Category: Şou Biznes

  • “Maşın” şounun ilk anonsu yayımlandı – VİDEO

    Teleməkanın ən səs-küylü və qalmaqallı proqramı “Maşın” şounun 16-cı mövsümünün ilk anonsu yayımlanıb.

    “Xanımlar və cənablar – 2” devizi ilə ekrana gedəcək şounun anonsunda şərqi simvolizə edən ornamentlərdən istifadə olunub.

    Animasiya şəklində olan videoanonsda şounun 29 may tarixində, saat 22:15-də efirə gedəcəyi bildirilir.

    Bu dəfə də avtomobil uğrunda 18 nəfər mübarizə aparacaq.

  • Emin Ağalarov Əminəni yanından ayırmır – FOTO

    Tanınmış azərbaycanlı ifaçı Emin Ağalarov sosial media hesabında yeni fotolarını paylaşıb.

    Fotoda övladları ilə yer alan Eminin yanında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü Əminə də var.

    Qeyd edək ki, müğənni vaxtının çoxunu Əli, Mikayıl və Əminə ilə keçirir.




  • Qara fatalı Elza Seyidcahan – FOTO

    Ekstravaqant Elza Seyidcahan yenə təəccübləndirməyi bacarıb.

    Hər dəfə fərqli saç düzümü və ya baş örtüyü ilə yenilik gətirən əməkdar artist bu dəfə nəhəng qara fatada görünüb.

    Stilist Anar Ağakişiyevin yaratdığı imic sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.



    /baku.ws

  • Azərbaycanlı model Dağüstü parkda alt paltarında – FOTO

    Azərbaycanlı model Leyla Əliyeva İnstagram-da paylaşdığı fotolarla diqqət mərkəzinə düşüb. 

    “World Beauty Championship Dubai 2017” və “Most Fashionable International Model” gözəllik yarışmalarının iştirakçısı olan model Dağüstü parkdan foto paylaşıb. 

    Şəxsi hesabında paylaşdığı fotolar birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər modelə xoş sözlər yazsa da ona qarşı tənqidi sözlər yazanlar da az olmayıb. 

    Həmin fotoları təqdim edirik:




    //baku.ws

  • Hadisə Bakıda biznesmen ailəsinin məclisində – VİDEO

    Türkiyənin məşhur müğənnisi Hadisə Bakıda məclisdə iştirak edib.

    Bu barədə aparıcı Cavid Gül Instagram hesabında video paylaşıb.

    Videodan göründüyü kimi Hadisə məclisdə Tarkanın mahnısını oxuyub.

    Sosial şəbəkələrdə yayılan məlumata görə, müğənni bizmesmen ailəsinin məclisi üçün Türkiyədən paytaxtımıza təşrif buyurub. İş adamının adı hələlik məlum deyil.//baku.ws

  • “Billboard” Musiqi Mükafatları sahiblərini tapdı – FOTO

    Musiqi dünyasının ən prestijli mükafatlarından sayılan “Billboard” Musiqi Mükafatları sahiblərinə verilib.

    Bu ilin ulduzu gecədən altı mükafatla ayrılan Ed Şeran olub.

    Bir-birindən iddialı geyimləri ilə gecəyə qatılan sənətçilər isə fotoqrafların obyektivlərinə pozlar verib.

    Gecədə mükafat qazananlar: Ən yaxşı sənətçi, Ən yaxşı kişi sənətçi, “Top Hot 100” siyahısı, Ən çox albom satan sənətçi, Radiolarda ən çox səsləndirilən sənətçi, Radiolardan ən çox səsləndirilən mahnı (Shape of You) – Ed Şeran

    Ən yaxşı qadın sənətçi, Ən çox satılan albom (Reputation) – Teylor Svift

    “Top Billboard 200” siyahısı – Dreyk

    Ən çox mahnısı səsləndirilən ifaçı, Ən yaxşı rep ifaçısı, Ən yaxşı kişi reper, Ən yaxşı rep albomu (DAMN) – Kendrik Lamar

    Ən yaxşı R&B sənətçisi, Ən yaxşı R&B turnesi, Ən yaxşı R&B albomu (24K Magic) – Bruno Mars

    Ən yaxşı rep turnesi – Cey Zi.//oxu.az

























  • Boşanma ərəfəfində olan Natəvan Həbibiyə sevgi etirafı: Sənsiz çox darıxıram – VİDEO

    “Sən mənim həyatımsan, dünyamsan, ürəyimsən!”

    Bu sözləri reper Dado müğənni Natəvan Həbibiyə ünvanlayıb.

    Reper dünən doğum gününü qeyd edən Natəvanı ictimai şəkildə təbrik edib. Onun sevgi dolu təbriki boşanma mərhələsində olan Natəvan cütlüyün münasibətlərində irəliləyiş olduğunu göstərir.

    Dado sevgisini bu sözlərlə ifadə edib:

    Səninlə hər şey maraqlıdır. Hətta maraqsız olan şeylər səninlə maraqlıdır. Sən mənim yanımda olanda qəlbim sevinclə dolur, hər şeyə həvəsim olur. Sən məndən uzaq olanda sanki bütün dünya dayanır. Sənsiz çox darıxıram. Səni o qədər sevirəm ki… Həyatımda bu qədər sevməmişdim. Sevgi nədir, səninlə başa düşdüm. Yaxşı ki varsan, həyatım! Səni çox sevirəm. Doğum günün mübarək! 100 yaşa. Səni çox sevirəm”./baku.ws

  • “Məni sevsəydi…” – Tacir Şahmalıoğlu Fədayə Laçından danışdı – VİDEO

    Müğənni Tacir Şahmalıoğlu “Space” TV-də yayımlanan “Sənətsevər” verilişinin qonağı olub.

    Yenicag.az xəbər verir ki, ifaçı verilişdə bir vaxtlar tərəf müqabili olan Fədayə Laçınla bağlı ünvanlanan sualları da cavablayıb.

    O, heç vaxt Fədayə Laçınla sevgi münasibətində olmadığını bildirib. Şahmalıoğlu həmkarının həbs olunmasına görə üzüldüyünü söyləyib. O, eyni zamanda kriminal avtoritetin ucbatından həbs düşməsinə görə sabiq tərəf müqabilini qınayıb.

  • Məşhur müğənni canlı yayımda “Sarı Gəlin”i erməni dilində oxudu – VİDEO

    Məşhur türkiyəli müğənni Aydilge “Sarı gəlin” mahnısını erməni dilində ifa edib.

    Müğənni Kral TV-də canlı konserti zamanı mahnını erməni dilində oxuyub.

    Aydilgenin bu jesti birmənalı qarşılanmayıb və çoxları buna görə onu tənqid ediblər.

    Həmin ifanı təqdim edirik:
    //azxeber

  • Jah Khalib Azərbaycan Ordusunda xidmət etmək istəyir – VİDEO

    Repçi Bəxtiyar Məmmədov (səhnə adı Jah Khalib) məşhur rus ifaçı Bastanın (Vasili Vakulko) “Gazlive” şousunun qonağı olub.

    Veriliş zamanı repçi Azərbaycan Ordusunda xidmət etmək istədiyini bildirib.

    “Mənim məqsədim var. 2-3 ildən sonra hərbi xidmətə getmək istəyirəm. Azərbaycanda dostum var. O, xüsusi təyinatlıların hazırlanması ilə məşğuldur. Hər zaman mənə deyir ki, cəsarətlə buraya gəl. Orduda snayperçi olmaq istərdim. Çünki çox səbrliyəm”.

    Xatırladaq ki, Jah Khalib son illər Qazaxıstanın ən uğurlu ifaçılarındandır. Onun anası qazax, atası isə azərbaycanlıdır.//oxu.az