Category: Şou Biznes

  • Təhqir edilən müğənniyə görə məşhurlar etiraz etdilər – Bunu Allah götürməz – VİDEO

    Bir neçə məşhur sosial şəbəkələrdə alçaldılan, dəvət edildiyi verilişlərin əksəriyyətində ələ salınan Maral Tahirqızının müdafiəsinə qalxıb.

    Səidə Sultan, Gülay Zeynalova, Emil Bədəlov, Könül Kərimova etirazlarını “Hər şey daxil”in mikrofonuna bildiriblər.

    Qeyd edək ki, Elçin Əlibəyli “Space” telekanalının efirində aparıcısı olduğu “El bizim, sirr bizim” verilişində Maral Tahirqızını efirdən qovmuşdu.

    Sözügedən müğənnilərin Maralı lağ obyektinə çevirən şəxslərə müraciətini təqdim edirik:
    //milli.az

  • Emin Ağalarov Cümhuriyyətin 100 illiyinə mahnı həsr etdi – VİDEO

    Müğənni-bəstəkar Emin Ağalarov Azərbaycan Cümhuriyyətinin 100 illiyinə mahnı həsr edib.

    Milyarder oğlu mahnını Azərbaycan və rus dillərində oxuyub. Klipin sonunda Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam” sözlərinə yer verilib.

    Qeyd edək ki, Emin ötən gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla xalq artisti adına layiq görülüb.

  • Nadir Qafarzadə fəxri ad almamasına əsəbiləşdi: “Haqsızlıq baş alıb gedir” – VİDEO

    “Bu gün xəbərlərdə oxudum və gördüm ki, ölkəmizdə haqsızlıq baş alıb gedir. İllərdir sənətdə əziyyət çək, külüng vur. Axırda da sənin mükafatın olmasın, əməyin qiymətləndirilməsin”.

    Bu barədə Nadir Qafarzadə “İnstagram” səhifəsində bildirib. Müğənni sosial şəbəkədə video paylaşıb. O, videoda fəxri ad almamasına görə gileylənib.

    “Hər zaman dövlət tədbirlərində, cəbhə bölgələrində, hərbi hissələrdə, ulu öndərin ildönümlərində, prezident seçkilərində və s. iştirak etmişəm. Xarici ölkələrdə musiqimizi təmsil etmişəm. Lakin sonda sənin mükafatın olmasın. Bilmirəm bu videodan sonra məni gəlib hara aparacaqlar. Hər halda bu da təəccüblü olmayacaq. Yenə də haqsızlıq öz işini görür”, – deyə müğənni bildirib.

    N.Qafarzadə həmkarlarını uğurlar arzulayıb:

    “Bu paxıllıq deyil. Həmkarlarım məni düzgün anlasınlar. Sadəcə olaraq haqqımı tələb edirəm. Demirəm bundan sonra mənə nəsə etsinlər. Lazım deyil. Hər halda sözümü desəm yetər. Öpürəm, hər kəsə uğurlar”.//baku.ws

  • “Aktrisanı səhnədə soyundursam…” – Xalq artistindən 18+ səhnələrə reaksiya

    Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova teatrda açıq-saçıq səhnələrlə bağlı fikirlərini bölüşüb.

    Median.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor tamaşaçıya hörmətlə yanaşmağın vacib olduğunu bildirib:

    “Tamaşaçıya hər zaman hörmətlə yanaşmaq lazımdır. Avropada normal qəbul edilən hansısa erotik səhnə Azərbaycan tamaşaçısı üçün təhqir kimi qəbul edilə bilər. Buna görə də tamaşaçı ilə hesablaşmaq lazımdır. Aktyoru, aktrisanı da pis vəziyyətdə qoymaq olmaz. Mən aktrisanı səhnədə soyundursam, onun sonrakı aqibəti necə olar bəs? Şəhərdə onu barmaqla göstərərlər. Buna görə də aktrisanı mentalitetdən qorumalıyam. Parisdə qoyulan tamaşa Azərbaycanda səhnələşdirilə bilməz. Olar e… Amma valideyn övladı ilə tamaşaya gəlib baxırsa, onu niyə təhqir etməliyəm?”

  • “Maşın şou” nun bir xanım və bir bəy iştirakçısı daha bəlli oldu – FOTOLAR

    “Maşın şou 2018″in iki məşhur siması daha bəlli olub. 

    İddialara görə bu adlardan biri aparıcı Günel Hümbətova, bir digəri isə ifaçı Cavan Zeyanallıdır.

    Qeyd edək ki, aparıcılar Firuzə Cəlilova, Aytən Səfərova və Mətanət Əliverdiyeva, müğənni və aktrisa Ruhəngiz Musəvi, “Eurovision 2012” təmsilçimiz Dilarə Kazımova, Murad Arif, Vasif Əzimov, reper Qurd və  Uran kimi adlar artıq bəlli olub. Onlar 18 gün boyunca maşın uğrunda mübarizə aparacaqlar.
     

    //a24.az

  • Azərbaycanlı müğənni efirə hamam xalatında çıxdı – FOTO

    ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinin bu günkü qonaqlarından biri müğənni Elşad Qarayev olub.

    63 yaşlı müğənni geyimi ilə diqqət çəkib.

    Belə ki, o, proqrama hamam xalatında çıxıb.

    Qeyd edək ki, bir müddət öncə aparıcı Zaur Baxşəliyev də sözügedən proqrama hamam xalatında çıxmışdı./oxu.az



  • Elza Seyidcahan İlhamə Quliyevaya həsr etdiyi şeir aparıcını dəhşətə gətirdi – VİDEO

    Əməkdar artist Elza Seyidcahan mərhum xalq artisti İlhamə Quliyevaya şeir həsr edib.

    Bəstəkar-müğənninin kitabına saldığı şeiri Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Zarafat-zarafat” verilişində səsləndirib.

    Elza şeiri oxumazdan əvvəl belə deyib: “Mən “Quru böhtan” adlandırdığım bu şeiri İlhamə xanıma yazmışam”.

    Elza Seyidcahan “Gələcək o gün ki, pis öləcək” misrasının yer aldığı şeiri düşmən münasibətlərində olduğu mərhum sənətkara hələ sağlığında həsr edib.

    İfaçı şeiri səsləndirərkən Mətanət Əliverdiyeva və verilişin qonağı aktyor Əkbər Əlizadə eşitdiklərindən dəhşətə gəliblər. Şeirə necə reaksiya verəcəklərini bilməsələr də, təəccüblərini gizlətməyiblər./baku.ws

  • “Bakı gözəli” yarışmasında birincilik üstündə dava – VİDEO

    Paytaxt məkanlarının birində keçirilən “Bakı gözəli 2018” gözəllik müsabiqəsinin final günü dava düşüb.

    “Instagram”da yayılan videoda “Show Production”un təşkilatçılığı ilə baş tutan gecənin qaranlıq məqamları üzə çıxıb.

    Məlum olub ki, iştirakçılar arasındakı davaya səbəb ikinci yeri qazanan iştirakçının “Mən daha çox pul vermişəm, niyə birinci olmadım?” deyə tacı yerə çırparaq etiraz etməsi olub.

    “Azmedia” səhifəsinin məlumatına görə, məsələ “saçyoldu”yadək uzanıb.

  • Məşhurlar “Challange”də birləşdilər – VİDEO

    Xəbər verdiyimiz kimi, dörd gün sonra “Maşın” realiti şousu start götürəcək.

    Azərbaycanın ən reytinqli realiti şousu mayın 29-da ATV kanalında möhtəşəm açılışla yayıma başlayacaq.

    Bununla bağlı artıq bir neçə həftədir ki, maraqlı paylaşımlar və kreativ çarxlar ard-arda işıq üzü görür. Bunlardan biri də “Maşın”ın 16-cı sürətinin SMM xidmətini reallaşdırmaq üçün “MGP” ilə birgə iş görən “Light in black” şirkətinin kreativ ideyasıdır.

    “Challange” xarakterli bu video-çarx “Maşın – on/off” üslubunda çox maraqlı bir tərzdə hazırlanıb və tez bir zamanda sosial medianı bürüyüb. Buna səbəb isə “Challange”da məşhurların çəkilməsi olub.

    “Light in black”in “MGP” ilə ilk işi olan bu çarxı sizə təqdim edirik.

    Qeyd edək ki, “Xanımlar və cənablar-2“ adlanan “Maşın” realiti şonun 16-cı sürəti, doqquz xanım və doqquz cənabla öz yoluna davam edəcək. Sevilən 18 məşhurun adı tam məlum olmasa da, “MGP”nin paylaşdığı sosial media çarxlarından, ”Xanımlar və cənablar-2”nin də çox iddialı, ulduzlarla dolu, möhtəşəm və ən əsası, 18 gün zirvəni əldən verməyəcək bir şou olacağı görünür./oxu.az