Category: Şou Biznes

  • Maral Tahirqızı qəza törətdi – VIDEO

    Maral Tahirqızı qəza törədib. Azxeber.com istinadən xəbər verir ki, hadisə Bakının Babək prospektində baş verib və təhlükəzlik kamerası tərəfindən lentə alınıb. Maral idarə etdiyi avtomobildə sayıqlığı itirib və “Hyundai”yə çırpılıb.

    Daha sonra isə yerində dövrə vurmağa başlayıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

  • Kamilla Babayeva moda gecəsinə büstqaltersiz gəldi – FOTO

    Ötən gün “Azerbaijan Fashion Week”in 2-ci günü baş tutub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, gecədə bir neçə yerli və xarici dizaynerin geyimləri sərgilənib.

    Bir-birindən iddialı geyimlərin yer aldığı dəfilə də “Parcha”, “Di” və “Revoltant Home” kimi brendlərin kolleksiyası alqış toplayıb.

    Gecədə qadın geyimləri ilə yanaşı uşaq və kişi geyimləri də nümayiş etdirilib.

    Moda Həftəsini izləməyə gələnlər sırasında tanınmış model Kamilla Babayeva isə xüsusi diqqət çəkib. Buna səbəb onun gecəyə büstqaltersiz qatılması olub.

  • QALMAQAL! Roza Zərgərlidən Sevil-Sevinc bacıları barədə ŞOK açıqlamalar – VİDEO

    Müğənni Roza Zərgərli Sevil-Sevil bacıları barədə çoxlarının bilmədiyi həqiqətləri açıb.

    Zərgərli “XL-Şou”nun qonağı olarkən ona Sevil və Sevinc bacılarının “Roza” mahnısını oxuduğu görüntülər nümayiş etdirilib.

    Bu görüntülər Rozanı özündən çıxarıb və əkizləri özünün sənətə gətirdiyini təəssüf hissi ilə dilə gətirib:

    “S-Tvins mənim keçmiş qrupum olub. Mən onların həm direktoru idim, həm sponsoru, həm də menecer-prodeseri. Sən demə bunlar illər öncə Röya Ayxanın konsertində DJ kimi çıxıblar. Mənim bundan xəbərim yox idi. Çünki mənə belə bir tələ qurulmuşdu… Mən bu qızları bir dövləət tədbirində gördüm. Üstündən 4 ay keçdikdən sonra mən bu qızları bir layihə kimi götürdüm. Mən də ekiz olmuşam, bacım dünyasını dəyişib. Mən bacımın əziz xatirəsinə görə onlara dəstək oldum. O vaxt toylara getmirdim. Mənə 10 min manata toy təklifi gələndə, özümün yerinə onları 3-4 minə göndərirdim. Buradan demək istəyirəm ki, əziz bacımın xatirəsinə görə onlara dəstək durdum. Amma onların indi belə etmələri düzgün deyil. Onlara görə yanıma gəlib xahiş edən anaları onlara düzgün tərbiyə verməyib”.

    Roza Zərgərli Sevil və Sevinc bacılarıyla işbirliyinə son qoymasının səbəbini açıqladı: “Gəlib mənə dedilər ki, biz sizinlə işləyə bilmirik. Soruşdum, niyə? Siz bizi çox sıxırsız, axşam 11-dən sonra dostlarımızla otura bilmirik”./baku.ws

  • “Maşın”ın daha bir iştirakçısı bəlli oldu – FOTO

    Xanımlar və cənablar -2” devizi ilə 29 may tarixində yayımlanması planlaşdırılan “Maşın” realiti şousunda iştirak edən məşhurlardan daha birinin adı məlum olub.

    “Instagram” hesabında iştirakçının üzünü gizlədərək foto paylaşan şounun sosial media menecerləri sual verərək tamaşaçıların şəkildəki şəxsi tapmasını istəyib.

    Müxtəlif cavablar səslənsə də, şəkildəki şəxsin kimliyini onun geyimi ələ verib.

    Beləliklə, məlum olub ki, “Maşın”ın 16-cı sürətinin ilk rəsmi iştirakçısı aparıcı Aytən Səfərovadır.

    Qeyd edək ki, bir neçə gündür mediada iştirakçıların adları ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Səfərova da adıçəkilən məşhurların siyahısında idi./oxu.az

  • Aytən Səfərova: “Azərbaycanda 100 kişidən 99-u xəyanət edir, digər 1-i isə…”

    Hazırcavab aparıcı Aytən Səfərova “Üç nöqtə” layihəsində yarımçıq qalan sualları tamamlayıb.

    Publika.az aparıcının cavablarını təqdim edir:

    – “Kökaltı”, yoxsa “Xüsusi layihə…

    – Zənnimcə, “Xüsusi layihə” artıq baxılır. “Kökaltı”nın populyarlaşması üçün uzun müddət lazım oldu. Yeni veriliş üçün zamana ehtiyac yoxdur, çünki indi sosial şəbəkələr çox aktivdir. Verilişin tanınmasında sosial şəbəkələrin rolu böyükdür.

    – Dünyanı dəyişmək imkanım olsaydı…

    – Dünyasını dəyişmək, ölmək deməkdir. Mən hələ ki, yaşamaq və yaratmaq istəyirəm. Məcazi mənada verilən suala gəlincə, əlbəttə ki, müharibələrin əleyhinəyəm. Müharibələr xəstə təxəyyüldən, paxıllıqdan, tərbiyəsizlikdən, uşaqlıqda normal mənəvi tərbiyə görməməkdən, mənəvi yoxsulluqdan və digər problemlərdən dolayı baş verir. İstərdim ki, müharibələri yer üzündən yox edim.

    – İndiki ağlım olsaydı…

    – Anama çox cavab qaytarmazdım. Bu günə kimi çox cavab qaytarmışam, yaşa dolduqca ağıllanıram. Başa düşürəm ki, valideyn qədrini vaxtında bilmək lazımdır. Qızım mənim ikiqat hazırcavab versiyamdır. Odur ki, anamın nələr çəkdiyini indi anlayıram. Qızım çox düşüncəli və ağıllı uşaqdır. O, bəzən öz fikirlərini mənə aşılamaq istəyir. Onun baxış prizmasından nəzər salanda, müəyyən məsələlərdə mən qızım üçün geridə qalmış hesab olunuram. Belə də olmalıdır, təbii prosesdir.

    – Kişilər o qadınlara xəyanət etmir ki…

    – Azərbaycanda 100 kişidən 99-u xəyanət edir. Qalan bir nəfər də gedir, amma yarı yoldan həyat yoldaşı zəng edir ki, uşaq xəstədir, ona görə də evə qayıtmalı olur. Bizim ölkədə xəyanət etməyən kişi yoxdur. Bilmirəm ki, bu, nədən irəli gəlir. Bəlkə də sadiq ərlər var, əgər varsa, onlara əhsən düşür. Sadəcə murdarçılıqdır.

    Xəyanət sözü qeyri-ciddi səslənir. Zina sözünün isə böyük əhəmiyyəti və ağır yükü var.

    Məncə, kişilər bic, onu ailəsindən ayıran, ailə dağıdan, onlara qarşı magiyalardan istifadə edən qadınları aldatmır. Nəticədə kişi zombiləşir və sözün əsl mənasından mal olur. Başı daşdan-daşa dəyəndən sonra kişi səhvini anlayır, amma onda da gec olur.

    Addım atmazdan əvvəl insan həmişə düşünür, “Edim, ya etməyim?” sualları arasında seçim edir. Əgər bu adam bir dəfə xəyanət edibsə və hərəkətinə görə peşmandırsa, “Bağışla, qələt etmişəm, bir də olmayacaq”, – deməyə cəsarəti çatırsa, bir dəfə ailə və övladların xətrinə bağışlamaq olar. İkinci dəfə təkrarlansa, çamadanı yığıb qapıya qoyursan, gələndə özü hər şeyi başa düşəcək.

    Kişi unutmamalıdır ki, ondan da yaxşıları var. Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Əgər öz xanımının qədrini bilmirsənsə, kənara çəkil. Bəlkə qarşısına onu xoşbəxt edə biləcək bir başqası çıxacaq.

    – Seviləsi qadın olmağın ilkin şərti…

    – Maraqlı qadınlar həmişə və hər yerdə sevilir. Bəziləri deyir ki, Aytən Səfərova kökdür. Kök olsam da, bilirəm ki, çox maraqlı qadınam. İstənilən məclisdə oturanda bütün diqqət məndə olur. Əminəm ki, insanların maraq dairəsini cəlb edə bilirəm. Bir var ki, gözəl geyinib və bəzənib, hansısa məclisə gedirsən, amma danışanda insanların əti tökülür. Belə xanımları görəndə, istər-istəməz deyirsən ki, kaş ağzını açmazdı.

    Qadın müəyyən məqamlarda fədakarlıq göstərməli, amma özünü tam fəda etməməlidir. Azərbaycan qadınlarının əsas problemi odur ki, bütün həyatını kişiyə qurban verir. Onda da bayaq danışdığımız xəyanət məsələsi gündəmə gəlir, gözü başqasını axtarır.

    Qadının şıltaqlığı olmalıdır, lazım olanda naz etməli və küsməyi bacarmalıdır. Ümumiyyətlə, o, keçirdiyi duyğuları gizlətməməlidir. İndi kişilər arvadlardan daha çox küsür.

    – Qadınlar yaşını ona görə gizlədir ki…

    – Yaş və ya quru kompleksim yoxdur. Açığını deyim, 40-a yaxın yaşım olsa da, görürəm ki, maşallah olsun, bir çox yaşıdlarımdan daha cavan görünürəm. Qadın baxımlı olanda həmişə gənc görünür. 40 yaşında bir qadın 25 yaşlı gənc qızdan daha baxımlıdırsa, onu kölgədə qoyacaq. Hesab edirəm ki, baxımlı qadınlar yaşını gizlədə bilər. Ümumiyyətlə, insanın iki yaşı olur, bir pasport, digəri isə zahiri görkəminə görə verilən yaş.

    – Qadına qarşı şiddət…

    – Bu, kişinin zəifliyidir. Kişi xeylağı qadına əl qaldırmamalıdır. Əgər yerini bilən xanımlardan söhbət gedirsə, münasibətim çox pisdir. Amma hərdən qadın o həddə çatdırır ki, kişi ona əl qaldırmağa məcbur olur. Kişi də bir neçə dəfə dözür, sonda səbri daşır və ona bir şillə vurur ki, özünə gəlsin. Ürəyi gedən adam da şillə vururlar ki, oyansın. O mənada nəzərdə tuturam. Bəzən belə şillə lazım olur, amma qadını döymək, bədən xəsarətləri yetirmək və zorakılıq tətbiq etmək, sözsüz ki, heç bir halda düzgün deyil.

    – Vicdan…

    – Bu gün Atv-də olmağımın, xalq arasında sadə insanlar tərəfindən sevilməyimin və həyatda Aytən Səfərova kimi yer tutmağımın səbəbi vicdanımdır. Çünki vicdanım haqsızlıqlara susmayıb və göz yummayıb. Odur ki, vicdanlı olmaq həyatımın əsas amillərindən biridir. Vicdan olan yerdə ədalət də, rifah da, ruzi və bərəkət də olacaq. Əslində ədalətsizliklərin və bir çox problemlərin kökündə vicdansızlıq dayanır.

    – Yaradıcılıq…

    – Super yaradıcı şəxs olduğumu iddia etmirəm, buna baxmayaraq, Azərbaycan televiziyasında çalışan aparıcılarla müqayisədə çoxundan yaradıcıyam. Ciddi məsələlərdə, iş prosesində nizam-intizam vacibdir. Onu da unutmaq olmaz ki, yaradıcılıq çərçivələrə sığmır. Yaradıcı insan heç vaxt əsgər rejimində çalışa bilməz.

    – Tez-tez təəssüf edirəm ki…

    – Yaşadıqlarımız alın yazısıdır. Yazıya da pozu yoxdur. Təəssüflənirəm ki, vaxtında bir neçə həmkarıma və qohumlarıma layiq olduğundan artıq dəyər vermişəm. Sonra anlamışam ki, səmimiyyətindən istifadə etməyə çalışıblar. Düzünü desəm, belə hallar məndə ciddi təəssüf hissi doğurmur. Çünki təəssüflənməyimə səbəb olan hadisə xasiyyətimin formalaşmasına və bərkiməsinə səbəb olub.

    – Vanqa nənə ilə görüşsəydim…

    – “Necəsən, nə var, nə yox?”, “Bizi nələr gözləyir?”, “Bu işlərin sonu necə olacaq?” və başqa suallar verərdim. Sözsüz ki, Vanqaya çoxlu suallarım olardı. Öz həyatım və gələcəyim barədə maraqlanardım.

    Onu da soruşardım ki, nə vaxta qədər bu dığalar (ermənilər – red.) torpaqlarımızda at oynadacaq. Qarabağın azad olunacağı tarixi soruşardım ki, o vaxt orada hamıdan birinci olum və şad xəbəri camaata mən ötürüm.

    – Küsülü olduğum insana demək istəyirəm ki…

    – Kinli adam deyiləm, birinci özüm addım atmağa çalışıram, böyüklüyümü göstərirəm. Təəssüf ki, Azərbaycanda böyüklüyü çox adam düz anlamır.

    Kiməsə badalaq vurmaq, altdan-altdan iş görmək, düşmənçilik etmək mənlik deyil. Özünü fağır, fədakar, həddən artıq sakit aparan adamların əksəriyyəti qeyri-səmimi olur. Özümüzü elələrindən qorumalıyıq. Sözü həmişə birbaşa, adamın üzünə qırmızı deyən insanlar arxada iş görmürlər.

    – Ən böyük səhvim o olub ki…

    – İlk dəfə avtomobil sürəndə dönmə nişanı sağa idi, mən sola döndüm. Tappa-tarap səsi indi də qulağımdır.

    – Tənhalıq insan üçün lənətdir, yoxsa…

    – Dəstəyə və qayğıya ehtiyacı olan həqiqətən də tənha insanlar var. Buna lənət deməzdim, ola bilsin ki, Allahın sınağıdır. Heç kim tənhalıqdan sığortalanmayıb.

    Bir qrup da öz tərs xasiyyətləri üzündən tənha qalır, sonradan başa düşürlər və yaxud səhvlərini başa düşməyərək dünyadan köçürlər. Məsələn, mən yaradıcı insanam, həftədə bir və ya iki dəfə tək qalmaq istəyirəm ki, beynim sakitləşsin.

    – Kiminsə yalan danışdığını hiss edəndə…

    – Dərhal niyə yalan danışdığının səbəbini soruşuram. Ya da zarafata salıb sözümü yeridirəm ki, qardaş sənin qarşındakı elə-belə adam deyil, mənə də yox da.

    – Allah insanları ona görə qeyri-bərabər yaradıb ki…

    – Toyda sizin əyninizdə olan paltarın eynisini başqasında görəndə gözünüzdən düşür, maraqsızlaşır. Kainatda Allahdan kamil varlı yoxdur, belə yaradıbsa, deməli, bir-birimizi olduğumuz kimi qəbul etməliyik. Bəşəriyyət Allahın böyük əsəridir. Şeytan da hərdən gəlib oraya ləkələr salır.

    – Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…

    – Hər şeyin əvvəlləri olduğu kimi sonu da olacaq. Düzü, mən öləndən sonra bəşəriyyətin taleyi vecimə də deyil.

    – Günahlarım yadıma düşəndə…

    – Günahsız insan yoxdur, lakin Allah rəhimlidir. Bilirəm ki, hər hansı günah iş görsəm, sabah qarşıma sınaq çıxaracaq. Allah qarşıma bir insan çıxarır və onunla necə rəftar edəcəyimi sınayır. Elə əməllərim var ki, insanların bilməsi vacib deyil, Allahın görməsi kifayətdir.

    Bu sualı məndən betər günahı olanlara verin, görən nə cavab verəcəklər.

    – İlahi ədalətə inancımı o zaman itirdim ki…

    – Hələ ki, ilahi ədalətə inancımı itirməmişəm.

    – Heç vaxt heç kimə icazə vermirəm ki…

    – Xoşlamıram ki, kimsə mənə icazə vermədiyim qədər yaxınlaşsın. Mədəniyyətsizlik, kişi xeylağının yanımda oturub siqaret tüstülətməsi, yolun ortasına tüpürməsi, əsnəməsi məni çox qıcıqlandırır. Heç vaxt heç kimə icazə vermirəm ki, mənə hörmətsizlik etsin. Məsələn, yaşı qədər iş təcrübəm olan insanların mənə “sən”lə müraciət etməsini sevmirəm. Subardinasiya qaydalarını itirənlərdən uzaq olmağa çalışıram. Bu, yekəxanalıq deyil, sadəcə, özümə hörmət edirəm.

    – O zaman düşünmədən riskə gedirəm ki…

    – Hər zaman düşünmədən riskə gedirəm. Riskdən söhbət gedirsə, deməli, düşüncə üçün vaxt yoxdur, ya getməlisən, ya yox. Rusların yaxşı sözü var: kim riskə getmirsə, o, şampan içmir.

    – Güclü və ya saf qadın…

    – Saflıq mexanizmi mənəviyyatdan asılıdır. O, anadan olanda insanda ya var, ya da yoxdur. Həyat qadını elə vəziyyətə gətirib çıxarır ki, zamanla daşlaşır və robotlaşır. Bu, o demək deyil ki, zəhmli xanımlar saflıqdan uzaqdır. Sadəcə ətrafı vadar edir ki, o cür sima alsın.

    Əslində özlərini tülkülüyə qoyan, həmişə ağlayan, özünü pişik kimi aparan qadınlar güclüdür. Çünki onlar müxtəlif hiylələrlə kişiləri yanlarında saxlayır.

    Özünü güclü adlandıran qadınlar isə bütün yükü öz çiyinlərinə götürür. Evin kişisi də fikirləşir ki, onsuz da onun görməli olduğu işi xanımı, anası və ya bacısı yerinə yetirəcək. Yadda saxlamaz lazımdır ki, həmişə ən çox özünü güclü göstərən qadının dayağa, qayğıya və diqqətə ehtiyacı var.

    – Hər dəfə çıxılmaz vəziyyətə düşəndə…

    – Bir dəfə uşaqlarla labirintə girdim, elə məkanları çox sevmirəm, ürəyim sıxılır. Bir qız bizi oradan çıxardı.

    Digər çıxılmaz vəziyyətlərdən çıxmaq üçünsə Allah bizə dil, heyvanlardan fərqli olaraq insanlara şüur verib. Ağlımı işlədirəm, vəssalam.

    – Yaxşı gündə, pis gündə…

    – Yaxşı gündə də, pis gündə də insanın gözü qapıda qalır. Baxır ki, hansı gündə, hansı insanlar qapını açıb içəri girəcək.

    – Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

    – Minnətdaram. 

  • “Maşın”da onlar yarışacaq – FOTO

    Xəbər verdiyimiz kimi, teleməkanın ən qalmaqallı proqramı “Maşın” şou Əməkdar artist Murad Dadaşovun təqdimatında yenidən ATV-də start götürür.

    “M Group Production”ın istehsalı olan realiti şou mayın 28-də başlayacaq.

    Yenə də 18 məşhurun mübarizəyə başlayacağı şouda ilk dəfə və bir neçə dəfə iştirak etmiş məşhur şəxslərin olduğu bildirilsə də, onların kimliyi barədə informasiya verilməyib.

    “Maşın”ın 16-cı sürətində səs-küylü aktrisa Pərvin Abıyeva, müğənni Xuraman Şuşalı və reper Qurd olacaq.


    Qeyd edək ki, Abıyeva şouda ikinci dəfə iştirak edəcək. Qurd isə şouda ilk dəfə olacaq.


    /oxu.az

  • Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var

    Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb.

    Median.Az oxu.az-a istinadla müğənnini 225 min manat pulunu mənimsəməkdə ittiham edən keçmiş sponsoru Nuriyyə Əhmədovanın müsahibəsini təqdim edir:

    – Günayla nə vaxt tanış olmusunuz və necə oldu ki, ona pul ayırmaq qərarına gəldiniz?

    – 2009-cu ilin yanvar ayında tanış olmuşuq. 2008-ci ildən bəri sponsorluq etmək üçün müğənni axtarırdım. Səidə Sultan, Xuraman Şuşalı ilə görüşdüm. Ülviyyə Alovlu, Nərminə Qafarlıya mənə müğənni tapması üçün müraciət də etdim. May ayında modelyer Zümrüd Mirzəliyevanın vasitəsilə prodüser Təranə Səmədovaya müraciət etdim. Zümrüd də modelyer olmaq istəyirdi, inşallah olar. Biz böyük tədbirlər təşkil edirdik. Fikirləşdik ki, bizə müğənni lazımdır. Ona görə də Günayla tanış olub işləməyə başladıq.

    – Bəs necə oldu ki, ayrılmaq qərarı verdiniz?

    – Bizim razılaşmamız belə idi ki, Günay normal pul qazanmağa başlayanda pullarımı qaytaracaq. Vaxt gəlib çatanda Günay telefonlara cavab vermirdi. Bir gün var idi, bir gün yox idi. Sevincə (Günay İbrahimlinin köməkçisi – red), Təranəyə bir ləkə yaxdı ki, bunlar pisdir, işləmək istəmirəm. Toma xanımla (Prodüser Tamilla Hüseynəliyeva (Elton Hüseynəliyevin həyat yoldaşı) – red) işləyəndə oturub söhbət etdik ki, pulları qaytarmaq lazımdır. Günay da dedi ki, bilmirəm nə qədər pul xərclənib.

    Dedim ki, dəftər, hesab-kitab var, hər şey yazılıb. Sən bilmirsən ki, sənə nə qədər pul xərclənib? Tomaya dedim ki, bir müğənnini ərsəyə gətirmək üçün nə qədər pul xərcləmək lazımdır? Toma normal iki yüz min manat xərclənəcəyini söylədi. Əlavə etdi ki, Günayın “qiymət”ini qaldırmışam, kampaniya yaxşı gedir. Sentyabr ayından yaxşı ödənişlər edəcəyik. Ondan sonra Günay Tomadan da ayrıldı, sonra yoxa çıxdı.

    – Demisiniz ki, əlinizdə müqavilələr olub…

    – Müqavilələr olub, ancaq nə qədər pul xərclədiyimiz qeyd olunmayıb. Hansı bəstəkara, rejissora verdiyin pula görə çek alırsan? Başqa cür işləyən var ki?

    – Bəs məsələ “Bandotdel”ə necə gedib çıxdı?

    – Mən bir il gözlədim. Xəbər çıxmadı. Götürüb rəsmi müraciət etdim. Qadınam, nə etməliyəm ki?

    – Demisiniz ki, 225 min borcu var. O puldan heç ödəniş etməyib?

    – Bircə dəfə Günay özü 2 min pul gətirib, lap 5 min pul ödəyib. Amma ortada bu qədər məbləğ var axı…

    – Bəs ödəməmək üçün nə bəhanə gətirirdi?

    – Heç bir bəhanə gətirmirdi. Sadəcə yoxa çıxırdı. Biz BMCMİ-də üzləşmişik. Dedi ki, 20 min pul qoymusan. Təkcə İsmayıl Əsədovun mahnısını alanda bu qədər xərc çıxmışdı. 20 min absurd rəqəmdir. 100 min desə dərd yarıdır. Biz elə-belə bəstəkarlardan mahnı almamışıq. Hərəsinə 5 min, 7 min pul çıxırdı. Rejissor Ülviyyə Könüllə şəxsən özüm görüşmüşdüm. Onu danışdıra bilərsiniz. Ona indi hansısa geyim firması barter və reklam üçün müraciət edir. Onda Günaya heç kim paltar vermirdi. Elşad Xoseyə qonorar vermişdik ki, Günayla oxumağa razılıq versin. TV-lərə, mediaya nə qədər pul ödəyirdik. Günay onda qazanmırdı axı…

    – Pul xərcləyirdiniz. Hansısa məclisə gedəndə qazandığı pulu geri verirdi?

    – Haradasa aylıq 15 min gəliri olurdusa, onun üstünə də pul qoyub, yenidən Günaya xərcləyirdik. 

    – Günay açıqlama verib ki, mənə o qədər pul xərcləməyib. Bu məbləğ Azərbaycan reallığı üçün uyğun deyil.

    – Hər şey qeyd olunub. İstintaq zamanı ortaya çıxacaq.

    – Günay ilk öncə “Bandotdel”ə gəldiyini təkzib edib. Daha sonra açıqlamasında etiraf edib…

    – Gəlmişdi. Etiraz da etməyib. Yanında atası və anası da olub.

    – Açıqlamasında qeyd edib ki, siz evlərinə gedib Günayın atasını və anasını hədələmisiniz…

    – Pulumu tələb etmişəm. Bunun adı hədədirsə, olsun belə.

    – Bəs atası və anası nə dedi?

    – Onlar dedi ki, qaytaracağıq. Daha sonra anası gəlib izahat verib ki, bizim ona borcumuz 17 min manatdır. Sual verdim ki, hansı pul xərclənəndə qızının yanında olmusan ki, 17 min pul xərclənib deyirsən?

    – Deyib ki, siz ona kreditlə maşın almısınız. Daha sonra onun pulunu Günayın anası ödəyib. Sonra isə maşını sizə bağışlayıb…

    – Maşının krediti və xərclərini “NBC Bank”a gələn gəlirdən ödəyirdilər. Yəni – yatırılan puldan. Günaya lazım olanda mənim “Range Rover”imi də sürürdü. Hansı maşını istəyirdi, həll edirdik, sürürdü. Daha sonra həmin maşını onun üçün aldıq ki, avtomobili olsun. Sonda isə şirkət sahibi olduğuma görə, maşınımı geri aldım. Anası o boyda pulu haradan alıb ödəyirdi? Əgər elə pulları var idisə, qızının ulduz olması üçün niyə sponsor axtarırdı? 

    Günayın “Eurovision”un seçim turunda yer tutması üçün nə qədər pul xərclənib. Axırda xəbərdar etdilər ki, Günay seçimdən keçməyəcək. Reklamlarına, bilbordlarına nə qədər pul xərclənib.

    – Həmçinin bildirir ki, müqaviləniz Zümrüd Mirzəliyeva ilə olub…

    – Komanda yaratmışdıq. Xəyallarım böyük idi. Dedim ki, Zümrüd də bizimlə çalışacaq. Ancaq pulun insana bu qədər təsir edəcəyini bilmirdim.

    – Şikayətiniz nədən ibarətdir?

    – Hesab edirəm ki, Günay dələduzdur. Pulunu qaytaracam deyib, qaytarmadı.

    – Əlinizdə sübut olaraq səsyazma filan var?

    – Hazırda səsyazma sübut hesab olunmur. Bu işin şahidləri bir-iki nəfər deyil. Kimlərin mahnılarını almışıqsa, bir-bir çağırsınlar. Əksəriyyətinə əlbə-əl pul vermişəm. Qanuna müraciət etmişəm. Əminəm qanun öz yerini tutacaq. O məbləğin hesablanması, ekspertizalar, şahidlər hamısı BMCMİ-nin öz işidir. 

    – Açıqlamanızda demisiniz ki, Rəşad (Günayın sevgilisi – red.) ona kömək edir…

    – O vaxt xəbər yayıldı ki, nişanlanırlar, evlənəcəklər. Mən də Rəşadla görüşüb dedim ki, sənin həyatında olan xanımın mənə 200 mindən çox borcu var, vermir. O dedi ki, biz dostuq, Günay həyatımda deyil. Ciddi əlaqəmiz yoxdur. Ondan sonra Rəşadla heç bir işim yoxdur.

    – Siz “Bandotdel”ə müraciət edəndən sonra Rəşad bu işə müdaxilə edib?

    – Rəşadı orada görməmişəm. Amma eşitmişəm ki, Günayın arxasında o dayanır. Rəşaddan başqa heç kimin adı çəkilmir. 

    – Deyirlər ki, sizi “qızışdıran” Təranə Səmədovadır. O deyib ki, bu işi qaldır, Günaydan pulu alaq, yarı bölək.

    – Özümü tanıyandan işləyirəm. Üç ali məktəb bitirmişəm. Bir adam qolumdan tutub qaldırmayıb. Allahdan, valideynlərimdən başqa heç kimə mənəvi borcum yoxdur. Haqqımı heç kimdə qoymaram. Təranə məndən ağıllı deyil ki, mənə yol göstərsin.

    – Həbs olunmasını istəyirsiniz yoxsa pulunuzu?

    – Mən pulumu istəyirəm, əgər ödəmək iqtidarında deyilsə, məcəllədə nə yazılıbsa, o da yerinə yetirilməlidir.

    – Hansısa bir razılaşma yolu seçə bilərsiniz?

    – Xərclədiyim pulu qəpiyinə kimi qaytarmalıdır. Başqa yolu yoxdur. 

    – Günay deyir ki, mahnıların çoxu mənə hədiyyə olunub…

    – Altı ildə hədiyyə mahnı görməmişəm. Əksinə, kiminsə tanışıdır, efirə çıxışı var deyə, pis mahnı olsa da, məcbur qalıb almışıq. Bütün hallarda onun üçün TV-yə, radiolara pul xərclənib. Onun üçün vokal müəllimlər tutmuşdum. Günay gələndə müğənni idi ki? Üç il öncə də çıxışımda demişəm ki, Günaydan yaxşı ifaçılar var.

    – Bildirir ki, əlində bəzi sənədlər var. Onları ortaya çıxaracaq…

    – Çıxartsın, burada nə problem var ki? Günaya çox güvənmişdim. Bu işdə ehtiyazsızlıqdan çox səhvlər var. Amma hər bir halda BMCMİ bu işi araşdıracaq. Şahidlər nə üçün danışdırılır?

    – Sizi ata və anasını hədələdiyinizə görə, məhkəməyə verəcəyini deyir…

    – Problem yoxdur. Hara istəyir müraciət etsin. Hamısının qarşısındayam. Çox təəssüf edirəm ki, Günayı indiyədək döyməmişəm.

    – Vəkil tutmusunuz?

    – Özüm orta hesabla hüquqşünasam. Ancaq həmişə vəkillə işləmişəm. Peşmanam ki, ona güvənmişəm. Günay üçün kor-koranə iş görülməyib. Onun üçün hər şey edirdik. Bugünkü fikirlərimə görə, Günay yaxşı aktrisadır. Çox güclü qabiliyyəti var imiş. Kaş müğənniliyə yox, aktrisalığa qəbul olaydı.

    – Kimlər gəlib izahat verib?

    – Bir neçə nəfər qorxdu. Ceyhun Qalaya dedim. Dedi ki, arada Rəşad var, gələ bilmərəm. Toma dedi gələcəm, sonra gəlmədi. Elşad Xose də onun kimi… İnformasiyanı da mediaya mən verməmişəm. Zəng vurdular dedim ki, təzə məlumat deyil.

    – Deyir ki, şou proqramlarda gedib oxuyub, pulları siz götürmüsünüz…

    – Hansısa formada özünə haqq qazandırmalıdır da. Onun dediklərində nə var ki? Mən restoranlara gedib pul almamışam. O səviyyənin adamı deyiləm. 

    – Qeyd edir ki, 400 min manata qədər pul edir…

    – Restoran sahiblərindən xahiş edirdim ki, orada səhnəyə çıxsın. Tanınmadığı üçün onu qəbul etmirdilər. Hətta 30 manata görə mən restoran rəhbərlərindən xahiş edirdim… Deyirdim, gəlsin oxusun siz də 30 manat verin. Kiməsə nəsə hədiyyə bağışlayırdım, kiməsə pulsuz nəsə edirdim ki, Günayı qabağa çəkək. Bütün dəftərlər qalır. Ekspertiziya göndərəndə dəftərdəki yazının neçənci ildə yazıldığını göstərir. Alınan, verilən, xərclənən pullar hamısı ondadır.

    O, sponsor sözü ilə səhmdarı qarışdırmasın. Mən sponsor deyiləm. Səhmdaram, pul qoydum ki, qazanım. Anası da, özü də üzləşmədə dedi ki, bəli, qaytarmalıyıq. Axırda deyiblər ki, 17-20 min borcumuz var. Atasının da xəbəri var. Hansı pullarla gəzməklərə gedir? Bu kişi hansı, kimin pulunun hesabına gəzməyə gedir? İnsan hansı qürurla, fəxrlə valideynlərinin gəzmək fotosunu paylaşır? Bir düşün ki, bunu hansı yolla qazandığın pulla edirsən. 

    – Günaydan sonra hansısa müğənni ilə çalışmısınız?

    – Günayla eyni ərəfədə Xalid və Pərviz Mahmudovla işləyəcəkdik. Amma nəsə oldu, alınmadı. Günaya xərclənən pulun bir qəpiyi batmayacaq, çünki halal yolla qazanılıb. Allahın köməkliyi ilə pulu alacam. Amma ondan sonra da ona halallıq verməyəcəm. Şərt rəqəmlərdə deyil. Ona xərclədiyim pulları 4 uşağımın boğazından kəsdim. Heç bir halda ona pulu keçməyəcəm. Mənim ona şər atmağa şansım yoxdur. Şahidlərim var.

    – Təranə Səmədovadan sonra da Günayla işiniz davam etdi?

    – Təranə Sevinci köməkçi gətirdi. Sonra onun beynini yedi və Təranəni uzaqlaşdırdılar. Sonra Sevinci də oğru etdi. Çünki Sevinc məndən çəkinirdi. Onu çağırıb deyirdim pullar hanı, hesabat verin. Onu uzaqlaşdırdı. Sonra Tomayla işlədi, onu da uzaqlaşdırdı. Təranəyə zəng vurdum ki, indi bildim bu qız sizi niyə bir-bir uzaqlaşdırır. Düşünmürdüm Günay pula bu qədər hərisdir. Beləsini görmədim. Mənim yaxınlarımdan biri Günayı toya çağırıb, 500 manat behi mənə göndərmişdi. Günay mənim tanışımın toyuna gedib, dirəşib ki, 500 manatı verin sonra oxuyum. O, bu qədər səviyyəsizdir. Çəkinmədən bu sözü deyirəm. Getsin məhkəməyə versin. Pula görə hər şeyindən keçər. Günay düşündü ki, toy tuturam, pulu Nuriyyə götürür. İlk məclisin behi bizim ofisə gələndən sonra Günay yoxa çıxdı, nömrəsini dəyişdi. 

    – Deyirsiz qaçdı. Eyni şəhərdə yaşayırsız, hər gün efirdədi. Necə qaçdı?

    – İki dəfə evlərinə getdim. Anası dedi ki, evə gəlmir, burada yaşamır. Həmin o vaxtı anası deyir ki, gəlib evimizə bizi hədələdi. Təbii ki, gedib gülə-gülə deməyəcəkdim ki… 

    Onun ata-anası ona zamin durmuşdu. Adamın vicdanı ola ki, gəzməyə gedəndə, yaxşı geyinəndə pul hardan gəlir. Yaxşı, Günay pul hərisidir. O boyda kişi və qadının vicdanı yoxdu ki, desin nəyin hesabınadı bu?

    – Hətta dediniz ki, konsertlərə onu salmaq üçün pul verirdiniz…

    – Təşkilatçılara, Heydər Əliyev Sarayındakı konsertlərə belə pul verirdim ki, bunu da salsınlar. Adam özünü brend etmək üçün pul ödəyir. Mən də etdim. İllər əvvəl “Zərif qəhrəman” proqramında müsahibə verəndə dedim ki, bu, mənim üçün bir məhsuldur. Biznes üçün etdim. Niyə onda Günay etiraz etmədi? Yaşıl Teatrda konsertdə dedi ki, hər şeyimi Nuriyyə Əhmədovaya borcluyam. İndi istismarçı oldum? Günay studiyada oxuyanda gedib yanında durub, baxırdım ki, səhv getməsin. Günay fransızca “Je taime” oxuyanda elə-belə idi? Onu öyrətdim, müəllim tutdum. Elə-belə layihə deyildi. İndiyənə kimi heç bir müğənniyə Günaya edilən edilməyib: qolundan tutub müəllim yanına aparan olmayıb. Əvvəl hər yerə gedirdim, yanında olurdum. Sonra iş yoluna düşdü getmədim. Gəlirdilər ancaq pul aparırdılar. Günay deyir 400 min qazanıb. Onda onun mənə 400 min borcu var. İndi mən o iddianı qaldırmalıyam.

  • Efirdə Xuraman Şuşalıya gözlənilməz sözlər: “Hicab taxmaqla deyil” (VİDEO)

    Space TV-də yayımlanan “Onda başladıq” verilişində qalmaqal baş verib.

    Kamran Həsənlinin aparıcı olduğu verilişdə jurnalist, ekspert İntiqam Valehoğlu ilə müğənni Xuraman Şuşalı arasında mübahisə düşüb.

    Ekspertin Xuramana “Sizin xına aparmağa mənəvi ixtiyarınız yoxdur” deməsi müğənnini özündən çıxarıb. Xuraman isə cavabında ekspertə kəskin ifadələr işlədib: “Sizin danışmağa mənəvi haqqınız yoxdur. Siz insan kimi insan deyilsiz. Mən sizin səviyyənizə düşüb burada oturmaq istəmirəm”.

    İntiqam Valehoğlu isə cavabında əl hərəkətləri ilə hicabı göstərərək “bunu taxmaqla deyil” deyib.

    Verilişdə gərgin anları təqdim edirik:
    /baku.ws

  • Bilal Əliyev ingilis dilində danışdı, müğənnilər videosunu yaydılar – VİDEO

    Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Bilal Əliyevin videosunu paylaşıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni görüntüdə ingilis diliində danışaraq bunları deyib:

    “İngilis dilində danışa bilirəm, çünki İngəltərəyə dili öyrənmək üçün 8 dəfə getmişəm. 6 aydan sonra yenidən dil öyrənmək üçün Londona gedəcəm”.

    B.Əliyevin işlətdiyi sözlərin bəzisini isə başa düşmək çətin olub.

    Qaraçuxurlu “İki yeniyetmə nə ingiliscə bilir, nə də bir şey. Halal olsun, Bilal müəllim bizə dərs keçdi” sözlərini söyləyib.

    R.Axundov isə gülməyə başlayıb.

  • Fədayə Laçından xəbər var: müalicə müəssisəsinə köçürülə bilər

    Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının həbs müddəti uzadılacaq.

    Median.Az xəbər verir ki, bu barədə cebhe.info-ya Fədayə Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

    Onun sözlərinə görə, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva və onları aparan taksi sürücüsü Məhəmməd Hacıyevin həbs müddəti artırılıb:

    “Prinsipcə hamısının həbd müddətini bir-iki gün fərqlə eyni vaxtda uzadırlar. Artıq istintaq yekunlaşmalıdır. Uzatmağın heç bir əsası yoxdur. Adətən proses belə olur. Həbs müddəti artırılır və iş məhkəməyə göndərilir. Çünki bütün istintaq hərəkətləri yekunlaşıb”.

    Fədayə Laçının səhhətinə gəlincə, vəkil əlavə edib ki, hazırda ona qarşı normal, qənaətbəxş münasibət var: “Lazımi tibbi müalicə göstərilir. Məhkəmə keçirilən zaman saxlanıldığı təcridxanadan müalicə müəssisəsinə köçürülməsi üçün müraciət oluna bilər”.

    Xatırladaq ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

    E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub. Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.