Gün ərzində Anarın hər addımı ilə maraqlanırdı. Ordan bura Anarın qulluğunda dururdu. Vaxtlı-vaxtında yeməyini yeməsinə nəzarət edirdi. Deyirdi ki, şəklini çək, inanım ki, yemisən. Anar xəstə idi axı, yaxşı qidalanmalı idi… Oğluma çox ürək-dirək verirdi”.

    Şərqiyə xanım Aytənin də xəstə olduğunu söylədi: “O da xəstədir. Xərçəngdən əziyyət çəkir. Deyirəm, qızım, özün sağal ki, Anarın ruhu şad olsun. Deyir, yox, sağalmaq fikrim yoxdur, qoy tez ölüm, Anarın yanına gedim. Bax, oğlumu belə çox sevir”.

    Xatırladaq ki, Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Orta təhsilini Xırdalan rayon 1 saylı orta məktəbdə alıb. 4 avqust 2018-ci ildə dünyasını dəyişib.

  • Üzeyirin London küçələrində səslənən mahnısı – VİDEO

    “BBC Azərbaycan”ın müxbiri Vüsal Həmzəyev London küçələrində gəzinti zamanı İngiltərənin paytaxtında müğənni Üzeyir Mehdizadənin mahnılarına qulaq asıldığının şahidi olub.

    Həmzəyevin təqdim etdiyi videoda yer alan türkiyəli London rikşaçıları (red. – kiçik ikitəkərli arabaya qoşulub minik və yük aparan adam) böyük həvəslə Üzeyir Mehdizadəni dinlədiyini bildirir.

    “Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Londonda Azərbaycan musiqisi sədaları altında gəzintiyə çıxaram”, – deyə Həmzəyev söyləyib.

    “Sevdiyim bir neçə Azərbaycan mahnısı var. “Çırpınırdı Qara dəniz” və “Yaxşı olar” mahnısını çox sevirəm”, – deyə türkiyəli rikşa bildirib.

    Qeyd edək ki, azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnıları uzun müddətdir ki, Azərbaycan cəmiyyətini iki yerə parçalayıb.

    Belə ki, bir qrup onun mahnılarının bayağı olduğunu desə də, digərləri xaricdə yaşayan azərbaycanlılar, eləcə də, əcnəbilərin Mehdizadəyə qulaq asdığını əsas gətirərək, ona sevgi və rəğbətlərini ifadə edirlər.

    Mübahisələr kifayət qədər gərgin şəraitdə keçsə də, etiraf etmək lazımdır ki, cəmiyyət tərəfindən, həqiqətən də, Mehdizadənin yaradıcılığına böyük maraq müşahidə olunur.

    Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin London küçələrində səslənən “Yaxşı olar” mahnısının klipi və klipsiz versiyası “YouTube”də 73 milyondan çox izlənmə sayı toplayıb.

  • Azərbaycanlı model Tayvanda “Ən yaxşı bədənli qadın” seçildi – FOTO

    Azərbaycanlı model Leyla Əliyeva Tayvanda beynəlxaq layihədə iştirak edib.

    “Lady Brilliancy Int’l 2018” müsabiqəsinin finalında Vyetnam, Bolqarıstan, Monqolustan, Rusiya, Avstraliya, ABŞ və başqa ölkələr iştirak edib.

    Azərbaycanı təmsil edən Leyla Əliyeva isə “Lady of Best Body” laureatına layiq görülüb.

    Qeyd edək ki, Əliyeva bundan öncə də “World Beauty Championship Dubai-2017”, “Most Fashionable International Model”, “The Miss Best Swimmingsuit-2017” və başqa layihələrdə iştirak edib və müxtəlif yerlərin sahibi olub.//oxu.az












  • Tolikdən Elnarəyə: “Röyanın ali savadı olmasa da, çoxlarından yuxarıdadır “

    Tanınmış prodüser, aparıcı Tarix Əliyev iki məşhur müğənni arasında yaşanan qalmaqala münasibət bildirib.

    Müğənni Elnarə Xəlilovanın son paylaşımında adının hallandığını görən prodüser susmayıb.

    Tolik şəxsi “Instagram” hesabında bunları yazıb:

    “Mən bəlkə də bunu yazmayacaqdım, amma Elnarə Xəlilova, sənin paylaşımından sonra yazdım ki, lap əmin olasan. Allah insan qəlbini görür və onun müqabilində insana ruzi verir. Əməllərində kin, paxıl insanlar heç vaxt qabağa getmir. Bu gün mən veriliş aparıramsa və Röya ilə dostamsa, bu o demək deyil ki, verilişimizdə kiminsə sifarişi ilə mövzu qoyulur. Mən Allaha and içirəm ki, heç bu mövzu haqqında Röya ilə danışmamışam. 2 bacıma qurban olsun bu dünyanın malı, onlar mənə hamıdan əzizdir. Amma sən burdan haqqımızda girdin. Mən heç Röya ilə 3 gündür danışmamışam ki, deyim nəysə.

    Mövzu ona görə qoyduq ki, sənin paylaşımından sonra aktual oldu bu mövzu. Sənin bir pis xasiyyətin var ki, canım, sən illərlə ürəyində gizlətdiyin fanatlığını indi-indi üzə çıxardırsan. Mən vaxt var idi “Cinema club”da ofisiant işləyəndə ora Aygün Kazımova gələndə ona çay, kofe verirdim. Amma həyatdır. Elə oldur ki, prodüseri də oldum, şəxsən verilişimdə qonaq oldu. Həyat belədir! Bu gün səndə, sabah məndə! Röya sənin paltarını geyinə bilər, amma gör necə oldu ki, 3 nəfərin içində dediyin ali savadı olmasa da, sizdən zəif, kasıb olsa da, bu gün çoxlarından yuxarıdadır və dediyin kimi əməkdarların əməkdarıdır. Çünki bu adı illərlə əziyyət çəkib konsertlər verərərək, evi, bağı, maşını, cangüdəni olmalı vaxtı, pullarını sənətə tökərək, zəhmətinin bəhrəsini gördü.

    Röya bəziləri kimi sevgili sözü ilə sənəti atıb, kef-damağa qaçmadı, sevgilinin yerinə sənəti seçdi. Və bu gün plaqiat da oxusa, millionların sevimlisidir. Amma qaldı sifarişə, buna tam əmin ola bilərsən, Xəzər TV heç kimin sifarişi ilə iş görmür. Eləyə qalsaydı, mən gərək çoxdan efirdən gedərdim. Amma vallahi elə deyil. Kstati, mənim də ali təhsilim yoxdur, amma bir çox təhsilli aparıcılardan yaxşı mövzular qoyub veriliş aparıram”.

    Qeyd edək ki, bir neçə saat əvvəl müğənni Elnarə Xəlilova prodüseri apardığı verilişdə sifarişli mövzular müzakirə etməkdə ittiham etmişdi.//baku.ws

  • İlkin Həsəni qızı Alisa ilə – FOTOLAR

    Sosial şəbəkədə aparıcı, aktyor İlkin Həsəninin qızı ilə fotoları yayılıb. 

    Aparıcı qızının üzünü hələ ki, göstərməməyə çalışır.  

    Həsəninin paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, İlkin Həsəni Aysel adlı xanımla ailəlidir. 



  • “Hamilə idim…” – “Toppuş bacı” xəstəliyindən danışdı

    “Hamilə idim, qanaxma başladı və uşağı tələf etməli oldum. Abortdan sonra həkimlər gördülər ki, uşaqlıq yolunda şiş var. Şiş əkildi və nəticədə bədxassəli olduğu aşkarlandı”.

    Median.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib.

    Bir neçə gün əvvəl xərçəng olduğu aşkarlanan və əməliyyat edilən aktrisa səhhətindən danışıb. “Toppuş bacı” ləqəbli aktrisa xəstəliyinin qəfildən ortaya çıxmasından danışıb:

    “Qəfildən olmadı. Bir aydır bilirdim, gizlədirdim. Eşidəndə çox pis oldum, ağladım. Millət vəkilimiz Qənirə Paşayevaya zəng etdim, danışdım. Onun məsləhəti ilə onkoloji xəstəxanaya yollandım. Eroziya olub, papiloma virusum var imiş. Mən də vaxtında müalicə etdirməmişəm. Uşağım düşəndə bəlli oldu, ginekoloqum şübhələndi. Şiş əkildi və bədxassəli olduğu ortaya çıxdı”.

    T.Əliyeva sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə aydınlıq gətirib. O, mədəsini kəsdirdiyi üçün xərçəngə yoluxması haqda xəbərlərə etiraz edib:

    “Mədəmi kəsdirməyimlə xərçəng olmağımın heç bir əlaqəsi yoxdur. Sadəcə immunitetim aşağı olub. Yeməmişəm, orqanizmimdə immunitet azalıb. Xəstəlik də bundan yaranıb. Hazırda yaxşıyam.

    Ayın 14-də analizimin cavabı gələcək. Yaxınlarım, ailəm səbirsizliklə onu gözləyir. İnşallah, cavab yaxşı çıxar. Xəstəxanada da qulluğumda dururdular, tez ayağa qalxdım. Günlərlə yerdə yatacaq adam deyiləm. Bir neçə gündən sonra xına mərasimlərimə qayıdacam. Məni sevənlərin gözünü yolda qoymayacam”.

  • Tolik canlı yayımda rəqqasəni təhqir etdi: “Yığışdır şələ-şüləni…” – VİDEO

    Tolik canlı yayımda rəqqasəni təhqir edib.

    Rəqqasə Renka “Hər şey daxil” verilişində rəqsini bitirdikdən sonra studiyanı tərk edib. Tolik isə onu geri qaytarıb:

    “Ay qız, qayıt dala. Yığışdır şələ-şüləni. Canlı yayımda “polları” silirəm. Zibilləyir buraları”.

    Həmin görüntünü təqdim edirik.

  • “Kupalnik”i başına bəla olan 10 məşhur – FOTOLAR

    Məşhurlar təkcə dedikləri sözləri ilə yox, həm də geyimləri ilə tez-tez qınaq obyektinə çevrilirlər. 

    Baku.ws bu dəfə yerli məşhurlarımızın başlarına bəla olan “kupalnik”li geyimlərini bir araya toplayıb.

    Tunay Əliyeva (aparıcı, aktrisa) 

    Könül Yusifqızı (aparıcı, aktrisa) 

    Könül Nağıyeva (aktrisa)

    Nigar Camal (müğənni)


    Humay Muxtarova (aparıcı)

    Nura Suri (müğənni) 

    Validə Abbasova (model)

    Pərvin Abıyeva (aktrisa)

    Günay İbrahimli (müğənni)

    Dilarə Kazımova (müğənni)

  • Röya və Elnarə arasında qalmaqal: Canlı ölüləri hara qoyacam? – FOTO/VİDEO

    Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasında qalmaqal yaşanıb.

    Buna səbəb Röyanın ötən gün çıxardığı “Mənə sevgindən bəhs et” adlı mahnıya görə baş verib.

    Belə ki, Xəlilova Röyanın mahnısının plagiat olduğuna işarə vuraraq Uitni Hyusotunun “I have nothing” mahnısını “Instagram” hesabında paylaşıb.

    Əməkdar artist isə ona “Instagram Story”də cavab verib:

    “Məni dindirmə. Qarabağlılara hörmətim var, pozma. Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib.

    Hara, necə, nə cür olduğunu xırdalamayaq. Onu kənara qoydum. Axı siz hər şeydən xəbərdar, bilikli bir insansınız. Onda Cenifer Lopezi çağıraq və soruşaq ki, niyə mahnısına “Lambada”nı salıb? Tam deyil, amma müəyyən dərəcədə oxşarlıq var. Rəhmətliyin mahnısına bənzəməsi isə mənə şərəfdir. Mən canlı ölüləri hara qoyacam?”

    Qeyd edək ki, hər iki eks rəfiqə “W-trio” qrupundan ayrılandan sonra aralarında zaman-zaman problemlər yaranıb.//oxu.az

  • “Anjelikanın oğlanlarla olan videoları əlimdədir” – Nağılbazın ikinci arvadı – VİDEO

    Reper Anar Nağılbazın ölümündən sonra da qalmaqallar səngimək bilmir.

    Reperin ikinci həyat yoldaşı Aytən “CVN TV”-yə açıqlama verib.

    O bildirib ki, onda Anarın keçmiş həyat yoldaşı Anjelikanın başqa oğlanlarla olan videoları var.

    Aytənin bu sözləri sosial mediada rezonansa səbəb olub.//baku.ws