Category: Şou Biznes

  • Pop kraliçadan “Abrakadabra” – FOTO / VİDEO

    Hər layihəsi ilə şou gündəmini silkələməyi bacaran Xalq artisti Aygün Kazımova çoxdan gözlənilən səs-küylü işini sevənlərinin ixtiyarına verib.

    Pop kraliça “Abrakadabra” adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

    Ölkənin əsas ulduzu bu layihəsi üçün də qardaş ölkə Türkiyəyə üz tutub. Diva “Abrakadabra” klipini də son mahnılarına ekran həyatı verən Selim Akara həvalə edib.

    Mahnının musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) məxsusdur.

    Rəngarəng, cəlbedici və vizual baxımdan olduqca zəngin olan ekran işində Aygün Kazımova 6 parlaq və diqqətçəkən obrazda görünüb. Obrazlar üzərində türkiyəli məşhurlar Ajda Pekkan, Hadise, Bülent Ersoyla çalışan komanda – Burcu Sedef, Erdal Güvenç, Berker Kuşku işləyib.0

    Obrazdan-obraza girən ölkənin əsas ulduzu – hindli, yapon qadın və zebra tərzi ilə diqqət çəkib. Aygün Kazımovanı ekran işində Türkiyənin peşəkar rəqqas qrupu müşayiət edib. Layihənin rəhbəri Rüfət İsmayıldır.




  • Meyxanaçı Ağamirzə Kərimin son vəziyyətini açıqlayıb

    “Mən Kərimdə olan avazı bu günə qədər heç bir meyxanaçıda görməmişəm”.

    Bunu “Afaqla 10lar” verilişində meyxana ustadı Ağamirzə Məmmədov deyib.

    O, uzun zamandır yataq xəstəsi olan həmkarı Kərimin son vəziyyətini də açıqlayıb:

    “Mən fəxr edirəm ki, Kərim imi bir insan neçə illə çiyin-çiyinə bu sənət meydanında olmuşam. Birlikdə çox meyxanalar demişik. İndi isə yataqda qalıb, yalnız uzanıqlı vəziyyətdədir. Oturta, dura, gəzə, demək olar ki, danışa da bilmir. Yanında danışdıqlarımızı da yaxşı başa düşmür. Ümidimiz yalnız Allaha qalıb. Hər dəfə yanına gedəndə deyirəm Kərim gəlmişəm, 10-15 deyəndən sonra bəlkə başa düşər. Allah bütün xəstələrə şəfa versin. “

  • Dünyanın ən gözəl qızı seçildi – FOTO

    Hindistanın Heydərabad şəhərində “Miss World” gözəllik müsabiqəsində Tailand gözəli Suçata Çuanqsri qələbə qazanıb.

    Bu barədə xarici KİV məlumat verir.


    İkinci yerə Efiopiya gözəli Hasset Drij Admassu, üçüncü yerə polşalı Maya Klayda layiq görülüb.

    Bu il müsabiqədə 108 ölkədən qızlar iştirak edib.


  • “Röyaya aliment vermirəm” – Xalq artistinin keçmiş həyat yoldaşı

    “Röyaya niyə aliment verməliyəm? Heç məndən belə bir tələbi də olmayıb”.

    Bu sözləri Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov deyib.

    “TikTok” hesabında canlı yayım açan Anar, izləyicilərin suallarını cavablandırıb:

    “Röyanın məndən aliment tələbi heç zaman olmayıb. Ona niyə aliment verməliyəm ki? Vermirəm! Amma Hüseynə hər zaman, nə lazım olsa artıqlaması ilə edirəm”.
    //azxeber

  • Kirkorov xəstəxanaya yerləşdirilib

    Rusiyanın məşhur müğənnisi Filipp Kirkorovda dəri nekrozu yaranıb.

    Bu barədə Rusiya KİV məlumat yayıb.
    Məlumata görə, bu yaxınlarda xəstəxanaya yerləşdirilən 58 yaşlı Kirkorov ikinci dərəcəli yanıq, qismən dəri nekrozu və limfadenopatiyadan əziyyət çəkir.
    Ona hər hansı fiziki fəaliyyət qadağan edilib və cərrahın nəzarəti altında gündəlik sarğıların olması tövsiyə olunur.
    Qeyd edək ki, bir müddət öncə F. Kirkorov konsert zamanı atəşfəşanlıq nəticəsində aldığı yanıq səbəbindən təcili xəstəxanaya yerləşdirilmişdi.

  • Məhkəmə Hüseynlə bağlı qərar verdi

    Moskva Şəhər Məhkəməsi azərbaycanlı bloqer Hüseyn Həsənovla bağlı qərar verib.

    Bu haqda TASS məlumat yayıb.

    Belə ki, 170 milyon rubl (3,6 milyon manat) məbləğində vergi ödəməməkdə təqsirləndirilən Hüseyn Həsənovun qiyabi həbsi barədə qərar qüvvədə qalıb.

    Qeyd edək ki, çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu 7 ilə qədər həbs gözləyir.

    H. Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, ara-sıra Azərbaycana da gəlirdi.

    //Qafqazinfo

  • American Music Awards-2025: Qaliblərin adları açıqlandı

    ABŞ-ın ənənəvi illik musiqi mükafatı olan “American Music Awards” 27 may gecəsi Las Veqasda baş tutub.

    Qaynarinfo “The Independent” nəşrinə istinadla xəbər verir ki, gecənin əsas qalibi Billie Eilish olub. O, yeddi kateqoriyada qalib gəlməklə rekord qazanıb:

    “İlin artisti”,
    “İlin ən yaxşı albomu”,
    “İlin mahnısı”,
    “Ən sevilən qastrol ifaçısı”,
    “Ən yaxşı pop ifaçısı (qadın)”,
    “Ən yaxşı pop albom”
    “Ən yaxşı pop mahnı”.

    Qeyd olunmalıdır ki, uzun fasilədən sonra reper Eminem də iki nominasiyada qalib adını qazanıb:

    “Ən yaxşı hip-hop ifaçısı”
    “Ən yaxşı hip-hop albomu”.

    Məşhur müğənni Beyons isə bu dəfə kantri janrında uğur qazanaraq “Ən yaxşı kantri ifaçısı” və “Ən yaxşı kantri albomu” nominasiyalarında qalib gəlib.

    Builki mərasimdə xüsusi ICON Award — musiqi sənayesinə mədəni və qlobal təsirinə görə təqdim edilən mükafat — Janet Jacksona verilib.

    American Music Awards 2025 qaliblərinin tam siyahısı belədir:

    İlin artisti – Billie Eilish
    Ən yaxşı yeni ifaçı – Gracie Abrams
    İlin albomu – Billie Eilish HIT ME HARD AND SOFT
    İlin mahnısı – Billie Eilish Birds of a Feather
    İlin əməkdaşlığı – Lady Gaga & Bruno Mars Die With A Smile
    Ən yaxşı musiqi videosu – Lady Gaga & Bruno Mars Die With A Smile
    Ən sevilən qastrol ifaçısı – Billie Eilish
    Ən yaxşı pop ifaçısı (kişi) – Bruno Mars
    Ən yaxşı pop ifaçısı (qadın) – Billie Eilish
    Ən yaxşı pop albom – Billie Eilish HIT ME HARD AND SOFT
    Ən yaxşı pop mahnı – Billie Eilish Birds of a Feather
    Ən yaxşı hip-hop ifaçısı – Eminem
    Ən yaxşı hip-hop ifaçısı (qadın) – Megan Thee Stallion
    Ən yaxşı hip-hop albomu – Eminem The Death of Slim Shady (Coup De Grâce)
    Ən yaxşı hip-hop mahnı – Kendrick Lamar Not Like Us
    Ən yaxşı R\&B ifaçısı (kişi) – The Weeknd
    Ən yaxşı R\&B ifaçısı (qadın) – SZA
    Ən yaxşı R\&B albomu – The Weeknd Hurry Up Tomorrow
    Ən yaxşı R\&B mahnısı – SZA Saturn
    Ən yaxşı latın amerikalı ifaçı (kişi) – Bad Bunny
    Ən yaxşı latın amerikalı ifaçı (qadın) – Becky G
    Ən yaxşı latın amerikalı duet və ya qrup – Julión Álvarez y su Norteño Banda
    Ən yaxşı latın amerikalı albom – Bad Bunny DeBÍ TiRAR MáS FOTOS
    Ən yaxşı latın amerikalı mahnı – Shakira Soltera
    Ən yaxşı rok ifaçısı – Twenty One Pilots
    Ən yaxşı rok albomu – Twenty One Pilots Clancy
    Ən yaxşı rok mahnısı – Linkin Park The Emptiness Machine
    Ən yaxşı rəqs/elektron ifaçı – Lady Gaga
    Ən sevilən saundtrek – Arcane League of Legends: Season 2
    Ən sevilən afrobeats ifaçısı – Tyla
    Ən sevilən K-pop ifaçısı – RM
    İlin sosial mesajlı mahnısı – Doechii Anxiety
    ICON Award – Janet Jackson.

  • Röya Ayxan: “O gün olsun ingilis dilində oxuyum, ağladım sizi”

    Xalq artisti Röya Ayxan Kann Film Festivalı haqda təəssüratlarını bölüşüb.

    Röya Ayxan bu uğurunun arxasında onun böyük cəsarətinin və özünəinamının olduğunu söyləyib.

    Müğənni bildirib ki, bu tədbirə dəvət aldıqda tərəddüd etmədən razılaşıb:

    “Düşünürəm ki, məni zirvələrə ucaldan əsas məqam olduğum mövqeyimlə heç zaman kifayətlənməməyimdir. Burada qəti həyəcan keçirmədim, özümü Azərbaycanda olduğum kimi hiss etdim. Qırmızı xalıdan keçəndə ətrafımdakı hər kəsin-fotoqrafların, videoqrafların belə özümüzünkülər olduğu kimi davrandım. Bu festival mənə yüksək enerji bəxş etdi. Və sizə söz verirəm hər il canımız sağ olsun, ölkəmizdə sülh əmin amanlıq olsun bu cür böyük, beynəlxalq tədbirlərdə tez-tez görüşəcəyik. O gün olsun sizin üçün ingilis dilində oxuyum, ağladım sizi”.

    Onu da bildirək ki, Röya Ayxan ilk azərbaycanlı müğənni olaraq sözügedən nüfuzlu tədbirdə yer alıb.

    Özünə tərəf müqabili Anar Ağakişiyevi seçib və iki dəfə qırmızı xalıdan keçib.
    //Baku.ws

  • “OneRepublic”in solisti Azərbaycan dilini öyrənir – Video

    Məşhur “OneRepublic” qrupunun solisti, ötən ay Bakıda konsertlə çıxış edən Rayan Tedder Azərbaycan dilini öyrənir.

    Özünün “Instagram” səhifəsində yerləşdirdiyi videoda sənətçinin xüsusi proqram vasitəsilə dilimizdən olan kəlmələri təkrar etdiyi əks olunub.

    Rayan Tedder paylaşdığı videoya – “Öz iş anketimə Azərbaycan dilini də əlavə edəcəyəm”, – başlığını yazıb.

    Bəstəkarın bu paylaşımı sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri tərəfindən maraqla qarşılanıb, Rayan Tedderə dəstək və təşəkkür şərhləri yazılıb.

    Məlumat üçün əlavə edək ki, ABŞ-nin məşhur pop-rok qrupu “OneRepublic”in ötən ayın 29-da Bakının “Baku Crystal Hall”da izdihamlı konserti baş tutmuşdu. Rayan Tedder konsertdən əvvəl Bakını gəzmiş, şəhərdəki təmizliyə heyran olmuş və bununla əlaqədar paylaşım etmişdi.
    //oxu.az

  • Axtarışda olan məşhur bloqer Hüseyn Həsənov Moskvadakı mənzilini başqa şəxsin adına keçirdi – FOTO

    Axtarışda olan məşhur bloqer Hüseyn Həsənov “Moskva Siti”dəki mənzilini yeni sahibinin adına keçirib. Bu, mayın 19-da – Həsənovun beynəlxalq axtarışa verilməsindən sonra həyata keçirilib və görünür, əmlaka həbs qoyulmasının qarşısını almaq məqsədi daşıyıb.

    Bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

    Məlumata görə, bloqer mənzilini tanışı olan moskvalı rieltor Vadim Boqaçın adına rəsmiləşdirib.

    Boqaç əvvəllər Həsənova daşınmaz əmlak seçib. Onların birlikdə çəkdirdikləri və dərc etdikləri fotolar mövcuddur, hətta rieltor 2022-ci ildə ad günündə Hüseynə başqa birotaqlı mənzil də bağışlayıb. Cinayət işi ilə bağlı səs-küydən sonra ölkədən gedən bloqer Boqaçla razılaşıb və 100 milyonluq mənzili onun adına keçirib ki, üzərinə həbs qoyulmasın və müsadirə olmasın.

    Boqaç özünü “ulduzlu rieltor” adlandırır və deyir ki, o, rusiyalı məşhurlara, o cümlədən Klava Koke, Dima Bilan, Yeqor Krid və başqalarına mənzil almağa kömək edir.

    Qeyd edək ki, daha əvvəllər Hüseyn Həsənov Rusiyadakı əmlakını aktiv şəkildə satıb. Əvvəlcə o, təxminən 50 milyon rubl (1 milyon manatdan çox) dəyərində olan 2020-ci il buraxılışı “Rolls-Royce Cullinan”dan “qurtulub”, daha sonra “Neva Towers”də 44-cü mərtəbədə yerləşən 124 kvadratmetr sahəsi olan üçotaqlı mənzilini satışa çıxarıb.

    Ölkəni tərk etdikdən sonra bloqer mənzillərini ayda 749 min rubla (təxminən 16 min manat) icarəyə verib, sonra isə 100 milyon rubla (2 milyon manatdan çox) satışa çıxarıb, lakin uzun müddət alıcı tapa bilməyib.

    Xatırladaq ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi milyonluq izləyicisi olan bloqeri çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. O, qiyabi həbs edilib və indi onu 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir. Həsənov özü bütün vergiləri və cərimələri ödədiyini bildirib. O, 320 milyon rubl (7 milyon manata yaxın) məbləğində pul verdiyini qeyd edib.